AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Polemika, müzakirə » Dünya ədəbiyyatının - fəlsəfəsinin görkəmli nümayəndəsindən maraqlı yazı: Jan-Pol Sartr. Ekzistensializm - humanizmdir. I hissə

Jan-Pol Sartr. Ekzistensializm - humanizmdir


I hissə

 

Mənim məqsədim ekzistensializmin ünvanına söylənən bəzi iradlardan onu müdafiə etməkdir.

Hər şeydən öncə ekzistensializm onda günahlandırılır ki o, ümidsizliyə çağırış edir- yəni, heç bir problem həll olunmazdırsa, onda dünyada edilən heç bir hərəkətin də mənası(mümkünatı) yoxdur və guya, ekzistensializm müşahidəçi fəlsəfədir, bu isə burjua fəlsəfəsinə aid israfçılıq kimi çıxış edir. Bunlar əsasən kommunistlər tərəfindən irəli sürülənlərdir.

Bir tərəfdən də bizi onda günahlandırırlar ki, biz insanın alçaqlığını(səfilliyini) bildirirməklə hər yerdə çirkin, qaranlıq, yapışqan şeyləri qabardaraq xoş şeylərdən-gözəlliklərdən və insan təbiətinin parlaq tərəflərindən üz döndəririk. Məsəl üçün, Katolik mövqeyindən olan xanım Mercier bizi körpənin təbəssümünü unutduğumuz üçün təqsirləndirir. Digərləri də bizə irad tuturlar ki biz, insanların həmrəyliyini unutmuşuq, insana təcrid olunmuş varlıq kimi baxırıq və kommunistlər özəlliklə səbəbli şəkildə deyirlər ki guya, ekzistensialistlər subyektivlikdən çıxış edirlər və Dekartın "düşünürəmsə,varam" düsturunu rəhbər tuturlar, yəni insan özünü yalnızlıqda dərk edir. Kommunistlərin fikrincə bu bizi həmrəylik ideyasından uzaqlaşdırır.

O biri tərəfdən xristianlar bizi onda günahlandırır ki, gerçəkliyi və insan hərəkətlərinin mənasını inkar edirik, ilahi əmrlərə və əbədi dəyərlərə önəm verməyərək özbaşınalıqdan başqa heç nəyə yer qoymuruq, yəni hər kəs istədiyini edə bilər və heç kəs başqasının baxışlarına və hərəkətlərinə qiymət verməli deyil. Bütün bu ittihamlara burda cavab verməyə çalışacam və ona görədə bu balaca mətni "Ekzistensializm-humanizmdir" adlandırdım. Çoxları yəqin ki,burda humanizmdən danışıldığına təəccüblənir. Amma bu sözün mənasını anlayaq. İstənilən halda başdan razılaşaq ki, ekzistensializm insan həyatını mümkün(var) edən bir təlimdir və bundan əlavə ekzistensializmə görə hər bir həqiqət və hər bir hərəkət müəyyən mühitlə və insan subyektivliyi ilə bağlıdır. Əsas günahlandırma ondan ibarətdir ki, biz həyatın pis üzünü əks etdirməyə meylliyik. Mənə bir xanım haqqında danışırdılar ki, bu yaxınlarda o kobud ifadə işlədəndən sonra, üzr istəyərək deyib: deyəsən mən ekzistensialist oluram.

Deməli ekzistensializmi ədəbsiz bir şey sayırlar ekzistensialistləri isə "naturalist" hesab edirlər və beləliklə ekzistensializmlə eyniləşdirilən eybəcərlik meydana çıxır. Buna görə də bəzi insanlar bizə naturalist deyir, amma biz əgər elə olsaq belə təsəvvür edirəm ki, nə qədər onları qorxuya sala bilərik. Zolanın «La Terre»sini sıxma boğmağa salanlar özləri qorxurlar ki tezliklə ekzistensialist romanlar oxuyacaqlar.

"Və eyni zamanda "bayquş xarabalığı gülüstana dəyişməz" və ya "üz verdik dəliyə, palçıqlı çıxdı xalıya" barəsində ayıq başla mühakimə yürüdürlər. Eyni bir şey haqqında danışılan bir çox digər yerlər də vardır : qurulmuş hakim güclə mübarizə aparmaq lazım deyil, gücə qarşı çıxa bilməz, boyundan yuxarı tullana bilməzsən, ənənə ilə möhkəmlənməmiş istənilən fəaliyyət romantikadır, təcrübəyə söykənməyən hər bir cəhd uğursuzluğa məhkumdur, təcrübə isə insanların daima dibə yuvarlandığını göstərir. Onları saxlamaq üçün nə isə möhkəm, dayanıqlı bir şey lazımdır, əks təqdirdə özbaşnalıq qalib gələcəkdir. Bununla belə, az-çox iyrənc olan hərəkətlərin şahidi olduqda, bu bədbin kəlamları çeynəyərək hər dəfəsində bəyanatla - "Bəli, insan belədir!" - çıxış edən, "realistik nəğmə"lərlə bəslənən insanlar ekzistensializmi aşırı tutqunluqda elə təqsirləndirirlər ki, hərdən özündən soruşmalı olursan: bu insanlar ekzistensializmdən, əksinə olaraq, onun həddən ziyadə optimistik olduğuna görəmi narazıdırlar? Əslində, nədir bu təlimdə qorxuducu olan? İnsana seçim azadlığı verməsidir, bəlkə? Bunu aydınlaşdırmaq üçün suala ciddi fəlsəfi tərəfdən yanaşmaq lazımdır. Beləliklə, nədir ekzistensializm?"

Bu sözü işlədənlərin çoxundan onun mənasını tələb etsək dolaşığa onlar düşəcək. Bu söz məşhur olduqdan bəri insanlar musiqiçi və rəssamlara belə ekzistensialist deyir. "Clartes"in köşə yazarı da özünü ekzistentialist kimi qələmə verir . Bu söz indi çox geniş anlam qazanıb, buna baxmayaraq mahiyyət etibarilə daha heç bir məna daşımır. İndiki sürrealizm kimi yeni avanqard bir cərəyan olmadığı vaxtda sensasiyaya aludə olan kəslər ekzistensializm fəlsəfəsinə üz tutur. Ancaq bu mənada ekzistesializm onlara heç cür faydalı bir mövqe ola bilməz.

Ekzistensializm ciddi təlimdir və hay-küylə məşhur olmaq məqsədi deyil. O, daha çox mütəxəssis və filosoflar üçün gərəklidir. Buna baxmayaraq onun tərifini də vermək mümkündür. İşin bir çətinliyi odur ki, ekzistensializmin iki növü var :

Birinci növ xristian ekzistensialistləridir ki, bunlara mən Yaspersi(Karl Jaspers) və katoliklərdən saydığım Qabriel Marseli aid edirəm. İkinci ateist ekzistensialistlərdir ki, bunlara nümunə olaraq Haydeqqer və fransız ekzistensialistləri, o cümlədən mən özümü sadalayıram. Onları(ikisini də) birləşdirən yalnız bir fikir var ki, mövcudluq mahiyyətdən əvvəl gəlir. Belə dedikdə nə başa düşmək olar: İnsan tərəfindən yaradılmış hər hansı əşyanı, məsələn kitabı ya kağız bıçağını götürsək bunları düzəldən usta əvvəl-əvvəl bu əşyaları hazırlanma konsepsiyasına uyğun hazırlayır. Beləliklə, kitab ya kağız bıçaq müəyyən üsulla istehsal olunmuş maddə və müəyyən məqsədə xidmət edən əşyalardır faktiki olaraq. Yəni onların nəyə xidmət etdiyini bilməyən adamın bıçaq(kağız) hazırlamasını təsəvvür etmək olmaz.

Biz Allahı yaradıcı kimi təsəvvür etdikdə onu ilahi səviyyəli peşəkar usta kimi düşünürük. İstənilən fəlsəfi doktrinanı və mütəfəkkirləri götürsəniz - Dekartı, Leybnisi, hamısı nəzərdə tutur ki, iradə əlin dalınca gedir, yəni əvvəl fikirdə yaranan şey sonra əmələ keçir. Allah da yaradanda nəyi ya kimi yaratdığını dəqiq bilirmiş. Yəni Allahın şüurunda "İnsan" konsepsiyası peşəkarın şüurunda "bıçaq"(kağız) anlayışının analogiyasıdır. Allah da, peşəkar usta bıçaq-kağız yaradan kimi insanı yaradarkən niyyətinə,qayda və vasitələrə arxalanır. Beləki hər insan ilahi dərketmə konsepsiyasına uyğun yaradılır.

XVIII əsrdə isə filosofların ateizmi Allah anlayışını aradan götürdü, amma onlar belə insan mahiyyətinin onun tarixi varlığından əvvəl olduğunu inkar edə bilmədilər. Bu ideyanı biz Didrodan, Volterdən başlayaraq bütün mütəfəkkirlərdə gördük. Hətta Kantda.

İnsan özlüyündə ona xas təbiətə malikdir. Bu isə o deməkdir ki, hər bir fərd ümumi "insan" anlayışının özəl təzahürüdür. Bu ümumilikdən Kantın çıxardığı nəticə belədir ki, meşələrdə yaşayan ibtidai insan da, burjua da eyni ümumi xüsusiyyətlərə malikdir. Deməli burda da insan mahiyyəti onun təbiətdə müşahidə etdiyimiz tarixi varlığından daha əzəldir.. Kant "insan təbiəti" anlayışının, hansı səviyyədən hansı sinifdən olduğu fərq etmədən bütün insanlara qarşılıq gəldiyini düşünər. Ona görə, universal bir insan anlayışı tək-tək bütün insan fərdləri üçün etibarlıdır.

Təmsil etdiyim ateist ekzistensializm daha dəqiq olub deyir ki, əgər hətta Allah yoxdursa belə, yenə də varlığı özündən əvvəl gələn, hər anlayışıyla mahiyyət qazanmasından əvvəl var olan bir canlı var deyir. Bu varlıq insandır ya da Heideggerin dediyi kimi insan həqiqətidir.. Elə isə varlıq özdən əvvəl gəlir deyərək əslində nə söyləmək istəyirik? İnsan əvvəlcə var olur, özüylə qarşılaşır, dünyaya axın edər və sonrasında özünü tapar.

Ekzistensialistlərin gördüyü kimi insanın öncədən mahiyyəti müəyyən deyil, çünki başlanğıcda o heç bir şeydir, bir müddət daha heç bir şey olmayacaq və sonrasında özünü nə etmişsə o olacaqdır. Buna görə, insan təbiəti yoxdur çünki bunun anlayışına sahib olan bir Tanrı da yoxdur. İnsan -yalnız insan vardır.

İnsan özünü nə etmişsə odur. Bu varoluşun ilk qaydasıdır. Bu başqalarının bizi qınamaq üçün istifadə edərək "subyektivlik" adı verdikləri şeydir. Yaxşı, biz bununla nə demək istəyirik, insan, bir masa və ya daşdan daha mı çox şərəf sahibidir? Demək istədiyimiz, insan əvvəlcə yaranır, sonra özünü bir gələcəyə doğru sürükələyir və bunun da fərqindədir. İnsan əslində, bir növ yosun və ya tərəvəz olmaq yerinə, subyektiv bir həyata sahib bir yaradılışdır.

İnsan bu fəaliyyətdən əvvəl, ağıl üçün belə bir şey deyil mahiyyət etibarilə: insan yalnız olmağı məqsəd qoyduğu şey olduğu zaman varlıq qazanır. Olmağı dilədiyi şey olunca deyil. İstəmək və arzu etməkdən ibarət vəzifəmizin mahiyyətin ümumiyyətlə, özümüzü nə olmağı qarşıya qoymuşuqsa o olduqdan sonra anlayırıq. Bir partiyaya üzv olmağı, bir kitab yazmağı və ya evlənməyi istəyə bilərəm, amma belə bir vəziyyətdə arzu deyilən şey daha əvvəl və təkbaşına verdiyim bir qərarın təzahürüdür. Ancaq varlıq həqiqətən də mahiyyətdən əvvəl gəlirsə, insan olduğu şeydən məsuldur deməli. Buna görə ekzistensializmin ilk təsiri, hər insanı olduğu şəkildə öz əlinə buraxması və yaranmanın bütün yükünü öz çiyinlərinə yükləməsidir.

İnsanın özündən məsul olduğunu söylədiyimizdə bu yalnız insanın öz fərdiliyindən məsul olduğu demək deyil, bütün insanlıqdan məsul olduğunu mənasını verir. "Subyektivlik" sözü iki şəkildə başa düşülməlidir ancaq müxaliflərimiz bunun yalnız tək mənasıyla məşğul olurlar. Subyektivlik bir tərəfdən fərdiliyin azadlığı, digər tərəfdən insanın insan bu subyektivliyindən kənarına keçə bilməyəcəyi mənasını verir.Ekzistensializm baxımından daha dərin anlama sahib olan bunlardan ikincisidir.

İnsan özünü seçir dediyimizdə hər kəsin özünü seçməsi lazım olduğunu söyləmirik; söyləmək istədiyimiz eyni zamanda insanın öz üçün seçim etdiyində əslində bütün insanlıq üçün seçim edir olmasıdır.

Tarix: 26.05.2016 10:34 | Baxış: 2049 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner