AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) » XIII Bakı Kitab Bayramı: Kulturoloji Tədbirlər Silsiləsi. Azərbaycan Turizm İnstitutunda kreativlik: H.Əliyev-90 bayramı. YYSQ Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan həqiqətlərinin kreativ təbliğ edir... AYB-də kitab təqdimatı. Gənclərin təhsili

YENİ YAZARLAR VƏ SƏNƏTÇİLƏR QURUMUNUN Kulturoloji - İnnovativ Layihə bardə Açıqlaması


YYSQ-nin Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2013-cü il fevralın 25-dən martın 19-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş maliyyə (qrant) müsabiqəsinə - "Gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş" bölümü üzrə təqdim etdiyi "Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş XIII Bakı Kitab Bayramı" Kulturoloji - İnnovativ Layihə bardə Açıqlaması

Azərbaycan Respublikasında yaşayan əhalinin yarısından çoxu, dünyada yaşayan soydaşlarımızın böyük əksəriyyətini yeni nəslin nümayəndələri - yeniyetmə və gənclər təşkil edir. Millət olaraq mədəniyyətimiz, ədəbiyyatımız, kitabımız, psiхologiyamız, milli-mənəvi dəyərlərimiz, etnik şüur, mentalitet, həyat və davranış tərzimiz bir olsa da, qloballaşmanın dağıdıcı və sürətli həmlələri, eləcə də xalqların son illərdəki sıx inteqrasiyası nəticəsində millətimizin idenfikasiya kodları dəyişikliklərə məruz qalır, milli sivilizasiyamızın özünəməxsusluqları unudulmaqdadır. Bu aktul məsələdə kitab mədəniyyətinin, oxu və mütaliə vərdişlərinin, intellektual informasiya, elmi və bilgili məlumatların yeni nəsil tərəfindən qavranması, əqli mülkiyyətə olan marağın artırılmasının, yaranmaqda olan çağdaş ədəbiyyat və milli kitabların təbliği, müxtəlif nəsil yaradıcı insanların ədəbi-bədii nümunələrinin ölkə daxilində və xaricdə tanıdılmasına, təbliğinə böyük ehtiyac duyulur. Son illər ən yeni texnologiyaların yaranması, kompyuter və internetin, eləcə də elektron KİV və qlobal sosial şəbəkələrin sürətlə inkişafı gənclərdə və yeni nəslin digər nümayəndələrində kitaba meylin azalmasına aparıb çıxarıb. İnsanlar görüntülü məlumatlara, televiziya informasiyasına marağının artması ciddi, intellektual mütaliə sahəsində böyük problemlər ortaya qoyub. Gənclər yeni nəsil yazarların, ümumiyyətlə isə müasir ədəbiyyatdan, milli kitablardan xəbərləri yoxdur, üstəlik də ingilis və rus dilinin təsiri nəticəsində Azərbaycandilli kitablardan ayrı düşməkdədirlər. İl ərzində ölkəmizdə nəşr olunan kitabların sərgiləri keçirilmədiyindən, eləcə də onların reklamı, tanıdılması sahəsində işlərin zəif aparılması nəticəsində bu məsələnin bütün dünyada olduğu kimi, ölkəmizdə də böyük fəsadları görünməkdədir.
Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternetin mənfi təsirinə daha çox gənc nəslin nümayəndələri - uşaq, yeniyetmə və gənclər məruz qalır, onlar ictimai-mədəni varlıq olaraq Azərbaycanlı kimi özünüdərk proseslərindən kənarlaşırlar. Azərbaycan daxilində yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq, fərqli - yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar. Araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qism gənclər kompyuter və İnternet bilgilərinə yiyələnsə də, milli İnternet - qlobal və lokal informasiya-şəbəkə resurslarımızın azlığı, Azərbaycan dilində gənclərə, yeniyetmələrə ünvanlanmış İnternet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi və zəif inkişaf etməsi, eləcə də elektron - Virtual Kitabxanaların, pulsuz bloq - sayt imkanlarının yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının yox dərəcəsində olması ona gətirib çıxarıb ki, yeni nəslin nümayəndələri Azərbaycan kitabından uzaq düşüblər. Milli kitabların tanıdılması, təbliği, müsabiqə, müəlliflərlə görüşlər, oxuculara yeni ədəbiyyatın tanıdılması, tələbə, gənclər və yeniyetmələrin arasında kitabın təbliği, kimsəsiz uşaqlara kitablardan ibarət hədiyyələrin hazırlanması, İlin Kitabı müsabiqəsinin təşkili, kitab sərgilərinin keçirilməsi, İnternet, mətbuat, televiziya və radio kanallarda milli kitabın, mütaliə mədəniyyətinin təbliğinə, həmçinin müxtəlif nəsil yazarların, müəlliflərlə oxucuların canlı görüşlərinə, Azərbaycan kitabının monitorinqini keçirilməsinə, xaricdəki sənət yarışmalarına göndərilməsinə böyük ehtiyac var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ölkəmizdə milli kitab, ədəbiyyat və mədəniyyətlə bağlı çoxsaylı rəsmi sənədlərə imza atıb. YYSQ də dövlətimizin gənclər və mədəniyyət-ədəbiyyat siyasətinə dəstək vermək məqsədi ilə Аzərbaycan Рespublikası Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə artıq 12 iki ildir ki, ölkəmizdə analoqu olmayan Bakı Kitab Bayramı - İllik Milli Kulturoloji Tədbirlər silsiləsi təşkil edir və hər dəfə bu respublika əhəmiyyətli tədbirləri yüksək səviyyədə həyata keçirir. Bu barədə YYSQ-nin www.kitabxana.net ünvanlı rəsmi İnternet saytlarında geniş məlumatlarlar var.
Milli kitabların tanıdılması, təbliği, müsabiqə, müəlliflərlə görüşlər, oxuculara yeni ədəbiyyatın tanıdılması, tələbə, gənclər və yeniyetmələrin arasında kitabın təbliği, kimsəsiz uşaqlara kitablardan ibarət hədiyyələrin hazırlanması, İlin Kitabı müsabiqəsinin təşkili, kitab sərgilərinin keçirilməsi, İnternet, mətbuat, televiziya və radio kanallarda milli kitabın, mütaliə mədəniyyətinin təbliğinə, həmçinin müxtəlif nəsil yazarların, müəlliflərlə oxucuların canlı görüşlərinə, Azərbaycan kitabının monitorinqini keçirilməsinə, xaricdəki sənət yarışmalarına göndərilməsi məqsədilə YYSQ hər il Kitab Bayramı təşkil edir və bu dəfə onuncu dəfə keçirməyi planlaşdırır.

XIII Bakı Kitab Bayramı Kulturoloji Tədbirlər Silsiləsi çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
1) Mədəniyyətyönümlü QHT-lərin, gənclər təşkilatlarının, ali təhsil ocaqlarının iştirakıyla Dəyirmi masa, konfrans, yazarlarla oxucuların görüşlərini təşkil etmək;
2) Gənclər üçün "Heydər Əliyev-90: milli mədəniyyət və ədəbiyyatımızın hamisi" real və virtual - sosial şəbəkələrdə teqdimatların, mini-kitab sərgilərinin, bayramlarının təşkili
3) "2012-cu ilin Kitabı" - Milli Kulturoloji Mükafat мüsabiqəsini təşkil etmək;
4) Ötən ilin ən yaxşı kitablarını seçib qiymətləndirmək, mükafatlandırmaq və təbliğ etmək;
5) Yazarlarla naşirlərin, müəlliflərlə oxucuların canlı görüşlərini təşkil etmək;
6) Gənc yazarların kitablarının və yaradıcılığının təbliği;
7) Yeni nəsil yazarların nəşr olunmuş kitablarının sərgisini təşkil etmək;
8) Ali məktəblərdə yeni kitabların təbliği ilə bağlı silsilə tədbirlərin təşkili, monitorinqin təşkili;
9) Ümummili lider Heydər Əliyevin 90 illi yubileyinə həsr olunmuş, gənclər və uşaqlar üçün nəzərdə tutulmuş kitabların təbliği və sərgisini təşkil etmək;
10) Gənclər QHT-lərində kitaba həsr olunmuş tədbir və görüşlər keçirmək;
11) Bakıdakı və respublikadakı cəzaçəkmə müəssisələrinini kitabxanaları üçün mini-kitabxana hazırlamaq və onlara bağışlamaq;
12) Ağdam qaçqın məktəbinin kitabxanası üçün mini-kitabxana hazırlamaq və bağışlamaq;
13) Milli Ordunun "N" saylı Hərbi hissəsinin kitabxanasına - əsgər və zabitlərlə gənc yazarların görüşü, hərbi hissəyə yeni kitabların hədiyyə edilməsi;
14) Milli nəsr və kitab sənətini mətbuatda, elektron KİV-də, sosial şəbəkələrdə və İnternetdə təbliğini təşkil etmək;
15) Azərbaycandilli kitab və ədəbiyyatın inkişafına, zənginləşməsinə stimul vermək;
16) Milli kitablarımızın beynəlxalq sərgilərə və kitab yarışmalarına göndərmək.
17) Yeni - elektron mütaliə, e-oxu və e-yazı bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı fəaliyyət, sosial şəbəkələrdə virtual kitabxanalar, rəqəmsal kitabların təbliği...

Bu problemləri öyrənmək, хalqımızın milli-mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, təhsilə, elmə, yeni texnologi biliklərə, gənc nəslin sivil inkişafına səy göstərməkdən, eləcə də qlobal, xalqların inteqrasiyyaya meylinin güclü olduğu bir çağda dünyada millətimizin başqa xalqlardan geri qalmamasından ötrü bir gün də vaxt itirmədən yuxarıda sadalanan problemlərin həlli istiqamətində ciddi addımlar atmaq lazımdır. Hər hansı bir dövlətin - millətin sivil inkişafının bir ölçüsü də onun ərazisində yaşayan insanların çağdaş dünya dəyərlərinə olan münasibətidir. Bu mənada biz Avropa ölkələrinə çatmaq istiqamətində çox işlər görməliyik. İlk addım olaraq gənc nəslin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən fəaliyyətlərin təşkilinə, dünya ədəbi-mədəni ictimaiyyəti arasında milli kitablarımızın tanıdılması istiqamətində fəaliyyəti genişləndirilməsinə səy göstəriləcək.
Gənc yazıçılar, blogerlər, tələblər, şagirdlər, İnternet istifadəçiləri, oxucular, sosial şəbəkədəkilər.
Milli mədəniyyət, ədəbiyyat və kitabla, İnternet texnologiyaları, şəbəkə resursları, elektron kitabxanalarla bağlı YYSQ-nin apardığı illik sorğu və monitorinqlərin nəticələrindən, eləcə də saytımıza və elektron ünvanlarımıza gələn müraciət, istək və təkliflərdən, təşkilatımız tərəfindən hazırlanaraq ictimai müzakirə və istifadəyə verdiyimiz www.kitabxana.net , eləcə sosial şəbəkələrdə ünvanlı Virtual Elektron Kitabxanalardan yararlanan 2,5 il ərzində 2500 000 yaxın İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirmişik ki, yeniyetmə və gənclər yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından - Elektron Kitabxanadan almaq istəyir. Bir kitabın tirajı 1000 ədədi keçmədiyi bir bir vaxtda kitabların belə ictimai təbliğinə izah etməyə ehtiyac yoxdur.
Azərbaycan Respublikasında, eləcə də xaricdə yaşayan azərbaycanlı uşaq, yeniyetmə, gənclər, habelə dünyanın hər yerində yaşayan gənc soydaşlarımız, tələbələr, Azərbaycan kitabını, ədəbiyyatını və dilini öyrənən xaricilər, həmçinin ədəbiyyatçılar, kulturoloqlar, mədəniyyət sahəsinin mütəxəssisləri, İnternet istifadəçiləri, jurnalistlər, KİV, kitabxanaçılar, dilçilər, filoloqlar, yeni nəsilə ünvanlanmış ədəbiyyatın mütəxəsisləri və b.
Azərbaycan Respublikasında, eləcə də xaricdə yaşayan azərbaycanlı uşaq, yeniyetmə və gənclərin mənəvi-estetik dünyagörüşlərini formalaşmasından ötrü milli kitabların, yeni nəsilə ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat və kitabların, əsərlərin təbliğini təşkil etmək, tanıtmaq, ədəbi-mədəni hadisələr, tədbirlər silsiləsini, kitab yarışmasını keçirmək, yazarlarımızı milli söz sənətini zənginləşdirilməsi işinə həvəsləndirmək, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmaq, milli-mənəvi dəyərlərinin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gənclərinin imkanlarından yararlanmaq, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan vermək. Eləcə də Prezidentin məlum sərəncamlarından irəli gələn əsas mədəniyyət hadisələrini dəstəkləmək, Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə töhfə vermək, gənclər arasında onun irsini təbliq etmək, Azərbaycan Xalq Cümhuriyyətinin 85 illik yubileyini təmtəraqlı təşkil etmək və milli kitablarımızın beynəlxalq aləmdə uğuruna, tanıdılmasına, təbliğinə səy göstərməkdir.
Yeni nəslin ciddi əsərləri, elmi mətnləri mütaliə etmək, yazılı və elektron KİV-də, Feysbuk kimi sosial şəbəkələrdə, İnternetdə kitablarımızın təbliğinin təşkili, başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclərin, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşlarımızın yarısından çoxunda Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, Azərbaycançılıq məfkürəsinə marağını...
Kulturoloji layihə çərçivəsində həyata keçirilən silsilə tədbirlər Azərbaycanda və xaricdə yaşayan uşaq, yeniyetmə və gənclərin təlim-tərbiyyəsi, intellektual-estetik formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni kitablarla təmasını gücləndirəcək, onların çağdaş və milli mədəniyyətə yiyələnməsi, yeni nəslin yaradıcı təfəkkürünün inkişafı, kitabdan istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq. Ümummilli liderimiz Heydər Əliyevin zəngin irsi həm real, həm də virtual - sosial şəbəkələr və İnternet vasitəsilə təbliğ olunacaq, gənclərə öyrədiləcək, xaricdə yaşayan soydaşlarımıza çatdırılacaq. Çağdaş ədəbiyyat və yeni nəsil nümayəndələri üçün nəzərdə tutulmuş Virtual Kitabxana, milli kompyuter və şəbəkə resurslarının yaradılmasına təkan veriləcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq, yeni ədəbiyyatı nümunələri yaranacaq, yazıçılarımızın gənclərə ünvanlanmış ədəbiyyat, poeziya, bilgili əsərlərin yazılmasına həvəsləndirəcək, mütaliə, həmçinin yazı mədəniyyətini formalaşdıracaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq, bunu həm kitab, həm də canlı görüşlər, silsilə tədbirlər, sərgi və gənclərlə görüşlər vasitəsilə nail olunacaq. Kulturoloji
Layihə İnternet və sosial şəbəkələrdə mütəmadi olaraq davam etdiriləcək. Nəzərdə tutulan Bakı Kitab Bayramı davamlı olaraq hər il keçirilir və bundan sonra da ölkəmizin ədəbi-mədəni həyatında xüsusi rolunu saxlamaq üçün təşkil olunacaq. Eyni zamanda sentyabr ayında milli kitablarımızın beynəlxalq sərgilərə və kitab yarışmalarına göndərmək üçün işlər aparılacaq, eləcə də XXIII Beynəlxalq Moskva Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkil olunun MDB Dövlətləri Beynəlxalq VIII Kitab Yarışmasına təqdim edilməsi üçün hazırlanaraq ora göndərilməsi, aparılması, kitabların ekspertlər tərəfindən fərqləndirilməsi üçün işlərin aparılması nəzərdə tutulub. Yeri gəlmişkən, hər il göndərilən milli kitablarımız müxtəlif nominasiyalarda fəxri yerləri tuturlar! Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə layihədə əməyi olan şəxsləri, tənqidçi və ədəbiyyatşünasların, kitabхana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunduğu mətbuat konfransı və təqdimat mərasimi keçiriləcək, yeni kitablar ölkəmizin geniş ictimaiyyətinə, eləcə də yeni nəslin nümayəndələrinə təqdim olunacaq, M.F.Aхundov adına Milli Kitabхanaya (ölkənin ən böyük kitab saхlanğıcısına), Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin şəbəkələrində yaymadan ötrü, həmçinin Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat institutlarının, Azərbaycan Pedaqoji Universitetinin kitabхanasına, xarici ölkələrin Bakıdakı səfirliklərinə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarına, Azərbaycanın xarici ölkələrdəki elçiliklərinə, diaspora qurumlarına layihə barədə rəsmi məlumatlar veriləcək. Eyni zamanda mətbuat işçilərinə və ədəbiyyat mütəхəssislərinə elektron resurs barədə informasiya paylanacaqdır ki, bu da layihənin həm peşəkarlar tərəfindən həm ədəbi-kulturoloji, həm ictimai-mədəni dəyəri haqqında müzakirələr aparılacaq, mətbuatda işıqlandırılmasına şərait yaradacaq, gənclərin intellektual səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Layihənin sonrakı mərhələsində gənclərə aid şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələrinin təbliğinə xüsusi önəm veriləcək. Gənclər sektoru, müxtəlif nəsil gəncləri, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, kitab, ədəbiyyat sahəsində intellektual əlaqələr yaradılacaq, Azərbaycan haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.
Layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də YYSQ-nin saytında yerləşdiriləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli QHT Forumu, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, AYB, kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multimədəniyyəti geniş yayılmasına səbəb olacaq.
Televiziyada və mətbuatda («525-ci qəzet», "Yazar" və «Eхo» kimi ölkənin ən böyük mətbu orqanlarında, "Space" TV, İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında, Feysbuk səhifələrində) Kulturoloji layihə və kitablar haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır. Layihə başa çatdıqdan sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektoruna layihənin nəticələri haqqında ətraflı arayış təqdim ediləcək, Nazirliyin Mühasibatlıq uçotu sektoruna isə maliyyə hesabatı təqdim ediləcək.
Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, Ədliyyə Nazirliyinə (məlumatlandırıcı hesabat), KİV və geniş ictimaiyyətin nümayəndələrinə geniş hesabatlar təqdim ediləcək.


Yeni Yazzarlar və Sənətçilər Qurumunun İctimaiyyətlə Əlaqə və Analitik-İnformasiya Bölümü



Azərbaycan Turizm İnstitutunda kreativlik: H.Əliyev-90 bayramı


Kreativ Azərbaycan: ədəbi-kulturoloji görüş Azərbaycan Turizm İnstitutunun tələbələrinin qonağı gənc şairlər oldu...

XIII Bakı Kitab Bayramı: Kulturoloji Tədbirlər Silsiləsindən...

Bu gün - mayın 17-də Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisi keçirilib.

Müxtəlif nəsil şair və yazıçıların, tələbələrin, jurnalistlərin, müəllimlərin iştirak etdiyi, Azərbaycan Turizm İnstitutunun tələbələri və gənc pedaqoqları ilə keçirilən tədbir kreativ formatda - kitab bayramı, təqdimat, poeziya məclisi və diskussiya şəklində baş tutdu. Məclisi ATİ dekanı Sevda Vəzirova açdı, gələn qonaqları salamladı, təhsil müəssisəsi haqqında məlumat verdi, rektorluğun salamlarını yaradıcı insanlara çatdırdı. Tədbir ATİ baş müəllimi Vüsalə Məmmədzadənin təşəbbüsü ilə keçirilirdi...

YYSQ sədri, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verdi, vurğuladı ki, bütün bunlar Prtezident İlham Əliyevin apardığı daxili ictimai-mədəni siyasətin nəticəsində mümkün olub, eləcə də, o, kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş məlumatlar verdi. Natiq çağdaş Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin yubileyi ilə əlaqədar keçirtdikləri müxtəlif tədbirlər haqqında danışdı, portalın xüsusi yeni bölümləri barədə danışdı.

Tədqiqatçı Adıgözəl Məmmədov "Kreml rəhbərlərinin psixoloji portretləri" adlı kitabı haqqında danışaraq sabiq SSRİ dövründə dövlətin əsas rəhbərlərindən biri kimi Heydər Əliyevin tarixi fəaliyyətləri barədə tələbələrə danışdı.Sonra müxtəlif nəsil şairlərdən prezident təqaüdçüləri Narıngül, Könül Səid, Şəfəq Sahibli, Sahilə, Fərid Hüseyn, Zaur Qəriboğlu qələmə aldıqları yeni şeirlərdən nümunələri oxudular, oxucularla öz fikirlərini bölüşdülər.

Yazarlar öz kitablaını imzalayıb institutun əməkdaşlarına, tələbələrə, və gənc oxuculara bağışladılar.
YYSQ tərəfindən Azərbaycan Turizm İnstitutunun hədiyyə kimi 300-dən çox kitabdan ibarət minikitabxana nümayiş etdirildi.

YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələrin rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyəti" şəbəkə layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən "Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" adlı layihəsi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında tanıtım təqdimatlar etdi...

Maraqlı ədəbi-poetik məclisi formasında davam edəcək tədbirdə yazar-qonaqlar eləcə də bədii yaradıcılıqla məşğul olan tələbələr öz şeirlərini oxudu, Heydər Əliyev və mədəniyyət, ədəbiyyat ətrafında çıxışlar oldu, maraqlananların sualları cavablandırıldı...

Yeni Yazarlar və Sənətçilər Qurumu Media və İctimaiyyətlə Əlaqələr bölümü


https://www.facebook.com/media/set/?set=a.10200738131471923.1073741859.1121148960&type=1


http://profliqa.blogspot.com/2013/05/azrbaycan-turizm-institutunda.html


https://www.facebook.com/media/set/?set=a.185877191567240.1073741841.100004348806699&type=1

http://teleqraf.com/news.php?id=21694


http://www.dayaq.org/index.php?action=static_detail&static_id=63093


http://sumqayitxeber.com/2013/05/az%C9%99rbaycan-turizm-institutunda-kreativlik-h-%C9%99liyev-90-bayrami/


Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan həqiqətlərinin kreativ təbliği...



Ümummilli lider Heydər əliyevin 90 illik yubiley tədbirlərimiz davam edir.

19 mayda Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək, Ümummilli lider, Türk dünyasını görkəmli dövlət və siyasi xadimi, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, I Beynəlxalq "No Gi Grappling" (güləş) - Kyokşin yturnirinin təşkilatçıları "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Doğu Ağdeniz Universiteti, "Gracia jiu jitsu" klubudur.

Turnirdə iştirak edən xarici iştirakçılara Azərbaycan həqiqətlərini özündə əks etdirən nəşr və elektron məlumat daşıyıcıları, Heydər Əliyevlə bağlı suvenirlər paylanacaq, ölkəmizin əldə etdiyi ictimai-mədəni, iqtisadi-siyasi uğurlar haqqında məlumatlar veriləcək...

Farhad Allahverdizade təşəkkürlər...

P.S. Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbiri kimi kreativ yarışmaya təşkilati-informatik dəstək verir.



Gənc şair Peyman Oğayətin kitab təqdimat. XIII Baki Kitab Bayramı


XIII Baki Kitab Bayramı: Gənc şair Peyman Oğayətin kitab təqdimatı... 


Mayın 16-da Azərbaycan Yazıcılar Birliyinin Natəvan klubunda gənc və istedadlı şair Peyman Oğayətin "SEVGİ YAĞIŞI" kitabinin imza günü və təqdimat mərasimi keçirildi... 

Yeni Yazarlar və Sənətçilər Qurumu tədbirin keçirilməsnə təşkilati - informatik dəstək verdi. XIII Bakı Kitab Bayramı: Kulturoloji Tədbirlər Silsiləsindən... 

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbiri mayın 16-da, AYB-də keçirildi. 

Tədbiri tanınmış ədəbiyyatçı, yazar Gülxani Pənah açdı, sonra sözü YYSQ sədri, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) verdi. Aydın Xan son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verəcək, kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və portalın xüsusi yeni bölümləri barədə danışadı. 

Daha sonra müxtəlif nəsil şair və yazıçılardan Əziz Pünhan (Mirəziz Seyidzadə), Zahid Sadıqov, Narıngül, Habil Yaşar, İsrafil Hüseynov, Akşin Fateh, Yafes Türksəs, Solmaz İlisulu, Aybəniz Kərimova çıxış edərək gənc şairin yaradıcılığından danışdılar, ona yeni uğurlar dilədilər...


YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələr rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyəti" şəbəkə layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən “Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı” adlı layihəsi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında mini təqdimat oldu... 

Maraqlı ədəbi-poetik məclisi formasında davam edən tədbirdə şair Peyman Oğayət öz şeirlərini oxudu, ədəbiyyat ətrafında çıxışlar edildi, maraqlananların sualları cavablandırıldı... 


Yeni Yazarlar və Sənətçilər Qurumu Media və İctimaiyyətlə Əlaqələr bölümü


https://www.facebook.com/media/set/?set=a.10200733769682881.1073741858.1121148960&type=3 - şəkillər...

http://editor.az/yazi/220474
İnternetdən qazandığımız xəzinə
Kitabsız kitabxanaları əlverişli edən nədir?
Bir neçə tanışımdan axırıncı dəfə hansı kitabı oxuduqlarını soruşdum. Məlum oldu ki, çoxu axırıncı kitabı nə vaxt oxuduğunu xatırlamır. Bu son illərin ən aktual problemidir. Bu cür yüzlərlə, minlərlə gənc var ki, hərə bir səbəbdən kitab oxumur. Bəziləri vaxtın olmamasından şikayətlənir, bəziləri kitabların maraqsızlığından, bir qrup isə kitaba həvəsinin olmamasını, digər qism kitabın baha olmasını əsas gətirərək kitab oxumur. Axır vaxtlar kağız kitablara laqeydlik müşahidə olunur. Son illər internet resursları və texnologiyalarının inkişafı kitab bazarına da öz təsirini göstərə bilib. Artıq oxucular kağız formatda kitablara yox, elektron kitablara üstünlük verirlər.
Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kitabxana.net Milli Virtual Kitabxananın təsisçi və rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, elektron kitabxanaların yaradılması prosesinə Azərbaycanda nisbətən gec başlanılıb. Onun sözlərinə görə, hal-hazırda bütün dünyada uşaq bağçalarından, məktəblərdən tutmuş Prezident Administrasiyasına qədər bütün qurumların elektron ofisi və ya sayt-portalı var. "Qonşu ölkələrdə 10 minlərlə elektron kitabxana olduğu halda, bizdə cəmi 3-4 elektron kitabxana var. AMEA-nın M.F. Axundov adına kitabxananın elektron variantı var. Azərbaycan Gənclər və İdman nazirliyi tərəfindən dəstəklənən Kitabxana.net portalı sonradan yaradıldı və burada 2000-dən artıq elektron kitab yerləşdirilib".
Onun sözlərinə görə, artıq Azərbaycanda elektron kitab oxucularının sayı artıq 3%-dən 7%-ə çatdırılıb. İnsanlar virtual kitabları yaxşı mənimsəyə bilirlər və buna üstünlük verirlər. Təkcə kitabxana.net portalının 2200000-ə yaxın oxucusu var. Ən çox oxunan kitablara gəlincə A. Əbilov bildirdi ki, dərslik və müxtəlif sahələrə aid elmi kitablar daha çox oxunur. O cümlədən, uşaq kitabları, detektiv əsərlər, sevgi romanları, dünyanın tanınmış brendləri də oxucular tərəfindən maraqla qarşılanır. Fantastik əsərlər bizdə nisbətən az oxunur.
Elektron kitabxanaların üstünlüklərinə gəlincə, A. Əbilov bildirdi ki, kitablar az tirajla çap olunur, amma elektron kitabxanalardan bütün düyada yaşayan 50 milyon azərbaycanlı, 300 000 000 türk dünyası istifadə edə bilər. Azərbaycanlılar bütün dünyaya səpələniblər buna görə, bizə elektronlaşma daha vacibdir. Üstünlüyü həm də odur ki, dərsliklər bəzən baha olur, tələbələr bunu ala bilmir, bəzən sayı az olur, tapılmır. Elektron kitabxanaların olması çox yaxşı haldır. Zaman və məkan problemini həll edir.
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Hacıyevanın ANS PRESS-ə verdiyi məlumata görə, elektron kitabxanalara tələbat son dərəcə böyükdür. Onun sözlərinə görə, elektron kitabxanaların inkanları daha genişdir. "İnsanlar avtobusda gedərkən də bundan istifadə edə bilər. Elektron kitabxanalara tələbat sonsuzdur. Sayının çoxluğu baxımından, kitabxananın zənginliyi baxımından ənənəvi kitabxanalardan çox zəifidir. Gənc oxucuların texnika vərdişləri çoxdur. Gənclərimiz mobil telefon, planşetlər vasitəsilə elektron kitabları oxuya bilirlər. Kitabxanaya gələn yaşlı nəsil isə hətta kitabların elektron kataloqu belə axtarmaqda çətinlik çəkirlər. Yaşlı nəsil, texnikadan nisbətən aralı düşən insanlar daha çox kitabları sevirlər".
Onun sözlərinə görə, ənənəvi kitabxanada olan fond dolğunluğu elektron kitabxanada yoxdur. Hansı kitablar daha çox soruşulursa, həmin kitabların da elektron variantını hazırlanır. Əgər kitab müəllifi sağdırsa, biz onların razılığını alandan sonra elektron variantını hazırlayırıq.
Elektron kitabların hazırlanması həm də vaxt aparır, kadrlar məsələsi var. Azərbaycan kitabxanaları 2000-ci ildən beynəlxalq elektron şəbəkəyə qoşulub. Bizdə bütün dünyada olan elektron kitabxanalara çatmaq üçün zaman lazımdır. Müxtəlif oxucular, elə ənənəvi kitabxanalara müraciət edən qədər oxucu müraciət edir.
Aydın Xan Əbilovun sözlərinə görə, ABŞ, Avstraliya, Kanada və digər ölkələrdə çoxillik plan hazırlanır ki, indiyə qədər yaradılmış olan bütün mətnlər elektron varianta köçürülsün. Mütəxəssis hesab edir ki, bizdə də yaxşı olardı ki, Prezident yanında internet şurası yaradılsın. Azərbaycandilli internet resurslarının, xüsusən də, intellektual və kreativ istiqamətdə inkişafına qrantlar ayrılsın: "Bəzən adamlar bizi düzgün başa düşmürlər. Nizami Gəncəvinin "İsgəndərnamə"sinin və ya "Leyli və Məcnun" əsərini kağız və ya elektron variantda olmasının nə fərqi var? Biz elektron kitabı təbliğ edəndə, onun məzmununa qarşı çıxmırıq".
//ANS Press





"Известия Азербайджан"

Айдын Xан АБИЛОВ, создатель портала kitabxana.net : «На смену традиционному чтению приходит виртуальное»

В интернет-пространстве Азербайджана с недавних пор появился новый портал kitabxana.net - Национальная виртуальная библиотека. Его создатель - писатель-культуролог, эксперт по новым медиа Айдын Xан АБИЛОВ рассказал в интервью biznesinfo.az о целях и задачах портала, тенденциях по переводу книжной литературы на электронные носители.

- Как выполняется виртуальный азербайджанский национальный культурологический проект?

- Мы предложили создать виртуальный Азербайджанский национально-культурологический проект и идеологические ценности, которые соответствуют ему, используя по максимуму мобильную связь, Интернет, ИКТ, мультимедийные возможности, новинки социальных сетей. Идея имеет очень простую логику: создавая виртуальное азербайджанское государство в Интернете и социальных сетях, объединить 50 миллионов азербайджанцев в едином идеолого-культурологическом пространстве.
Приоритетной задачей является вырастить как национальную, так и новую, открытую для мира интеллектуально-креативную, инновативно-глобальную личность. Наше кредо: «Ты можешь жить в любой стране, но внутри ты должен носить единый Азербайджан. Ты как целая часть родины должен развивать сильный потенциал, чтобы представить виртуальный Азербайджан в мире и в Интернете. Должен оставить свой след на этом пути!».

- Какова цель создания портала kitabxana.net как части этого проекта?

- Литературно-культурологический портал kitabxana.net собрал электронные варианты различных произведений национальной и всемирной литературы на азербайджанском, английском, русском и турецком языках. В библиотеке можно найти художественные, научные книги и учебники, сетевые адреса локальных и глобальных электронных библиотек, оригинальные авторские статьи, арт-новости. Созданы отдельные ресурсы, состоящие из культурных и литературных новостей и проектов, блогов писателей. Выполнены специальные работы по переводу около двух тысяч книг и одной тысячи материалов на азербайджанский. Азербайджанские произведения были переведены на иностранные языки.

- В провинциях, можно сказать, нет книжных магазинов, а библиотеки никто не посещает. Что нужно сделать для стимулирования интереса к чтению книг в регионах?

- На самом деле, в Баку и регионах страны немало книжных магазинов и ларьков, в которых имеется широкий ассортимент разных книг и печатных изданий. Но время диктует свое - традиционные бумажные издания уступают место электронным книгам и Интернету. Если взглянуть на проблему шире, сейчас традиционное чтение заменяется инновативным, виртуальным.

- Как оцениваете роль креативности и инноваций для развития бизнеса в Азербайджане?

- В настоящее время мы становимся свидетелями того, как креативные взгляды действуют на разные отрасли в Азербайджане - от компьютерных игр, шоу-бизнеса, телесериалов до виртуальных офисов, покупок через Интернет.
Такие форматы, как туризм, свадебный бизнес, проекты по культуре и искусству, интернет-ресурсы, показывают, что наши люди открыты к креативу и инновациям. Но в этом направлении нам предстоит еще много поработать.

- В поле зрения постоянно находится ассортимент самых разных продуктов, а также услуг различных бизнес-структур, которые распространяются через социальные сети: на каждом шагу сталкиваемся с пиаром и рекламой. Как вы оцениваете эту тенденцию с точки зрения культуролога?

- Реклама в любом случае считается сообщением и полезной информацией. Человек может использовать ее для новых идей. Все зависит от интеллектуального уровня, мировоззрения. В Азербайджане, начиная с советских времен, осталось странное предубеждение: если какой-то товар или услуга рекламируется, значит, они или никому не нужны, или плохо реализуются. Думаю, необходимо преодолеть этот укоренившийся стереотип.

- Литературу на азербайджанском языке достаточно сложно найти. Как, по-вашему, можно восполнить этот пробел?

- Наше государство издало много новых книг с высоким тиражом на латинице, и они были распространены бесплатно по всем библиотекам республики. Думаю, что сегодня есть надобность в принятии и осуществлении специальной программы по развитию нашей современной литературы, особенно его нового направления - сетевой литературы. Давно назрела необходимость выделять гранты и обращать особое внимание на обогащение и развитие литературы, культуры, креативных ресурсов, электронных библиотек на родном языке. Было бы хорошо, если бы соответствующие структуры своевременно осознали это и предприняли решительные шаги.

- Предлагает ли ваша библиотека книги на экономическую и бизнес-тематику? Сколько всего книг насчитывается, как они добавляются на сайт, как соблюдаются авторские права?

- Наша библиотека уделяет особое внимание отраслевой и специализированной литературе. Необходимо учесть, что для этого требуются материальные средства на выплату гонораров и авторских комиссий. В ближайшие дни у нас стартует новый проект: мы намерены подготовить и разместить на портале книги именно по экономике. Наша библиотека считается гуманитарным проектом, и книги распространяются только для личного пользования. Запрещается использование материалов для коммерческих целей. Произведения, не регулируемые законом Азербайджанской Республики «Об авторских и смежных правах», а также международными соглашениями и правовыми документами, печатаются на основании условий лицензий Creative Commons Attribution/Share-Alike 3.0 и GFDL.

- Во всем мире интенсифицируется работа по созданию цифровых версий книг. Какой из подобных проектов вам наиболее интересен и почему? Как он стыкуется с вашим проектом?

- В этом направлении и в Азербайджане ведется соответствующая работа. Электронная библиотека при президенте Азербайджанской Республики, электронный вариант Национальной библиотеки, наша Национальная виртуальная библиотека, а также различные структуры, университеты, порталы, наряду с традиционными цифровыми версиями книг, готовят также исключительно свои электронные публикации. Но чувствуется большая потребность в специальных грантах со стороны государства. Думаю, что в ближайшем будущем мы завершим электронизацию всех бумажных носителей и разместим в Интернете их цифровые версии, чтобы интеллектуально-культурологический фундамент виртуального Азербайджана был прочным.

http://www.azerizv.az/news/a-11782.html





http://teleqraf.com/news.php?id=17481

Dilqəm Əhməd. E-kitabxana

Bir Azərbaycan tarixçisinin Vatikanın kitabxanasından çəkdiyi şəkillər, yazdığı maraqlı "status"lar diqqətimi çəkdi, gündəmin "qara" xəbərlərindənsə həmin tarixçinin fəaliyyətini izləməyə başladım. Məlum oldu ki, Vatikan kitabxanasında hazırda yüzlərlə türkdilli naməlum mətnlər var ki, gələcək tədqiqatçılarının yolunu gözləyir.
Vatikan kitabxanasının fotolarına baxdıqca Qərb mədəniyyətinin nəyə söykəndiyini, niyə indiki səviyyəyə gəldiyini anlamaq mümkün olur. O kitabxanaya həsrətlə öz kitabxanalarımızın dərdinə düşdüm.
Universitet illərində Axundov kitabxanasının pilləkanlarını çox qalxıb, orada olan kataloqların tozunun içində batmışıq. Əski kataloqların olduğu yeşiklərdə əlifba üzrə istədiyin kitabın kodunu axtardıqca qədim səyyahların həyəcanını yaşamış olursan. İndi isə vaxt qıtlığı həmin həyəcanı öldürsə də, elektron kitabxanalar müəyyən qədər daha əlçatan olduğundan ehtiyacları qarşılaya bilir.
Bu yaxınlarda bir dostum "Facebook"da xaricdə təhsil alan vətəndaşımız üçün "Qabusnamə"nin Azərbaycan dilində elektron variantını tapmamı istədi, amma bu sahədə mütəxəssis olsam da, internetdə tapa bilmədim. Rusca olan variantını göndərməklə kifayətləndik. Amma bu kimi hallarla internet məkanında elektron resursların az olmasını iddia etmək olmaz. Çünki bir neçə elektron resurs mərkəzi var ki, onların elektron kitabxanasından yararlanmaq mümkündür.
Axundov kitabxanasının saytında (anl.az) elektron kitabxana bölmələr üzrə ayrılıb, müəlliflər isə əlifba sırasına görə yerləşdirilib. Lakin bir məqam var ki, burada yerləşdirilən elektron kitabların bəziləri ancaq kitabxananın özündə şəbəkədaxilində açılır. Kənardan bu kitabları oxumaq mümkün deyil. Şəbəkədaxili elektron kitablar əsasən 1930-cu ildən əvvəlki nəşrlərdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin kitabxanasının saytında isə (preslib.az) əsasən siyasət və tarixə aid elektron resurslar toplanıb. Bu saytda satış qiyməti baha olan tarixi kitabların elektron variantlarının olması imkansız oxucular üçün əvəzedilməzdir.
"İrəli" İctimai Birliyinin Tarix Mərkəzinin hazırladığı "Azərbaycan Tarix Portalı" (history.az) isə Azərbaycan və rus dillərində olan tarix kitabları ilə fərqlənir. Portalın elektron kitabxanası Azərbaycan tarixinin dövrləri üzrə yerləşdirilib, tarixi sənədlərin də mətnləri verilib. Portalda e-kitabxana ilə yanaşı numizmatika, xalçaçılıq, arxeologiya, xəritə bölmələri də mövcuddur.
Yazıçı-kulturoloq Aydın Xanın rəhbərlik etdiyi "Milli virtual kitabxana" (kitabxana.net) dünya və Azərbaycan ədəbiyyatına aid nəşrlərin elektron variantını hazırlayır. Həmçinin də xəbər saytı kimi fəaliyyət göstərir.
Özbək, ingilis, rus dillərində fəaliyyət göstərən "Türküstan
kitabxanası"nın (turklib.uz) üstünlüyü odur ki, həmin e-kitabxanada Azərbaycan dili də daxil olmaqla, bir çox türkdilli xalqların dilində və rus, ingilis dillərində kitablar təqdim olunur.
Təəssüf ki, bunlardan başqalarının adını çəkmək mümkün deyil. Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin saytlarında azsaylı e-kitablar təqdim olunsa da, universitetlərin tutduğu mövqeyə görə həddindən artıq cüzidir. Rus və ingilisdilli saytlardakı zəngin kitabxanalar qarşısında dəryada damla xarakteri daşısa da, elektron kitabxanalarımızın inkişafının qarşıdakı illərdə artacağını proqnozlaşdırmaq mümkündür. Çünki bir neçə il öncəyə qədər e-kitablar ona görə dəbdə deyildi ki, onları bilgisayardan oxumaq rahat olmurdu. Hazırda isə e-book readerlərin kütləvi şəkildə satılması, həmçinin hər büdcədə olan oxucuya xitab edə bilməsi elektron kitablara marağı artırıb...


Türkiyədə Beynəlxalq Ədəbiyyat Forumu keçirilib

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) avqustun 15-19-da Türkiyə Respublikasının İzmir şəhərində işgüzar-kreativ səfərdə olub.
Səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yardımıyla baş tutub. Müxtəlif görüşlər və tədbirlərə qatılan Aydın Xan (Əbilov) iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən münasibətlər qurub.
Aydın Xanla (Əbilov) yanaşı, Azərbaycan ədəbiyyatçılarından şair Elnaz Eyvazlı, rep sahəsində fəaliyyət göstərən "Crazies Union" qrupunun solisti, Dəli Yazar təxəllüsü ilə tanınan gənc yazar Bəhmən Aslanlı və 1998-2012-ci illərdə Azərbaycanda yaşayaraq teatr təhsili almış, YUĞ Dövlət Teatrının keçmiş quruluşçu rejissoru, türkiyəli incəsənət xadimi Dr. Rasim Aşının da qatıldığı ilk tədbir İzmir KİBATEK XI Beynəlxalq Ədəbiyyat Forumu, eləcə də Poeziya Şöləni olub.
Tədbirlərdə Türkiyəylə bərabər Azərbaycan, Bolqarıstan, Suriya, Belçika, Albaniya, Şimali Kipr, Yunanıstan, Moldova, İran kimi dövlətlərdən gəlmiş ədəbiyyat, sənət, elm adamları iştirak edib.
Yazıçı-kulturoloq Aydın Xan (Əbilov) beynəlxalq tədbirdə müstəqillik dönəmi Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin inkişafın barədə məruzəylə çıxışlar edib. Ümummili lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına verdiyi diqqəti, dövlət qayğısını xüsusi vurğulayan çıxışçı, xaricdən gəlmiş nümayəndələrin çoxsaylı suallarını da cavablandırıb. Uğurla keçən müxtəlif tədbirlərdə - Poeziya Şölənində, bələdiyyə rəsmiləri ilə görüşdə, elmi konfrans və Forumda iştirak edənlərə Azərbaycanla bağlı kitablar və hədiyyələr bağışlanıb, eləcə də YYSQ-nin həyata keçirdiyi layihələr barədə xüsusi bilgilər verilib. YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələrin rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "XIII Bakı Kitab Bayramı", Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən "Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı" adlı layihəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında tanıtım təqdimatlar edib.
Səfər çərçivəsində Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbiri keçirilib.
Ümummili lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına verdiyi diqqəti, dövlət qayğısını özündə əks etdirən kitablardan ibarət sərgi Azərbaycan Kitabı Bayramı adı altında təşkil olunub və iştirakçıların, eləcə də sadə türkiyəlilərin böyük marağını, diqqətini cəlb edib. Tədbirlərin sonunda Azərbaycan kitabları bələdiyyə və ictimai kitabxanalara, xarici nümayəndə heyətinin üzvlərinə hədiyyə olunub.
Tədbirlərdə Aydın Xana (Əbilov) ədəbiyyat forumundakı fəal iştirakına görə diplom və plaket hədiyyə olunub.


http://sosialxeber.org/index.php?option=com_content&view=article&id=6785:tuerkiyd-beynlxalq-dbiyyat-forumu-kecirilib&catid=74:qht&Itemid=117


"Xalq qəzeti" (09.10.2013 10:55)


Gənclik dövləti tərəqqiyə aparan qüvvədir

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətin müxtəlif sahələrlə yanaşı, gənclərlə bağlı siyasəti də tədricən formalaşmağa başladı. Son on ildə ölkədə gənclərlə bağlı Dövlət Proqramı qəbul edildi, buna uyğun olaraq, müxtəlif işlər görülməyə başlandı.

Prezidentin sərəncamı ilə gənclər siyasəti ilə bağlı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edilib ki, biz də bu proqrama uyğun olaraq fəaliyyət göstərir, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün tədbirlər planına əsasən layihələr, tədbirlər həyata keçirir, kitab bayramları təşkil edirik. Bu yaxınlarda Bakıda Üçüncü Bakı Beynnəlnxalq kitab sərgi-yarmarkası keçirildi. Artıq üçüncü dəfə reallaşan bu sərgi-yarmarka da kitabsevərlər tərəfindən maraqla qarşılandı. Bu da onu göstərir ki, gənclərin mütaliəyə, kitaba marağı var və onların dünyagörüşlü və savadlı olmaları dövlət siyasətinin tərkib hissəsidir.

Azərbaycanın yeritdiyi gənclər siyasəti öz optimallığı və əhatəliyinə görə seçilir, dünyada qəbul edilir. Ölkəmizin gənclər siyasəti ilə bağlı gördüyü işlər artıq dünyada bir model kimi göstərilir, öyrənilir. Azərbaycanda QHT sektorunda gənclər təşkilatlarının fəaliyyəti bu gün göz önündədir. Gənclər təşkilatları bu gün cəmiyyətimizdə öz səmərəli işləri, gənclərin aktivliyinin artırılması istiqamətində uğurla fəaliyyət göstərirlər. Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq, fəaliyyətimizlə gənclərin ədəbiyyata marağını artırmaqla yanaşı, informasiya texnologiyalarının dəstəyi ilə kulturoloji istiqamətdə işimizi qururuq. Bizim kitabxana.net saytında Azərbaycan ədəbiyyatı, xarici ədəbiyyatla bağlı müxtəlif səpgili kitablar elektron variantda oxuculara təqdim edilir, gənclər artıq informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq, mütaliələrini genişləndirirlər. Saytımız 2009-cu ildən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli Virtual Kitabxana layihəsi əsasında qurulub. Şəbəkə resursu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin maliyyə-texniki dəstəyi ilə YYSQ tərəfindən həyata keçirilən "Milli Virtual (İnternet) Elektron Kitabxana" Kulturoloji-İnnovativ Layihəsi sayəsində mütəmadi olaraq zənginləşdirilir.

Saytımızda təqdim edilən kitabların əhatə dairəsi genişdir; burada 2000-dən çox bədii, elmi, ictimai-siyasi, publisistik, tərcümə və dərslik kitabları toplanıb. Saytımızda Azərbaycan dili ilə yanaşı, rus, ingilis və Türkiyə türkcəsində də kitablara rast gəlmək olar. Elektron kitabxananın ən üstün cəhətlərindən biri odur ki, dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, internetə çıxışı olan soydaşlarımız kitablarımızla tanış ola bilərlər. Əlbəttə, bu gün öz yaradıcı ideya və təşəbbüslərimizi reallaşdırmaq imkanlarının genişliyi məhz dövlətin yürütdüyü uğurlu gənclər siyasətinin bəhrəsidir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası yanında Gənclər Fondu, Azərbaycan Respublikası yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq edərək gənclərin maraq dünyasına uyğun layihələr həyata keçiririk. Bu qurumların yaradılması və gənclər təşkilatlarının təşəbbüs və fəaliyyətlərinin dəyərləndirilməsi ölkəmizdə gənclər siyasətinin sağlam təməllər üzərində qurulduğunu göstərir.


Aydın XAN (ƏBİLOV), yazıçı kulturoloq,

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri


http://www.xalqqazeti.com/az/news/news/38655



XIII Bakı Kitab Bayramı olub
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Yeni Yazarlar və Sənətçilər Qurumunun reallaşdırdığı, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş XIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisi təşkil olunub. hafta.az-ın məlumatına görə, yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi ilə bircə keçirdiyi tədbirdə tanımış gənc imza sahiblərindən Aydın Xan (Əbilov), Narıngül, Fərid Hüseyn, Səidə Haqverdiyeva, Könül Səid, Səfa Rəşid, Rüfət Soltan, Peyman Oğayət, Qalib Cəlil, eləcə də kulturoloq Camal Rzayev, eləcə də ictimai yeniyetmələr, uşaqlar, onların valideynləri, media nümayəndələri iştirak edib. Müəlliflər öz kitabları və evdəki əlavə kitabları hədiyyə kimi gətirərək yeni nəslin nümayəndələrini sevindirməklə yanaşı, YYSQ gənc liderlərin kitabxanasına 300-dən çox kitab ərməğan edib. Tədbir ədəbi-poetik məclis, intellektual-mədəni debat, foto-sessiya, gənc liderlərlə yaxından tanışlıq, oxuculara müəlliflərin ünsiyyəti, əsərlərin oxunuşu, sualların cavablandırılması, imzalanma, yeni kitabların təbliği, YYSQ-nin həyata keçirdiyi kulturoloji-innovativ layihələrin mini-təqdimatları formatında təşkil olunub.

Ümidə Həsənli, hafta.az

http://www.hafta-ichi.az/news.php?id=91759



İnternetdən qazandığımız xəzinə (ARAŞDIRMA)

Kitabsız kitabxanaları əlverişli edən nədir?

Gülnar Əliyeva

Həyat tərzi Bir neçə tanışımdan axırıncı dəfə hansı kitabı oxuduqlarını soruşdum. Məlum oldu ki, çoxu axırıncı kitabı nə vaxt oxuduğunu xatırlamır. Bu son illərin ən aktual problemidir. Bu cür yüzlərlə, minlərlə gənc var ki, hərə bir səbəbdən kitab oxumur. Bəziləri vaxtın olmamasından şikayətlənir, bəziləri kitabların maraqsızlığından, bir qrup isə kitaba həvəsinin olmamasını, digər qism kitabın baha olmasını əsas gətirərək kitab oxumur. Axır vaxtlar kağız kitablara laqeydlik müşahidə olunur. Son illər internet resursları və texnologiyalarının inkişafı kitab bazarına da öz təsirini göstərə bilib. Artıq oxucular kağız formatda kitablara yox, elektron kitablara üstünlük verirlər.

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kitabxana.net Milli Virtual Kitabxananın təsisçi və rəhbəri Aydın Xan Əbilovun ANS PRESS-ə bildirdiyinə görə, elektron kitabxanaların yaradılması prosesinə Azərbaycanda nisbətən gec başlanılıb. Onun sözlərinə görə, hal-hazırda bütün dünyada uşaq bağçalarından, məktəblərdən tutmuş Prezident Administrasiyasına qədər bütün qurumların elektron ofisi və ya sayt-portalı var. "Qonşu ölkələrdə 10 minlərlə elektron kitabxana olduğu halda, bizdə cəmi 3-4 elektron kitabxana var. AMEA-nın M.F. Axundov adına kitabxananın elektron variantı var. Kitabxana.net portalı sonradan yaradıldı və burada 2000-dən artıq elektron kitab yerləşdirilib".

Onun sözlərinə görə, artıq Azərbaycanda elektron kitab oxucularının sayı artıq 3%-dən 7%-ə çatdırılıb. İnsanlar virtual kitabları yaxşı mənimsəyə bilirlər və buna üstünlük verirlər. Təkcə kitabxana.net portalının 2200000-ə yaxın oxucusu var. Ən çox oxunan kitablara gəlincə A. Əbilov bildirdi ki, dərslik və müxtəlif sahələrə aid elmi kitablar daha çox oxunur. O cümlədən, uşaq kitabları, detektiv əsərlər, sevgi romanları, dünyanın tanınmış brendləri də oxucular tərəfindən maraqla qarşılanır. Fantastik əsərlər bizdə nisbətən az oxunur.

Elektron kitabxanaların üstünlüklərinə gəlincə, A. Əbilov bildirdi ki, kitablar az tirajla çap olunur, amma elektron kitabxanalardan bütün düyada yaşayan 50 milyon azərbaycanlı, 300 000 000 türk dünyası istifadə edə bilər. Azərbaycanlılar bütün dünyaya səpələniblər buna görə, bizə elektronlaşma daha vacibdir. Üstünlüyü həm də odur ki, dərsliklər bəzən baha olur, tələbələr bunu ala bilmir, bəzən sayı az olur, tapılmır. Elektron kitabxanaların olması çox yaxşı haldır. Zaman və məkan problemini həll edir.

Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Hacıyevanın ANS PRESS-ə verdiyi məlumata görə, elektron kitabxanalara tələbat son dərəcə böyükdür. Onun sözlərinə görə, elektron kitabxanaların inkanları daha genişdir. "İnsanlar avtobusda gedərkən də bundan istifadə edə bilər. Elektron kitabxanalara tələbat sonsuzdur. Sayının çoxluğu baxımından, kitabxananın zənginliyi baxımından ənənəvi kitabxanalardan çox zəifidir. Gənc oxucuların texnika vərdişləri çoxdur. Gənclərimiz mobil telefon, planşetlər vasitəsilə elektron kitabları oxuya bilirlər. Kitabxanaya gələn yaşlı nəsil isə hətta kitabların elektron kataloqu belə axtarmaqda çətinlik çəkirlər. Yaşlı nəsil, texnikadan nisbətən aralı düşən insanlar daha çox kitabları sevirlər".
Onun sözlərinə görə, ənənəvi kitabxanada olan fond dolğunluğu elektron kitabxanada yoxdur. Hansı kitablar daha çox soruşulursa, həmin kitabların da elektron variantını hazırlanır. Əgər kitab müəllifi sağdırsa, biz onların razılığını alandan sonra elektron variantını hazırlayırıq.

Elektron kitabların hazırlanması həm də vaxt aparır, kadrlar məsələsi var. Azərbaycan kitabxanaları 2000-ci ildən beynəlxalq elektron şəbəkəyə qoşulub. Bizdə bütün dünyada olan elektron kitabxanalara çatmaq üçün zaman lazımdır. Müxtəlif oxucular, elə ənənəvi kitabxanalara müraciət edən qədər oxucu müraciət edir.

Aydın Xan Əbilovun sözlərinə görə, ABŞ, Avstraliya, Kanada və digər ölkələrdə çoxillik plan hazırlanır ki, indiyə qədər yaradılmış olan bütün mətnlər elektron varianta köçürülsün. Mütəxəssis hesab edir ki, bizdə də yaxşı olardı ki, Prezident yanında internet şurası yaradılsın. Azərbaycandilli internet resurslarının, xüsusən də, intellektual və kreativ istiqamətdə inkişafına qrantlar ayrılsın: "Bəzən adamlar bizi düzgün başa düşmürlər. Nizami Gəncəvinin "İsgəndərnamə"sinin və ya "Leyli və Məcnun" əsərini kağız və ya elektron variantda olmasının nə fərqi var? Biz elektron kitabı təbliğ edəndə, onun məzmununa qarşı çıxmırıq".


http://www.anspress.com/index.php?a=2&lng=az&nid=185788


Kitabxana.net portalının rəhbəri, kulturoloq Aydın Xan Əbilovun fikrincə, e-kitab daha rahat və sərfəlidir: "Elektron informasiya daşıyıcılarının, audio və vizual sənətlərin inkişafı mətn ədəbiyyatının köhnəlməsinə gətirib çıxarır. Hamımız planşet almalıyıq və kağız kitabları, dəftərləri, qələmi və əlyazmasını yığışdırmalıyıq. Virtual yazı və oxu mədəniyyətini təbliğ etməliyik".

Yazar başqa bir məsələyə də diqqət çəkir: "Mən çoxdan demişəm ki, yaşıllığı və ekologiyanı düşünürlərsə, ən azı, kitab istehsalını dayandırmaq lazımdır. Necə ki, Avestanın dəriləri, əlyazmalar, daşbasmalar getdi tarixin arxivinə, kağız kitab da sıradan çıxmalıdır".
Kulturoloq e-kitabın gözlərə zərəri ilə razılaşmır: "Məgər televizora baxanda adamın başı, ya da gözü ağrıyır? Bu, sadəcə, oxumamaq üçün bəzilərinin qondardığı bəhanələrdən biridir. Mən uşaq olanda qalın kitabları oxumağa qoymurdular ki, gözlərin tutular, başın xarab olar!"

Hazırda ölkəmizdə əsasən, ənənəvi kitabxanalar üstünlük təşkil edir. İnkişaf etmiş ölkələrdə isə qrafik, səsli və görüntülü kitabxanaların sayı və imkanları daha çoxdur. M.F.Axundov adına Milli Kitabxananın fondunda 5 milyona yaxın adi kitab var. Kitabxanada elektron baza da yaradılıb. Kitabxananın virtual istifadəçilərinin sayı 100 mindən yuxarıdır.

Respublikamızda getdikcə e-kitabxanaların sayı artır. Lakin təəssüf ki, onlarda kitab ehtiyatı elə də çox deyil. Yazı müəllifi kimi mən də bir təklif irəli sürmək istərdim. Məlum olduğu kimi, ölkə prezidentinin sərəncamı ilə yeni nəslin rahat oxuya bilməsi üçün kiril əlifbası ilə dərc olunmuş dünya ədəbiyyatı kitabxanası seriyasından bütün kitablar latın qrafikası ilə yenidən nəşr olunur.

Həmin kitabların tirajı böyük olmadığından (500 nüsxə) onların e-variantını e-kitabxanalara vermək olar. Bundan başqa, əsərlərinin özündə faylı olan müəlliflər könüllü olaraq belə bir addım ata bilərlər. Bu halda milyonlarla oxucu onlardan bəhrələnə bilər.

http://teleqraf.com/news.php?id=20081#.Ul_z-NK-3q4


Şairlər tələbələrin qonağı oldu

Bu gün Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) Gənclər və İdman Nazirliyinin dəstəyilə mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisini keçirib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Turizm İnstitutunun tələbələri və gənc pedaqoqları ilə keçirilən tədbir kreativ formatda - kitab bayramı, təqdimat, poeziya məclisi və diskussyia şəraitində baş tutub.

Tədbirdə şair və yazıçılar, tələbələr, jurnalistlər, müəllimlər iştirak edib.

Məclisi institutun dekanı Sevda Vəzirova açıb. Tədbir ali məktəbin baş müəllimi Vüsalə Məmmədzadənin təşəbbüsü ilə keçirilib.

YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verib. Vurğulayıb ki, bütün bunlar prtezident İlham Əliyevin apardığı daxili ictimai-mədəni siyasətin nəticəsində mümkün olub.

Tədqiqatçı Adıgözəl Məmmədov "Kreml rəhbərlərinin psixoloji portretləri" adlı kitabı haqqında danışaraq SSRİ dövründə dövlətin əsas rəhbərlərindən biri kimi Heydər Əliyevin tarixi fəaliyyətləri barədə tələbələrə danışıb.

Sonra prezident təqaüdçüləri olan şairlər Narıngül, Könül Səid, Şəfəq Sahibli, Sahilə, Fərid Hüseyn, Zaur Qəriboğlu qələmə aldıqları yeni şeirlərdən nümunələr oxuyub, tələbələrlə fikir mübadiləsi aparıblar.

Yazarlar öz kitablarnı imzalayıb institutun əməkdaşlarına və gənc oxuculara hədiyyə ediblər.


http://teleqraf.com/news.php?id=21694#.Ul_zStK-3q4



Şairlər gənc liderlərin qonağı olub

Mayın 26-da Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisi keçirilib.

Teleqraf.com-un məlumatına görə, YYSQ Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi ilə bircə keçirtdiyi tədbirdə tanımış gənc imza sahibərindən Aydın Xan (Əbilov), Narıngül, Fərid Hüseyn, Səidə Haqverdiyeva, Könül Səid, Səfa Rəşid, Rüfət Soltan, Peyman Oğayət, Qalib Cəlil, eləcə də kulturoloq Camal Rzayev, eləcə də ictimai yeniyetmələr, uşaqlar, onların valideynləri, media nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edən müəlliflər öz kitabları və evdəki əlavə kitabları hədiyyə kimi gətirmişdilər. Həm də YYSQ gənc liderlərin kitabxanasına 300-dən çox kitab ərməğan edib.

YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələrin rəhbəri A.Xan (Əbilov) layihə haqqında geniş məlumatlar verib.

Maraqlı ədəbi-poetik məclisi formasında davam edən tədbirdə yazar-qonaqlar eləcə də bədii yaradıcılıqla məşğul olan yeniyetmələr öz şeirlərini oxuyub, Heydər Əliyev və mədəniyyət, ədəbiyyat ətrafında çıxışlar edib, maraqlananların suallarını cavablandırıblar.

Teleqraf.com

http://teleqraf.com/news.php?id=22252#.Ul_zU9K-3q4


Yazarlarımız İzmirdən qayıdıblar


Türkiyədə bizim yazarlara xüsusi diqqət göstərilib

Türkiyənin İzmir şəhərində16-18 avqustda baş tutan yazarların, ədəbiyyatçıların və şairlərin iştirak etdiyi 9-cu "Kibatek Beynəlxalq Ədəbiyyat Tədbiri"nə Azərbaycan da qatılıb.

Tədbirdə Bolqarıstan, Suriya, Belçika, Albaniya, Almaniya, Yunanıstan, Moldova, Rumıniya, Türkiyə kimi dövlətlərlə yanaşı, Azərbaycan da üç yazıçı və bir incəsənət xadimi ilə təmsil olunub. Azərbaycanı "Kibatek Beynəlxalq Ədəbiyyat Tədbiri"ndə yazar Elnaz Eyvazlı, Azərbaycan Yazarlar Birliyinin üzvü Aydın Xan Əbilov, "Crazies Union" qrupunun solisti, "Dəli Yazar" təxəllüsü ilə tanınan gənc yazar Bəhmən Aslanlı və 1998-2012-ci illərdə Azərbaycanda yaşayaraq teatr təhsili almış, "YUĞ" Dövlət Teatrının keçmiş quruluşçu rejissoru, türkiyəli incəsənət xadimi Dr. Rasim Aşın təmsil edib.

Üç gün ərzində baş tutan tutan tədbirdə türk dillərinin ortaq və fərqli xüsusiyyətləri, ədəbi prosseslərin gedişi müzakirə olunmaqla yanaşı, Seferihisar Bələdiyyəsinin dəstəyilə keçirilən şeir gecəsini yerli əhali də yaxından izləyib, yazarlarla tanış olublar.


http://teleqraf.com/news.php?id=27501#.Ul_0nNK-3q4

Yeni Yazarlar və Sənətçilər qurumunun sədri Aydın Xan Əbilov inkişaf edən gələcəyə - İlham Əliyevə səs verdiyini bildirdi: "Öz Prezidentimə - inkişaf edən gələcəyimə səs verdim. Beynəlxalq və milli müşahidə-çilərin gözü qarşısında. Və inanıram ki, seçimim tarixin bu anında məntiqlidir, İlham Əliyevi Prezi-dent görürəm, Qarabağı qaytarmaq, iqtisadi-demokratik islahatları başa vurmaq, Azərbaycanımızı qa-baqcıl dövlətlər sırasına salmaq və başqa bu kimi işlərdə hamımız cənab Prezidentə dəstək olmalıyıq ki, xoşbəxt gələcəyi quraq".


http://teleqraf.com/news.php?id=29965#.Ul_019K-3q4


Aydın Xanın virtual kitabxanası

"Yeni Yazarlar və Sənətçilər" qurumunun stendində oxucular elektron kitablarla tanış ola bilərlər. Qurumun sədri Aydın Xan Əbilov bildirdi ki, bu il onlar yarmarkada iki sərgi ilə çıxış edirlər: "Yaxşı haldır ki, Bakıda artıq ənənəvi olaraq beynəlxalq kitab bayramı keçirilir. Bildiyiniz kimi, bu ilki bay-ram ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. 25 ölkədən nəşriyyatlar, ki-tab yayımı ilə bağlı qurumlar, o cümlədən də Azərbaycanın üzdə olan əksər nəşriyyatları bu sərgidə kitabsevərlərin qarşısında bir növ kreativ hesabat verirlər. Bizim təşkilat da ayrıca stendlə burda çıxış edir. Bizim burda iki sərgimiz var. Biri real sərgidir. İkincisi isə "kitabxana.net" milli virtual kitabxa-nanın elektron kitablar sərgisidir."


http://teleqraf.com/news.php?id=28886#.Ul_zddK-3q4


Aydın Xan: "Bizim elektron kitabxana ölkədəki üç tanınmış kitabxanadan biridir"...

Son illər internet resursları və texnologiyalarının inkişafı kitab bazarına təsir göstərə bilib. Artıq oxucular kağız kitablara yox, elektron kitablara üstünlük verməyə başlayıblar.

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kitabxana.net Milli Virtual Kitabxananın təsisçi və rəhbəri Aydın Xan Əbilovla bu mövzuda söhbətləşdik.

- İlk növbədə kitabxana.net elektron resursunun yaranma tarixi haqqında qısa məlumat verməyinizi istərdim.

- Hazırda dünya özünün innovativ mərhələsini yaşayır. Texnologiyaların özünün diqtə etdiyi məqamlar da var. Bu baxımdan bütün dünyada olduğu kimi, Azərbaycanda da elektron kitabxanalar dövrü başlayıb. Azərbaycanda bu mərhələ 90-cı illərin axırları 2000-ci illərin əvvəllərində vüsət aldı, Azərbaycan ədəbiyyat nümunələrinin, milli kitabların, çağdaş bədii söz örnəklərinin elektron variantları meydana gəldi. İnsanların bu elektron və ya şəbəkə ədəbiyyatına maraq göstərməsi bir qədər ləng kütləvi xarakter alsa da, hər halda proses start götürdü. Daha sonra dünyada gedən ədəbi proseslər Azərbaycanda öz əksini tapdı. Məşhur "Qüttenberq" deyilən bir layihə var. Layihənin məğzi odur ki, indiyə qədər bəşəriyyətin yaratmış olduğu yazılı informasiya, mətnlər, bəzi elmi,bədii və dini kitabların elektron variantı hazırlansın. Bu hazırlanan variantlar rəqəmsal formaya salınaraq internetdə müxtəlif resurslarda, o cümlədən elektron kitabxanalarda yerləşdirilsin ki, bütün dünya onlardan yararlanmaq imkanı qazansın. Belə bir şəraitdə Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq bizim təşkilat əvvəlcə Azərbaycanda olan bir çox bloq sistemlərinin nəzdində elektron kitabxanalar yaratdı. Amma elektron kitabxanaları yaradıb istifadəyə verdiyimiz vaxt həmin bloq sistemləri, portalların özləri dağıldığına görə elektron kitabxanalar da qapanırdı. 2009-cu ildə biz Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycanda ilk dəfə elektron kitabxananın yaradılması ilə bağlı bir layihə təqdim etdik. Şuranın maliyyə yardımı ilə kitabxana.net elektron resursunu qurduq. Həmin kitabxana özü-özlüyündə böyük bir portal təşkil edir.

Burda yalnız kitabların elektron formaları yox, eyni zamanda müxtəlif intellektual, kreativ və ədəbiyyata aid yazıların yerləşdiyi xüsusi bölmə var. Bundan əlavə, kitabxana.net uşaq ədəbiyyatına həsr olunmuş ayrıca bölməsi, müxtəlif yaradıcı insanların mini saytları olan bloqlar sistemindən ibarətdi. Amma əsas sistem əlbəttə ki, elektron kitabxanadır. Biz eyni zamanda bir neçə dövlət qurumlarına və ictimai təşkilatlara da müraciət etdik. Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə biz bu kitabxananı zənginləşdirdik və get-gedə inkişaf etdiririk.

- Elektron kitabxananın istifadəçi sayı nə qədərdir?

- Bir çox sayğac maşınlarının göstərdiyi nəticələrə görə, indiyədək iki milyona yaxın istifadəçi bizim elektron kitabxanadan yararlanıb. Bu istifadəçilər yalnız Azərbaycandan deyil, dünyanın hər yerindən, hətta bizim indi münaqişədə olduğumuz Ermənistandan, Dağlıq Qarabağın özündən də elektron kitabxanaya çoxsaylı girişlər var. Bu onu göstərir ki, bizim tutduğumuz yol çox lazımlıdır.

- Virtual kitabxanada hansı kitablar daha çox yer alıb?

- Yazıçı və şairlərimizin elektron kitabları, dərsliklər, elmi və dini kitablar, ümumiyyətlə, gərəkli olan əksər əsərlər dünyanın aparıcı dillərində, amma sözsüz ki, ilk növbədə Azərbaycan dilində kitabxanada yerləşdirilib.

- Elektron kitabxanada yer almayan hansı kitabları əldə etmək istərdiniz?

- Əlbəttə, istər dünya, istər müasir Azərbaycan ədəbiyyatında elə kitablar, o cümlədən elmi-intellektual əsərlər, ali və orta məktəb dərslikləri var ki, onların elektron versiyası təəssüf ki, yaradılmayıb. O səbəbdən bizim kitabxanada da onları tapmaq mümkün deyil.

- Azərbaycanda neçə elektron kitabxana fəaliyyət göstərir?

- Azərbaycanda üç böyük elektron kitabxana var. Birincisi Prezident Administrasiyasının Prezident Elektron Kitabxanası, ikincisi M.F.Axundov adına elektron kitabxanadı və nəhayət, üçüncü elektron kitabxana bizimkidir. Azərbaycan kitabları əsasən bu üç mənbədə yerləşdirilir. Qeyd edim ki, bu üç kitabxana bir-biri ilə mütəmadi olaraq əlaqəli şəkildə işləyir. Prezidentin Fondundan bizim kitabxanalara maliyyə yardımı göstərilir. Digər dövlət qurumlarının və Yazıçılar Birliyinin də maliyyə və texniki, o cümlədən yaradıcı imkanlarından istifadə etdik.

Hazırda kitabxananın iki layihəsi var. Birincisi Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Azərbaycan yazıçılarının dünyanın aparıcı dillərinə tərcümə edilmiş elektron variantının bizim milli virtual kitabxanada yerləşdirilməsidir. İkincisi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc yazıçıların elektron kitabxanalarının yaradılması və bizim kitabxanada yerləşdirilməsi, onların həm kitabxana vasitəsilə, həm də virtual olaraq müxtəlif resurslarda,
xüsusən də sosial şəbəkələrdə qəbul edilməsi və bütün dünyaya çatdırılmasıdır.

- Müəlliflərlə işbirliyini necə qurursuz, müəllif hüquqları qorunurmu?

- Yazıçı və şairlər bizə müaciət edib bu işdə öz dəstəklərini göstərirlər. Eyni zamanda bizim işimiz onların təbliğinə müəyyən qədər təsir göstərir. Bilirsiz ki, Azərbaycanda kitabların nəşri bərbad vəziyyətdədir. 500-1000 tirajdan yuxarı kitab çap olunmur. Onlar əlli milyonluq azərbaycanlının 0.5 % -ə çatmır. Dünyada, Azərbaycanda və türk dillərindən istifadə edən kitabsevərlərə necə çatsın? Müəllif hüquqları ilə bağlı deyə bilərəm ki, kitabxana.net-in aşağı hissəsində qeyd var ki, bu, humanitar layihədir və müəlliflə əlaqəli hüquqlar qorunur.

- Bəzən istifadəçilər elektron kitabxananın sistemli deyil, dağınıq və səpələnmiş olduğundan şikayət edirlər.

- Kitabxanamızda müəyyən axtarış sistemlər var. Həm müəlliflər, həm də ölkələr üzrə axtarış etməklə istənilən kitabı tapmaq olar. Üstəlik, elektron kitabxana xeyli bölümlərdən ibarətdir. Kitablar klassika, dünya ədəbiyyatı, lüğətlər və ölkələr üzrə sistemləşdirilib. Düzdür, onların hamısını biz hələlik komplektləşdirə bilməmişik. Həm də dünya dillərində "n" sayda kitablar var, hamısını yerləşdirmək çətindir. Biz heç buna iddialı da deyilik. Amma hazırda dünyadakı proseslərə cavab verən, Azərbaycanın klassik və müasir ədəbiyyatının ən dəyərli nümunələrini artıq biz kitabxanamızda yerləşdirmişik.

- Sizcə, oxucunun kitaba laqeydliyinin səbəbi nədir?


- İndi kifayət qədər elektron kitabxananı özündə ehtiva edən internet texnologiyaları çıxıb. Onlardan rahatca kitabları oxumaq mümkündür. Azərbaycanda olan elektron kitablarla kağız kitabları müqayisə etsək, kağız kitabların nə qədər zərərli olduğunu görərsiz. Çünki çox oxucular bilmirlər ki, o kitabların hazırlanmasında istifadə olunan materialların hamısı kimyəvidir, əksəriyyəti də ziyanlıdır. Elektron kitabxananın bir üstünlüyü də var ki, istədiyin qədər kitab saxlamaq imkanın olur. Amma iki otaqlı evdə min kitabı saxlamaq qeyri-mümkündür. İndi texnologiya bunu tələb edir. Biz axırıncı dəfə nə zaman kağız məktub yazmışıq? Bütün günü "sms"lə və sosial şəbəkələrdə yazışırıq. Bir yandan da kağız kitabların qiyməti bahadır. Elektron kitabxanalar bizim üçün müasir dövrdə qaçılmaz bir fürsətdir.

Könül Səid


http://teleqraf.com/news.php?id=8916#.Ul_yHNK-3q4


Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib - FOTO

Bakı. Cavid Zeynalov - APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masanı giriş sözü ilə açan birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir: "Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Amma bəzən də müəlliflər və oxucular internetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu da əlbəttə, oxucunun zövqünün korlanması deməkdir".

Yazıçı-publisist Aydın Xan qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin internet saytı yaxın vaxtlarda yenidən qurulacaq, hər gün yenilənən sayta çevriləcək: "Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq".

"Yeni nəşrlər" jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: "Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır".

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu internetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: "Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın".

Publisist Ceyhun Musaoğlu, şair Əkbər Qoşalı və başqaları kitabın təbliği, internetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər.


http://m.apa.az/?c=show&id=322390&l=az



"İnternet və Ədəbiyyat"

Noyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda AYB Mətbuat xidməti ilə Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə "İnternet və ədəbiyyat" mövzusunda kreativ-innovativ Dəyirmi masa keçirildi.

AYB-dən verilən məlumata görə, ədəbi-mədəni və İnternet ictimaiyyətinin təmsilçilərinin qatıldığı Dəyirmi Masada Azərbaycandilli şəbəkə portallarının nümayəndələri, ədəbi elektron resursların yaradıcıları, yazarlar, blogerlər, sayt rəhbərləri, yazılı və elekton KİV əməkdaşları iştirak edirdi.

Dəyirmi masanı giriş sözü ilə açan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair- publisist Xəyal Rza bildirdi ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir: "Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Bəzən də müəlliflər və oxucular İnternetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu isə əlbəttə, oxucunun zövqünün korlanması deməkdir".

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın rəhbəri, yazıçı-publisist Aydın Xan (Əbilov) mövzuyla bağlı geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, Azərbaycan Yazıçılar Birliyinin növbəti yeni İnternet saytı yaradılacaq, eləcə də mövcud portalı yaxın vaxtlarda yenidən qurulacaq. Azərbaycan İnternet məkanında kreativ-intellktual resursların azlığına diqqəti cəlb edən anatiq ədəbiyyatın inkişafında elektron kitabxanaların, e-kitabların, şəbəkə-virtual ədəbiyyatın, sosial şəbəkələrin rolunu xüsusi qabartdı.

Eyni zamanda çıxışçı məlumat verdi ki AYB-nin yaratmaq istədiyi yeni interaktiv onlayn resursu hər gün yenilənən sayta çevriləcək: "Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq".
YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələrin rəhbəri A. Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "XIII Bakı Kitab Bayramı" Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirililən "Dünya ədəbiyyatını gənclərə tanıdaq" kreativ-innovativ e-akademiya" adlı layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında tanıtım təqdimatı da edib.

Təqdimat çərçivəsində Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbirini - "Heydər Əliyev-90" virtual-kitab ekzpozisiyasını haqqında da məlumat verilib, iştirakçılara xüsusi məlumatlar ötürülüb.
"Yeni nəşrlər" jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: "Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır".

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu İnternetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: "Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın".
Publisist Ceyhun Musaoğlu, Nicat Dağlar, tanınmış yazar və şairlərdən Oqtay Rza, Əkbər Qoşalı, Afaq Şıxlı, Oqtay Hacımusalı, Sayman Aruz və başqaları kitabın təbliği, İnternetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər.

http://qhtxeber.az/news/a-28261.html


AYB-də "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masanı giriş sözü ilə açan birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir: "Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Amma bəzən də müəlliflər və oxucular internetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu da əlbəttə, oxucunun zövqünün korlanması deməkdir".

Yazıçı-publisist Aydın Xan qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin internet saytı yaxın vaxtlarda yenidən qurulacaq, hər gün yenilənən sayta çevriləcək: "Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq".

"Yeni nəşrlər" jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: "Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır".

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu internetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: "Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın".

Publisist Ceyhun Musaoğlu, şair Əkbər Qoşalı və başqaları kitabın təbliği, internetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər.


http://kulis.az/news/6828


"İnternet və ədəbiyyat" mövzusunda "dəyirmi masa" keçirilmişdir

Noyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "İnternet və ədəbiyyat" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə internetin ədəbiyyata təsiri və oxucuların elektron kitaba marağının artırılması barədə söhbət açılmışdır.

Tədbirdə AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza, "Yeni nəşrlər" Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov, şair Oqtay Rza, ədəbiyyatşünaslar, ədəbiyyat tənqidçiləri internet resurslarının müasir ədəbiyyata təsirindən danışmışlar.


"Dəyirmi masa"da ayrı-ayrı yazıçı və şairlərin internet ünvanlarının yaradılmasının onların əsərlərinin geniş təbliği və oxucu kütləsinə çatdırılmasında böyük əhəmiyyəti olduğunu bildirilmişdir.

Vurğulanmışdır ki, yaxın günlərdə AYB-nin interaktiv saytı istifadəyə veriləcəkdir...

http://www.topnews.az/news/393923/Internet-va-adabiyyat-movzusunda-dayirmi-masa-kechirilmishdir.html


"İnternet və Ədəbiyyat" mövzusu müzakirə olundu...

Noyabrın 26-da AYB Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi Mətbuat xidməti ilə Yeni Yazarlar və Sənətçilər Qurumu "İnternet və ədəbiyyat" mövzusunda kreativ-innovativ dəyirmi masa keçirildi.

Adalet.az xəbər verir ki, Ədəbi-mədəni və İnternet ictimaiyyətinin təmsilçilərinin qatıldığı Dəyirmi Masada Azərbaycandilli şəbəkə portallarının nümayəndələri, ədəbi elektron resursların yaradıcıları, yazarlar, blogerlər, sayt rəhbərləri, yazılı və elekton KİV əməkdaşları iştirak edirdi.

Dəyirmi masanı giriş sözü ilə açan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair- publisist Xəyal Rza bildirdi ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir:
"Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Bəzən də müəlliflər və oxucular İnternetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu isə əlbəttə, oxucunun zövqünün korlanması deməkdir".

http://www.adalet.az/w29321/%22%C4%B0nternet_v%C9%99_%C6%8Fd%C9%99biyyat%22_m%C3%B6vzusunda_d%C9%99yirmi_masa_t%C9%99%C5%9Fkil_olundu_-_FOTO/



Təbliğatı necə quraq? - DƏYİRMİ MASA

"Elxan Elatlının kitabının birinci cümləsi səhvdir"

Azərbaycan Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib. Tədbir AYB-nin mətbuat xidmətinin katibi Xəyal Rza və Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri Aydın Xan Əbilovun təşkilatçılığı ilə baş tutub.

Öncə Aydın Xan (Əbilov) dəyirmi masa iştirakçılarını salamlayıb. Daha sonra o, internetin ədəbiyyata təsirindən, bu sahədə olan problemlərdən danışıb: "Kitablar 500 tirajla çıxır. Ancaq həmin kitablar demək olar ki, dünyada yaşayan azərbaycanlılara çatmır. Bizim bu dəyirmi masanı keçirməkdə məqsədimiz sizin internet resurslarının inkişafı, ədəbiyyat portallarının sayının artması ilə bağlı təkliflərinizi dinləməkdir. Bu sahədə Yazıçılar Birliyi sizə necə kömək edə bilər? Eyni zamanda Azərbaycan internet resurslarının hansı problemləri var? Biz bu suallara cavab axtaracağıq. Düşünürəm ki, yerli saytların inkişafı ilə bağlı dövlətin birbaşa maddi və texniki dəstəyi olmalıdır. Ümumiyyətlə, ədəbiyyatın, kitabların tezliklə virtuallaşdırılması prosesi baş verməlidir. Çünki Prezident İlham Əliyevin kitabların latın qrafikasında kütləvi nəşri ilə bağlı imzaladığı sərəncamda belə bir müddəa var idi ki, çap olunan bütün kitabların elektron variantları hazırlanıb, internetə yerləşdirilsin".

"Facebooka böyük ehtiyac var"

Xəyal Rza sosial şəbəkələrin əhəmiyyətindən danışıb: "Biz facebook kimi bir çox sosial şəbəkələrin saytlarının sayğaclarının nə qədər əhəmiyyətli olduğunu bilirik. Məsələ burasındadır ki, informasiya baxımından facebooka doğrudan da, böyük ehtiyac var. Qəzetlər və hətta saytlar informasiya baxımından sosial şəbəkələri üstələyə bilmir. Bəs görəsən, bu ədəbiyyata nə dərəcədə lazımdır? Burada müəllif hüquqları məsələsi var. Çünki çox olub ki, yazıçılarımızın, şairlərimizin əsərləri başqa-başqa saytlarda müxtəlif adamların adı ilə dərc olunub".

"Deyilənlərlə razılaşa bilmirəm"

"Yeni nəşrlər" yayım assosiasiyasının rəhbəri Yaşar Zeynalov bu fikirləri dilə gətirib: "Yaxın zamanlara qədər biz kitablar haqqında məlumatı yalnız nəşriyyatın özünə getməklə öyrənə bilirdik. Artıq bir-iki ildir ki, bəzi nəşriyyatlar öz saytlarını yaradıblar və kataloqlarını burada yerləşdiriblər. Televiziyaların birində üzdə olan müəlliflərin iştirakı ilə diskussiya təşkil olunmuşdu. Orada bizim tanınmış, cəmiyyət və gənclər tərəfindən qəbul olunmuş yazıçılar haqqında elə məsələn, Elxan Elatlı haqqında kobud söz işlədirdilər. Mən deyilənlərlə heç cür razılaşa bilmirəm. Elxan Elatlı kitabını nəşr etdirməklə bərabər kitabının reklamı ilə bağlı bütün imkanlardan istifadə edir. Ona görə də düşünürəm ki, bu cür yazıçılarımızı tənqid etmək doğru deyil".

"Biz gərək düzgün cümləni təbliğ edək"

Tanınmış jurnalist Ceyhun Musaoğlu Yaşar Zeynalovla razılaşmayıb: "Hər informasiyanı yaymazlar. Siz öz informasiyanızı yayırsınız. Kitabın səviyyəsindən xəbəriniz yoxdur. Bəlkə, o kitabın içərisində olan materiallar insanları uçuruma aparır? Sizin təbliğ etdiyiniz Elxan Elatlının kitabının birinci cümləsi səhvdir. Biz gərək düzgün cümləni təbliğ edək".

"İnternetin böyük köməyi var"

Sonda şair Əkbər Qoşalı çıxış edib: "Xəyal qardaşımın rəhbərliyi ilə Yazıçılar Birliyinin yeni bir saytı yaradılır. Etiraf etmək lazımdır ki, AYB-nin hazırkı internet resursları mövcud tələblərə cavab vermir. Ona görə də belə bir saytın yaradılmasına böyük ehtiyac var idi.İnternetin ədəbiyyatın yayılmasına böyük köməyi oldu. Düzdür, facebook kimi sosial şəbəkələrdə bəzən olur ki, zəif əsərə də böyük ilgi olur. Ancaq bununla belə deyə bilərik ki, internet vasitəsilə istər bədii əsərləri, istərsə də elmi məqalələri yaymaq və oxucuya çatdırmaq olar".

Rövşən Danyeri



http://teleqraf.com/news.php?id=32867#.UpcUQtK-3q4


"İnternet və ədəbiyyat" mövzusunda "dəyirmi masa" keçirilmişdir

Bakı, 26 noyabr (AzərTAc). Noyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda "İnternet və ədəbiyyat" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə internetin ədəbiyyata təsiri və oxucuların elektron kitaba marağının artırılması barədə söhbət açılmışdır.
Tədbirdə AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza, YYSQ sədri Aydın Xan (Əbilov), "Yeni nəşrlər" Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov, şair Oqtay Rza, ədəbiyyatşünaslar, ədəbiyyat tənqidçiləri internet resurslarının müasir ədəbiyyata təsirindən danışmışlar.
"Dəyirmi masa"da ayrı-ayrı yazıçı və şairlərin internet ünvanlarının yaradılmasının onların əsərlərinin geniş təbliği və oxucu kütləsinə çatdırılmasında böyük əhəmiyyəti olduğunu bildirilmişdir.
Vurğulanmışdır ki, yaxın günlərdə AYB-nin interaktiv saytı istifadəyə veriləcəkdir.


http://www.azertag.com/node/1164337

Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib - FOTO



26.11.13 17:33
Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib

Bu gün Azərbaycan Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masanı giriş sözü ilə açan birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir: "Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Amma bəzən də müəlliflər və oxucular internetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu da əlbəttə, oxucunun zövqünün korlanması deməkdir".

Yazıçı-publisist Aydın Xan qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin internet saytı yaxın vaxtlarda yenidən qurulacaq, hər gün yenilənən sayta çevriləcək: "Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq".

"Yeni nəşrlər" jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: "Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır".

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu internetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: "Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın".

Publisist Ceyhun Musaoğlu, şair Əkbər Qoşalı və başqaları kitabın təbliği, internetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər.


http://www.525.az/site/?name=xeber&news_id=13602



"İnternet və Ədəbiyyat" - AYB-də kreativ-innovativ Dəyirmi Masa..

Azərbaycan Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa

Oktyabrın 26-da AYB Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyi Mətbuat xidməti ilə Yeni Yazarlar və Sənətçilər Qurumu "İnternet və ədəbiyyat" mövzusunda kreativ-innovativ dəyirmi masa keçirildi.

Ədəbi-mədəni və İnternet ictimaiyyətinin təmsilçilərinin qatıldığı Dəyirmi Masada Azərbaycandilli şəbəkə portallarının nümayəndələri, ədəbi elektron resursların yaradıcıları, yazarlar, blogerlər, sayt rəhbərləri, yazılı və elekton KİV əməkdaşları iştirak edirdi.

Dəyirmi masanı giriş sözü ilə açan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair- publisist Xəyal Rza bildirdi ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir:
"Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Bəzən də müəlliflər və oxucular İnternetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu isə əlbəttə, oxucunun zövqünün korlanması deməkdir".

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın rəhbəri, yazıçı-publisist Aydın Xan (Əbilov) mövzuyla bağlı geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, Azərbaycan Yazıçılar Birliyinin növbəti yeni İnternet saytı yaradılacaq, eləcə də mövcud portalı yaxın vaxtlarda yenidən qurulacaq. Azərbaycan İnternet məkanında kreativ-intellktual resursların azlığına diqqəti cəlb edən anatiq ədəbiyyatın inkişafında elektron kitabxanaların, e-kitabların, şəbəkə-virtual ədəbiyyatın, sosial şəbəkələrin rolunu xüsusi qabartdı.

Eyni zamanda çıxışçı məlumat verdi ki AYB-nin yaratmaq istədiyi yeni interaktiv onlayn resursu hər gün yenilənən sayta çevriləcək: "Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq".

YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələrin rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "XIII Bakı Kitab Bayramı" Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirililən "Dünya ədəbiyyatını gənclərə tanıdaq" kreativ-innovativ e-akademiya" adlı layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında tanıtım təqdimatı da edib.

Təqdimat çərçivəsində çərçivəsində Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbirini - "Heydər Əliyev-90" virtual-kitab ekzpozisiyasını haqqında da məlumat verilib, iştirakçılara xüsusi məlumatlar ötürülüb.

"Yeni nəşrlər" jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: "Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır".

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu İnternetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: "Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın".

Publisist Ceyhun Musaoğlu, Nicat Dağlar, tanınmış yazar və şairlərdən Oqtay Rza, Əkbər Qoşalı, Afaq Şıxlı, Oqtay Hacımusalı, Sayman Aruz və başqaları kitabın təbliği, İnternetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər.

AYB Mətbuat Xidməti,

YYSQ İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Bölümü

https://www.facebook.com/Aydinxan.ebilli/media_set?set=a.10202086844148897.1073741907.1121148960&type=1

https://www.facebook.com/groups/kitabxana/permalink/10152035377076182/


Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib...

Azərbaycan Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə açan birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir: "Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Amma bəzən də müəlliflər və oxucular internetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu da əlbəttə, oxucunun zövqünün korlanması deməkdir".

Yazıçı-publisist Aydın Xan qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin internet saytı yaxın vaxtlarda yenidən qurulacaq, hər gün yenilənən sayta çevriləcək: "Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq".

"Yeni nəşrlər" jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: "Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır".

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu internetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: "Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın".

Publisist Ceyhun Musaoğlu, şair Əkbər Qoşalı və başqaları kitabın təbliği, internetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər.


http://www.avanqard.net/index.php?action=static_detail&static_id=55684


Yazıçılar Birliyində "İnternet və ədəbiyyat"...

26 noyabr 2013-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Azərbaycan Yazıçılar Birliyinin yeni sözcüsü Xəyal Rzanın təşkilatçılığı ilə "İnternet və ədəbiyyat: problemlər, imkanlar"dlı yeni silsilə tədbirlərə start verildi.Silsilə tədbiri saat 14:00-dan-16:00-a qədər davam etdi.Tədbiri giriş sözü ilə AYB-nin yeni sözcüsü Xəyal Rza açdı.O, ilk növbədə tədbir iştirakçılarını salamladı, sonra Çağdaş Azərbaycan ədəbi mühitində ədəbiyyatın və internetin həm müsbət, həm də mənfi cəhətləri haqqında tədbir iştirakçılarını bilgiləndirdi.İlk sözü Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın xan Əbilova verdi.Aydın xan Əbilov ilk növbədə tədbirə gələn qonaqları salamladı və ədəbiyyat və internetin çağdaş dönəmdə əhəmiyyətindən danışdı.Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Səidə Könül, Azərbaycanın istedadlı xanım yazarı Afaq Şıxlı, "Ədalət" qəzetinin əməkdaşı Ceyhun Musaoğlu, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu, Azərbaycanın istedadlı xanım yazarı Vüsalə Babaxanqızı, Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı və digərləri çıxış edərək "İnternet və ədəbiyyat: problemlər, imkanlar" mövzusu ətrafında öz fikirlərini bildirlər və təkliflərini etdilər.Tədbirin sonunda Xəyal Rza zəhmət çəkib tədbirə gələn insanlara təşəkkürünü bildirdi.

http://edebiyyat-az.com/?p=6792


AYB-də "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Yazıçılar Birliyində "İnternet və ədəbiyyat" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masanı giriş sözü ilə açan birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir: "Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Amma bəzən də müəlliflər və oxucular internetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu da əlbəttə, oxucunun zövqünün korlanması deməkdir".
Yazıçı-publisist Aydın Xan qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin internet saytı yaxın vaxtlarda yenidən qurulacaq, hər gün yenilənən sayta çevriləcək: "Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq".
"Yeni nəşrlər" jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: "Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır".
"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu internetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: "Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın".
Publisist Ceyhun Musaoğlu, şair Əkbər Qoşalı və başqaları kitabın təbliği, internetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər.

http://kulis.az/news/6828


"Xalq qəzeti" (09.10.2013 10:55)

Gənclik dövləti tərəqqiyə aparan qüvvədir

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətin müxtəlif sahələrlə yanaşı, gənclərlə bağlı siyasəti də tədricən formalaşmağa başladı. Son on ildə ölkədə gənclərlə bağlı Dövlət Proqramı qəbul edildi, buna uyğun olaraq, müxtəlif işlər görülməyə başlandı.

Prezidentin sərəncamı ilə gənclər siyasəti ilə bağlı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edilib ki, biz də bu proqrama uyğun olaraq fəaliyyət göstərir, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün tədbirlər planına əsasən layihələr, tədbirlər həyata keçirir, kitab bayramları təşkil edirik. Bu yaxınlarda Bakıda Üçüncü Bakı Beynnəlnxalq kitab sərgi-yarmarkası keçirildi. Artıq üçüncü dəfə reallaşan bu sərgi-yarmarka da kitabsevərlər tərəfindən maraqla qarşılandı. Bu da onu göstərir ki, gənclərin mütaliəyə, kitaba marağı var və onların dünyagörüşlü və savadlı olmaları dövlət siyasətinin tərkib hissəsidir.

Azərbaycanın yeritdiyi gənclər siyasəti öz optimallığı və əhatəliyinə görə seçilir, dünyada qəbul edilir. Ölkəmizin gənclər siyasəti ilə bağlı gördüyü işlər artıq dünyada bir model kimi göstərilir, öyrənilir. Azərbaycanda QHT sektorunda gənclər təşkilatlarının fəaliyyəti bu gün göz önündədir. Gənclər təşkilatları bu gün cəmiyyətimizdə öz səmərəli işləri, gənclərin aktivliyinin artırılması istiqamətində uğurla fəaliyyət göstərirlər. Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq, fəaliyyətimizlə gənclərin ədəbiyyata marağını artırmaqla yanaşı, informasiya texnologiyalarının dəstəyi ilə kulturoloji istiqamətdə işimizi qururuq. Bizim kitabxana.net saytında Azərbaycan ədəbiyyatı, xarici ədəbiyyatla bağlı müxtəlif səpgili kitablar elektron variantda oxuculara təqdim edilir, gənclər artıq informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq, mütaliələrini genişləndirirlər. Saytımız 2009-cu ildən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Milli Virtual Kitabxana layihəsi əsasında qurulub. Şəbəkə resursu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin maliyyə-texniki dəstəyi ilə YYSQ tərəfindən həyata keçirilən "Milli Virtual (İnternet) Elektron Kitabxana" Kulturoloji-İnnovativ Layihəsi sayəsində mütəmadi olaraq zənginləşdirilir.

Saytımızda təqdim edilən kitabların əhatə dairəsi genişdir; burada 2000-dən çox bədii, elmi, ictimai-siyasi, publisistik, tərcümə və dərslik kitabları toplanıb. Saytımızda Azərbaycan dili ilə yanaşı, rus, ingilis və Türkiyə türkcəsində də kitablara rast gəlmək olar. Elektron kitabxananın ən üstün cəhətlərindən biri odur ki, dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, internetə çıxışı olan soydaşlarımız kitablarımızla tanış ola bilərlər. Əlbəttə, bu gün öz yaradıcı ideya və təşəbbüslərimizi reallaşdırmaq imkanlarının genişliyi məhz dövlətin yürütdüyü uğurlu gənclər siyasətinin bəhrəsidir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası yanında Gənclər Fondu, Azərbaycan Respublikası yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq edərək gənclərin maraq dünyasına uyğun layihələr həyata keçiririk. Bu qurumların yaradılması və gənclər təşkilatlarının təşəbbüs və fəaliyyətlərinin dəyərləndirilməsi ölkəmizdə gənclər siyasətinin sağlam təməllər üzərində qurulduğunu göstərir.


Aydın XAN (ƏBİLOV), yazıçı kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri

http://www.xalqqazeti.com/az/news/news/38655


XIII Bakı Kitab Bayramı olub FOTO


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Yeni Yazarlar və Sənətçilər Qurumunun reallaşdırdığı, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş XIII Bakı Kitab Bayramı - Milli Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisi təşkil olunub. hafta.az-ın məlumatına görə, yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi ilə bircə keçirdiyi tədbirdə tanımış gənc imza sahiblərindən Aydın Xan (Əbilov), Narıngül, Fərid Hüseyn, Səidə Haqverdiyeva, Könül Səid, Səfa Rəşid, Rüfət Soltan, Peyman Oğayət, Qalib Cəlil, eləcə də kulturoloq Camal Rzayev, eləcə də ictimai yeniyetmələr, uşaqlar, onların valideynləri, media nümayəndələri iştirak edib. Müəlliflər öz kitabları və evdəki əlavə kitabları hədiyyə kimi gətirərək yeni nəslin nümayəndələrini sevindirməklə yanaşı, YYSQ gənc liderlərin kitabxanasına 300-dən çox kitab ərməğan edib. Tədbir ədəbi-poetik məclis, intellektual-mədəni debat, foto-sessiya, gənc liderlərlə yaxından tanışlıq, oxuculara müəlliflərin ünsiyyəti, əsərlərin oxunuşu, sualların cavablandırılması, imzalanma, yeni kitabların təbliği, YYSQ-nin həyata keçirdiyi kulturoloji-innovativ layihələrin mini-təqdimatları formatında təşkil olunub.

Ümidə Həsənli, hafta.az

http://www.hafta-ichi.az/news.php?id=91759



İnternetdən qazandığımız xəzinə (ARAŞDIRMA)


Kitabsız kitabxanaları əlverişli edən nədir?
Gülnar Əliyeva

Həyat tərzi Bir neçə tanışımdan axırıncı dəfə hansı kitabı oxuduqlarını soruşdum. Məlum oldu ki, çoxu axırıncı kitabı nə vaxt oxuduğunu xatırlamır. Bu son illərin ən aktual problemidir. Bu cür yüzlərlə, minlərlə gənc var ki, hərə bir səbəbdən kitab oxumur. Bəziləri vaxtın olmamasından şikayətlənir, bəziləri kitabların maraqsızlığından, bir qrup isə kitaba həvəsinin olmamasını, digər qism kitabın baha olmasını əsas gətirərək kitab oxumur. Axır vaxtlar kağız kitablara laqeydlik müşahidə olunur. Son illər internet resursları və texnologiyalarının inkişafı kitab bazarına da öz təsirini göstərə bilib. Artıq oxucular kağız formatda kitablara yox, elektron kitablara üstünlük verirlər.

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kitabxana.net Milli Virtual Kitabxananın təsisçi və rəhbəri Aydın Xan Əbilovun ANS PRESS-ə bildirdiyinə görə, elektron kitabxanaların yaradılması prosesinə Azərbaycanda nisbətən gec başlanılıb. Onun sözlərinə görə, hal-hazırda bütün dünyada uşaq bağçalarından, məktəblərdən tutmuş Prezident Administrasiyasına qədər bütün qurumların elektron ofisi və ya sayt-portalı var. "Qonşu ölkələrdə 10 minlərlə elektron kitabxana olduğu halda, bizdə cəmi 3-4 elektron kitabxana var. AMEA-nın M.F. Axundov adına kitabxananın elektron variantı var. Kitabxana.net portalı sonradan yaradıldı və burada 2000-dən artıq elektron kitab yerləşdirilib".

Onun sözlərinə görə, artıq Azərbaycanda elektron kitab oxucularının sayı artıq 3%-dən 7%-ə çatdırılıb. İnsanlar virtual kitabları yaxşı mənimsəyə bilirlər və buna üstünlük verirlər. Təkcə kitabxana.net portalının 2200000-ə yaxın oxucusu var. Ən çox oxunan kitablara gəlincə A. Əbilov bildirdi ki, dərslik və müxtəlif sahələrə aid elmi kitablar daha çox oxunur. O cümlədən, uşaq kitabları, detektiv əsərlər, sevgi romanları, dünyanın tanınmış brendləri də oxucular tərəfindən maraqla qarşılanır. Fantastik əsərlər bizdə nisbətən az oxunur.

Elektron kitabxanaların üstünlüklərinə gəlincə, A. Əbilov bildirdi ki, kitablar az tirajla çap olunur, amma elektron kitabxanalardan bütün düyada yaşayan 50 milyon azərbaycanlı, 300 000 000 türk dünyası istifadə edə bilər. Azərbaycanlılar bütün dünyaya səpələniblər buna görə, bizə elektronlaşma daha vacibdir. Üstünlüyü həm də odur ki, dərsliklər bəzən baha olur, tələbələr bunu ala bilmir, bəzən sayı az olur, tapılmır. Elektron kitabxanaların olması çox yaxşı haldır. Zaman və məkan problemini həll edir.

Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Hacıyevanın ANS PRESS-ə verdiyi məlumata görə, elektron kitabxanalara tələbat son dərəcə böyükdür. Onun sözlərinə görə, elektron kitabxanaların inkanları daha genişdir. "İnsanlar avtobusda gedərkən də bundan istifadə edə bilər. Elektron kitabxanalara tələbat sonsuzdur. Sayının çoxluğu baxımından, kitabxananın zənginliyi baxımından ənənəvi kitabxanalardan çox zəifidir. Gənc oxucuların texnika vərdişləri çoxdur. Gənclərimiz mobil telefon, planşetlər vasitəsilə elektron kitabları oxuya bilirlər. Kitabxanaya gələn yaşlı nəsil isə hətta kitabların elektron kataloqu belə axtarmaqda çətinlik çəkirlər. Yaşlı nəsil, texnikadan nisbətən aralı düşən insanlar daha çox kitabları sevirlər".
Onun sözlərinə görə, ənənəvi kitabxanada olan fond dolğunluğu elektron kitabxanada yoxdur. Hansı kitablar daha çox soruşulursa, həmin kitabların da elektron variantını hazırlanır. Əgər kitab müəllifi sağdırsa, biz onların razılığını alandan sonra elektron variantını hazırlayırıq.

Elektron kitabların hazırlanması həm də vaxt aparır, kadrlar məsələsi var. Azərbaycan kitabxanaları 2000-ci ildən beynəlxalq elektron şəbəkəyə qoşulub. Bizdə bütün dünyada olan elektron kitabxanalara çatmaq üçün zaman lazımdır. Müxtəlif oxucular, elə ənənəvi kitabxanalara müraciət edən qədər oxucu müraciət edir.

Aydın Xan Əbilovun sözlərinə görə, ABŞ, Avstraliya, Kanada və digər ölkələrdə çoxillik plan hazırlanır ki, indiyə qədər yaradılmış olan bütün mətnlər elektron varianta köçürülsün. Mütəxəssis hesab edir ki, bizdə də yaxşı olardı ki, Prezident yanında internet şurası yaradılsın. Azərbaycandilli internet resurslarının, xüsusən də, intellektual və kreativ istiqamətdə inkişafına qrantlar ayrılsın: "Bəzən adamlar bizi düzgün başa düşmürlər. Nizami Gəncəvinin "İsgəndərnamə"sinin və ya "Leyli və Məcnun" əsərini kağız və ya elektron variantda olmasının nə fərqi var? Biz elektron kitabı təbliğ edəndə, onun məzmununa qarşı çıxmırıq".


http://www.anspress.com/index.php?a=2&lng=az&nid=185788


Kitabxana.net portalının rəhbəri, kulturoloq Aydın Xan Əbilovun fikrincə, e-kitab daha rahat və sərfəlidir: "Elektron informasiya daşıyıcılarının, audio və vizual sənətlərin inkişafı mətn ədəbiyyatının köhnəlməsinə gətirib çıxarır. Hamımız planşet almalıyıq və kağız kitabları, dəftərləri, qələmi və əlyazmasını yığışdırmalıyıq. Virtual yazı və oxu mədəniyyətini təbliğ etməliyik".

Yazar başqa bir məsələyə də diqqət çəkir: "Mən çoxdan demişəm ki, yaşıllığı və ekologiyanı düşünürlərsə, ən azı, kitab istehsalını dayandırmaq lazımdır. Necə ki, Avestanın dəriləri, əlyazmalar, daşbasmalar getdi tarixin arxivinə, kağız kitab da sıradan çıxmalıdır".
Kulturoloq e-kitabın gözlərə zərəri ilə razılaşmır: "Məgər televizora baxanda adamın başı, ya da gözü ağrıyır? Bu, sadəcə, oxumamaq üçün bəzilərinin qondardığı bəhanələrdən biridir. Mən uşaq olanda qalın kitabları oxumağa qoymurdular ki, gözlərin tutular, başın xarab olar!"

Hazırda ölkəmizdə əsasən, ənənəvi kitabxanalar üstünlük təşkil edir. İnkişaf etmiş ölkələrdə isə qrafik, səsli və görüntülü kitabxanaların sayı və imkanları daha çoxdur. M.F.Axundov adına Milli Kitabxananın fondunda 5 milyona yaxın adi kitab var. Kitabxanada elektron baza da yaradılıb. Kitabxananın virtual istifadəçilərinin sayı 100 mindən yuxarıdır.

Respublikamızda getdikcə e-kitabxanaların sayı artır. Lakin təəssüf ki, onlarda kitab ehtiyatı elə də çox deyil. Yazı müəllifi kimi mən də bir təklif irəli sürmək istərdim. Məlum olduğu kimi, ölkə prezidentinin sərəncamı ilə yeni nəslin rahat oxuya bilməsi üçün kiril əlifbası ilə dərc olunmuş dünya ədəbiyyatı kitabxanası seriyasından bütün kitablar latın qrafikası ilə yenidən nəşr olunur.

Həmin kitabların tirajı böyük olmadığından (500 nüsxə) onların e-variantını e-kitabxanalara vermək olar. Bundan başqa, əsərlərinin özündə faylı olan müəlliflər könüllü olaraq belə bir addım ata bilərlər. Bu halda milyonlarla oxucu onlardan bəhrələnə bilər.


http://teleqraf.com/news.php?id=20081#.Ul_z-NK-3q4




Şairlər tələbələrin qonağı oldu


Bu gün Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) Gənclər və İdman Nazirliyinin dəstəyilə mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisini keçirib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Turizm İnstitutunun tələbələri və gənc pedaqoqları ilə keçirilən tədbir kreativ formatda - kitab bayramı, təqdimat, poeziya məclisi və diskussyia şəraitində baş tutub.

Tədbirdə şair və yazıçılar, tələbələr, jurnalistlər, müəllimlər iştirak edib.

Məclisi institutun dekanı Sevda Vəzirova açıb. Tədbir ali məktəbin baş müəllimi Vüsalə Məmmədzadənin təşəbbüsü ilə keçirilib.

YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verib. Vurğulayıb ki, bütün bunlar prtezident İlham Əliyevin apardığı daxili ictimai-mədəni siyasətin nəticəsində mümkün olub.

Tədqiqatçı Adıgözəl Məmmədov "Kreml rəhbərlərinin psixoloji portretləri" adlı kitabı haqqında danışaraq SSRİ dövründə dövlətin əsas rəhbərlərindən biri kimi Heydər Əliyevin tarixi fəaliyyətləri barədə tələbələrə danışıb.

Sonra prezident təqaüdçüləri olan şairlər Narıngül, Könül Səid, Şəfəq Sahibli, Sahilə, Fərid Hüseyn, Zaur Qəriboğlu qələmə aldıqları yeni şeirlərdən nümunələr oxuyub, tələbələrlə fikir mübadiləsi aparıblar.

Yazarlar öz kitablarnı imzalayıb institutun əməkdaşlarına və gənc oxuculara hədiyyə ediblər.


http://teleqraf.com/news.php?id=21694#.Ul_zStK-3q4



Şairlər gənc liderlərin qonağı olub

Mayın 26-da Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisi keçirilib.

Teleqraf.com-un məlumatına görə, YYSQ Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi ilə bircə keçirtdiyi tədbirdə tanımış gənc imza sahibərindən Aydın Xan (Əbilov), Narıngül, Fərid Hüseyn, Səidə Haqverdiyeva, Könül Səid, Səfa Rəşid, Rüfət Soltan, Peyman Oğayət, Qalib Cəlil, eləcə də kulturoloq Camal Rzayev, eləcə də ictimai yeniyetmələr, uşaqlar, onların valideynləri, media nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edən müəlliflər öz kitabları və evdəki əlavə kitabları hədiyyə kimi gətirmişdilər. Həm də YYSQ gənc liderlərin kitabxanasına 300-dən çox kitab ərməğan edib.

YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələrin rəhbəri A.Xan (Əbilov) layihə haqqında geniş məlumatlar verib.

Maraqlı ədəbi-poetik məclisi formasında davam edən tədbirdə yazar-qonaqlar eləcə də bədii yaradıcılıqla məşğul olan yeniyetmələr öz şeirlərini oxuyub, Heydər Əliyev və mədəniyyət, ədəbiyyat ətrafında çıxışlar edib, maraqlananların suallarını cavablandırıblar.

Teleqraf.com


http://teleqraf.com/news.php?id=22252#.Ul_zU9K-3q4


Yazarlarımız İzmirdən qayıdıblar


Türkiyədə bizim yazarlara xüsusi diqqət göstərilib

Türkiyənin İzmir şəhərində16-18 avqustda baş tutan yazarların, ədəbiyyatçıların və şairlərin iştirak etdiyi 9-cu "Kibatek Beynəlxalq Ədəbiyyat Tədbiri"nə Azərbaycan da qatılıb.

Tədbirdə Bolqarıstan, Suriya, Belçika, Albaniya, Almaniya, Yunanıstan, Moldova, Rumıniya, Türkiyə kimi dövlətlərlə yanaşı, Azərbaycan da üç yazıçı və bir incəsənət xadimi ilə təmsil olunub. Azərbaycanı "Kibatek Beynəlxalq Ədəbiyyat Tədbiri"ndə yazar Elnaz Eyvazlı, Azərbaycan Yazarlar Birliyinin üzvü Aydın Xan Əbilov, "Crazies Union" qrupunun solisti, "Dəli Yazar" təxəllüsü ilə tanınan gənc yazar Bəhmən Aslanlı və 1998-2012-ci illərdə Azərbaycanda yaşayaraq teatr təhsili almış, "YUĞ" Dövlət Teatrının keçmiş quruluşçu rejissoru, türkiyəli incəsənət xadimi Dr. Rasim Aşın təmsil edib.

Üç gün ərzində baş tutan tutan tədbirdə türk dillərinin ortaq və fərqli xüsusiyyətləri, ədəbi prosseslərin gedişi müzakirə olunmaqla yanaşı, Seferihisar Bələdiyyəsinin dəstəyilə keçirilən şeir gecəsini yerli əhali də yaxından izləyib, yazarlarla tanış olublar.


http://teleqraf.com/news.php?id=27501#.Ul_0nNK-3q4


Yeni Yazarlar və Sənətçilər qurumunun sədri Aydın Xan Əbilov inkişaf edən gələcəyə - İlham Əliyevə səs verdiyini bildirdi: "Öz Prezidentimə - inkişaf edən gələcəyimə səs verdim. Beynəlxalq və milli müşahidə-çilərin gözü qarşısında. Və inanıram ki, seçimim tarixin bu anında məntiqlidir, İlham Əliyevi Prezi-dent görürəm, Qarabağı qaytarmaq, iqtisadi-demokratik islahatları başa vurmaq, Azərbaycanımızı qa-baqcıl dövlətlər sırasına salmaq və başqa bu kimi işlərdə hamımız cənab Prezidentə dəstək olmalıyıq ki, xoşbəxt gələcəyi quraq".


http://teleqraf.com/news.php?id=29965#.Ul_019K-3q4



Aydın Xanın virtual kitabxanası

"Yeni Yazarlar və Sənətçilər" qurumunun stendində oxucular elektron kitablarla tanış ola bilərlər. Qurumun sədri Aydın Xan Əbilov bildirdi ki, bu il onlar yarmarkada iki sərgi ilə çıxış edirlər: "Yaxşı haldır ki, Bakıda artıq ənənəvi olaraq beynəlxalq kitab bayramı keçirilir. Bildiyiniz kimi, bu ilki bay-ram ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. 25 ölkədən nəşriyyatlar, ki-tab yayımı ilə bağlı qurumlar, o cümlədən də Azərbaycanın üzdə olan əksər nəşriyyatları bu sərgidə kitabsevərlərin qarşısında bir növ kreativ hesabat verirlər. Bizim təşkilat da ayrıca stendlə burda çıxış edir. Bizim burda iki sərgimiz var. Biri real sərgidir. İkincisi isə "kitabxana.net" milli virtual kitabxa-nanın elektron kitablar sərgisidir."


http://teleqraf.com/news.php?id=28886#.Ul_zddK-3q4


Aydın Xan: "Bizim elektron kitabxana ölkədəki üç tanınmış kitabxanadan biridir"...

Son illər internet resursları və texnologiyalarının inkişafı kitab bazarına təsir göstərə bilib. Artıq oxucular kağız kitablara yox, elektron kitablara üstünlük verməyə başlayıblar.

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kitabxana.net Milli Virtual Kitabxananın təsisçi və rəhbəri Aydın Xan Əbilovla bu mövzuda söhbətləşdik.

- İlk növbədə kitabxana.net elektron resursunun yaranma tarixi haqqında qısa məlumat verməyinizi istərdim.

- Hazırda dünya özünün innovativ mərhələsini yaşayır. Texnologiyaların özünün diqtə etdiyi məqamlar da var. Bu baxımdan bütün dünyada olduğu kimi, Azərbaycanda da elektron kitabxanalar dövrü başlayıb. Azərbaycanda bu mərhələ 90-cı illərin axırları 2000-ci illərin əvvəllərində vüsət aldı, Azərbaycan ədəbiyyat nümunələrinin, milli kitabların, çağdaş bədii söz örnəklərinin elektron variantları meydana gəldi. İnsanların bu elektron və ya şəbəkə ədəbiyyatına maraq göstərməsi bir qədər ləng kütləvi xarakter alsa da, hər halda proses start götürdü. Daha sonra dünyada gedən ədəbi proseslər Azərbaycanda öz əksini tapdı. Məşhur "Qüttenberq" deyilən bir layihə var. Layihənin məğzi odur ki, indiyə qədər bəşəriyyətin yaratmış olduğu yazılı informasiya, mətnlər, bəzi elmi,bədii və dini kitabların elektron variantı hazırlansın. Bu hazırlanan variantlar rəqəmsal formaya salınaraq internetdə müxtəlif resurslarda, o cümlədən elektron kitabxanalarda yerləşdirilsin ki, bütün dünya onlardan yararlanmaq imkanı qazansın. Belə bir şəraitdə Yeni Yazarlar və Sənətçilər Qurumu olaraq bizim təşkilat əvvəlcə Azərbaycanda olan bir çox bloq sistemlərinin nəzdində elektron kitabxanalar yaratdı. Amma elektron kitabxanaları yaradıb istifadəyə verdiyimiz vaxt həmin bloq sistemləri, portalların özləri dağıldığına görə elektron kitabxanalar da qapanırdı. 2009-cu ildə biz Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycanda ilk dəfə elektron kitabxananın yaradılması ilə bağlı bir layihə təqdim etdik. Şuranın maliyyə yardımı ilə kitabxana.net elektron resursunu qurduq. Həmin kitabxana özü-özlüyündə böyük bir portal təşkil edir.

Burda yalnız kitabların elektron formaları yox, eyni zamanda müxtəlif intellektual, kreativ və ədəbiyyata aid yazıların yerləşdiyi xüsusi bölmə var. Bundan əlavə, kitabxana.net uşaq ədəbiyyatına həsr olunmuş ayrıca bölməsi, müxtəlif yaradıcı insanların mini saytları olan bloqlar sistemindən ibarətdi. Amma əsas sistem əlbəttə ki, elektron kitabxanadır. Biz eyni zamanda bir neçə dövlət qurumlarına və ictimai təşkilatlara da müraciət etdik. Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə biz bu kitabxananı zənginləşdirdik və get-gedə inkişaf etdiririk.

- Elektron kitabxananın istifadəçi sayı nə qədərdir?

- Bir çox sayğac maşınlarının göstərdiyi nəticələrə görə, indiyədək iki milyona yaxın istifadəçi bizim elektron kitabxanadan yararlanıb. Bu istifadəçilər yalnız Azərbaycandan deyil, dünyanın hər yerindən, hətta bizim indi münaqişədə olduğumuz Ermənistandan, Dağlıq Qarabağın özündən də elektron kitabxanaya çoxsaylı girişlər var. Bu onu göstərir ki, bizim tutduğumuz yol çox lazımlıdır.

- Virtual kitabxanada hansı kitablar daha çox yer alıb?

- Yazıçı və şairlərimizin elektron kitabları, dərsliklər, elmi və dini kitablar, ümumiyyətlə, gərəkli olan əksər əsərlər dünyanın aparıcı dillərində, amma sözsüz ki, ilk növbədə Azərbaycan dilində kitabxanada yerləşdirilib.

- Elektron kitabxanada yer almayan hansı kitabları əldə etmək istərdiniz?

- Əlbəttə, istər dünya, istər müasir Azərbaycan ədəbiyyatında elə kitablar, o cümlədən elmi-intellektual əsərlər, ali və orta məktəb dərslikləri var ki, onların elektron versiyası təəssüf ki, yaradılmayıb. O səbəbdən bizim kitabxanada da onları tapmaq mümkün deyil.

- Azərbaycanda neçə elektron kitabxana fəaliyyət göstərir?

- Azərbaycanda üç böyük elektron kitabxana var. Birincisi Prezident Administrasiyasının Prezident Elektron Kitabxanası, ikincisi M.F.Axundov adına elektron kitabxanadı və nəhayət, üçüncü elektron kitabxana bizimkidir. Azərbaycan kitabları əsasən bu üç mənbədə yerləşdirilir. Qeyd edim ki, bu üç kitabxana bir-biri ilə mütəmadi olaraq əlaqəli şəkildə işləyir. Prezidentin Fondundan bizim kitabxanalara maliyyə yardımı göstərilir. Digər dövlət qurumlarının və Yazıçılar Birliyinin də maliyyə və texniki, o cümlədən yaradıcı imkanlarından istifadə etdik.

Hazırda kitabxananın iki layihəsi var. Birincisi Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Azərbaycan yazıçılarının dünyanın aparıcı dillərinə tərcümə edilmiş elektron variantının bizim milli virtual kitabxanada yerləşdirilməsidir. İkincisi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc yazıçıların elektron kitabxanalarının yaradılması və bizim kitabxanada yerləşdirilməsi, onların həm kitabxana vasitəsilə, həm də virtual olaraq müxtəlif resurslarda, xüsusən də sosial şəbəkələrdə qəbul edilməsi və bütün dünyaya çatdırılmasıdır.

- Müəlliflərlə işbirliyini necə qurursuz, müəllif hüquqları qorunurmu?

- Yazıçı və şairlər bizə müaciət edib bu işdə öz dəstəklərini göstərirlər. Eyni zamanda bizim işimiz onların təbliğinə müəyyən qədər təsir göstərir. Bilirsiz ki, Azərbaycanda kitabların nəşri bərbad vəziyyətdədir. 500-1000 tirajdan yuxarı kitab çap olunmur. Onlar əlli milyonluq azərbaycanlının 0.5 % -ə çatmır. Dünyada, Azərbaycanda və türk dillərindən istifadə edən kitabsevərlərə necə çatsın? Müəllif hüquqları ilə bağlı deyə bilərəm ki, kitabxana.net-in aşağı hissəsində qeyd var ki, bu, humanitar layihədir və müəlliflə əlaqəli hüquqlar qorunur.

- Bəzən istifadəçilər elektron kitabxananın sistemli deyil, dağınıq və səpələnmiş olduğundan şikayət edirlər.

- Kitabxanamızda müəyyən axtarış sistemlər var. Həm müəlliflər, həm də ölkələr üzrə axtarış etməklə istənilən kitabı tapmaq olar. Üstəlik, elektron kitabxana xeyli bölümlərdən ibarətdir. Kitablar klassika, dünya ədəbiyyatı, lüğətlər və ölkələr üzrə sistemləşdirilib. Düzdür, onların hamısını biz hələlik komplektləşdirə bilməmişik. Həm də dünya dillərində "n" sayda kitablar var, hamısını yerləşdirmək çətindir. Biz heç buna iddialı da deyilik. Amma hazırda dünyadakı proseslərə cavab verən, Azərbaycanın klassik və müasir ədəbiyyatının ən dəyərli nümunələrini artıq biz kitabxanamızda yerləşdirmişik.

- Sizcə, oxucunun kitaba laqeydliyinin səbəbi nədir?


- İndi kifayət qədər elektron kitabxananı özündə ehtiva edən internet texnologiyaları çıxıb. Onlardan rahatca kitabları oxumaq mümkündür. Azərbaycanda olan elektron kitablarla kağız kitabları müqayisə etsək, kağız kitabların nə qədər zərərli olduğunu görərsiz. Çünki çox oxucular bilmirlər ki, o kitabların hazırlanmasında istifadə olunan materialların hamısı kimyəvidir, əksəriyyəti də ziyanlıdır. Elektron kitabxananın bir üstünlüyü də var ki, istədiyin qədər kitab saxlamaq imkanın olur. Amma iki otaqlı evdə min kitabı saxlamaq qeyri-mümkündür. İndi texnologiya bunu tələb edir. Biz axırıncı dəfə nə zaman kağız məktub yazmışıq? Bütün günü "sms"lə və sosial şəbəkələrdə yazışırıq. Bir yandan da kağız kitabların qiyməti bahadır. Elektron kitabxanalar bizim üçün müasir dövrdə qaçılmaz bir fürsətdir.

Könül Səid
http://teleqraf.com/news.php?id=8916#.Ul_yHNK-3q4

Tarix: 06.12.2013 11.40 | Baxış: 2851 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2017. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner