AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər Qurumu » YYSQ Ümummili lider Heydər Əliyevin 90 illik yubileyini marqlı kreativ formada qeyd edir... Cəzaçəkmə müəssisələrində kitab bayramları... Pərviz Məmmədrzayev: "Aktyorlar teatrla dolanmır"... Ədəbiyyatın "meşşan" qadınları... Yazı

Cəzaçəkmə müəssisələrində kitab bayramları

YYSQ Ümummili lider Heydər Əliyevin 90 illik yubileyini marqlı kreativ formada qeyd edir...


Bir həftədə 3 cəzaçəkmə müəssisəsinə 1000 yaxın kitab bağışlandı, təqdimatlar oldu, poeziya məclisi quruldu, layihələr haqqında məlumatlandırma baş tutdu və ümummilli liderin şərəfli həyat yolu işıqlandırıldı...

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə YYSQ təqdim edir...

XIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Tədbirlər Silsiləsi davam edir...

Kulturoloji fəaliyyət güclənir: XIII Bakı Kitab Bayramı: Kulturoloji tədbirlər silsiləsi başladı...
Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." şüarı altında keçirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti 3 tədbiri aprelin 28, 29 və 30-da baş tutub.
Aprelin 28-də Yeni Yazarlar və Sənətçilər Qurumu "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığıyla Bakıda təşkil olunan Birinci "Gənc Şairələrin Beynəlxalq Forumu"nin iştirakçıları üçün www.kitabxana.net portalının təqdimatını, eləcə də kitab sərgisini keçirdi...
Əsasən xarici dillərdə olan Azərbaycan kitablarının sərgisi xarici qonaqların, eləcə də yerli ədəbi-mədəni ictimaiyyətin nümayəndələrinin, gənc yazarların və oxucuların xüsusi diqqətini cəlb etdi. Xarici qonaqlara Azərbaycan həqiqətlərini əks etdirən nəşrlər və kitablar hədiyyə olundu.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş XIII Bakı Kitab Bayramının - Kulturoloji Tədbirlər silsiləsinin açılışı Forumdakı 20 ölkənin yaradıcı adamları və yerli ədəbi-mədəni ictimaiyyətin nümayəndələrinin iştirakıyla baş tutu.
YYSQ sədri, elektron resursun yaradıcısı və rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) www.kitabxana.net - Milli Virtual Kitabxana layihəsi haqqında məlumat verdi, iştirakçıları maraqlandıran suaları cavablandırdı.
YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələr rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyəti" şəbəkə layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən "Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" adlı layihəsi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında bilgiləri paylaşdı.
Sonda "Tanınmışlar: "Biz www.kitabxana.net - Milli Virtual Kitabxananı sevirik" adlı dəstək foto-kampaniyasıı keçirildi...

***

Aprelin 29-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla Bakıda yerləşən 16 saylı cəzaçəkmə müəssisəsində yazarlarla məhkumların görüşü, eyni zamanda ədəbi məclis keçirildi. Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanıyla keçirilən tədbirs YYSQ-nin XIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Müsabiqənin silsilə tədbirlərini davam kimi keçirilirdi. Məclisi cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə mayoru Füzuli İsmayılov açdı, görüşün əsas məramı-məqsədi barədə geniş məlumat verdi.
YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) məhkumlara tədbirin həsr olunduğu əlamətdar hadisə - Ümummilli lider Heydər Əliyev 90 illik yubileyi barədə geniş danışdı, son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verdi.
Söz alan istedadlı gənc şair, Prezident təqaüdçüsü Fərid Hüseyn oxucularla təmasın yaradıcı insanlara xüsusi təsir etdiyini vurğuladı, qələmə aldığı yeni şeirlərini oxudu. Öz kitabını imzalayıb müəssisənin əməkdaşları və azadlıqdan məhküm edilmiş oxuculara bağışladı. YYSQ tərəfindən hədiyyə olaraq gətirilmiş 300-ə yaxın kitabı nümayiş etdirildi. Qonaqlar məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında şərait yaradacaqlarını söylədi.
Sonra Aydın Xan (Əbilov) www.kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və bildirdi ki, portalın xüsusi yeni bölümləri barədə danışdı.

***

Aprelin 29-da isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla Bakıda yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində yazarlarla məhkumların növbəti görüşü, eyni zamanda ədəbi məclis keçirildi.
Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanıyla keçirilən tədbir YYSQ-nin XIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Müsabiqənin silsilə tədbirlərini davam kimi təşkil olunmuşdu.
Əvvəlcə YYSQ nümayəndələri cəzaçəkmə müəssisəsinin işi ilə, eləcə də kitabxana, idman zalı, yeməkxana, böyük zalı, kompyuter otağı, məscid, kilsə və başqa yerləri ilə tanış oldular, onlara məlumat verildi ki, ədliyyə sistemində nümunəvi müəssisə kimi tanınan bu qurumda hətta məhkümların iştirakıyla televiziya verilişi hazırlanır və hər həftə Xəzər TV-də, eləcə də sosial videopaylaşım şəbəkələrində nümayiş olunur (http://penitensiar.justice.gov.az/mehkum_tv) .
Sonra tədbir öz işinə başladı. Məclisi cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə polkovnik leytnantı Əli İbrahimov açdı, görüşün əsas məramı-məqsədi barədə geniş məlumat verdi.
YYSQ sədri, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) məhkümlara tədbirin həsr olunduğu əlamətdar hadisə - Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi barədə geniş danışdı, son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verdi.
Söz alan istedadlı gənc şair, Prezident təqaüdçüsü Fərid Hüseyn əsasız yerə İranda həbs olunması haqqında məlumat verdi, oxucularla təmasın yaradıcı insanlara xüsusi təsir etdiyini vurğuladı, qələmə aldığı yeni şeirlərini oxudu. Öz kitabını imzalayıb müəssisənin əməkdaşları və azadlıqdan məhküm edilmiş oxuculara bağışladı. YYSQ tərəfindən hədiyyə olaraq gətirilmiş 300-ə yaxın kitabı nümayiş etdirildi.
Qonaqlar məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında şərait yaradacaqlarını söylədi.
Sonra çağdaş Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin həyat və ictimai-siyasi, dövlətçilik fəaliyyəti aqında geniş məruzə edən A. Xan (Əbilov) kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və bildirdi ki, portalın xüsusi yeni bölümləri barədə danışdı.
Poeziya məclisi formasında davam edən məclisdə gələn yazar qonaqlar eləcə də bədii yaradıcılıqla məşğul olan məhkumlar öz şeirlərini oxundu, ədəbiyyat ətrafında çıxışlar oldu, suallar cavablandırıldı...
YYSQ tərəfindən müəssisəyə hədiyyə gətirilmiş 300-dən çox yeni kitab, eləcə də ədəbi dərgilər ümumi kitabxanada sərgiləndi, tədbirin sonunda cəzaçəkmə müəssisəsinə bağışlanıldı...
Qərara alındı ki, bu qəbil mədəniyyət və ədəbiyyatla bağlı tədbirlər davamlı keçirilsin, şair-məhkumların qələm məhsulları dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı fəaliyyətlər gücləndirilsin...
Daha sonra Cəzaçəkmə müəssisəsinin rəisi Mirsaleh Seyidov gələn qonaqlarla görüşdü, fikir mübadiləsi aparıldı, müəssisənin yaratmaq istədiyi elektron kitabxana layihəsi ilə bağlı ilkin razılaşma əldə olundu. Aydın Xan (Əbilov) YYSQ və kitabxana.net - Milli Virtual Kitabxana bu məsələdə müəssisəyə istənilən yardımı etməyə hazır olduğunu bildirib.
XIII Bakı Kitab Bayram - Milli Kulturoloji Tədbirlər Silsiləsisinə maliyyə-texniki dəstək verir: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-dir.
Yeni Yazarlar və Sənətçilər Qurumu Media və İctimaiyyətlə Əlaqələr bölümü


Ümummilli liderimiz Heydər Əliyevin yubileyinə ictimai-mədəni, sosial-kreativ yanaşma...

Penitensiar xidmətinin Tərbiyə Müəssisəsində kulturoloj tədbir

Yeni Yazarlar və Sənətçilər Qurumu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Tərbiyə müəssisəsində (uşaq və yeniyetmələrin saxlandığı yerdə) növbəti tədbir keçirilib...
XIII Bakı Kitab Bayramı: Kulturoloji Tədbirlər Silsiləsi davam edir...
Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbiri müxtəlif nəsil yazarların uşaq, yeniyetmə və gənclərin saxlanıldığı Ədliyyə nazirliyinin Penitensiar xidmətinin Tərbiyə müəssisəsində baş tutdu.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığıyla Bakıda yerləşən Penitensiar xidmətinin Tərbiyə müəssisəsində yazarlarla məhkumların görüşü, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzə, eyni zamanda ədəbi məclis, kitabların təqdimatı keçirildi.
Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanıyla keçirilən tədbirs YYSQ-nin XIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Müsabiqənin silsilə tədbirlərini davam kimi təşkil olunmuşdu.
Əvvəlcə YYSQ nümayəndələri cəzaçəkmə müəssisəsinin işilə tanış oldular, onlara məlumat verildi ki, ədliyyə sistemində nümunəvi müəssisə kimi tanınan bu qurumda əsasən gənc nəslin çətintərbiyə olunan məhkum nümayəndələri saxlanılır.
Daha sonra tədbir öz işinə başladı. Məclisi cəzaçəkmə müəssisəsinin nümayəndəsi açdı, görüşün əsas məramı-məqsədi barədə geniş məlumat verdi.
YYSQ sədri, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) məhkümlara tədbirin həsr olunduğu əlamətdar hadisə - Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi barədə geniş danışdı, son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verdi.
Narıngül Babayeva, eləcə də gənc nasir Rüfət Soltan oxucularla birbaşa ünsiyyətin yaradıcı insanlara müsbət təsir etdiyini vurğuladı, qələmə aldığı yeni şeirlərini oxudular, fikirlərini bölüşdülər. Yazarlar öz kitablaını imzalayıb müəssisənin əməkdaşları və azadlıqdan məhküm edilmiş gənc oxuculara bağışladılar.
YYSQ tərəfindən Tərbiyə müəssisəsinə hədiyyə olaraq gətirilmiş 300-dən çox kitabdan ibarət mini kitabxana nümayiş etdirildi.
Qonaqlar məhkumların yaradıcılıq imkanlarıyla maraqlandı, onların əsərlərinin mətbuat və İnternetdə yayılmasında şərait yaradacaqlarını söylədi.
Daha sonra çağdaş Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin həyat və ictimai-siyasi, dövlətçilik fəaliyyəti aqında geniş məruzə edən A. Xan (Əbilov) kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və bildirdi ki, portalın xüsusi yeni bölümləri barədə danışdı.
YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələr rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyəti" şəbəkə layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən "Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" adlı layihəsi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında bilgiləri paylaşdı.
Maraqlı ədəbi-poetik məclisi formasında davam edən tədbirin yazar-qonaqları eləcə də bədii yaradıcılıqla məşğul olan məhkumlar öz şeirlərini oxudu, ədəbiyyat ətrafında çıxışlar edildi, maraqlananların sualları cavablandırıldı...
YYSQ tərəfindən müəssisəyə hədiyyə gətirilmiş 300-dən çox yeni kitab, eləcə də ədəbi dərgilər ümumi kitabxanada sərgiləndi, tədbirin sonunda Tərbiyə müəssisəsinə bağışlanıldı...
Qərara alındı ki, bu cür mədəniyyət və ədəbiyyatla bağlı tədbirlər davamlı keçirilsin, şair-məhkumların qələm məhsulları dövri mətbuat və İnternetdə yayımlanması ilə bağlı fəaliyyətlər gücləndirilsin...
XIII Bakı Kitab Bayram - Milli Kulturoloji Tədbirlər Silsiləsisinə maliyyə-texniki dəstək verir: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-dir.

Yeni Yazarlar və Sənətçilər Qurumu Media və İctimaiyyətlə Əlaqələr bölümü

Əvvəlki tədbirlər burada:

https://www.facebook.com/Aydinxan.ebilli/photos?collection_token=1121148960%3A2305272732%3A69&set=a.10200639784333306.1073741851.1121148960&type=3

https://www.facebook.com/Aydinxan.ebilli/photos?collection_token=1121148960%3A2305272732%3A69&set=a.10200648618514155.1073741853.1121148960&type=1

https://www.facebook.com/media/set/?set=a.10200650742367250.1073741854.1121148960&type=3

https://www.facebook.com/media/set/?set=a.10200680436309580.1073741855.1121148960&type=1

http://www.dayaq.org/index.php?action=static_detail&static_id=63040

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə YYSQ təqdim edir...

XIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Tədbirlər Silsiləsi davam edir...

Bizim cəmiyyətə təsir imkanlarımız tamam fəqrqli və kreativdir...

Cəzaçəkmə müəssisələrində kitab bayramları...

http://proses.az/?m=xeber&id=9404


"Aktyorlar teatrla dolanmır"


Pərviz Məmmədrzayev. Onu sadiq tamaşaçılara xatırlatmağa lüzum yoxdur. "Dəli yığıncağı"ndan, daha sonra Dövlət Pantomim teatrından mükəmməl ifaları ilə yadda qalıb- "Gəldim ki, olam qəmin hərifi", "Dulusçu", Nağaraçılar", "Muğam trio, dizlər", "Kimdir müqəssir" kimi tamaşalardan bəlkə hər jestini, mimikasını xatırladığınız aktyordur. Üç il əvvəl Dövlət Pantomim Teatrından ayrılıb "Simsar" pantomima studiyasını yaratdı. Simsar studiyası üç il ərzində 10 nəfərlik truppa ilə məşqlər etdi, tamaşalar hazırladı və müxtəlif məkanlarda onu tamaşaçılara göstərdi. Pərviz Məmmədrzayevlə elə bu barədə danışdıq.

"Rejissor da, rəssam da, aktyor da özüm idim"

- "Simsar" teatr studiyasından danışın. Studiya məkan olaraq harda yerləşirdi? İndi studiyanin işi nə yerdədir?

- Bu sizin düşündüyünüz kimi yer deyildi. Şəxsi ev idi, kirayəyə götürmüşdük. Amma ordan bu yaxınlarda çıxdıq. Çünki yaşayış yeri idi, adamlar səs-küydən narahat olurdu, bir-birimizə mane olurduq. Çoxdan ordan çıxmaq istəyirdim. Qurban gəldi və yeni nəfəs gətirdi. Bir az da bununla çıxmağımızı ləngitdi. Üçüncü tamaşa az qala hazır idi. İkisi pantomim, biri isə klounada tamaşası idi.

