AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər Qurumu » "Tarix yazan xanımlarımız - keçmişdən bugünədək" kitabının təqdimatı olub...

"Tarix yazan xanımlarımız - keçmişdən bugünədək" kitabının təqdimatı olub

 

Aprelin 25-də Beynəlxalq Mətbuat Mərkəzində Samirə Zeynallının "Tarix yazan xanımlarımız - keçmişdən bugünədək" kitabının təqdimatı keçirilib.

Tədbirə Yeni Yazarlar və Sənətçilər Qurumu, İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlılarının Nədəniyyət Mərkəzi və İNK TV təşkilatı dəstək verib.

İctimaiXəbər.az xəbər verir ki, kitabda məmləkətimizin tərəqqisində məxsusi xidmətləri olan müasir Azərbaycan qadınları ilə yanaşı, ötən dövrlərdə yaşamış, ictimai-siyasi həyatda mübarizə və müharibə meydanlarında fədakarlıq nümayiş etdirən xanımlarımız haqqında dəyərli məlumatlar yer alıb.

Təqdimat mərasimində kitabın rəyçilərindən olan şair, türkoloq, fəlsəfə doktoru, Əməkdar Jurnalist Adil Cəmil çıxış edərək nəşri ciddi əməyin, gərgin axtarışların bəhrəsi kimi dəyərləndirib.

Bildirilib ki, kitabda Azərbaycan elminə, mədəniyyətinə, səhiyyəsinə, ümumiyyətlə xalqımızın tarixi keçmişinə və bu gününə öz böyük əməlləri ilə töhfə vermiş xanımlarımızın həyat yol geniş aspektdə işıqlandırılıb.

Adil Cəmil deyib ki, onunla yanaşı, AMEA-nın müxbir üzvi, Milli Məclisin deputatı Nizami Cəfərov da kitabın rəyçilərindəndir.

Kitabın ilk səhifələri ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınına verdiyi böyük dəyər və unudulmaz fikirlərlə açılır.

A.Cəmil deyib ki, bu son deyil, hələ Azərbaycan qadınının tarixi qəhrəmanlı salnaməsi haqqında çox kitablar yazılacaq və müəllif də bu istiqamətdə işlərini davam etdirəcək.

Tədbirdə kitabın redaktoru, yazıçı-publisist Mahir Nemətoğlu, tanınmış şair Ağacəfər Həsənl, yazıçı, kulturoloq Aydın Xan və başqaları çıxış edərək kitabın məziyyətlərindən söz açıblar.

Diqqətə çatdırılıb ki, kitabda AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun da Leyla Əliyevaya həsr etdiyi məqalə yer alıb.

Natiqlər "Azərbaycan" nəşriyyatının mətbəəsində yüksək poliqrafik üslubda çap olunan 426 səhifəlik bu nəşrin böyük oxucu marağına səbəb olacağına əminliklərini ifadə ediblər.

Bütün iştirakçılara minnətdarlığını bildirən müəllif oxucularla ilk görüşü olan bu kitabın üzərində bir ildən çox işlədiyini və hazırda digər layihələr üzərində çalışdığını söyləyib.

http://ictimaixeber.az/2017/04/tarix-yazan-xanimlarimiz-kecmisd%C9%99n-bugun%C9%99d%C9%99k-kitabinin-t%C9%99qdimati-olub/

 

Tarix: 30.04.2017 18:52 | Baxış: 350 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner