AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) » XII Bakı Kitab Bayramı - Milli Kulturoloji Tədbirin əsas mərasımı: 18 may, saat 13 00-17 00, Azərbaycan Yazıçılar Birliyi Natəvan klubunda. Layihəylə bağlı başqa materiallar...

XII Bakı Kitab Bayramı - Milli Kulturoloji Tədbirin əsas mərasımı: 18 may, saat 13 00-17 00, Azərbaycan Yazıçılar Birliyi Natəvan klubunda. Layihəylə bağlı başqa materiallar...



XII Bakı Kitab Bayramı

Kulturoloji Tədbirə Dəvət: 

18 may, saat 13 00-da


Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubu və III mərtəbəsində


Mirzə Fətəli Axundov - 200, Azərbaycan Xalq Cümhuriyyəti - 94,
“Eurovision-2012: Bakı” mahnı müsabiqəsinə həsr olunur...

Kreativ ol: sosial şəbəkəni intellektuallaşdır!

XII Bakı Kitab Bayramı

Kulturoloji Tədbir

“İLİN MİLLİ KULTUROLOJİ MÜKAFATI” MÜSABİQƏSİNİN YEKUNU 

2011-ci İLİN KİTABI, ƏDƏBİYYAT VƏ MƏDƏNİYYƏT HADİSƏLƏRİNİN DƏYƏRLƏNDİRİLMƏSİ


• XII Bakı Kitab Bayramının əsas tədbiri,
• Yeni kitablardan ibarət şəbəkə sərgisi, 
• Oxucularla yazarların, naşirlərlə müəlliflərin görüşü,
• İlin Milli Kulturoloji mükafatlarının təqdimat mərasimi
• İnnovativ dəyirmi masa, ədəbi ünsiyyətlər, təqdimatlar, kitab ərməğanı, kitabların imzalanma törəni... 

Giriş sərbəstdir...


Təşkilatçı-rəsmi dəstək:

Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM, AzR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası...


XII Bakı Kitab Bayramı Kulturoloji Tədbirin Təşkilat Komitəsi, Yeni Yazarlar və Sənətçilər Qurumu

 

Rəsmi Feysbuk səhifəmiz: 

https://www.facebook.com/events/287574287983276/307975995943105/?ref=notif¬if_t=plan_mall_activity

 

Kulturoloji layihə və silsilə tədbirlərimizlə bağlı başqa materiallar...

 

Köçkünlər üçün Kitab Bayramı, Kitabxana.net-in təqdimatı

 

Yeni Yazarlar və Sənətçilər Qurumu mayın 14-də Ağdam rayonu 149 saylı köçkün orta məktəbində təhsil alan məcburi kökçün şagirdlər və müəllimlər üçün interaktiv kulturoloji tədbir, e-Kitabxananın tədimatı, Kitab bayramı təşkil edib. YYSQ-nun sədri, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), eləcə də təşkilatın üzvləri olan gənc şairlər Qarabağdan köçkün düşmüş məktəblilərlə görüşü kulturoloji-interaktiv məruzə, kitab sərgisi və kitabxana.net portalının tanıtım mərasimi formasında keçirildi. Məclisi 14 saylı Ağdam orta məktəbinin direktoru Arzu Qədirova açdı, qonaqları təqdim etdi, sözü tanınmış ictimaiyyətçi, yazıçı və kulturoloq Aydın Xana (Əbilov) verdi.
Çıxışçı bildirdi ki, görüş Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası tərəfindən dəstəklənən XII Bakı Kitab Bayram - Milli Kulturoloji tədbirlər silsiləsinin bir hissəsi olaraq keçirilir. Azərbaycan ədəbiyyatının əsrlərlə ölçülən qədim və zəngin tarixinə toxunan natiq çağdaş söz sənətimizin dəyərli əsərləri üzərində diqqəti cəmlədi, estetik bədii düşüncəmizin ən son səhifəsi, İnternet - şəbəkə ədəbiyyatı üzərində xüsusi dayandı, yeni nəslin yararlandığı formalarının ədəbi-mədəni proseslərə təsirini qabartdı. Kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verəndən sonra qobnaq bildirdi ki, portalın xüsusi yeni bölümü - "Eurovision-2012" mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq" Kulturoloji-innovativ layihə çərçivəsində elektron nəşrlər hazırlanır və yayımlanır. Məlumat üçün bildirək ki, kulturoloji layihənin bu hissəsini Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.
Aydın Xan (Əbilov) məktəblillərə Milli Virtual Kitabxananın elektron resurslarından, 1500-ə yaxın anadilli e-kitab və başqa maraqlı intellektual-kulturoloji materiallarından yararlanmağı, eləcə də kitabxana.net portalındakı bloqlar bölümündə özlərinə kreativ mini-saytlarını açaraq bədii yaradıcılıq nümunələri ilə geniş ictimaiyyət qarşısında çıxmağı, tanınmağı təklif etdi.
Məclis daha sonra poeziya formada davam etdi. Poeziya məclisi qonaqları - Zaur Qəriboğlu, Yusif Nazim, Tural Qul, Orxan Ramazanov kimi gənc şairlər, eləcə də bədii yaradıcılıqla məşğul olan şagirdlər öz şeirlərini oxudular, ədəbiyyat ətrafında çıxışlar etdilər, poezuyasevərlərin müxtəliv mövzuda suallarını cavablandırıldı. YYSQ tərəfindən məktəbə hədiyyə gətirilmiş 300-dən çox yeni kitab, eləcə də ədəbi dərgilər sərgiləndi, tədbirin sonunda məktəb kitabxanasına bağışlanıldı. Qərara alındı ki, bu qəbil mədəniyyət və ədəbiyyatla bağlı tədbirlər davamlı keçirilsin, kiçikyaşlı şairlərin qələm məhsullarının dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı onlara yardımlar edilsin. XII Bakı Kitab Bayram - Milli Kulturoloji Tədbirlər Silsiləsi layihəsinə dəstək verənlər Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM, AzR Gənclər və İdman Nazirliyi, AzR Gənclər Təşkilatları Milli Şurası kimi qurumlardır.
Tədbirin axırında son illərdə nəşr olunmuş müxtəlif kitablardan ibarət mini-sərgiyə geniş baxış keçirildi, kitabxana.net portalı ilə virtual tanışlıq oldu. Razılaşdırıldı ki, bu tipli maraqlı, öyrədici tədbirlər mütəmadi təşkil edilsin, eləcə də gələn məclislərdə də ədəbiyyatımızın ən yeni nümayəndələri ilə görüşlər keçirilsin.

Yeni Yazarlar və Sənətçilər Qurumu analitik-informasiya qrupu

 

 

YYSQ-nin gənc liderlər üçüm kulturoloji tədbiri...

 

YYSQ-dən gənc liderlər üçün interaktiv kulturoloji mühazirə e-Kitabxana tədimatı, Kitab bayramı təşkil edildi...

Mayın 6-da Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbinin qonağı oldu.

Kulturoloji-interaktiv məruzə, kiçik Kitab Bayramı və kitabxana.net portalının tanıtım mərasimi formatında təşkil edilən təqdimat-məclisini görüşün həmtəşkilatçısı, AUGSŞ-nin rəhbəri Rəşid Rumzadə açdı, silsilə tədbirlər barədə qısaca məlumat vedri və bildirdi ki, Liderlər Məktəbində paytaxtın müxtəlif təhsil ocaqlarının şagirdləri iştirak edir.

Daha sonra tanınmış ictimaiyyətçi, yazıçı və kulturoloq Aydın Xan (Əbilovu) barədə məclis iştirakçılarına yaxından tanış edən R.Rumzadə sözü qonağa verdi.
"Azərbaycan ədəbiyyatı: tarixi, bu günü və virtual aləmdə" mövzüsünda geniş məruzə ilə çıxış edən A.Xan (Əbilov) əvvəlcə məlumat verdi ki, bu məclis Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası tərəfindən dəstəklənən XII Bakı Kitab Bayram - Milli Kulturoloji Tədbirlər Silsiləsinin bir hissəsi olaraq bircə keçirilir.
Azərbaycan ədəbiyyatının əsrlərlə ölçülən qədim və zəngin tarixinə kulturoloji ekskurs edən natiq milli söz sənətimizin əsas mərhələləri, tarixi gedişatı, nüfuzlu imza sahibləri, dəyərli əsərləri üzərində diqqəti cəmləyərək estetik bədii düşüncəmizin ən son səhifəsi, İnternet - şəbəkə ədəbiyyatı üzərində xüsusi dayandı, yeni nəslin daha çox yararlandığı İKT formalarının ədəbi-mədəni proseslərə təsirini qabartdı.
Mərüzəçi kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və bildirdi ki, portalın xüsusi yeni bölümü - "Eurovision-2012" mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq" Kulturoloji-innovativ layihə çərçivəsində elektron nəşrlər hazırlanır və yayımlanır. Aydın Xan (Əbilov) kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumun isə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olduğu bildirdi...
Aydın Xan (Əbilov) gənc liderlərə Milli Virtual Kitabxananın elektron resurslarından, 1500-ə yaxın anadilli e-kitab və başqa maraqlı intellektual-kulturoloji materiallarından yararlanmağı, eləcə də kitabxana.net portalındakı bloqlar bölümündə özlərinə kreativ mini-saytlar açaraq bədii yaradıcılıq nümunələrini geniş ictimaiyyətə tanıtmağı təklif etdi.
Məclis daha sonra interaktiv formada davam etdi: gələcəyin gənc liderləri onları maraqlandıran məsələlərlə bağlı, aktual saydıqları problemlərlə əlaqədar düşüncələrini bölüşdülər, tanınmış qonağa müxtəlif suallarını ünvanladılar, maraqlı tədbirə görə qonağa minnətdarlıqlarını bildirdilər...
Sonda YYSQ tərəfindən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbinə hədiyyə edilən son illərdə nəşr olunmuş müxtəlif kitablardan ibarət mini-sərgiyə baxış keçirildi, kitabxana.net portalı ilə geniş virtual tanışlıq baş tutdu.
Qərara alındı ki, bu tipli maraqlı, öyrədici tədbirlər mütəmadi təşkil edilsin, eləcə də gələn məclislərdə ədəbiyyatımızın ən yeni nümayəndələri ilə görüşlər keçirilsin...

 


Həbsxanada kitab bayramı keçirilib...

 


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə aprelin 25-də Qobustan rayonunda yerləşn 14 saylı cəzaçəkmə müəssisəsində bir qrup gənc qələm adamı ilə məhkumların görüşü, eyni zamanda maralı ədəbi məclis və kitab bayramı keçirilib.
Gün.Az xəbər verir ki, bu görüş-məclis ilə Yeni Yazarlar və Sənətçilər Qurumu ənnəvi İllik Milli Kulturoloji Müsabiqəsinə - XII Bakı Kitab Bayramının silsilə tədbirlərinə start verildi.

İllik Kulturoloji Tədbirlər silsiləsi - XII Bakı Kitab Bayramı çərçivəsində keçirilən məclisi cəzaçəkmə müəssisəsinin məsul əməkdaşı açdı, bu qəbil ədəbi-mədəni tədbirlərin vacibliyini vurğulayıb. Sonra məclisi aparmaq üçün söz YYSQ sədri, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) verilib.

Görüş-tədbirin məqsədi barədə məlumat verdikdən sonra Aydın Xan son illərdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər məlumat verdi, məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında hər cür şərait yaradacağını söylədi.

Daha sonra çıxışçı kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və bildirdi ki, portalın xüsusi yeni bölümü - "Eurovision-2012" mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq..."

Kulturoloji-innovativ layihə çərçivəsində elektron nəşrlər hazırlanır və yayımlanır. Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum isə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olduğu bildirildi...

Poeziya məclisində qonaqlardan Zaur Qəriboğlu, Yusif Nazim, Mübariz Cəmilbəyli, Orxan Ramazanov və başqa gənc şairlər, eləcə də bədii yaradıcılıqla məşğul olan bir çox məhkumlar öz şeirlərini oxudu, ədəbiyyat ətrafında çıxışlar oldu, maraqlanaların müxtəlif sualları cavablandırıldı.

YYSQ və AYB tərəfindən cəzaçəkmə müəssisinə hədiyyə gətirilmiş 300-dən çox yeni kitab, eləcə də ədəbi dərgilər kitabxanada sərgiləndi, tədbirin sonunda isə ümumi istifadə üçün bağışlandı... Qərara alındı ki, bu qəbil mədəniyyət və ədəbiyyatla bağlı tədbirlər davamlı keçirilsin, şair-məhkumların qələm məhsulları dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı işlər gücləndirilsin...

Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM, AzR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası XII Bakı Kitab Bayram - Milli Kulturoloji Tədbirlər Silsiləsi layihəsinə dəstək verdiklərini bildirildi.

 

 

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq

Aydın Xan (Əbilov): "Eurovision- 2012-də Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirə biləcəyik..."

 

http://www.sestv.az/index.php?action=video_view&static_id=214194



Aydın Xan (Əbilov): "Eurovision- 2012-də Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirə biləcəyik..."

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net portalının rəhbəri Aydın Xan Əbilovun SƏS TV-yə müsahibəsi:

- Qurumunuz "Eurovision- 2012" mahnı müsabiqəsinin təbliğatı ilə bağlı hansı işləri görür?

- Bildiyimiz kimi, Azərbaycan bu il may ayında keçiriləcək mötəbər yarışmaya ev sahibliyi edəcək. Bu tək televiziya müsabiqəsi deyil, eləcə də ölkəmizin tanıdılması baxımından vacib əhəmiyyət daşıyır. Bu da Azərbaycanı dünyanın böyük bir konsert salonuna çevirəcək. Cəmiyyətimizin hər bir təbəqəsi ölkəmizin təbliğatı üçün əlindən gələni etməlidir. Bununla bağlı qurumumuz və gənc yazarlar müxtəlif tədbirlər həyata keçirirlər. Kulturoloq olaraq sosial şəbəkələrdə geniş təbliğat işləri görürəm. Azərbaycan cəmiyyətinin hər zaman bu müsabiqəyə hazır olmasını təbliğ edirik. Müsabiqə ilə bağlı may ayında iki geniş tədbir həyata keçirmək də nəzərdə tutulur.

- Bu müsabiqəni siyasiləşdirməyə cəhd göstərirlər. Sizin buna münasibətiniz necədir?

- Eurovision mahnı müsabiqəsi həqiqətən də siyasi bir hadisədir. Böyük siyasi hadisə olduğuna görə də hər hansı bir mövqeyə hakim olan və bizi sevməyən insanlar bizə qarşı hücuma keçəcəklər. Bu digər ölkələrdə də belə idi. Təəssüflər olsun ki, daxilimizdə olan mənfur insanlar anlamırlar ki, bu müsabiqə tək Azərbaycanda yaşayan xalqlar üçün deyil, eləcə də digər həmvətənlərimizə xeyirdir. Müxtəlif xarici ölkələrin təsiri altında Azərbaycanla bağlı qara piyar məsələsinə də başlanılıb. Bu da anlaşılan məsələdir. Təbii ki, xaricdə bizi sevməyən qüvvələr mövcuddur. Ancaq daxildə olan qarşıdurmanı anlaya bilmirəm. Mədəniyyət sahəsində qazandığımız uğurumuz və dünyanı Azərbaycana gətirəcək bu yarışma nəticəsində ölkəmizin həqiqətlərini bir daha nümayiş etdirə biləcəyik.

- Qara qüvvələrə məsləhətiniz nədir? Azərbaycan olaraq üzərimizə hansı işlər düşür?

- Dövlətimiz öhdəsinə düşən işi layiqincə yerinə yetirir. Maliyyə baxımından da lazımi vəsait ayrılıb. Heç bir ölkənin etmədiyini biz etdik. Müsabiqədə 4 il iştirak etməyimizə baxmayaraq birinciliyə nail ola bildik. Müsabiqə üçün ayrıca arena inşa edilir. Başqa dövlətlərdə isə belə deyildi.

http://www.ru.sia.az/index.php?action=static_detail&static_id=214124




MEDİAFORUM.az saytının 
Araşdırması...

 

http://www.mediaforum.az/az/2012/04/19/ELEKTRON-K%C4%B0TABXANA-B%C4%B0ZD%C6%8F-N%C6%8F-VAR-NEC%C6%8F-VAR-043509885c08.html

 


ELEKTRON KİTABXANA: BİZDƏ NƏ VAR, NECƏ VAR?

İnternet əsri bizi elektron kitabxanalar dövrünə gətirib çıxarıb. Nədir elektron kitabxana? Onu kim və necə yaradır?

Bu sahədə təcrübəsi və kifayət qədər xidməti olan yazıçı, kulturoloq, www.kitabxana.net milli virtual kitabxanasının rəhbəri Aydın Xan Əbilov "Media forum"un suallarına cavab verib. O, yaratdığı portal haqqında danışıb: "Kitabxanamız dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyon nəfərlik azərbaycanlıya ünvanlanmış resursdur. 2009-cu ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib. Hazırda Gənclər və İdman Nazirliyi, Yazıçılar Birliyinin maliyyə dəstəyi ilə inkişaf etdirilir. Burada Azərbaycan, rus, ingilis, türk dillərində elmi, tarixi, bədii, ictimai-siyasi kitabların elektron variantları, dərsliklər, kulturoloji intellektual əsərlər yerləşdirilib. Gündəlik saytlardan toplanan zəruri materiallar da azad istifadəyə verilib".

Aydın Xan Əbilov elektron kitabxanaların aktuallığından danışıb: "Müasir dünyada internet resursları olmadan inkişaf mümkün deyil. Əqli mülkiyyətimizi internet resurslarında yerləşdirməli, Azərbaycan oxucusunu öz dilindən perik salmamalıyıq. Başlıca məqsədimiz virtual Azərbaycan yaratmaqdır. Çox gecikmişik. Rusiyada 40 min, Avropada 50 min elektron kitabxana olduğu halda bizdə cəmi üç-dörd elektron kitabxana var. Sayı artırmaq üçün isə texniki dəstək lazımdır. Dövlət vəsait ayırmalıdır".

Aydın Xan Əbilov bu sahənin heç bir qanunla tənzimlənmədiyini deyib: "Dünyada belə məsələlər qanuna salınmır. Bu, humanitar layihədir. İnternetin fəlsəfəsi açıqlıqdır, insanlara intellektual, virtual təsir etməkdir. Bizim portal da ana dilində oxuyan insanların elmi, ədəbi, estetik dəyərlərlə birbaşa təmasda olması üçün yaradılıb".

Elektron kitablar portala necə yerləşdirilir? Aydın Xan Əbilov bəzi müəlliflərin öz kitabını təklif etdiyini, bəzilərinin şəxsi təşəbbüslə əldə olunduğunu deyib. Eyni zamanda müxtəlif resurslarda sərbəst istifadəyə verilən kitablardan da yararlandıqlarını söyləyib: "Texniki məsələlərdə isə internet provayderlərinin, mətbəə işçilərinin, kompüter proqramçılarının da dəstəyindən istifadə olunub".

Yazıçı saytda müəllif hüquqlarının qorunması haqqında da danışıb: "Portalın materiallarından istifadə edildikdə müəlliflərə və kitabxanaya istinad mütləqdir. Hər bir istifadəçiyə materialdan yararlanmağa yalnız bir dəfə icazə verilir. Bu, kommersiya xarakterli olarsa, müəllifin razılığı alınmalıdır. Ancaq belə məsələlər həmişə mübahisə doğurub".

Latın qrafikası ilə yenidən nəşr edilən kitabların internet vasitəsilə yayılması məsələsinə toxunan Aydın Xan Əbilov bu sahədə də çox cüzi işlər görüldüyünü deyib: "Ola bilər ki, yeni yazarlar etiraz etsin. Amma klassik ədəbiyyatın virtual aləmdə yerləşdirilməsi üçün heç bir maneə yoxdur".

Yazıçı Natiq Rəsulzadə elektron kitabxananın imkanlarını yüksək qiymətləndirib: "Kitabın nəşri və yayımı böyük əmək tələb edir. Yersiz vaxt və maliyyə itkisinə səbəb olur. Amma bu gün virtual kitabxana vasitəsilə hər bir azərbaycanlı dünyanın istənilən ölkəsində asanlıqla ana dilində kitab əldə edib oxuya bilir".

Yazıçı bu sahədə əməkdaşlıq üçün xarici şirkətlərdən təklif aldığını deyib: "ABŞ-da elektron kitabların yayımı ilə məşğul olan "Pocket Book" şirkəti məni əməkdaşlığa dəvət edib. Müqavilə bağlamışıq. Onlar kitablarımın elektron variantda yayımı ilə məşğul olacaqlar". Natiq Rəsulzadə yerli portalların mövcudluğu barədə məlumatı olmadığını söyləyib.

Gənc yazar Rəna Yüzbaşı elektron kitabxanaları bəyəndiyini bildirib: "Klassik ədəbiyyatın yerləşdirildiyi elektron kitabxanaları xüsusilə sevirəm. Bu ədəbiyyatla tanışlığı olmayan insan çox şey itirir. Öz əsərlərimi də elektron formatda internetdə yerləşdirirəm, çünki mənim oxucularım gənclərdir, bu kitablar onlara açıq olmalıdır. Əsərlərimin çoxunu öz saytımda yerləşdirəndən sonra onlar internetlə özbaşına "səyahətə" çıxdı, başqa resurslarda peyda oldular. Mən buna etiraz etmirəm, əlbəttə, həmin kitabxana sahiblərinə şikayət etsəydim, əsərim oradan götürülərdi. Kitab satışından dolanan bəzi yazıçı-rəfiqələrim elə belə də edir, harasa məktub yollayır, əsərlərinin havayı yayılmasının qarşısını alırlar".

Rəna Yüzbaşı müəllif hüquqları məsələsinə də toxunub: "İnternet və müəllif hüquqlarının uyğunluq məsələsi olduqca qəlizdir. Virtual aləmə nəzarət etmək kağız daşıyıcılardan daha çətindir, nəyin harada dərc olunduğunu izləmək də qeyri-mümkündür".

"Media forum" saytının sualını cavablandıran yazıçı Əkrəm Əylisli sovet dövründə dərc olunmuş əsərlərinin internetdə yerləşdirilməsindən xəbərsiz olduğunu bildirib.

Töfhə ƏZİMOVA



"Səs" İA və qəzeti redaksiyasında Dəyirmi Masa

"Eurovision-2012" Mahnı Müsabiqəsi

 

"Səs" qəzetinin ölkənin ictimai-siyasi, mədəni həyatında baş verən proseslər, mühüm hadisələrlə bağlı təşkil etdiyi dəyirmi masalar artıq ənənəvi hal alıb. Dünən təşkil olunan dəyirmi masa "Eurovision-2012" Mahnı Müsabiqəsinə həsr olunmuşdur. Dəyirmi masada Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, "Hüquq Elmləri və Təhsil" jurnalının baş redaktoru, hüquq elmləri doktoru Cavanşir Süleymanov, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Qaçqın və Məcburi Köçkünlərə Hüquqi Yardım Mərkəzinin sədri, "Bakinski Raboçi" qəzetinin siyasi icmalçısı Tatyana Civadze, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, "Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə" İctimai Birliyinin sədri İradə Əliyeva, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan, Azərbaycanın əməkdar artisti Firuzə İbadova və dramaturq, Milli Mədəniyyətin Təbliği Mərkəzinin sədri Arif Mədətov iştirak edirdilər. 

(Əvvəli ötən sayımızda)

CAVANŞİR SÜLEYMANOV:
- Xarici mətbuatda anti-təbliğat işlərini gücləndirməklə dövlətimizə qarşı iradələrini ortaya qoymağa çalışsalar da, buna nail ola bilmirlər. Müxtəlif təxribatların törədilməsi heç də Azərbaycan dövlətinin ənənələrinə, onun siyasətinə güc gələ bilməz.

"Səs"qəzetinin əməkdaşı:
- Bu gün "Eurovision-2012" Mahnı Müsabiqəsinə müxtəlif aspektlərdən nəzər salınır. Sizcə, yarışmanın siyasiləşdirilməsi nə dərəcədə doğrudur?

TÜRK DÜNYASINA DÜŞMƏN KƏSİLƏNLƏR ÜÇÜN BU MÜSABİQƏ SİYASİ İSTİFADƏ METODUNA ÇEVRİLƏ BİLƏR

İRADƏ ƏLİYEVA:
- Təbii ki, "Eurovision-2012" Mahnı Müsabiqəsi beynəlxalq mahiyyət kəsb edən bir məsələdir. Bu, təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün əhəmiyyətlidir. Türk dünyasına düşmən kəsilənlər üçün bu müsabiqə siyasi istifadə metoduna çevrilə bilər. Onu da etiraf edək ki, yarışma mədəni hadisə olmuş olsa da, siyasi tərəfləri də mövcuddur. Belə ki, Azərbaycanın tanınması, dövlətin dünya məkanında öz potensialını, inkişafını nümayiş etdirmək üçün geniş imkanlar açılıb. Azərbaycan və Azərbaycan millətinin varlığı və necəliyi beynəlxalq yarışmadan sonra daha aydın şəkildə bəlli olacaqdır. Bu baxımdan, deyə bilərik ki, mahiyyətcə siyasi xarakter daşıyır. Bu gün daha çox "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində və yarışma çərçivəsində daha çox təxribatın törədiləcəyi ilə bağlı müxtəlif səpkili fikirlər yaranıb və bu istiqamətdə söz-söhbət mövcuddur. Bunun qarşısını necə almaq mümkündür? Mən bir təşkilatın sədri kimi deyim ki, biz sırf maarifləndirmə işi ilə məşğuluq. Belə ki, demokratik dəyərlərin təbliği və s. istiqamətdə işlər görülməkdədir. Hər kəsə bəllidir ki, dövlətimiz böyük potensiala, gücə, enerjiyə malikdir. Azərbaycan iştirakçı xarici vətəndaşların tam təhlükəsizliyinin təminatına bütün qüvvələrini səfərbər edəcək. Bu, faktdır. Kütləvi informasiya vasitələrindən və digər mənbələrdən xəbərsiz olan bir qisim təbəqələr var ki, onlar yaradılan bu şayiənin baş verəcəyinə belə inanırlar. Əhali arasında yaradılan anlaşılmazlıq bəzi hallarda vahimə, qorxu belə yaradır. Bu təhlükəsizliyin ölkəmizdə tam təmin olunması məqsədilə mütəmadi olaraq maarifləndirici verilişlərin olması düşünürəm ki, mütləqdir. Təbii ki, bu böyük bir tədbirdir və dövlətimiz, xalqımız üçün başucalığı gətirəcək, qürur mənbəyimizə çevriləcəkdir.

MÜSABİQƏ MƏDƏNİYYƏT AKTINDAN DAHA ÇOX ÖLKƏNİN HƏQİQƏTLƏRİNİ YAYMAQ İMKANINA MALİK OLAN HADİSƏDİR
ƏKBƏR QOŞALI:
- Məlum olduğu kimi, Azərbaycan ərazisi işğalda olan ölkədir. Azərbaycan xaricdə təşkilatlanmış çox güclü erməni diaspor və lobbi qrupları ilə üz-üzə qalıb. Hesab edirəm ki, "Eurovision-2012" Mahnı Müsabiqəsi zamanı mövcud olan yanlış məlumatların anlamı mahiyyət etibarilə daha çox açılmış olacaq. "Eurovision-2012" Mahnı Müsabiqəsi böyük əhəmiyyətə malik olan müsabiqədir. Bu mədəniyyət aktından daha çox ölkənin həqiqətlərini yaymaq imkanına malik olan hadisədir. Dövlətimizə səfər edəcək xarici ölkələrin təmsilçiləri bir daha Azərbaycanın qonaqpərvərliyinin, onun inkişafının əyani şahidinə çevriləcəklər. Azərbaycanın malik olduğu qədim tarixi mədəniyyəti, onun sivilizasiyası diqqətdən kənarda qalmayacaq. Hər kəs bu həqiqətləri görüb onları etiraf etməlidir. Belə ki, irəliyə doğru addımlayıb, çox qısa bir zaman çərçivəsində bir ay müddətində vətəndaşlıq mövqeyindən çıxış edib, ölkəmizə gələn qonaqları lazımi səviyyədə qarşılayıb yola salmaq imkanımızı birləşdirməliyik.

BU YARIŞMA DÜNYA MƏTBUATINDA AZƏRBAYCANLA BAĞLI ANTİ-TƏBLİĞAT KAMPANİYALARININ QARŞISINI ALMAQ ÜÇÜN GÖZƏL MƏQAMDIR. SEVİL YUSİFOVA:
- Təbii ki, "Eurovision-2012" Mahnı Müsabiqəsində iştirak edən nümayəndələr bizim dəyərli ziyalılarımızla sənət xadimləri və digər insanlarla görüşüb ünsiyyət quracaqlar. Azərbaycanın tarixinin, buradakı hadisələri gözləri ilə görəcəklər. Dünyanın müxtəlif ölkələrindən gələn kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətindən Azərbaycan həqiqətləri kənarda qalmayacaq. Bu yarışma dünya mətbuatında Azərbaycanla bağlı anti-təbliğat kampaniyalarının qarşısını almaq üçün gözəl məqamdır. Azərbaycan əleyhinə yazan jurnalistləri ölkəmizə dəvət edib, həqiqətlərlə onları üz-üzə qoymalıyıq. Onların hansı mənbədən qidalandıqlarını öyrənməyə çalışmalıyıq ki, müzakirələr zamanı həqiqətlər bəlli olsun. Azərbaycanın necə məmləkət olmasını, onun inkişafını görməmək artıq kor olmaq deməkdir.

HƏQİQƏTİN İZİ İLƏ REALLIQLARIN QƏLƏBƏSİNƏ NAİL OLMALIYIQ
TƏNZİLƏ RÜSTƏMXANLI:
- Müzakirələrdə iştirak etmək lazımdır. İstər bizim ziyanımıza olmuş hadisə olsun, istərsə də xeyrimizə. Biz hadisələrə aydınlıq gətirmək üçün müzakirə iştirakçısı olmalıyıq. Azərbaycan öz yolu ilə getməlidir, bütün hallarda müzakirələrdə öz mövqeyini üzə çıxarmalıdır. Dünya miqyasında ermənilərin işğalçı dövlət olması bəlli bir faktdır. Həqiqətin izi ilə reallıqların qələbəsinə nail olmalıyıq. Bunun üçün bizim dəlillərimiz, tarixi sənədlərimiz var ki, bu faktlara söykənək.

ARTIQ DÜNYA BELƏ İRİMİQYASLI TƏDBİRLƏRİN AZƏRBAYCANDA KEÇİRİLMƏSİNƏ HAZIRDIR . AYDIN XAN (Əbilov):


- Mənim fikrimə görə, "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı bizim kəskin problemlərimiz mövcud deyil. Azərbaycan bu günə qədər daha çox Qarabağ problemi və nefti ilə tanınıb. "Eurovision-2011" Mahnı Müsabiqəsində yer qazandığımıza görə, artıq bu miqyas daha da genişləndi. Mövcud olan əhəmiyyətli vəziyyətdən maksimum yararlanmağa cəhd göstərməyə çalışmalıyıq. Etiraf edək ki, bu gün şəhərimizə gələcək qonaqları bizim problemlərimiz bir o qədər də maraqlandırmır. Bu pop musiqisinin yarışmasıdır. Təbii ki, burada təmsilçilər gənc nəslin nümayəndələridir.
"Eurovision-2012" Mahnı Müsabiqəsi bizim üçün turizm potensialını ortaya qoymaq üçün də çox əlverişli məqamdır. "Eurovision-2012" Mahnı Müsabiqəsinin bizə nə verəcəyini və mədəniyyətimizi necə təbliğ edəcəyimizi düşünməliyik. Eyni zamanda, Bakı 2020-ci ilin olimpiya oyunlarına hazırlaşır. Bu müsabiqə bizim üçün məşqdir. Bu müsabiqə dünyanın diqqətinin Azərbaycana cəlb olunmasına yönələcək. Dünya artıq belə irimiqyaslı tədbirlərin Azərbaycanda keçirilməsinə hazırdır. Belə ki, Azərbaycan Şərq ilə Qərbi birləşdirən bir məkandır. Bütün dünyanın marağı məhz bizim ölkəmizdədir. Bu, nə qədər mədəni hadisə olmuş olsa da, siyasi hadisə olmağını da unutmamalıyıq. Müsabiqənin ölkəmizdə keçirilməsi bizim milli-mənəvi dəyərlərimizin nümayişi ilə yanaşı, çağdaş mədəniyyət və incəsənətimizin dünyaya inteqrasiyası deməkdir. Biz maksimum çalışmalıyıq ki, müsabiqənin bütün şərtlərinə əməl edək və beynəlxalq tədbir yüksək səviyyədə keçsin. Dövlətimizə məhəbbətlə yanaşmalıyıq. Müsabiqə zamanı öz qonaqpərvərliyimizi, mədəni bir dövlət olmağımızı tam şəkildə təqdim etməliyik. Bizim təşkilat "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı bir layihə həyata keçirib. Belə ki, Azərbaycan ədəbiyyatı kitabının ingilis və digər dillərdə elektron variantını hazırlayıb. Onları ebooka köçürüb gələn qonaqlara təqdim edəcəyik. Sözsüz ki, gələn qonaq kitabları deyil, məhz belə çəkisi az olan nümunələri özü ilə aparıb istifadə edəcək.

TATYANA CİVADZE:
- Bu diskussiyada müsabiqə ətrafında kifayət qədər fikirlər söylənildi, müxtəlif tərəflərdən yarışmanın mahiyyətinə nəzər salındı. "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində müxtəlif fikirlər səslənilir. Mən deyərdim ki, şəhərimizə gələcək xarici qonaqlar, ölkə təmsilçiləri Odlar Yurdunun ecazkarlığına valeh olacaqlar. Sovet məkanında uzun illər yaşayan bir ölkədəki inkişaf onların diqqətindən kənarda qalmayacaq. Nə qədər gözügötürməyən qüvvələr bu yarışma ətrafında müxtəlif fikirlər söyləsələr də, görülən işlər, təşkilati məsələlər göz qarşısındadır.

ƏGƏR DÜNYA ÖLKƏLƏRİ ARASINDA MUSİQİ MÜHARİBƏSİ OLSAYDI, MƏHZ QƏLƏBƏNİ AZƏRBAYCAN QAZANMIŞ OLARDI
FİRUZƏ İBADOVA:
- Belə bir müsabiqənin Azərbaycanda təşkil edilməsindən böyük qürur hissi keçirirəm. Azərbaycan mədəniyyəti dünyada layiqli yerini qazanıb. Azərbaycan musiqi sənəti sovet məkanında yaşadığımız illərdə belə dünya ölkələrinə yol açıb. Mən dünya şöhrətli müğənni Rəşid Behbudovla qastrol səfərlərində olmuşam. O, səhnəyə çıxarkən, ilk olaraq "Azərbaycan" mahnısını təqdim edirdi. Mahnı ifa olunduqdan sonra bütün iştirakçılar ayaq üstə dayanıb onu alqışlayırdılar. Bu mahnıdan sonra dövlətimiz haqqında xarici vətəndaşlarda böyük bir maraq oyanırdı. Demək, sənətkar gözəl mahnısını ifa etməklə bərabər, həm də dövlətini təmsil etmək gücündədir. Azərbaycan milli musiqisi o qədər güclüdür ki, deyərdim ki, əgər dünya ölkələri arasında musiqi müharibəsi olmuş olsaydı, məhz qələbəni Azərbaycan qazanmış olardı. İstənilən dövlətin musiqisi ilə müqayisədə Azərbaycan musiqisi üstündür. Dünyanın hansı bir ölkəsində oluruqsa olaq, yalnız bizim milli musiqimizə böyük diqqət yaranır. Milli musiqimiz tarixi kökləri, zənginliyi ilə dünyanı fəth edir. "Eurovision-2012" Mahnı Müsabiqəsinin də ölkəmizdə keçirilməsi təsadüfi bir hal deyil. Bu qalibiyyətin ölkəmizdə yaşanılmasının kökü məhz milli dəyərlərimizə, sənətimizə olan diqqətdən, qayğıdan irəli gəlmişdir.

İSTƏR ÖLKƏNİN ZƏNGİN MƏDƏNİ İRSİNİN NÜMUNƏLƏRİ, İSTƏRSƏ DƏ, ONUN POTENSİALININ ZƏNGİNLİYİ BELƏ MÜSABİQƏNİN KEÇİRİLMƏSİNƏ ŞƏRAİT YARADIB
ARİF MƏDƏTOV:
- "Eurovision-2012" Mahnı Müsabiqəsi bu gün gündəmdə olan məsələdir. Bu müsabiqə zamanı dünyanın 42 ölkəsini təmsil edən xarici nümayəndələr Azərbaycana gələcəklər. Azərbaycan tam hazır bir vəziyyətdə onları qarşılayacaq. Bu günlərdə "Bakı Kristall" zalının istifadəyə verilməsi və digər görülən işlər buna misaldır. Mən uzun illər bu sahə ilə məşğul olan insan kimi deyərdim ki, Azərbaycan musiqisinə, ziyalılarına qarşı təbliğat hər zaman olmuş, bu gün də mövcuddur. Hələ 1978-ci ildə Moskvada Yazıçıların İstirahət Evində görüş keçirilərkən, o zaman 40 dəqiqə məhz xalq şairi Səməd Vurğunun yaradıcılığına həsr olundu. Bu zaman bir nəfər salonu tərk etdi. Sonra öyrəndik ki, həmin şəxs erməni ziyalısıdır. Demək, erməni lobbisi hər zaman olmuş, bu gün də mövcuddur.
Bu müsabiqənin ölkəmizdə keçirilməsinin maddi və mənəvi tərəfləri var ki, hər iki cəhətdən Azərbaycan buna hazır vəziyyətdədir. İstər ölkənin zəngin mədəni irsinin nümunələri, istərsə də, onun potensialının zənginliyi belə müsabiqənin keçirilməsinə şərait yaradıb. Mən inanıram ki, Azərbaycan bu müsabiqədə də öz uğurunu sənət tariximizə yazacaqdır.

Zümrüd BAYRAMOVA, Nəzakət ƏLƏDDİNQIZI.

http://www.ses-news.az/index.php?action=static_detail&static_id=217572

Tarix: 16.05.2012 11:30 | Baxış: 2058 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2017. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner