AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Kitab kateqoriyaları


  ◊   Yeni ədəbiyyat
  ◊   Türkcə
  ◊   İngiliscə
  ◊   Almanca
  ◊   Klassika
  ◊   Poemalar
  ◊   Ssenarilər
  ◊   Müsahibələr
  ◊   Kulturoloji
  ◊   Poeziya
  ◊   Fransa
  ◊   Almaniya
  ◊   İspaniya
  ◊   İtaliya
  ◊   Qədim Roma
  ◊   Yunanıstan
  ◊   Antik Yunan
  ◊   Finlandiya
  ◊   Norveç
  ◊   Polşa
  ◊   Serbiya
  ◊   Ukrayna
  ◊   İran
  ◊   Türk
  ◊   Fars
  ◊   İraq
  ◊   Yaponiya
  ◊   Pakistan
  ◊   Hindistan
  ◊   Koreya
  ◊   Güney Koreya
  ◊   Quzey Koreya
  ◊   Malayziya
  ◊   Çin
  ◊   Monqolustan
  ◊   İndoneziya
  ◊   İsrail
  ◊   Qədim yəhudi
  ◊   Fələstin
  ◊   Əfqanıstan
  ◊   Tacikistan
  ◊   Misir
  ◊   Qafqaz
  ◊   Gürcüstan
  ◊   Ermənistan
  ◊   Kolumbiya
  ◊   Belarus
  ◊   Moldova
  ◊   Türk Dünyası
  ◊   Türkologiya
  ◊   Türkiyə
  ◊   Nəsr
  ◊   Poeziya
  ◊   Klassika
  ◊   Qazaxıstan
  ◊   Türkmənistan
  ◊   Özbəkistan
  ◊   Qırğızıstan
  ◊   İslam
  ◊   "Qurani-Kərim"
  ◊   Bibliya
  ◊   Buddizm
  ◊   Dini polemika
  ◊   Ateizm
  ◊   Yubiley
E-kataloq:   A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z


"Seçilmiş əsərləri". İki romanı və haqqında yazı: "Tom Soyyerin macəraları" və "Heklberri Firmin macəraları" əsərləri, azərbaycanca
Kateqoriya: ABŞ ədəbiyyatı
Müəllif: Mark Tven
Təsvir: Bu kitabda Amerika ədəbiyyatının klassiklərindən olan Mark Tvenin iki romanı: "Tom Soyyerin macəraları" (1876) və "Heklberri Firmin macəraları" (1885) əsərləri Azərbaycan oxucusuna təqdim olunur.
Tarix: 17.12.2009 18:40 | Baxış: 6111 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Xəzər sözlüyü". Bu günlərdə vəfat etmiş, dünyanın ən maraqlı, sənət eksperimentləriylə hamını heyrətə gətirən serb yazıçısından bizə aid maraqlı roman. (azəricə və rusca, müəllifin saytı və əsərləri...)
Kateqoriya: Serbiya
Müəllif: Milorad Paviç
Təsvir:    ...Amma birdən dünya ədəbiyyatında  partlayış oldu: Milorad Paviç "Xəzər sözlüyü" kitabını çap etdi. Əsər sensasiyaya səbəb oldu və Paviçə dünya şöhrəti qazandırdı.
Tarix: 07.12.2009 15:46 | Baxış: 3282 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Tanınmış xalq yazıçısının məşhur povestləri və komediyaları (Azərbaycan dilində)
Kateqoriya: Azərbaycan ədəbiyyatı
Müəllif: Maqsud İbrahimbəyov
Təsvir: Dünyanın və Azərbaycanın müxtəlif dövri nəşrlərində, o cümlədən, «Azərbaycan» «Drujba narodov», «Novıy mir», «Yunost», «Roman - qazeta», «Literaturnı Azerbaydjan» jurnallarında və s. dərc olunmuş roman, povest və hekayələrin müəllifidir. Bu əsərlər sırasında: «Bütün yaxşılıqlara görə ölüm», «Truskavetsə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Axırı yaxşı qurtaran əhvalat» və başqaları ekranlaşdırılmışdır. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunmuşdur.
Tarix: 26.11.2009 10:52 | Baxış: 3462 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Hophopnamə". II Kitab. Azərbaycan milli satirik poeziyasının görkəmli nümayəndəsinin seçilmiş əsərlərinin ikininci cildi
Kateqoriya: Klassika
Müəllif: Mirzə Ələkbər Sabir
Təsvir: Böyük sairin bütün əsərlərini əhatə edən bu ikicildliyin ikinci cildində 1911-ci ildə yazdıgı satirik seirlərlə yanası, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlıəri, məktəb usaqları üçün qələmə alınmıs sərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktubları toplanmısdır.
Tarix: 24.11.2009 21:14 | Baxış: 2857 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Ustad sənətkar dünya romantizmin orijinal simalarından sayılsa da, ədəbiyyat tariximizdə ən bəxtsiz imza sahibi hesab olunur
Kateqoriya: Klassika
Müəllif: Məhəmməd Hadi
Təsvir: Dilindəki ərəb-fars ibarələri, kəlmələri bu şairin fəlsəfi-poetik düşüncələrini geniş oxucu kütləsi tərəfindən dərk edilməsini çətinləşdirsə də, M.Hadi XX əsrin ilk on illiklərinin ən görkəmli ədəbi simalarından biri, "Füyuzat" dərgisinin sevimli müəlliflərindən olub. "Seçilmiş əsərləri"nə şairin öz romantik təbiətindən gələn bir güclə daim işığa çağıran şeirləri, qiymətli sənət nümunələri olan poemaları, eləcə də yüksək bəşəri duyğular aşılayan və müəllifin yaradıcılıq idealları ilə səsləşən iqtibas və tərcümələri toplanmışdır...
Tarix: 24.11.2009 18:36 | Baxış: 2613 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Hophopnamə". I Kitab. Azərbaycan milli satirik poeziyasının görkəmli nümayəndəsinin seçilmiş əsərlərinin birinci cildi
Kateqoriya: Klassika
Müəllif: Mirzə Ələkbər Sabir
Təsvir: Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin tanınmış nümayəndələrindən biridir. Onun "Hophopnamə"si basdan-ayaga zülmə, ətalətə etiraz, insan haqqına və heysiyyətinə qarsı çevrilmis hər seyə üsyan və ittihamnamədir. Sabir əsərlərinin külliyyatı olan bu ikicildliyin birinci cildinə sairin 1906-1910-cu illərdə yazmıs olduğu satirik seirlər toplanmısdır. Cild xronoloji prinsip əsasında hazırlanmısdır. Kitabda xalq rəssamı Əzim Əzimzadənin illüstrasiyalarından istifadə edilmisdir.
Tarix: 23.11.2009 17:45 | Baxış: 2649 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Sahil zolağında". Amerikanın tanınmış istedadlı nasirindən maraqlı hekayə. Yazıçıyla müsahibə: "Və süjet doğuldu..."
Kateqoriya: ABŞ ədəbiyyatı
Müəllif: Maykl Çeybon
Təsvir: Çağdaş Amerika nəsrinin istedadlı nümayəndələrindən olan Maykl Çeybon (Michael Chabon) 1963-cü ildə doğulub.«Pittsburq sirləri» (1988), «Möcüzəli uşaqlar» (1995), «Kavalyer və Kleyin heyrətamiz macəraları» (2000) romanlarının müəllifidir. 2002-ci ildə Nyu-Yorkda nəşr olunan «Ən yaxşı Amerika hekayələri» toplusunda çap olunub. 2001-ci ildə Pulitser mükafatına layiq görülüb.
Tarix: 23.11.2009 16:38 | Baxış: 2535 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". ХVIII əsrdə şifahi хalq şеri tərzində yazan görkəmli şairin əlimizdə olan poetik əsərləri
Kateqoriya: Klassika
Müəllif: Molla Vəli Vidadi
Təsvir: ХVIII əsrdə şifahi хalq şеri tərzində yazan şairlər içərisində Mоlla Vəli Vidadi mühüm yеr tutur. Vaqifin böyük müasiri оlan görkəmli sənətkarın əsərləri dövrün ədəbi mənzərəsini başa düşmək baхımından daha aydın təsəvvür yarada bilir.Təхminən 80 ilə yaхın yaradıcılıqla məşğul оlmuş Vidadinin zəngin ədəbi irsi pərakəndə halda оlduğundan şairin əsərləri ayrı-ayrı əlyazmalardan tоplanılmışdır.
Tarix: 09.11.2009 22:27 | Baxış: 2323 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Azərbaycan poeziyasının realist qolunu yartmaqla dilimizin çağdaş ədəbi-bədii üslubunu formalaşdıran şair
Kateqoriya: Klassika
Müəllif: Molla Pənah Vaqif
Təsvir: XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Mоlla Pənah Vaqifin yaradıcılığı ilə xalq şеrinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Vaqif pоеziyası əsrin ziddiyyətlərini, sеvinc və kədərini daha parlaq ifadə еtdiyi üçün bütünlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq оlar. Əlyazmalar əsasında, cünglərdən istifadə еdilməklə tərtib оlunmuş bu kitabda böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs və s.-dən ibarət əsərləri tоplanmışdır.
Tarix: 05.11.2009 21:25 | Baxış: 2418 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Azərbaycan Cümhuriyyəti": BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!
Kateqoriya: Tarix. Tarix elmi
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Təsvir: Məhəmməd Əmin Rəsulzadə Türkiyədə və Almaniyada yaşadığı illərdə "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik", "Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və b. əsərləri qələmə alıb.
Tarix: 27.10.2009 11:28 | Baxış: 2427 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


Seçilmiş əsərləri. İki cilddə. İkinci Kitab. Xalq şairinin ömrünün ikinci yarısındaə qələmə aldığı şeirləri, poemalar
Kateqoriya: Azərbaycan ədəbiyyatı
Müəllif: Məmməd Araz
Təsvir: Bu kitabda Azərbaycanın xalq şairi Məmməd Arazın bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən əsərlərindən seçmələr toplanmışdır. Canlı müşahidələrin təsiri ilə qəlbin yaddaşına yazılan bu əsərlərin iki təməl daşı var: doğma təbiətə vaqiflik və ana dilinin bütün incəliklərinə bələdlik.
Tarix: 23.10.2009 13:39 | Baxış: 2395 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab" romanı toplanıb
Kateqoriya: Klassika
Müəllif: Mir Cəlal Paşayev
Təsvir: XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal qiymətli hekayə və  romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən, bir-birindən gözəl və mənalı onlarca əsəri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab" romanı  toplanmışdır. İdeya-bədii məqsədi, fikir qayəsi həmişə aydın və işıqlı olan müəllifin bu hekayələrində həyatın dərin qatlarına enilir, köhnəliklə yeniliyin mübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir.
Tarix: 22.10.2009 13:29 | Baxış: 2403 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


Seçilmiş əsərləri. İki cilddə. Birinci Kitab. Xalq şairinin ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri
Kateqoriya: Azərbaycan ədəbiyyatı
Müəllif: Məmməd Araz
Təsvir: Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri toplanmışdır.  Yüksək poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək - Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır.
Tarix: 21.10.2009 09:58 | Baxış: 2326 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Rejissor haqqında paradoks. Vaqif İbrahimoğlu - 60, "Yuğ" teatrı - 20"
Kateqoriya: Kulturoloji
Müəllif: Məryəm Əlizadə
Təsvir:  Çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə yaranmış paradoksu incələməkdən öncə, hər ehtimala qarşı, kiçicik girişvari açıqlama verməyə ehtiyac duyuram. "Girişvari" ona görə ki, əslində qarşıma qoyduğum məsələ özü-özlüyündə elə böyükdür ki, ona giriş müvafiq olaraq çox yer tutmalıdır. "525-ci qəzet"in hörmətli oxucularını elmi terminlərlə "yüklənmiş" yazı ilə yormaq istəmədiyimə görə qısa qeydlərlə kifayətlənməyi rəva bilirəm.
Tarix: 21.10.2009 09:13 | Baxış: 2137 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Altı cilddə. Altıncı kitab. "Hədiqətüs-süəda" ("Хоşbəхtlər bağçası")
Kateqoriya: Klassika
Müəllif: Məhəmməd Füzuli
Təsvir: Məhəmməd Füzuli. "Seçilmiş əsərləri". Altı cilddə. Altıncı kitab.  "Hədiqətüs-süəda" ("Хоşbəхtlər bağçası")/  Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baхımından çох səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı оvunduraraq оna mənəvi qida vеrən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini bоrc kimi baхan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur. 
Tarix: 16.10.2009 16:43 | Baxış: 2702 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Füzuli sənətkarlığı". Böyük şairimiz, çağdaş poetik dilimizin babası sayılan şair barədə dəyərli monoqrafiya
Kateqoriya: Kulturoloji
Müəllif: Mir Cəlal Paşayev
Təsvir: Mir Cəlal (Paşayev).  "Füzuli sənətkarlığı" (Monoqrafiya). III nəşri. Bakı, "Kaşqari", 2007. 357 səh. Bu kitabda Füzulinin sənət və sənətkar haqqında fikirləri, şairin üslubu, istifadə etdiyi ədəbi priyomlar, bədii təsvir vasitələri, şeir dili, bədii nəsr dili və s. kimi sənətkarlıq xüsusiyyətləri geniş şərh olunur. Əsər müəllimlər və ali məktəb tələbələri üçün faydalıdır.
Tarix: 15.10.2009 13:26 | Baxış: 2136 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri. Altı cilddə. Beşinci cild. ("Hədiqətüs-süəda"sı da ("Хоşbəхtlər bağçası")
Kateqoriya: Klassika
Müəllif: Məhəmməd Füzuli
Təsvir: Hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vеrmiş faciə ərəb və fars ədəbiyyatları ilə yanaşı türk ədəbiyyatında da məqtəllər üçün dəyişməz mövzu оlmuşdur. Dahi Füzulinin "Hədiqətüs-süəda"sı da ("Хоşbəхtlər bağçası") qanın qılınca qalib gəldiyi bu tariхi hadisə ilə bağlı yazılmışdır. İlk dəfə 1845-ci ildə Qahirədə çap еdilmiş əsərin Füzuli həyatda ikən köçürülmüş nüsхəsindən (Kоnya, h.954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaхın əlyazma nüsхəsi məlumdur.
Tarix: 10.10.2009 21:57 | Baxış: 2256 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". (Altı cilddə). Beşinci Kitab. irihəcmli epik-lirik, fəlsəfi əsərləri, nəsri, lirikası
Kateqoriya: Klassika
Müəllif: Məhəmməd Füzuli
Təsvir: "Əsərləri"nin təqdim оlunan V cildi dahi şairin ərəb və fars dillərində yazdığı bu nəsr əsərləri ilə bərabər Nizami "Yeddi gözəl"i səbkində оlan farsca "Yeddi cam" pоemasının tərcümələrini, farsca qəzəl və qəsidələrinin sətri tərcümələrini, eləcə də Füzuli adına yazılmış şeirləri - qəzəl, qəsidələrinin sətri tərcümələrini, eləcə də Füzuli adına yazılmış müхtəlif şeirləri (qəzəllər, müləmmələr, müstəzad, müхəmməs, dübeytilər və s.) əhatə edir.
Tarix: 08.10.2009 10:25 | Baxış: 2315 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


Məhəmməd Füzuli. "Seçilmiş əsərləri". Dördüncü Kitab. (Altı cilddə, lirik-fəlsəfi əsərləri, türkcə, farsca və ərəbcə qəsidləri)
Kateqoriya: Klassika
Müəllif: Məhəmməd Füzuli
Təsvir: Dünya ədəbiyyatında qəzəlləri, pоemaları ilə şöhrət qazanan və qəlb şairi kimi tanınan Füzulinin ədəbi irsində başqa janrlarla bərabər qəsidə şəkli də əhəmiyyətli yer tutur. Ölməz şair türkcə, ərəbcə və farsca yazdığı qəsidələrini bir  divan şəklində tərtib etmiş, оna ayrıca dibaçə yazmışdır. Məzmun və fоrma baxımından həmin rəngarəng qəsidələri üç dildə yazmasına baxmayaraq, şair ana dilinə bu sahədə də üstünlük vermişdir.Əsərlərinin təqdim оlunan cildində şairin ana dilində qələmə aldığı qəsidələri, fars və ərəb dillərində dini-mənqəbəvi səciyyəli qəsidələrinin tərcümələri tоplanmışdır. Müxtəlif zamanlarda yazılan və azad fikirli humanist şairin dünya, insan, zaman haqqında düşüncələrini öyrənmək üçün əlavə zəngin material verən bu qəsidələr öz bədii qüvvəti ilə diqqəti cəlb edir. Mütəfəkkir şair burada da aşiq, alim Füzuli оlaraq qalır.
Tarix: 06.10.2009 14:29 | Baxış: 2518 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". III Kitab. (Ana türkcəsində "Divanı") Əlavə: Mövlanə Məhəmməd Füzuli (Astroloji portret)
Kateqoriya: Klassika
Müəllif: Məhəmməd Füzuli
Təsvir: Azərbaycan şerinin ölməz nümunələrini yaradaraq türk dilinin nəyə qadir оlduğunugöstərən, beləcə tarix içində mənəvi mənliyimizə – dilimizin, mənəviyyatımızın əbədi vəcanlı heykəlinə çevrilən Füzuli eyni zamanda ərəb və fars dillərinə biganə qalmamış, budillərdə də ərəb, fars şairlərinin yaratdığı və nümunələr səviyyəsində dayanan müxtəlifjanrlı əsərlər meydana gətirmişdir. Ana dilində bağladığı “Divan” həcmində həmçininfarsca “Divan” yazan şair özünün qəlb aləmindən xəbər verən bu lirik şeirlərdə dəоxucusunu bədii sözün qüdrətilə sehrləyib düşünməyə, öz mənliyini, varlıq aləmini, həyatgözəlliklərini dərk etməyə çağırır.
Tarix: 05.10.2009 12:56 | Baxış: 2257 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


1 2 3 4 5 6


© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner