AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər

Kateqoriya uyğun qruplaşdırmaq
Klassik söz incilərimiz: Rübailər. Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Rəhməti Təbrizi...
Kateqoriya: Ədəbiyyat
Azərbaycan klassik söz sənətinin geniş yayılmış janrlarından biri olan rübailər Azərbaycan ədəbiyyatının əlvan söz inciləridir. Klassik söz sənətkarlarımız Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Rəhməti Təbrizi və başqaları rübai janrında gözəl, məzmunlu şeir nümunələri yaratmışlar.
Tarix: 11.11.2009 19:53 | Baxış: 1907 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Şöhrət" ordenli, müxtəlif dillərdə çap olunmuş 10-dan çox kitabın müəllifi, xalq şairi, millət vəkili Vaqif Səmədoğlu: "Mircəfəri salona gətirəndə gözlərim yaşardı..."
Kateqoriya: Müsahibə
"Persona" rublikasının qonağı Azərbaycanın xalq şairi, "Şöhrət" ordenli, müxtəlif dillərdə çap olunmuş şeir və dram əsərlərindən ibarət 10-dan çox kitabın müəllifi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvü, millət vəkili Vaqif Səmədoğludur. Vaqif Səmədoğlu bizimlə söhbətdə ömür yolundan söz açdı, həyatının ən ağır və sevinci məqamları, xatirələrini dilə gətirdi.
Tarix: 11.11.2009 19:43 | Baxış: 1361 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


İlk dəfə Kaşqarlı Mahmudun «Divan»ınını Azərbaycan türkcəsinə çevirmiş Xalid Səid Xocayev
Kateqoriya: Mədəniyyət
görkəmli türkoloq, dünyada ilk dəfə Kaşqarlı Mahmudun «Divan»ınını Azərbaycan türkcəsinə çevirmiş Xalid Səid Xocayev barədə yenicə çapdan çıxmış «Xalid Səid Xocayev-Şəhid türkşünas» kitabının müəllifi, Hüseyn Cavid və Əli bəy Hüseynzadə irsinin yorulmaz araşdırıcısı Azər Turan bu «İz»də bələdçimiz oldu...
Tarix: 11.11.2009 19:25 | Baxış: 1341 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


"Əli bəy Hüseynzadə Turan" kitabı təqdim olundu... Əli bəy Hüseynzadənin irsi Azərbaycana gətiriləcək!!! Başqa xəbərlər...
Kateqoriya: Yubileylər, anımlar
"Əli bəy Hüseynzadə Turan" kitabı təqdim olundu...  Əli bəy Hüseynzadənin irsi Azərbaycana gətiriləcək...  Azərbaycan aktyorlarının saytı açıldı...  Artıq Bakıda daha bir kitab və rəsm ünvanı var!
Tarix: 10.11.2009 22:03 | Baxış: 1820 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


Azərbaycanda "Min bir gecə" nağılları araşdırılıb... Milli Kitab Mükafatı haqqında bəzi qeydlər...
Kateqoriya: Kitab aləmi
Azərbaycanda "Min bir gecə" nağılları araşdırılıb... Milli Kitab Mükafatı haqqında bəzi qeydlər
Tarix: 10.11.2009 21:35 | Baxış: 2754 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


Korlar artıq kitab, qəzet oxuya biləcəklər! Höte İnstitutundan təkmilləşdirmə kurslarına dəvət! British Council-dan 2010-cu il üçün Con Smit Təqaüd Proqramı! Başqa xəbərlər
Kateqoriya: Ümumi xəbərlər
Korlar artıq kitab, qəzet oxuya biləcəklər!  Höte İnstitutundan təkmilləşdirmə kurslarına dəvət! British Council-dan 2010-cu il üçün Con Smit Təqaüd Proqramı! İnformasiya-kommunikasiya texnologiyaları muzeyi yaradılır... Tarixi binanı yenə sökmək istəyirlər... Noutbukların satışı 35 milyona çatacaq
Tarix: 10.11.2009 21:21 | Baxış: 1336 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


Nobelçi yazar Vidiadxar Suracprasad: "İslam - özgə hərəkat və cərəyanların yatırılmasına bəraət verən doktrinadır"
Kateqoriya: Ədəbiyyat
 Vidiadxar Suracprasad Naypol - ingilisdilli hind mənşəli yazıçıdır. 2001-ci ildə Nobel mükafatına layiq görülüb. Onun bu müsahibəsi 2001-ci ilin 11 sentyabrında Vaşinqtonda baş verən faciəvi hadisələrdən sonra dərc olunub.
Tarix: 10.11.2009 20:49 | Baxış: 1159 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


Neft daşları - 60! Əfqan Qafarlı. "Ceyms Bondun sərgüzəştlərinin lentə alındığı Azərbaycan şəhəri"
Kateqoriya: Ümumi xəbərlər
Bu şəhərin dünyada analoqu çox azdır. Söhbət Xəzər dənizinin Azərbaycana aid ərazi sularında salınmış şəhərdən-Neft Daşlarından gedir. Onu dünyada ilk neft platforması adlındırmaq da olar. Bu qəsəbə tipli şəhərcik dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada sudan bir neçə metr hündürlükdə tikilib. Noyabrın 7-də onun 60 yaşı tamam oldu.
Tarix: 09.11.2009 23:19 | Baxış: 1206 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


Türkiyənin "Bənqu" nəşriyyatı xalq yazıçısı Anarın "Kerem gibi" (Nazım Hikmətin həyatı və sənəti haqqında düşüncələr) kitabını çap edib. Ankarada təqdimat mərasimi
Kateqoriya: Kitab aləmi
Türkiyənin "Bənqu" nəşriyyatı xalq yazıçısı Anarın "Kerem gibi" (Nazım Hikmətin həyatı və sənəti haqqında düşüncələr) kitabını çap edib. 1000 tirajla nəşr olunmuş 340 səhifəlik kitabın 260 səhifəsi "Giriş"dən və iki hissədən ibarət mətndir. Qalan səhifələrdə Nazım Hikmətin indiyəcən Türkiyədə çap olunmamış məqalələri verilib. Bu yazılar sırasında böyük şairin Əkbər Babayevlə öz həyatı və yaradıcılığı haqqında geniş söhbəti, habelə Azərbaycanla bağlı "Xalqın malı olan sənət", "Azərbaycan mədəniyyəti haqqında düşüncələr", "Dostluq toplantısı", "Dostum Rəsul Rza", "Aydındır şeirin dili", "İkinci nəfəs" başlıqlı məqalələri yer alıb.
Tarix: 08.11.2009 20:50 | Baxış: 1428 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


Əkrəm Əylisli. "Möhtəşəm tıxac". Tanınmış xalq yazıçısının yeni romanından bir parça...
Kateqoriya: Yazılar
Bu ilin yazında bitirdiyim "Möhtəşəm tıxac" adlı romanımda Azərbaycan cəmiyyətindəki çağdaş ictimai ovqatın psixoloji, əxlaqi və mənəvi köklərini araşdırmağa çalışmışam. Əsərdə təsvir edilən hadisələrin konkret məkanı yoxdur. Mənəvi mutantların hər şeyə hakim olduğu bu - ünvansız, coğrafiyasız - şərti məkanda vaxt ölüb, zaman dayanıb. Personajların uzaq və yaxın keçmişdəki əməlləri onların bugünkü əməllərindən mahiyyətcə fərqlənmir. Buna görə də əsərdə baş verən əhvalatlar real məzmunundan çıxıb, mifik olaylara, mistik vaqiələrə çevrilir. Nəşrə hazırladığım yeni kitabıma salınacaq romanımın bir parçası ilə ilk dəfə oxucuları tanış edirəm.
Tarix: 08.11.2009 19:38 | Baxış: 1291 | Müəllif: Aydın Xan ƏBİLOV | Ətraflı


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114


© 2009-2017. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner