AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər Qurumu » Azərbaycanda ilk dəfə - kulturoloji-fəlsəfi müzakirə: Nəsimi... "Gənclərin mənəvi-estetik dünyagörüşünün formalaşması üçün elektron kitablar hazırlanmalıdır"...

Azərbaycanda ilk dəfə - kulturoloji-fəlsəfi müzakirə: Nəsimi ...

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Azərbaycan Gənclər Fondunun qismən maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən həyata keçirilən "Gənc yazarların İnternet ədəbiyyatı resursunda e-kitabla iştirakı təlimi" kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunub.

Avqustun 4-də Yeni Yazarlar və Sənətçilər Qurumu "Yeni Yazarlar" ədəbi-kulturoloji kurs çərçivəsində növbəti tədbirini - "Nəsimi: inqilabçı hürufi, ateist, filosof, şair, yoxsa?..." mövzusunda kulturoloji-fəlsəfi məclis keçirdi.

İnteraktiv polemika, sual-cavab formatlı tədbiri YYSQ İH üzvü, kursun əlaqələndiricisi, Prezident təqaüdçüsü, istedadlı yazar-publisit Zaur Qəriboğlu açdı və bildiri ki, artıq bir neçə ilkə imza atmış, rəngarəng tədbirləri ilə ədəbi-mədəni mühiti canlandırmış, real və virtual layihələri ilə yeni nəsil yazarların, blogerlərin, ədəbiyyat həvəskarlarının marağını cəlb edə bilmiş "Yeni Yazarlar" ədəbi-kulturoloji kurs növbəti ictimai-mədəni müzakirəni təşkil edir.

YYSQ sədri, kursun ümumi rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) tədbir iştirakçıları qarşısında çıxış edərək məlumat verdi ki, bu müzakirə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Azərbaycan Gənclər Fondunun qismən maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən həyata keçirilən "Gənc yazarların İnternet ədəbiyyatı resursunda e-kitabla iştirakı təlimi" kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunub. Kulturoloji layihə haqqında gənc yazarlara geniş açılqama verən Aydın Xan (Əbilov) daha sonra İmadəddin Nəsiminin Azərbaycan tarixində, intellektual-dini, poetik-fəlsəfi, ədəbi-ideoloji, sosial-mədəni düşüncəsindəki yeri barədə fikirlərini bölüşdü, hürufizmin qızğın tərəfdarı, insan azadlığının tərənnümçüsünün, eləcə də fəlsəfi fikrimizi inkişafındakı dəyərli rolu olan humanitar düşüncə sahibi kimi Nəsimi və nəsimiliyin çağdaş dövrümüzdə də öyrənilməsi, ciddi analiz edilərək yararlanmağının vacibliyini vurğuladı.

"Yeni Yazarlar" ədəbi-kulturoloji kursun dinləyiciləri və digər qonaqlar qarşısında "Nəsimi: inqilabçı hürufi, ateist, filosof, şair, yoxsa?" mövzusunda kulturoloji-fəlsəfi mövzuda fəlsəfəçi-araşdırmaçı, Asif Ata davamçısı Soylu Atalı geniş mühazirə ilə çıxış etdi. Tarixi-müqayisəli kontekstdə Azərbaycan milli sivilizasiyasının keçdiyi yola nəzər salan natiq Nəsimi yaradıcılığlına, sufizm və hürufizm təriqətinə, Nəimi fəlsəfəsinə, dini baxışlara, eləcə də Şərq və Türk dünyası ədəbiyyatına, elminə ekskurs etdi, indiyə qədər də mübahisələr doğuran, müzakirələrə yol açan, çoxsaylı diskussiyalara aparan problem haqqında fikirlərini söylədi.

Diskussiya xarakterli məclisdə kursun dinləyiciləri, xüsusi seçmə şəxslər, mütəxəssislər də iştirak edirdi və daha sonra onların müzakirələrə fəal qoşulması nəticəsində intellektual-kulturoloji polemikalar başlandı. Müzakirələr zamanı çoxlu mövqeylər ortaya qoyulsa da, bir-birini kəskin fərqlənən məsələlər ətrafında qızğın mübahisələr aparılsa da, Nəsimi fenomeninə dini, ədəbi, elmi, ateistik, tarixi, fəlsəfi, hürufilik, türkçülük, bütöv Azərbaycan kontekstində nəzər salınsa da, tədbir iştirakçılarının yekdil fikri bu oldu ki, Azərbaycan ictimai-mədəni fikrin böyük simalarından sayılan Nəsimidən öyrəniləsi, müasir cəmiyyətimizə tətbiq ediləsi çoxsaylı analitik-intellektual amillər, məsələlər var.

Qərara alındı ki, bu tipli diskussiya və kulturoloji-fəlsəfi müzakirələr mütəmadi təşkil olunsun, müxtılif sosial şəbəkələrdə, İnternet resurslarında virtual variantda davam etdirilsin, başqa dahi sənətkarların da yaradıcılığına nəzər salınsın.

Daha sonra tədbir iştirakçıları İçəri Şəhərin görməli yerlərinə baxış keçiriblər, Bakı Miniatür kitab Müzeyinin qonaqları olublar.

Qeyd edək ki, "Yeni yazarlar" ədəbi-kulturoloji kurs Azərbaycan Yazıçılar Birliyi ilə YYSQ tərəfindən gənc yazıçılar üçün təşkil olunub.

Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik-informasiya qrupu

https://www.facebook.com/media/set/?set=a.4113642275656.2170325.1121148960&type=1

 

 

"Gənclərin mənəvi-estetik dünyagörüşünün formalaşması üçün elektron kitablar hazırlanmalıdır"...

 

"http://www.kitabxana.net/" - Milli Virtual Kitabxananın təqdimatında yeni layihəyə - "İnnovativ-kulturoloji ünvan - gənc yazarlar" layihəsinə start verilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) sədri, "www.kitabxana.net" - Milli Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) məlumat verib. Onun sözlərinə görə, sözügedən portal Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımları ilə həyata keçirdiyi Milli Virtual Kitabxana layihəsi əsasında qurulub.

Azərbaycan Yazıçılar Birliyinin maliyyə-texniki dəstəyi ilə YYSQ tərəfindən həyata keçirilən layihənin şəbəkə resursu Gənclər və İdman Nazirliyinə məxsusdur. Milli Virtual Kitabxanada (e-axtarış sistemli) 1-5 saniyə ərzində Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitabların elektron variantını əldə etmək mümkündür: "Saytda dünya ədəbiyyatından ana dilimizə çevrilmiş müxtəlif tərcümələr, maraqlı, intellektual yazılar, bilginin əsas istiqamətlərini əhatə edən oxunaqlı materiallar, şəbəkə əsərləri, yazarların rəngarəng bloq - şəbəkə gündəlikləri, qeydlər, şərhlər, ən yeni ədəbiyyat nümunələri, internet əsərləri və başqa mətnlər yer alıb. Şəbəkə resursunun əksər hissəsindən istifadə etmək pulsuzdur.

Portalda, eləcə də, oxucunu maraqlandıran kitabları kağız və elektron daşıyıcılar formatında əldə etmək imkanı var. Ölkə və xarici yazılı, internet, onlayn KİV-dəki ən maraqlı yazılarla vaxtaşırı tanış olmaq mümkündür".

YYSQ sədri bildirib ki, milli və dünya elektron kitabxanalarının ünvanları, yazarların saytları, yazılı, eləcə də elektron KİV-in şəbəkə ocaqları, daha başqa maraqlı keçidləri də məhz burada axtarıb tapmaq imkanı var: "Milli Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə, bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir.

Bu unikal Milli Virtual Kitabxananın inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, e-kitabxananı Azərbaycanın gələcəyi baxımından inkişaf etdirmək vacibdir".

Kitabxananın "Kulturoloji" layihəsi üzrə orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanması, Virtual Kitabxanada yerləşdirilərək, anadilli internet resurslarının sayının artırılması da diqqət mərkəzindədir: "Yaşlı və yeni nəslin yaratdığı estetik-intellektual əsərlər İnternetdə yerləşdirilsə də, orta nəslə mənsub milli yazıçı və şairlər bu məsələdə böyük çətinliklərlə qarşılaşıblar. Orta ədəbi nəslin nümayəndələrinin çoxu hələ də kompyuter və yeni İKT vasitələrindən yaralana bilmir.

Eləcə də Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq, fərqli - yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar, xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər".

Sədrin sözlərinə görə, araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qisim gənc kompyuter və internet bilgilərinə yiyələnsə də, ortada problemler var: "Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti arzuolunan səviyyəyə çatmayıb, elektron kitablar, yeni nəslə ünvanlanmış saytlar, şəbəkə resursları, internetdə milli və bilgili resurslar, həmçinin təhsil və təlimin səmərəliliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. Yeniyetmə və gənclərin mənəvi-estetik dünyagörüşlərinin formalaşmasından ötrü internetdə e-kitablar hazırlanmalı, xüsusən də nisbətən qayğıdan uzaq düşmüş orta nəsil yazarlar və şairlərin yaratmış olduğu yeni əsərlərin e-variantı hazırlanmalı, qlobal informasiya şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilməlidir.

Bu məqsədlə çağdaş oxuculara - ölkəmizdə və dünyada yaşayan soydaşlarımıza ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat və kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri internet resursları vasitəsilə çatdırılmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarımızı zənginləşdirmək, oraya girişlərin sayını artırmaq fikrindəyik. İnternet resursunda - Milli Virtual Kitabxanada orta nəsil yazarların dəyərli ədəbiyyat nümunələri yerləşdirilir.

Bu yaradıcı nəslin nümayəndələri üçün bloq sistemi hazırlanır, onlar anadilli internet resurslarını zənginləşdirməyə həvəsləndirilir, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmaq öyrədilir.

Yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyəti aşılanır; milli, anadilli internet - şəbəkə resurslarımız zənginləşdirilir. Orta nəsil, eləcə də yeniyetmə və gənclərin yazdıqları əsərləri internet səhifələr - bloqlar formasında nəşrə hazırlanır və şəbəkə resursunda yerləşdirilir.

Milli-mənəvi dəyərlərin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gəncləri həvəsləndirilir, bir araya gəlməsinə çalışılır, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verilir və b. Bir sözlə, məqsəd vətənə, dövlətçiliyimizə, tarix, mədəniyyət, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, azərbaycançılıq məfkurəsinə marağı gücləndirmək, eyni zamanda, Qlobal İnformasiya Şəbəkəsində "Virtual Azərbaycan"ı qurmaqda gənc nəslin iştirakını təmin etməkdir".

Həqiqət İSABALAYEVA

http://ictnews.az/read-15787-news-1.html

 

Tarix: 04.08.2012 23:49 | Baxış: 1661 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner