AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər Qurumu » YYSQ-nin Kreativ İnnovasiyalara dair növbəti layihəsi. YYSQ "Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" layihəsini həyata keçirilməyə başladı... Geniş məlumatlar...

YYSQ-nin Kreativ İnnovasiyalara dair növbəti layihəsi

YYSQ "Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" layihəsini həyata keçirilməyə başladı...


Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla "Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği layihəsi" layihəsini həyata keçirməyə başlayıb. Layihəylə bağlı YYSQ açıqlamasında geniş məlumatlar verilir.
İctimai əhəmiyyətli təşəbbüslər bölümü üzrə layihə müxtəlif mədəniyyət və inanclara mənsub insanların daha çox yararlandığı, xaricdə yaşayanlarla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda Azərbaycandakı unikal multikurtual tolerantlığının, sivil-kulturoloji dəyərlərinin təbliği, ölkə daxilində və xaricdə tanıdılması, yayılması, denyaya çıxarılması, eləcə də İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, e-təqdimatları, e-sərgilərini təşkili, eləcə də multikulturalıq və tolerantlıq sahələri üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlərin dəstəklənməsi, ölkəmizin tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanıdılması istiqamətində fəaliyyətləri dəstəkləyir.
Qərb - Avropa və ABŞ-da son vaxtlar Azərbaycana qarşı aparılan ideoloji-siyasi, interaktiv və İnternetüstü təbliğata qarşı bizim əsrlərcə tarixi olan sivil dəyərlərimizi - multukultural tolerntlığımızı qoymaqla milli-dövlətçilik hqəqiqətlərimizi gənclər, habelə 55 milyonluq soydaşlarımız vasitəsilə xaricə çıxarılması istiqamətində böyük boşluqlar vaar. İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda Azərbaycandakı unikal multikurtual tolerantlığının, sivil-kulturoloji dəyərlərinin təbliği, ölkə daxilində və xaricdə tanıdılması, yayılması, dünyaya çıxarılması, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş ictimaiyyətə çatdırılması, e-təqdimatları, e-sərgilərini təşkili baxımından görülməsi vacib işlər, əslində bu boşluğu doldurmağa yönəlib.
Azərbaycan İnternet resurslarında, elektron kitabxana və sosial şəbəkələrdə multikulturallıq, tolerantlıq, dini-milli dözümlülük, inam sahələri barədə həqiqətləri əks etdirən, dünyanın tanınmış qələm sahibləri - yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin bu sahələrə aid müxtəlif aparıcı dillərdə işıq üzü görmüş kitablarının elektron variantları çox azdır. Parəkəndə halda İnternetdə yerləşdirilən, yaxud elektron - rəqəmsal halda məhdud bu cür intellektual-kulturoloji, ictimai-dini, tarixi-kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə bir sivilizasiya - tolerantlıq texnologiyası, inanc tarixi, insanları birləşdirən bəşəri dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac duyulur.
Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli disapora mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycanın dini tolerantlıq mərkəzi, müxtəlif sivilizasiyasların dinc mövcud olduğu məkan kimi tanıdılması ilə bağlı dəyərli kitablara, elektron nəşrlərə böyük ehtiyac hiss edilir. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya yarışmasında cavab verməkdən ötrü samballı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə böyük tələbat var.
Ənənənəvi dini bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış ilahiyyatçıları, alimləri və yazarlarının əsərlərindən ibarət elektron kitabxananın hazırlanması həm də yuxarıda sadalanan istiqamətdəki boşluqları qismən də olsa doldurmağa yönəlib.
Son illərdəki din pərdəsi altında Şərqdə baş verən müxtəlif təxribatlara qaşı intellektual-innovativ mübarizə aparmaqdan, həmçinin, dünyada baş qaldıran İslamafobiyaya cavab verməkdən ötrü İnternetdə yerli və xarici müəlliflərin dəyərli əsərləri barədə geniş məlumatların yayılması, dini mövzuda elmi əsərlər və məqalələrdən ibarət e- topluların rəqəmsal nəşrə hazırlanması və elektron kitabxanada, sosial şəbəkələrdə yayımını təşkil etmək, sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti gücləndirmək vacibdir ki, vətəndaşlarımız, o cümlədən gənclərimiz xaricdən gələn ziyanlı təsirlərə düşməsin, müxtəlif təriqətlərə maraq göstərməsinlər. Dünyanın aparıcı dinlərinin oxşar cəhətlərini qabartmaqla dinlərin sivilizasiyalararası vasitə kimi təbliği üçün İnternet resurslarının və sosial şəbəkələrin rolu çox böyükdür. Bu layihə sözügedən sahədə boşluqları doldurmaq məqsədi ilə həyata keçirilməsi planlaşdırılır. Dünyanın müxtəlif ölkələrində yaşayan müəlliflərin aparıcı dillərdə hazırlanacaq e-nəşrləri, elektron kitablari və elektron mini-kitabxana resursunu İnternetdə yerləşdirilməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin dini-elmi, ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanıdılmasına, virtual təbliğinə xidmət etməyi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"ndan irəli gələn vəzifələrin həyata keçirilməsini dəstəkləmək məqsədilə layihədə strategiyanın bir çox bəndlərinə uyğyun fəaliyyət istiqamətləri əsas götürülüb.
Layihə müxtəlif mədəniyyət və inanclara mənsub insanların daha çox yararlandığı, xaricdə yaşayanlarla ünsiyyət qurduqları İnternet resurslarında, sosial şəbəkələr və elektron kitabxanalarda Azərbaycandakı unikal multikurtual tolerantlığının, sivil-kulturoloji dəyərlərinin təbliği, ölkə daxilində və xaricdə tanıdılması, yayılması, dünyaya çıxarılması, eləcə də İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, e-təqdimatları, e-sərgilərini təşkili, eləcə də multikulturalıq və tolerantlıq sahələri üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlərin dəstəklənməsi, ölkəmizin tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanıdılması istiqamətində fəaliyyətləri dəstəkləyir.
Bu intellektual-innovativ layihənin əsas məqsədi respublikamızın və dünyanın tanınmış qələm sahibləri - ilahyyatçıları, din xadimləri, ruhaniləri, teoloqları, ictimai-mədəni xadimləri, yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlərin dəstəklənməsidir. Din və tolerantlıq mövzusuna həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirmək, mini-elektron kitabxana bölümünü yaratmaq, sosial şəbəkələrdə təbliğ etmək üçün fəaliyyətlərin həyata keçirməkdən əsas məqsəd insanlarda dinin müxtəlif millətləri, inanc sahiblərini ayırmaq deyil, birləşdirici tərəflərini, dözümlülük cəhətlərini təbliğ etməkdir. İnternetdə, yaxud elektron - rəqəmsal halda sayı məhdud olan bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə təbliğ olunması əsas vəzifələrdən biridir.
Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında din, İslam elmləri, müsəlman mədəniyyəti, inam və sivilizasiyalar tarixinə aid, ölkəmizdəki dini dözümlülük həqiqətlərilə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektoron kitablar, multimedik imkanlar, yeni İnternet və kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, düna ictimaiyyətə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü samballı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq.
İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, dini fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı elmi müqayisələr aparmaq üçün lazımi ədəbiyyatlar əllərində olmur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 55 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən dini-tarixi, kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilərlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər.
Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız, multikulturalizm və tolerantlıq mövzusundan yazan yerli və xarici müəlliflər, alimlər, ədəbiyyatçılar, gənclər, tələbələr, İnternet istifadəçiləri, tərcüməçilər, kitabxanaçılar, siyasətşünaslar, münaqişəşünaslar, QHT-çilər, filoloqlar, estetlər, tədqiqatçılar, blogerlər, diaspor nümayəndələr, ölkəmizin xaricdəki səfirlik əməkdaşları, diaspor ictimaiyyətimiz, jurnalistlər, İKT və nəşriyyat işçiləri, təşkilatın öz üzvləri bu innovativ-kulturoloji layihədən faydalana bilərlər.
Layihə çərçivəsində aşağıdakı fəaliyyət növləri dəstəklənir və bu istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur:
1. Tanınmış qələm sahibləri - kulturoloqları, ilahiyyatçıları, teoloqları, ictimai-mədəni xadimləri, yazıçı və alimlərin, siyasətçilərin, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, multikultural tolerantlıq, dünyanın ənənəvi dinləri haqqında həqiqətləri əks etdirən, tanınmış yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə geniş ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də bu sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlər. Elektron kitablar aşağıdakı dillərdə olacaq: Azərbaycan, ingilis, rus, türk və s..
2. Multikultural tolerantlıq mövzusuna həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirmək, mini-elektron kitabxana bölümünü yaratmaq, sosial şəbəkələrdə təbliğ etmək.
3. İnternetdə elektron - rəqəmsal halda rast gəlinməyən, sayı məhdud olan bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin ardıcıl keçirilməsi.
4. İnternetdə daimi və açıq yayımlanacaq ayrıca elektron resursun - mini-elektron kitabxana bölümünü yaradılması. Hazırlanan materialların bu resursunda yerləşdirilməsi üçün ayrıca kulturoloji-intellektual resursun, habelə milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirmək.
5. Mütəmadi olaraq e-kitabların virtual sərgisinin keçirilməsi. Sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği. Sosial şəbəkələrdə hazırlanan, elektron kitabxanada yerləşdirilən e-kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması.
6. Müxtəlif dillərdə yazan müəlliflərin əsərlərindən ibarət yeni resursun - elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirilməsi.
7. İctimaiyyətin nümayəndələri, gənclər və universitet tələbələri, müxtəlif qurumlarda real tanıtım tədbirlərinin təşkili. Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımının təşkili.
8. Yazılı və elektron KİV-də, TV və radiolarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması.
9. Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.
Layihənin icrası zamanı respublikamızda yaşayan, eləcə də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də dini-ictimai, elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr - elmi-mənəvi müqayisələr zamanı lazımi nəticələr, tarixi-elmi mənbələr, intellektual vəsaitlər, həmçinin yerli və xarici müəlliflərin kitabları hazır formada, hər vaxt onlayn və oflayn halda, bir İnternet şəbəkə resursunda, müraciət edilməsi mümkün olan variantda hazırlanacaq. Müxtlif tədbirlərdə iştirak edən soydaşlarımız, diaspor nümayəndələri, səfirlik əməkdaşları, eləcə də nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 55 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında kreativ silahla təmin olunacaqlar. Dindarlar, gənclər, yeniyetmələr, sosial şəbəkə istifadəçiləri, oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə ölkəmizdəki dini tolerantlığı, sivilizasiyaların yanaşı yaşadığı məkanda baş verən tarixi-ictimai, mədəni-dini, kulturoloji-sosial proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilərlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün dünya dinləri ilə bağlı intellektual-innovativ, virtual-kulturoloji e-resurs yaranacaq, dünyanın aparıcı ölkələrində qəbul olunmuş formatda milli elektron-intellektual resurslarımız zənginləşəcək, din sahəsi və elmləri üzrə yeni elektron kitablar hazırlanaraq istifadəçilərə təqdim olunacaq.
Respublikamızın və dünyanın tanınmış qələm sahibləri - ilahiyyatçıları, din xadimləri, ruhaniləri, teoloqları, ictimai-mədəni xadimləri, yazıçı və alimlərin, publisist və siyasətçilərin, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, İslam, xristianlıq, yəhudilik, buddizm, atəşpərəstlik kimi dünyanın aparıcı ənənəvi dinləri, eləcə də onların ayrı-ayrı məzhəbləri haqqında həqiqətləri əks etdirən, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının elektron variantlarının hazırlanacaq, virtual resurslarda yerləşdiriləcək, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılacaq, virtual təqdimatları, e-sərgilərini təşkil ediləcək, eləcə də dini sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlər dəstəklənəcək. Elektron kitablar aşağıdakı dillərdə olacaq: Azərbaycanca, ingiliscə,rusca, türkcə və başqa.
Din və tolerantlıq mövzusuna həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirməkdə, mini-elektron kitabxana bölümünü yaratmaqda, sosial şəbəkələrdə təbliğ etmək üçün fəaliyyətlərin həyata keçirməkdən əsas məqsəd insanlarda dinin müxtəlif millətləri, inanc sahiblərini ayırmaq deyil, birləşdirici tərəflərini, dözümlülük cəhətlərini təbliğ etmək mümkün olacaq. İnternetdə, yaxud elektron - rəqəmsal halda sayı məhdud olan bu cür intellektual-kulturoloji, ictimai-siyasi, tarixi-kreativ materialların toplanması, bəzilərini tərcümə edərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə təbliğ olunması sağlam dini bilgilərin yeni nəsil arasında yayılmasına səbəb olacaq.
İnternetdə - elektron kitabxanadakı xüsusi resursun - mini-elektron kitabxana bölümünü yaradılacaq, hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca ədəbiyyat - intellektual resursunun - kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi davamlı olaraq aparılacaq, müəllifləri bu işə həvəsləndirəcəyik.
Mütəmadi olaraq İnternetdə, elektron kitabxanada, real tədbirlərdə sosial şəbəkələrdə, KİV-də, e-kitabların virtual sərgisi təşkil olunacaq. Populyar sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği ardıcıl aparılacaq.
Müxtəlif dillərdə yazan müəlliflərin əsərlərindən ibarət yeni resursun - elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirməklə dini kəsimin intellektual səviyyəsini qaldırılmasına səy göstəriləcək.
İctimaiyyətin nümayəndələri, gənclər və universitet tələbələri, müxtəlif qurumlarda real tanıtımı, yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımına xüsusi önəm verəiləcək.
Yazılı və elektron KİV-də, TV və radiolarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlər qurulacaq.
Layihə yerli və əcnəbi müəlliflərin dinə və ilahiyyat elmlərinə aid maraqlı, dəyərli nümunələrini elektron formatda nəşrə hazırlanmasına, onları İnternetdəki milli resurslarda yerləşdirməsinə, gənclərə kreativ-estetik dəyərləri aşılamasına, virtual-kulturoloji - sosial şəbəkələrüstü e-kulturoloji təbliğatı təşkil etməklə ictimai fəallıq göstərən şəxslərin kreativ biliklərini artırılmasına, müxtəlif intellektual-dini, milli-mənəvi, ədəbi-publisitik, elmi mövzulara aid alim, tədqiqatçı, bloger, yazıçı və şairlərin fərqli əsərlərindən ibarət e-kitabların hazırlanmasına, bu rəqəmsal nəşrlərin İnternetdə sərgisinin və tanıtımının təşkilinə, yeni nəslin milli-məəvi dəyərlərə sevginin formalaşmasına, eləcə də müxtəlif ali təhsil ocaqlarında, başqa yerlərdə, kitabxanalarda real-virtual görüşlər vasitəsilə dini-mənəvi, əxlaqi-vətənpərvərlik dəyərlərinin təbliğinə yönəldilib.
Layihə bu sahədəki boşluqları doldurmaqla, eyni zamanda gənclər üçün müasir Azərbaycan və dünya ədəbiyyatı sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisi təşkil etməyi qarşısına məqsəd qoyur. İnternet və sosial şəbəkələrüstü intellektual-innovativ, virtual-kulturoloji fəaliyyət isə yerli və əcnəbi müəlliflərin qələm təcrübələrinin bölüşməsinə, muasir dünya estetik-kulturoloji düşüncə texnolojiyalarını öyrənməsinə təkan verəcək. İnformasiya əsrində gənclərimiz xarici həmkarları ilə şəbəkələşərək həm öyrənir, həm də öyrədirlər, istedadlarını inkişaf etdirirlər. Layihə nəticəsində yeni nəsil kreativlər layihəsonrakı bilgilərini oxucular arasında yaymaqla, ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə xidmət etmiş olurlar.
Layihə dünya dinlərinə aid yazan alim, tədqiqatçı, yazıçı, bloger və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.
Müxtəlif dillərdə ölkəmizin tolerantlıq mühitinə aid fərqli-sanballı elmi-tarixi ədəbiyyatların zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, gənc nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq. Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial ünsiyyətinə təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyəti formalaşdıracaq, təzə elektron nəşrlər, e-kitablar və resurslar hazırlanacaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq. Bu istiqamətdə həm e-kitab, həm elektron nəşrlər, həm də şəbəkə resursu, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə davamlı işlər görüləcək. Eyni zamanda bu layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan, müxtəlif xalqların nümayəndələrindən ibarət azərbaycanlı oxucuları kreativ-ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir.
İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümunələrini müqayisə edə bilmir, lazımi nəticələr əldə olunmur. Bu tanışlıq zamanı nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 55 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdüd kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyurlar.
Həyata keçiriləcək layihə istənilən vaxt geniş ictimai-mədəni monitorinq üçün açıq olacaq. AMEA elmi-tədqiqat institutları, yaradıcı qurumlar, ali təhsil ocaqlarında çalışan filoloq alimlər və mütəxəsislər monitorinqin işinə cəlb olunması nəzərdə tutulur.
Virtual layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də saytında yerləşdiriləcək. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, AR Mədəniyyət və Turizm, Dini Komitə, Bakı Beynəlxalq Multikultiralizm Mərlkəzi, Gənclər və İdman, Təhsil Nazirliyi, Azərbaycan Gənclər Fondu, Milli QHT Forumu, AR Diaspora Komitəsi, AYB kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.
Gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə, problemə aid xüsusi elektron kitabxananın, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək yeni saytların yaradılmasına çalışılacaq. Elektron kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Gənclər sektoru, müxtəlif nəsil oxucu və yazarlar, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq. Azərbaycanda dini tolerantlıq, ənnəvi dinlər haqqında, onların milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.

‪#‎YYSQ‬ Yeni Yazarlar və Sənətçilər Qurumunun Analitik-İnformasiya Bölümü

 

Tarix: 08.10.2015 18:44 | Baxış: 1390 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner