AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə  Azərbaycan Yazıçılar Birliyinin elektron ədəbi-kulturoloji portalı. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının elektron variantı, lokal və qlobal elektron kitabxanaların şəbəkə ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resursu


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  Ədəbiyyat qəzeti

 

Kitab kateqoriyaları


  ◊   Yeni ədəbiyyat
  ◊   Türkcə
  ◊   İngiliscə
  ◊   Almanca
  ◊   Klassika
  ◊   Poemalar
  ◊   Ssenarilər
  ◊   Müsahibələr
  ◊   Kulturoloji
  ◊   Poeziya
  ◊   Fransa
  ◊   Almaniya
  ◊   İspaniya
  ◊   İtaliya
  ◊   Qədim Roma
  ◊   Yunanıstan
  ◊   Antik Yunan
  ◊   Finlandiya
  ◊   Norveç
  ◊   Polşa
  ◊   Serbiya
  ◊   Ukrayna
  ◊   İran
  ◊   Türk
  ◊   Fars
  ◊   İraq
  ◊   Yaponiya
  ◊   Pakistan
  ◊   Hindistan
  ◊   Koreya
  ◊   Güney Koreya
  ◊   Quzey Koreya
  ◊   Malayziya
  ◊   Çin
  ◊   Monqolustan
  ◊   İndoneziya
  ◊   İsrail
  ◊   Qədim yəhudi
  ◊   Fələstin
  ◊   Əfqanıstan
  ◊   Tacikistan
  ◊   Misir
  ◊   Qafqaz
  ◊   Gürcüstan
  ◊   Ermənistan
  ◊   Kolumbiya
  ◊   Belarus
  ◊   Moldova
  ◊   Türk Dünyası
  ◊   Türkologiya
  ◊   Türkiyə
  ◊   Nəsr
  ◊   Poeziya
  ◊   Klassika
  ◊   Qazaxıstan
  ◊   Türkmənistan
  ◊   Özbəkistan
  ◊   Qırğızıstan
  ◊   İslam
  ◊   "Qurani-Kərim"
  ◊   Bibliya
  ◊   Buddizm
  ◊   Dini polemika
  ◊   Ateizm
  ◊   Yubiley
E-kataloq:   A - B - C - Ç - D - E - Ə - F - G - H - X - İ - J - K - Q - L - M - N - O - Ö - P - R - S - Ş - T - U - Ü - V - Y - Z


"Seçilmiş əsərləri". Üç cilddə. II Kitab. Üçcildliyinin II cildinə satirik şeirləri, mənzum hekayələri və məktubları daxil edilmişdir.
Kateqoriya: Klassika
Müəllif: Seyid Əzim Şirvani
Təsvir: XIX əsr Azərbaycan poeziyasının boyük nümayəndəsi S.Ə.Şirvani klassik şerin bütün janrlarında əsərlər yazmışdır. Şairin satirik şeirləri, mənzum hekayə və məktubları ədəbiyyat tariximizdə son dərəcə böyük əhəmiyyət kəsb edir. Şair özünün satirik məzmunlu şeirləri ilə klassik poeziyamızda yeni ədəbi məktəbin əsasını qoymuşdur. Üçcildliyinin II cildinə satirik şeirləri, mənzum hekayələri və məktubları daxil edilmişdir.
Tarix: 25.11.2009 23:13 | Baxış: 1826 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Hophopnamə". II Kitab. Azərbaycan milli satirik poeziyasının görkəmli nümayəndəsinin seçilmiş əsərlərinin ikininci cildi
Kateqoriya: Klassika
Müəllif: Mirzə Ələkbər Sabir
Təsvir: Böyük sairin bütün əsərlərini əhatə edən bu ikicildliyin ikinci cildində 1911-ci ildə yazdıgı satirik seirlərlə yanası, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlıəri, məktəb usaqları üçün qələmə alınmıs sərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktubları toplanmısdır.
Tarix: 24.11.2009 21:14 | Baxış: 2019 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Ustad sənətkar dünya romantizmin orijinal simalarından sayılsa da, ədəbiyyat tariximizdə ən bəxtsiz imza sahibi hesab olunur
Kateqoriya: Klassika
Müəllif: Məhəmməd Hadi
Təsvir: Dilindəki ərəb-fars ibarələri, kəlmələri bu şairin fəlsəfi-poetik düşüncələrini geniş oxucu kütləsi tərəfindən dərk edilməsini çətinləşdirsə də, M.Hadi XX əsrin ilk on illiklərinin ən görkəmli ədəbi simalarından biri, "Füyuzat" dərgisinin sevimli müəlliflərindən olub. "Seçilmiş əsərləri"nə şairin öz romantik təbiətindən gələn bir güclə daim işığa çağıran şeirləri, qiymətli sənət nümunələri olan poemaları, eləcə də yüksək bəşəri duyğular aşılayan və müəllifin yaradıcılıq idealları ilə səsləşən iqtibas və tərcümələri toplanmışdır...
Tarix: 24.11.2009 18:36 | Baxış: 1797 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Hophopnamə". I Kitab. Azərbaycan milli satirik poeziyasının görkəmli nümayəndəsinin seçilmiş əsərlərinin birinci cildi
Kateqoriya: Klassika
Müəllif: Mirzə Ələkbər Sabir
Təsvir: Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin tanınmış nümayəndələrindən biridir. Onun "Hophopnamə"si basdan-ayaga zülmə, ətalətə etiraz, insan haqqına və heysiyyətinə qarsı çevrilmis hər seyə üsyan və ittihamnamədir. Sabir əsərlərinin külliyyatı olan bu ikicildliyin birinci cildinə sairin 1906-1910-cu illərdə yazmıs olduğu satirik seirlər toplanmısdır. Cild xronoloji prinsip əsasında hazırlanmısdır. Kitabda xalq rəssamı Əzim Əzimzadənin illüstrasiyalarından istifadə edilmisdir.
Tarix: 23.11.2009 17:45 | Baxış: 1845 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Dörd cilddə. İkinci Kitab. 1906-1914-cü illərdə qələmə aldığı yazıları, 76 yeni felyetonu...
Kateqoriya: Klassika
Müəllif: Cəlil Məmmədquluzadə
Təsvir: "Seçilmiş əsərləri". Dörd cilddə. İkinci Kitab. 1906-1914-cü illərdə qələmə aldığı yazıları, 76 yeni felyetonu...
Tarix: 21.11.2009 20:11 | Baxış: 2120 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Dörd cilddə. Birinci Kitab. Bədii nəsr, dram, poeziya, eləcə də tərcümə məhsulları
Kateqoriya: Klassika
Müəllif: Cəlil Məmmədquluzadə
Təsvir: Görkəmli Azərbaycan yazıçısı, mütəfəkkiri, "Molla Nəsrəddin" dərgisinin naşiri və eyniadlı ədəbi məktəbin banisi Cəlil Məmmədquluzadənin (1869 - 1932) Cəlil Məmmədquluzadə. "Seçilmiş əsərləri" (dörd cilddə) birinci cildinə nəsr, dram, poeziya əsərləri nümunələri, eləcə də tərcümə məhsulları daxil edilib. Buradakı 3 dram əsəri, 16 satirik və 2 tərcümə nümunəsi ilk dəfə oxuculara təqdim olunur...
Tarix: 12.11.2009 19:16 | Baxış: 2495 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". ХVIII əsrdə şifahi хalq şеri tərzində yazan görkəmli şairin əlimizdə olan poetik əsərləri
Kateqoriya: Klassika
Müəllif: Molla Vəli Vidadi
Təsvir: ХVIII əsrdə şifahi хalq şеri tərzində yazan şairlər içərisində Mоlla Vəli Vidadi mühüm yеr tutur. Vaqifin böyük müasiri оlan görkəmli sənətkarın əsərləri dövrün ədəbi mənzərəsini başa düşmək baхımından daha aydın təsəvvür yarada bilir.Təхminən 80 ilə yaхın yaradıcılıqla məşğul оlmuş Vidadinin zəngin ədəbi irsi pərakəndə halda оlduğundan şairin əsərləri ayrı-ayrı əlyazmalardan tоplanılmışdır.
Tarix: 09.11.2009 22:27 | Baxış: 1612 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Azərbaycan poeziyasının realist qolunu yartmaqla dilimizin çağdaş ədəbi-bədii üslubunu formalaşdıran şair
Kateqoriya: Klassika
Müəllif: Molla Pənah Vaqif
Təsvir: XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Mоlla Pənah Vaqifin yaradıcılığı ilə xalq şеrinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Vaqif pоеziyası əsrin ziddiyyətlərini, sеvinc və kədərini daha parlaq ifadə еtdiyi üçün bütünlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq оlar. Əlyazmalar əsasında, cünglərdən istifadə еdilməklə tərtib оlunmuş bu kitabda böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs və s.-dən ibarət əsərləri tоplanmışdır.
Tarix: 05.11.2009 21:25 | Baxış: 1663 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Dastani-Əhməd Hərami". XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi
Kateqoriya: Klassika
Müəllif: Xalq - millət
Təsvir: "Dastani-Əhməd Hərami" XIII əsrdə Azərbaycan dilində qələmə alınmış ilk məsnəvi hesab olunur. Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. Dastan xalq ədəbiyyatından bəhrələnmiş və xoşbəxt sonluqla bitir.
Tarix: 04.11.2009 18:31 | Baxış: 1453 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərlər". Vətəni sevməyən insan olmaz... - yazan romantik şairin qəlb çırpıntıları
Kateqoriya: Klassika
Müəllif: Abbas Səhət
Təsvir: Kitaba Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, romantik şair Abbas Səhətin şeirləri, satiralari, uşaqlara ünvanlanmış poetik nümunələri, satiraları, taziyana və mənzum məktubları, eləcə də hekayələri, pyesləri, məqalələri, tərcümələri daxil edilib.
Tarix: 03.11.2009 14:59 | Baxış: 2163 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Aşıq poеziyamızın sonuncu nəhəngi - bеlə sənətkarlara еldə "Haqq aşığı" dеyərlər.
Kateqoriya: Klassika
Müəllif: Aşığ Ələsgər
Təsvir:  Aşıq Ələsgər aşıq poеziyamızın sonuncu nəhəngidir. O, yaratdığı dilin və doğma xalqının yaddaşında büllur söz və musiqi kimi qalan gözəllik vurğunu, həyat aşiqi, saflıq və səmimiyyət ustadıdır. Sinəsini özünə dəftər еdən Ələsgər aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtmiş, qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməzlər yaratmış, dеyişmələr iştirakçısı olmuşdur.
Tarix: 31.10.2009 21:21 | Baxış: 1582 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Xəmsə". Birinci Kitab. "Sirlər xəzinəsi". Dahi sənətkarın bütün yaradıcılığına əsl kulturoloji-intelektual açar sayıla məsnəvisi
Kateqoriya: Klassika
Müəllif: Nizami Gəncəvi
Təsvir:  Nizami Gəncəvi. "Xəmsə". Birinci Kitab. "Sirlər xəzinəsi". Dahi Nizami Gəncəvinin bu məsnəvisini onun "Xəmsə"sinə daxil lan əsərlərin hamısına, fəlsəfi baxışlarına, divanlarına, ümumiyyətlə bütün yaradıcılığına əsl kulturoloji-intelektual açar da saymaq olar...  
Tarix: 24.10.2009 19:38 | Baxış: 2080 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab" romanı toplanıb
Kateqoriya: Klassika
Müəllif: Mir Cəlal Paşayev
Təsvir: XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal qiymətli hekayə və  romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən, bir-birindən gözəl və mənalı onlarca əsəri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab" romanı  toplanmışdır. İdeya-bədii məqsədi, fikir qayəsi həmişə aydın və işıqlı olan müəllifin bu hekayələrində həyatın dərin qatlarına enilir, köhnəliklə yeniliyin mübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir.
Tarix: 22.10.2009 13:29 | Baxış: 1580 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Xəmsə". Dördüncü Kitab. "Yeddi gözəl". Qloballaşma, xalqların inteqrasiyası, planetar düşüncə, multimədəniyyət kimi bəşəri problemlərin kodları gizlədilmiş Şərq dastanı
Kateqoriya: Klassika
Müəllif: Nizami Gəncəvi
Təsvir: Nizami Gəncəvi. "Xəmsə". Dördüncü Kitab. "Yeddi gözəl" Şərqin qloballaşma barədə ilk intellektual Dastanı. "Yeddi gözəl" "Xəmsə"nin dördüncü poemasıdır. Nizami Gəncəvi bu yüksək sənətkarlıqla XXI əsrdə çağdaş dünya sivilizasiyanın gəldiyi məqamı - qloballaşma, xalqların inteqrasiyası, planetar düşüncə, multimədəniyyət kimi bəşəri problemlərin kodlarını bu əsərdə göstərmişdir... Şairin yaratdığı bu intellektual dastan dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmiş, Azərbaycan İntibahını dünya mədəniyyətinin ən dəyrli hadisəsinə qədər yüksəltmişdir...
Tarix: 20.10.2009 18:38 | Baxış: 1545 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Lirik-fəlsəfi əsərləri, qəzəlləri, qəsidələri, sufi poeziyası...
Kateqoriya: Klassika
Müəllif: Şah İsmayıl Xətai
Təsvir: Ulu klassik şairimiz və böyük dövlət xadimi Şah İsmayıl Xətayinin adı XVI əsr Azərbaycan varlığının bütün taleyüklü məsələləri ilə bağlı оlaraq iftixar hissi ilə çəkilir. Оnun müstəsna qabiliyyəti və ardıcıl qayğısı sayəsində milli dilimizin yad dillərin təsirindən təmizlənməsi və qədim mədəniyyətimizin dirçəlişi başlanmışdır.
Tarix: 20.10.2009 18:19 | Baxış: 1518 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Beş cilddə. Beşinci Kitab. "Xəyyam" və "İblisin intiqamı" pyesləri, məqalələri, məktubları
Kateqoriya: Klassika
Müəllif: Hüseyn Cavid
Təsvir: Hüseyn Cavid. "Seçilmiş əsərləri". Beş cilddə. Beşinci Kitab. "Əsərləri"nin bu son cildinə sənətkarın "Xəyyam" (1935) və "İblisin intiqamı" (1936-1937) dramları daxil edilmişdir. Bəlkə də ən poetik, ən şairanə pyesi olan "Xəyyam"da Cavid Şərqin qədim və ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm edir. Bu cilddə mütəfəkkir sənətkarın eləcə də məqalə və məktubları toplanmışdır.
Tarix: 19.10.2009 10:12 | Baxış: 1784 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Beş cilddə. Dördüncü Kitab. "Knyaz" (1928-1929) və "Səyavüş" (1933) mənzum faciələri
Kateqoriya: Klassika
Müəllif: Hüseyn Cavid
Təsvir: Hüseyn Cavid. "Seçilmiş əsərləri". Beş cilddə. Dördüncü Kitab. Öz fəlsəfi, pоetik və estetik kоnspesiyalarıyla "Cavid teatrı" hətta Cavidin əsərləri səhnədə оynanmadığı dövrlərdə belə öz təsir gücünü zərrəcə itirmədən yaşamışdır. Mütəfəkkir sənətkarın "Əsərləri"nin bu cildinə "Knyaz" (1928-1929) və "Səyavüş" (1933) mənzum faciələri daхil edilmişdir.
Tarix: 19.10.2009 09:46 | Baxış: 1713 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Xəmsə". Üçüncü Kitab. "Leyli və Məcnun". İlahi eşq və ölməz sevgi dastanı.
Kateqoriya: Klassika
Müəllif: Nizami Gəncəvi
Təsvir: Nizami Gəncəvi. "Xəmsə". Üçüncü Kitab. "Leyli və Məcnun". İlahi eşq və ölməz sevgi dastanı. "Leyli və Məcnun" "Xəmsə"nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır.Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir.
Tarix: 16.10.2009 16:54 | Baxış: 1687 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Altı cilddə. Altıncı kitab. "Hədiqətüs-süəda" ("Хоşbəхtlər bağçası")
Kateqoriya: Klassika
Müəllif: Məhəmməd Füzuli
Təsvir: Məhəmməd Füzuli. "Seçilmiş əsərləri". Altı cilddə. Altıncı kitab.  "Hədiqətüs-süəda" ("Хоşbəхtlər bağçası")/  Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baхımından çох səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı оvunduraraq оna mənəvi qida vеrən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini bоrc kimi baхan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur. 
Tarix: 16.10.2009 16:43 | Baxış: 1908 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Seçilmiş əsərləri". Beş cilddə. Üçüncü Kitab. "İblis", "Afət", "Peyğəmbər", "Topal Teymur" dramları
Kateqoriya: Klassika
Müəllif: Hüseyn Cavid
Təsvir: Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə pyeslər müəllifi Hüseyn Cavidin "Əsərləri"nin bu cildinə müqtədir sənətkarın, səhnəmizin şah əsərlərindən olub, dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırıldığı "İblis" faciəsi, mövzusu İstanbul həyatından alınmış "Afət"i, Peyğəmbərin dahiyanə obrazının öz parlaq əksini tapdığı "Peyğəmbər"i və hərb demonunun surətinin yaradıldığı "Topal Teymur" dramı daxil edilmişdir.
Tarix: 16.10.2009 15:57 | Baxış: 2423 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


1 2 3 4


© 2009-2014. KİTABXANA.net. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

 

Netty2013 Winner