İndi işləmək üçün iki yer nəzərdə tuturuq. Bunlardan biri Tədris teatrının binasıdır, o biri isə Həzi Aslanov metro stansiyası yaxınlığında bir yerdir, yaşayış yeri deyil.

Bir də, təsisçidən - "Simsar" MMC-dən ayrılmışıq, amma əlbəttə, studiya fəaliyyətini davam etdirəcək. Ola bilsin, adımızı dəyişəcəyik, amma başqa heç nə dəyişməyəcək.

- Pərviz müəllim, bir teatr studiyası yaratmaq və öz teatr ideyalarını, arzularını gerçəkləşdirmək, yəni, bir növ azad fəaliyyət göstərmək istəyən bir teatr adamının qarşısına çıxan ən böyük problemlər nədir?


- Studiya açmaq istəyən bir adamın qarşısına çıxan əsas problemlərə qaldıqda əsas maddi durum və o adama olan inamdır. İnam çox vacibdir. İnanmalıdırlar ki, insan nə dərəcədə bunu edə bilər. Amma inamsızdırlarsa, özün o inamı qazanmamısansa təzyiqlər çox olacaq. Şəxsən "Simsar" prodakşn mənə inandı və kömək etdi. Mənə dost və dayaq oldular. Onların mənə etdiklərini unuda bilmərəm.

- Bilirsiniz bu azadlıq, azad fəaliyyət göstərmək axı asan başa gələn şey deyil. Bu barədə teatr adamları ilə mübahisələrimiz olub. Bəhram Osmanov deyəndə ki, aktyor nədi, onun sözü ola, bir həmkarım bu sözün üstündən aktyorları məhdudluqda, qorxaqlıqda, köləlikdə ittiham etmişdi. İttiham etmək asandı, amma axı səbəblər var; aktyorlar bilir ki, bir çox faktorlardan asılıdırlar və azad fəaliyyət göstərə bilməyəcəklər. Amma siz bu nümunəni göstərdiniz...

- O rejissora hörmətim var. Amma fikir səhvdir. Mənə bunu bilmirdim. Mənə pis təsir etdi. Əgər rejissor düşünən beyindirsə belə, aktyorsuz o beyin də qıraqda qalmış bir kütlədi. Rejissor aktyorsuz silahsız əsgər kimidi. O da əvvəl-axır əsir düşəcək. Aktyor mənim üçün böyük məfhumdur. O rejissorla eyni cəbhədə, yəni eyni fikirdə olmasa rejissor uduzacaq. 30 dəqiqəlik bir tamaşa hazırlamışdım, rejissoru da, rəssamı da, aktyoru da mən idim. Bu o deməkdir ki, aktyor bir balaca özündə güc hiss etsə, heç kim qabağında dayana bilməz. Aktyor şəxsiyyətdir. İnsan ayrılıb gedirsə və özündə güc hiss edirsə o yaradacaq. Maddi çətinliklər olacaq, amma o öz boğazından kəsib onu edəcək. Bineyi-qədimdən belə olub və olacaq da. Tək mən deyiləm. Və mən kiməm ki?

- Teatr adamlarından, teatrlardan, həmkarlarınızdan dəstək olanlar oldumu?

- Aktyor aktyora həmişə dəstək olur. Qaldı teatrlara, Pantomim teatrından gedəndən sonra mənə dövlət teatrlarından işləmək təklifi gəldi. Kukla teatrına seçib ora getmək istəyirdim, amma alınmadı, nə isə.

"Mənə zəng edirlər ki..."

- Pərviz müəllim, dövlətdən asılı teatrlarda şərtlər başqadır. Onlar qismən dövlətdən aldıqları ianə ilə bəzi xərclərini ödəyir, amma artıq gəlir də əldə edə bilmirlər. Bunu da çox vaxt elə dövlət teatrı olmağa bağlayırlar. Yəni, "dövlətin şərtləri altında fəaliyyət göstərib tamaşaçının tələbələrini ödəmək çətindir" fikri yaranır. Bəs dövlətdən asılı olmayan, müstəqil studiya-teatr özü işləyib özünü saxlaya, öz xərclərini - kirayəsini, əmək haqqını, kommunal xərcini və s.- ödəyə bilərmi?

- Bilər, əlbəttə. Mümkündü. Bilirsiniz, mən sifarişi, kiminsə diktəsini sevməmişəm. Mənə hətta bir neçə dəfə deyiblər ki, bu tamaşada bu yer var, bunu çıxarın, sonra başınızı ağrıda bilər. Bunu necə çıxara bilərəm, hazırlamaya bilərəm? Bu mənim ləzzətimdi, zövqüm, ürəyimdi. Hazırlamışam da, heç bir problem də olmayıb. Özbaşınalıq başqa şeydi, azadlıq başqa. Beyində azad olmaq lazımdı. Mən bir marioneti, onun üsyanını göstərmək istəyirdim, onun ipləri necə qırdığını, əziyyətlə ayağa qalxdığını göstərmək istəyirdim. Göstərdim də. Bu insan problemidi, burada siyasi xətt axtarmaq lazım deyil. Axı hamı kiminsə tərəfindən idarə olunur. O tamaşalara baxan neçə adam yaxınlaşıb: "Bu mənim həyatım idi" - deyib. Zəng edib, "o tamaşaları yenə göstərin" deyirlər. İnşallah bina məsələsi həll olar, işlər yoluna düşər, biz də tamaşaçılarımızın arzusunu yerinə yetirərik.


Maddi təminat məsələsinə gəldikdə isə, əgər indiyə qədər acından ölməmişiksə, bu artıq nəyisə sübut edir. Bir də biz heç birimiz teatrdan dolanmırıq axı. Mən tələbələrimə filmə, seriala çəkilməyə, tədbirlərdən pul qazanmağa şərait yaradıram. Mən istəyirəm ki, aktyor dolanışıq baxımdan teatrdan asılı olmasın. Bir yerdə ki, aktyor teatrdan asılıdır, orada aktyor məndən asılı ola bilər. Mən bunu istəmirəm.

- Bir studiyanın rəhbəri olduğunuz üçün artıq siz də idarəçi olursunuz. Bayaq marionet haqqında hazırladığınız tamaşadan danışdınız. Bu idarəçilik sizdə də despotizm yarada bilər. Özünüzdə bunu, yəni despotizmi hiss edirsiniz?

- Gözəl sualdı. Mən gözü çıxmış canavarlardan görmüşəm ki, despotizmin axırı hara gedib çıxır. Mən insanların və aktyorun şəxsiyyət olaraq qalmasına həmişə üstünlük vermişəm. Əgər o bəyənmirsə, o çıxıb gedəcək. Onun gözünü qorxutmaq, "mənim yanımda sən nəsə bir şeysən" kimi münasibət göstərmək, əksinə olaraq onu uzaqlaşdırır. Uşaqlarımın hamısı deyə bilər ki, mən bir dəfə də onlarla elə davranmamışam. İntizam olmalıdır. Əxlaq normasında hər şey olar.

Mən o uşaqların ardında ona görə dayanmalıyam ki, onlar inkişaf etsin. Harasa gedəndə istəyirəm əzməsinlər, tapşırıram ki, mənim aktyorumdur. Axı cavandılar, pöhrə kimidirlər... Bir az ayaqları bərkiyən kimi çəkilib kənarda dayanacağam ki, tamam müstəqil olsunlar. Ən böyük istəyim onların şəxsiyyət kimi formalaşmasıdır. Mən istəyirəm ki, onların özlərinin marağı olsun. Ən böyük bağlantı da elə budu. Onlar mənə inanmasalar, mənimlə həmfikir olmasalar, onda despotluq yaranacaq. Vallah, əgər onlar nəsə maraqlı, ağıllı bir şey olduğunu iddia edib başımın üstündə dursalar, mən edəcəm. Bəlkə məndən çox bilir, daha yaxşı bir şey təklif edir? Mənim üçün əsas olan yoldu. Səndən qabaqda dayanım, ya arxada, bu vacib deyil. Əsas olan o yolu qət etmək, məqsədə çatmaqdir. Vəssalam.

"Aktyorlarımın musiqi bacarığı olmalıdır"

- Qabaqda festivallar var. Məxsusi tamaşalarla hazırlaşacaqsınızmı?

- Teatr Xadimləri İttifaqının "2+1" festivalı var, ora iştirak üçün hələ müraciət etməmişəm. Necə ki, döyüşdə iştirak etmək üçün silahlar və döyüşçülər hazır olmalıdır, bizdə də eynən hazırlıq vacibdiur. Heç olmasa qalib də gəlməsən, mənəvi və fiziki cəhətdən məhv olmayasan. Birinci növbədə mən "silah itiləməklə", yəni aktyoru cilalamaqla məşğulam.

- İfadə vasitəsi imkanları kimi bədəndən başqa hansı vasitə sizə cazibədar gəlir?

- Mənim böyük istəyim aktyorlarımın musiqi bacarığının olmasıdır. İstəyirəm, vokal imkanlarını istifadə etsinlər. Bu hətta aktyordan tələbə çevrilib. Aktyorlarımdan biri üçün skripka da almışam. İki aktyorum gitara çala bilir, pianonu ifa edənlər var. Aktyorun içərisində baza olanda bu görünür. Həm də bu düz deyil ki, o rejissorun dediyini etsin. Aktyorun öz dünyası mənə çox maraqlıdır.


- Sizcə intellekt aktyora mane olur, yoxsa lazımdır?

- İntellekt aktyora çox lazımdır. Mən beynəlxalq festivallara gedəndə şahidi olmuşam ki, ordakı aktyorlar, hətta tələbələr sənət cərəyanlarını yüksək səviyyədə bilirlər. Mən bizi düşünəndə təəssüflənirəm. Artonu, Qrotovskini, Meyerxoldu dərindən bilmələri onlara təcrübi olaraq kömək edir.

- Yəni, onun işinə baxanda bu sadalananları görə bilirsən və intellektual tamaşaçı bundan həzz alır?

- Bəli. Tamamən elədir. O bildiyini göstərəcək. Məsələn, məndə muğama meyl güclüdü. Nə eləsəm də onu bəlli edirəm. Bu mənim canımdadı. Amma modern sənətlər, caz mənim marağımdı.

Aktyor var ki, səhnəyə çıxır, heç nə etmir, danışmır, amma ondan gözünü çəkə bilmirsən, aktyor da var, səhnəyə çıxanda qaçır, tullanır, danışır, qan-tərə batır, amma baxa bilmirsən, yorulursan.

Niyə? Çünki aktyor daxilən dolu olmalıdı, içi boş qab kimi olmamalıdı. Mən rejissorluqda oxumuşam. Əvvəl özumə sual verirdim ki, tutalım bir yazıçının bir əsərini hazırlamalı və ya oynamalıyam, niyə onun bütün yaradıcılığını həyatını bilməliyəm? Amma sonra gördüm ki, onun ideyalarını, üslubunu, narahat edən problemlərini bilmək üçün oxumalıyam.

"Don Kixot olmaq istəyirəm"

- Son vaxtlar hansı filmə çəkilirsiz?

- Hazırda ssenarisi Cəfər Cabbarlının "Aydın" pyesinin motivləri əsasında yazılmış bir seriala çəkilirəm. Əhvalat müasirləşdirilib, günümüzə uyğunlaşıb. Pyesdəki Dövlət bəyi, yəni serialdakı Cövdət bəyi oynayıram.

- "Hökmdarın taleyi" filmində Fətəli şahınız mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. Özünüzü teatr adamı, yoxsa kino adamı hesab edirsiniz?

- Mən teatr adamıyam. Teatrda mən akvariumda balıq kimiyəm, mən onunla nəfəs alıram. Kinoya elə böyük yanğım yoxdu.

- Dramatik teatrda oynamaq istədiyiniz qəhrəman varmı?

- Teatrda Don Kixotu oynamaq böyük arzumdur. Məncə Don Kixot kino üçün deyil. O hissləri canlı ötürmək lazımdı.

- Bu Don Kixot arzudu, yoxsa, artıq beyninizdə tamamlanmış obrazdı, yəni sizin öz Don Kixotunuz varmı?

- Var. Hətta tamamlamışam da. Amma özüm hazırlamaqdan ehtiyat edirəm, birdən subyektivliyə qaçaram. Don Kixotu, o adamı çox sevirəm...

Aliyə



Ədəbiyyatın "əxlaqsız" qadınları

 

Ərinə xəyanət edən, lesbiyan yazarlar


Ədəbiyyatın "pis uşaqlar" deyəndə ağlımıza kimlər gəlir? Martin Amis, Salman Rüştü, Conatan Franzen, Ernest Heminquey. Bəs qadınlardan yazarlardan kimləri "pis qadın" adlandıra bilrəik? "Flavorwire" saytı hazırladığı ədəbiyyatın "ədəbsiz" qızlarını müəyyənləşdirməyə çalışır. Kulis.Az həmin siyahını təqdim edir.

Sapfo (e.ə. 630-570; Qədim Yunan şairəsi)

O Yunanstanın ən məşhur lirik şairlərindən sayılırdı. Lesbos adasında dünyaya gələn Sapfo altı yaşında yetim qalanda qohumları onu olan hetera məktəbinə (gənc fahişələrə incəsənəti, rəqs və bədii qiraət, sevişmə qaydalarını öyrədən məktəb) verirlər. Burada onun şairlik qabiliyyəti üzə çıxır və tezliklə Sapfo kübar cəmiyyətin bəzəyinə çevrilir

Sapfonu "lezbiyan" sözünün yaradıcısı da hesab edirlər. Tarixdən onun qadınlarla da sevgi əlaqələrinin olması məlumdur. Sapfo öz şeirlərindən qadınlara olan sevgisindən məharətlə yazırdı. Sonralar onun Afrodita məbədində bakirə qızlar üçün məktəb yaratdığı məlumdur.

Özünə qəsd etmiş şairənin günümüzə çox az şeiri gəlib çatmışdır.



Jorj Sand (1804-1876)

Sapfodan sonra siyahıda Jorj Sand gəlir. Onlarla roman ("İndiana", "Konsuela", "Mopra"), bir neçə pyes, xatirə kitabı və ədəbi tənqid kitablarının müəllifi olan fransız yazar bu qədər işin içində "dəcəlliy"ə də vaxt tapırmış.

Əsl adı Amanda Avrora Lüsyen Düpen olan yazar da həməsri olan bir çox qadın yazar kimi kişi imzayıla yazırmış. Amma onun cinsiyyət dəyişməsi tək ədəbiyyatda olmayıb. Gündəlik həyatında da kişi paltarları geyən, o dövr qadınlarında əsla görünməyən siqaret çəkmək vərdişi olan Sand 19 yaşında ərə gedib, 9 ildən boşanaraq böyük bəstəkar Frederik Şopenlə eşq macərası yaşamışdır.



Kolett (1873-1954)


Ah bu fransızlar... Siyahı tamamilə onlardan ibarət də ola bilərdi. Sidon Qabriella Kolett o məşhur "Klodin" əsərini çap etdirdiyi aralarda üç dəfə evlənmiş və ikinci ərinə onun oğluyla xəyanət etmiş qadındır. Əvvəllər yazdığı əsərləri əri yazıçı Anri-Qotye Vilların imzası ilə çap olunsa da sonralar əsərlərini öz imzası ilə yazmışdır.

Qadınlarla olan münasibətləri və kübar cəmiyyətdə çoxlu qadın sevgilisinin olması, "Mulen Ruj"da göstərilən "Misir yuxusu" adlı pantomim tamaşasında aktrisa ilə öpüşməsi onun adını xeyli qalmaqallı etmişdi.

Kolet qadınların gözündən cinsi həyatı, seksuallığı və qadın olmanın xüsusiyyətlərini ən yaxşı anladan yazarlardandır.


Doroti Parker (1893-1967)

XX əsrin ən məşhur ədəbiyyatçılarından olan Parker həm roman müəllifi, həm şair, həm də tənqidçi olması ilə bərabər dərin yumorlu aforizmləri ilə Amerikadakı sol hərəkatının da qabaqcıllarından idi. Hazırcavablığı ilə seçilən Parker üç dəfə evlənmişdir. Üç evlilikdən ikisi eyni adamla - Allan Kempbellə- olmuşdur. Ölümündən əvvəl bütün var-dövlətini Martin Lüter Kinqə vəsiyyət edən Parker "Algonquin Round Table" adlı ədəbi məktəbinin də qurucularından biri olub.


Hollivud üçün ssenarilər yazan yazıçının sol hərəkata bağlı olması onun "Hollivudun qara siyahı"ya düşməsinə səbəb olmuş, depressiyaya düşən yazıçı alkoqolizmə yolxumuşdu


Anais Nin (1903-1977)


Ədəbiyyat çevrələrində "ilham pərisi" kimi tanınan Anais Nin gündəliklərinin nəşrindən sonra yazıçı kimi də məşhurlaşdı. Keçən əsrin əvvəlləri üçün olduqca açıq-saçıq bir dillə yazan Anais Nin erotik romanları ilə yanaşı evli ikən Henri Miller, Qor Vidal, Edmund Vilsonla yaşadığı eşq macəraları ilə də məşhurdur.

Simona de Bovuar (1908-1986)

Bovuar fransız feminizminin anası hesab olunur. Amma bu onun haqqındakı maraqlı məlumatlardan yalnız biridir. XX əsrin ən məşhur qadın yazarlarından olan Bovur Jan Pol Satrla evlilikdən sonra onunla ayrı-ayrı evlərdə yaşamış, uşaq sahibi olmaqdan imtina etmişdir. Sartla evlilikləri ərəfəsində başqa bir adamla sevgili olduğu məlumdur.

Onun "İkinci cins" romanı feminizmin Bibliyası hesab olunur.


Silviya Plat (1932-1963)


Bir şeyi vurğulamaq lazımdır ki, Platı "pis qadın" edən onun intihar etməsi deyildi. Həyatı ağır ruhi sarsıntılarla keçən Platı ən çox əsəbiləşdirən əri şair Ted Huqun ətrafındakı gözəl qadınlar idi. Hətta bir dəfə ərini bir qadınla yaxalayan Plat qısqanclıqdan onun yanağını dişləmişdi.


Keti Aker (1947-1997)

Radikal feminist olan Keti Aker 1984-cü ildə çap etdirdiyi "Orta məktəbdə qan və cəsarət" adlı romanı ilə ciddi qalmaqala səbəb olmuşdu. Əsərlərində əsasən insest, abort və homoseksuallıq mövzularından bəhs edən Aker açıq şəkildə lesbiyan olduğunu etiraf edirdi. O, 1997-ci ildə döş xərçəngi xəstəliyindən vəfat etmişdi.


Elnarə AĞAOĞLU



Hansı kitab Məryəmi fahişə kimi göstərib?

 

Sonluğu dəyişdirilən əsərlər

Ədəbiyyat tarixində bir çox əsərlər dəyişikliklə üzləşiblər. Bəziləri zamanın "aşsüzəni"ndə ilişib qalıb, bəziləri redaktorların "qayçıları"na tuş gəlib, bəziləri də yazıçının öz istəyi ilə dəyişdirilib. Bəs onlar dəyişdirilməsəydi, necə olardı? Bəlkə elə dünyamız da indikindən fərqlənərdi?

Malkolm X-ın avtobioqrafiyası

Malkolm X-ın avtobioqrafiyası XX əsrin ən vacib əsərləri siyahısındadır. Amerikalı siyasi xadim və qaradərililərin hüquqlarının müdafiəçisi Malkolm X bunu ömrünün son günlərində yazıb. Qəribədir ki, ən təsirli üç bölüm kitabdan çıxarılıb. Səbəb isə Malkolmun vətəndaş hərəkatı ilə bağlı mübarizəsindəki xəyal qırıqlığı və depressiv əhvalının həmin bölümlərdə əks olunması idi. Kitabın daha müsbət notlarla bitməsini istəyən redaktorlar depressiv olan 3 bölümü kitabdan çıxarmağa qərar veriblər.

Alisa möcüzələr ölkəsində

Uşaqların sevimli kitabı "Alisa möcüzələr ölkəsində" əsərinin müəllifi Levis Kerroll əsərin ilk nəşr zamanı rəssamdan "parik taxan arı" şəkli çəkməyini istəyib. Rəssam nə qədər çalışsa da, çəkə bilməyib və Kerroll o bölümü kitabdan çıxarıb.

Harri Potter və Ölüm hədiyyələri

Coan Roulinq "Harri Potter" seriyasının sonuncusu-"Ölüm hədiyyələri" kitabı üçün iki fərqli sonluq düşünüb. Axırda hamımızın bildiyi sonluğu seçib: Voldemort ölür və Harri hamını xilas edir. Alternativ final belə idi: əsərin axırında Harri böyüyür, "Hogvarts"ın yeni müdiri olur və hamının yaddaşından Voldemortu silir. Dolayı yolla Harrinin nəvəsinin növbəti Qaranlıqlar Lordu olacağı barədə ipucları verilir. Roulinq bu sonluğu heç vaxt ictimaiyyətlə paylaşmamağa qərar versə də, ən yaxın rəfiqəsi son bölümü internetdə yayımlayıb.

Böyük Ümidlər

Çarlz Dikkensin ən sevilən romanlarından biri olan "Böyük Ümidlər"in sonunda Pip keçmiş sevgilisini tapır. Dəyişdirilərək bu günümüzə gəlib çatan versiyanın əskinə olaraq, Pip köhnə sevgilisinə daha sevgili ola bilməyəcəklərini deyib ayrılmalı imiş. Amma Dikkensin dostları bu finalı çox kədərli və depressiv hesab etdikləri üçün ondan həmin bölümdə dəyişiklik etməyini istəyiblər.

Dorian Qreyin portreti

1890-cı ildə Oskar Uayld kitabını redaktora göstərəndə Viktorya dövrünə və kitabdakı homoerotik hissələrə görə böyük narahatlıq yaşanıb. Redaktoru yeddi yeni bölüm əlavə edərək kitabın "feminen" tərəfini yumşaltmağı tövsiyə edib. Üstəlik, erotik hissələrin bəzilərinin çıxarılmasını istəyib. Kitab çox satılsa da, Uayld cinsi seçiminə görə həbsxanaya düşüb. "Dorian Qreyin portreti" redaktorun məsləhəti olmadan yayımlansaydı, tamamilə homoseksuallıqdan bəhs edən kitab olacaqdı. Bu qədər oxunub sevildiyini nəzərə alaraq deyə bilərik ki, kitab ilk variantı ilə yayımlansaydı, bəlkə də indi homoseksuallara qarşı daha tolerant bir dünyada yaşayırdıq.

Drakula

Brem Stokerin simvolik romanı bu günə qədər yazılmış ən təsirli qorxulu romanlarındandır. Amma Stokerin kitabın son bölümünü çıxartdığını yəqin çox az adam bilir. Çıxarılan bölümdə Drakulanın ölümündən sonra evi yandırılır. Müəllif bəlkə də əsərin davamını yazmaq istədiyindən, ya da Edqar Allan Ponun "Qorxulu ev" əsərini xatırladacağını düşünərək son hissəni çıxarıb. Bu seçimi ilə Stoker "Ponu təqlid edən yazıçı" əvəzinə "ən yaxşı qorxu romanları yazarı" kimi ədəbiyyat tarixinə düşüb.

İncil

Dini kitablar illər boyu dəyişikliyə məruz qalıb, gah hansısa hissələr çıxarılıb, gah da əlavələr olunub. "İncil" də onlardan biridir. Amma bu kitablarda yeganə dəyişməyən şey hadisələrdir - yəni hamısı demək olar ki, eyni hadisəni nəql edirlər. Keçmişdə bəzi "İncil" kitabları fərqli yanaşmalarına görə hətta qadağan da edilib. Məsələn, "İncil" kitablarının bəzilərində Məryəm anaya fahişə deyilib, bəzilərində İsa Məsihin həvarisi Müqəddəs Pyotr söyülüb və s. Buna görə də, eramızın 325-ci ilində I Nikeya Kilsə Məclisində "İncil"in sayı dördə endirilib. Əgər endirilməsəydi, yəqin bizi çox fərqli bir dünya gözləyərdi.


Rəna NEVZAT

Tarix: 10.05.2013 23:51 | Baxış: 1851 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner