AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər Qurumu » "Gənclər üçün "Multikulturalizm" virtual-kreativ innovasiyalar Akademiyası. Yeni Yazarlar və Sənətçilər Qurumu Gənclər və İdman Nazirliyi bir hissəsini maliyyələşdirdiyi kulturoloji layihəsinin icrasına başlayıb.

Gənclər üçün "Multikulturalizm" virtual-kreativ innovasiyalar Akademiyası.

 Layihə çərçivəsində elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər Qurumunun hazırladığı, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi tərəfindən bir qismi maliyyələşdirilən,  http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Multikultural Azərbaycan” kulturoloji-innovativ layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır. 

 Layihə çərçivəsində hazırlanan digər elektron nəşrlərimiz və e-kitablarımız burada:


 http://kitabxana.net/?oper=e_kitabxana&cat=176


Kulturoloji layihənin bu hissəsini  maliyyələşdirən qurum:

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi:  http://mys.gov.az


Kulturoloji layihənin dəstəkləyən qurum:

Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org


"Gənclər üçün "Multikulturalizm" virtual-kreativ innovasiyalar akademiyası: fərqli mədəniyyətləri və sivil dəyərləri paylaşaq, bir-birimizi tanıyaq"

KULTUROLOJİ LAYİHƏ

Yeni Yazarlar və Sənətçilər Qurumu ( #YYSQ ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi bir hissəsini maliyyələşdirdiyi kulturoloji layihəsinin icrasına başlayıb.

"Gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş" bölümü

Planetimizdə 2000-dən 4000-ə qədər хalq, millət və etnik qrup, eləcə də Azərbaycan Respublikasında 30-a yaxın dildə danışan, 60-dan çox azsaylı millət, xalq, etnik qrup yaşayır. Ölkəmiz qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik diyardır. Azərbaycan etnosunun formalaşmasında tarixinən ölkə əhalisinin 90 faizinini təşkil edən azərbaycanlılardan savayı, xalqımızın təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar da fəal iştirak edib. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardır, amma ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 millət və etnik qrup var ki, ölkəmizin dünyada əsl tolerantlıq mərkəzinə, müxtəlif mədəniyyət və dinlərin dinc şəraitdə yaşadığı məkana çevrilməsində onların da rolu böyükdür. Xalqımızın formalaşmasında Altay dil ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin hind-Avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), Qafqaz (udinlər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar) təsiri ilə yanaşı, slavyan (ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri də vardır.

Respublikamızda əsrlər boyu dinc və qonşuluq şəraitində yaşayan bu qədər azsaylı хalq, millət və etnik qrupun nümayəndələrini varlığı, bir o qədər də psiхologiya, etno-mədəniyyət, etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması deməkdir. Bu müхtəlifliklərin öyrənilməsi, azsaylı хalqların milli-mədəni dəyərlərinin yeniyetmə və gənclər arasında, həmçinin, İnternet, sosial mediada, mədəni-humanitar düşüncədə, beynəlxalq aləmdə, geniş ictimai sferada təbliği, tanıdılması, yaşadılması, həm də respublikamızın sivilizasiyaların qovuşduğu məkan olaraq modern demokratik cəmiyyət quruculuğu istiqamətində bizim əsas üstünlüklərimizdəndədir. Eləcə də bu faktorlar mədəniyyətlərin inteqrassiyası proseslərinin getdiyi dünyada sivil-kreativ inkişafın başlıca prinsiplərinə və göstəricilərinə cavab verir.
BMT, Avropa Birliyi və YUNESKO-nun sənədlərində də öz əksini tapmış beynəlxalq standartlara görə, istənilən dövlətin demokratik inkişafının bir ölçüsü də onun ərazisində yaşayan azsaylı хalqlara, milli, dini, mədəni azlıqlara, etnik qruplara olan rəsmi - ictimai münasibətdir. Azərbaycan yerli aborigen türk-Azərbaycan tayfa birləşmələri və хalqlarla yanaşı, öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı хalqların və etnik qrupların da doğma vətəninə çevrilib. Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudiləri bu gün Azərbaycanın etnik-mədəni хəritəsini zəngindəşdirirlər. Çağdaş Azərbaycan mədəniyyəti kimi vahid anlayış altında çoх zəngin musiqi, folklor nümunələri, ədəbiyyat, хüsusən poeziya nümunələri mövcuddur. Əgər bir tərəfdən bütün bu etnik qruplar ana dillərində folklor, ədəbiyyat və musiqi əsərləri yaradırsa, digər tərəfdən öz kiçik və gözəl mədəniyyətlərinin çalarını Ümumazərbaycan mədəniyyətinin tərkib hissəsinə çevirirlər. Nümunə kimi göstərə bilərik: bu gün çoхsayda talış, ləzgi soylu ədəbiyyat adamları, şairləri vardır ki, onlar öz ana dilində maraqlı şeirlər yazmaqla yanaşı, həm də dövlət dilimizdə - Azərbaycan türkcəsində də yazıb-yaradır, ümumi ədəbi mənzərəyə öz koloritlərini əlavə edirlər. Eləcə də İslam, atəşpərəstlik, zərdüştilik, xaçpərəstlik, yəhudilik dininə sitayiş edən vətəndaşlarımız var ki, onların dini kitablarının azərbaycanca nəşri, İnternetdə yerləşdirilməsi işi aparılmayıb. İndiyə qədər bu xalqların və etniq qrupların ədəbiyyatı və folklor nümunələri sistemli tədqiq, nəşr və yayımı istənilən səviyyədə təşkil olunmayıb. Bəzi etnik dillərdə isə danışanların sayı get-gedə azalır, onların birdəfəlik yox olma təhlükəsi vardır. Kreativ beyin mərkəzlərinin olmaması isə bu cür kulturoloji fəaliyyətlərin sistemli və ardıcıl aparılmasına mane olur.
Azərbaycanda yaşayan xalqların, milli azlıqların ədəbiyyatını, folklorunu, eləcə də ana dillərindəki kitablarını, etnik dillərdə yazıb-yaradan gənc və orta nəsil yazarların dövlət dilimizə, qismən aparıcı xarici dillərə tərcümə edilmiş əsərlərini İnternet resurslarında yerləşdirmək, milli-mənəvi dəyərlərimiz, intellektual-kulturoloji sərvətlərimiz kimi sosial şəbəkələrdə, KİV, yeni media və İnternetdə tanıtmaq, virtual təbliğ etməklə qədim sivilizasiya tarixinə və müxtəlif mədəniyyətlərin sintezinə malik ölkəmizi tolerant modern sivil məkan olaraq beynəlxalq aləmdə tanıtmalıyıq. Bu məsələdə isə İnternetin, sosial şəbəkələrin, virtual mərkəz və resursların, elektron kitab və virtual nəşrlərin, eləcə də elektron kitabxanaların, sayt və portalların rolu əvəzolunmazdır. Həmin istiqamətdə isə Azərbaycan İnternet resursları çox zəif inkişaf etdiyindən, layihə aradakı problemi qismən də olsa, qaldırmaq məqsədi ilə hazırlanmışdır. 
Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində ədəbiyyat və intellektual sərvətlər - kitab və əsərlərin rəqəmsal formata salınaraq qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Ölkəmizdə milli azlıqların ədəbiyyatının elektronlaşdırılması sahəsində işlər aparılmamış, zamanın tələbləri səviyyəsində bir sıra problemlər hələ də öz həllini tapmamışdır. Müxtəlif etnik dildə yazılan, gənc, orta, yaşlı və yeni nəslin yaratdığı estetik-kreativ əsərlər, folklor nümunələri az tirajla nəşr olunsa da, onların tərcüməsi, eləcə də elektron variantda nəşrə hazırlanaraq İnternetdə yayılması işində böyük boşluqlar var. 
Bir çox hallarda respublikamızın və dünyanın hər yerində yaşayan milli azlıqların nümayəndələri, eləcə də Təhsil Nazirliyi tərəfindən etnik dillərdə keçirilən orta məktəb dərslərində iştirak edən şagirdlər, tələbələr öz ana dillərində əsərlər, kitablar, materiallar tapmaqda çətinlik çəkirlər. Azsaylı millətlərin və etnik azlıqların anadilli mədəniyyətin əsas hissəsini təşkil edən folklor, ədəbiyyat, çağdaş əsərlər, elektron kitablarla bağlı məlumatların sayı da İnternetdə çox azdır. Bu isə bizi sevməyən dövlətlərin bizə qarşı apardıqları düşmən siyasətinə sərf edir. Ötən illərdə Ermənistanda keçirilən "II Beynəlxalq talışşünaslıq konfransı"nda, Avropa İttifaqında, Rusiyada aparılan, etniklərlə bağlı tədbirlərdə da belə münasibəti müşahidə etmək mümkün idi. 
 Layihə sözügedən sahədə boşluqları doldurmaq məqsədi ilə həyata keçirilməsi planlaşdırılır. Azərbaycanda yaşayan xalqların dillərində hazırlanacaq e-nəşrlər, elektron kitablar və elektron mini-kitabxana İnternetdə yerləşdirilməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanıdılmasına, virtual təbliğinə xidmət edəcək. Sosial şəbəkələrdə etnik qruplarla bağlı yaradılan çoxsaylı səhifə və qruplarda aparılan ideoloji təxribatları da bura əlavə etsək, durumun heç də ürəkaçan olmadığının şahidi olarıq.

LAYİHƏNİN TƏSVİRİ
Layihə çərçivəsində real və İnternetüstü Gənclər üçün "Multikulturalizm" Virtual-Kreativ İnnovasiyalar Akademiyası yaradılaraq müxtəlif xalqların gəncləri, yazarları, folklorşünasları, bloggerləri, düşüncə adamları və intelektuallarını vasitəsi ilə yuxarıda sadalanan məsələlərlə bağlı fəaliyyət istiqamətləri müəyyənləşdirilir.

Azərbaycanda yaşayan etnik qrupların, milli azlıqların, müxtəlif xalqların, dini-inanc mətnləri həm öz dillərində, həm də bəziləri iki dildə - Azərbaycanca yeni ədəbiyyatlarını, folklor nümunələrini toplamaq və elektron kitab halında hazırlamağı, eyni zamanda elektron nəşr formasında İnternetdə yerləşdirməyi, yaradılacaq şəbəkə resursu - elektron mini-kitabxana vasitəsi ilə yayılması nəzərdə tutulur, həmçinin bunlarla bağlı İnternet və sosial şəbəkələrdə, elektron və yazılı KİV-də, yeni mediada, ictimai-mədəni düşüncədə kreativ-innovativ işlər qurulur və aparılır. Nümunə üçün göstərək: tatların (tat dilində) yaradılan folklor, poeziya və nəsr nümunələri azərbaycancaya tərcümə olunur , həm də Azərbaycan dilində yazılan yeni ədəbiyyatlar orijinal halda rəqəmsal və kitab formasında nəşr olunur. 
Etnik qrup, azsaylı millətlər və xalqlar üzrə aşağıdakı bölümlər ibarətdir (qismən dəyişdirilə bilər): 
1) Talış ədəbiyyyatı, poeziyası və folkloru: 
 a) orijinalda və talış dilindən Azərbaycan dilinə tərcümədə;
b) talışların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
2) Dağ yəhudilərinin ədəbiyyatı, poeziya və folkloru: 
 a) orijinalda və yəhudi dilindən Azərbaycan dilinə tərcümədə;
b) dağ yəhudilərin azərbaycan dilində yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
3) Kürd ədəbiyyatı, poeziyası və folkloru: 
 a) orijinalda və kürd dilindən Azərbaycan dilinə tərcümədə;
b) kürdlərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri
4) Tat ədəbiyyatı, poeziyası və folkloru: 
 a) orijinalda və tat dilindən Azərbaycan dilinə tərcümədə;
b) tatların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
5) Avar ədəbiyyatı, poeziyası və folkloru: 
 a) orijinalda və avar dilindən Azərbaycan dilinə tərcümədə;
b) avarların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
6) Azərbaycanda yaşayan rusların (eləcə də malakanların) ədəbiyyatı, poeziyası və folkloru:
a) orijinalda və rus dilindən azərbaycan dilinə tərcümədə;
b) ruslar;n azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
7) Ləzgi ədəbiyyatı, poeziyası və folkloru:
a) orijinalda və ləzgi dilindən azərbaycan dilinə tərcümədə;
b) ləzgilərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
8) Xınalıqlıların ədəbiyyatı, poeziyası və folkloru:
a) orijinalda və xınalıq dilindən azərbaycan dilinə tərcümədə;
b) Xınalıqların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
Respublikamızda və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən millli azlıqların ədəbi-bədii, elmi-intellektual kitab və əsərlərini oxumaq, fərqli - yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan azsaylı millətlərin nümayəndəsi olan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni etnik-milli ədəbiyyat nümunələrindən xəbərsizdilər. Araşdırmalar göstərir ki, dünya oxucusu milli İnternet - qlobal və lokal informasiya-şəbəkə resurslarının azlığı, onlara ünvanlanmış kreativ şəbəkə imkanlarının məhdüdlüğü, eləcə də e-kitabxanaların yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, Azərbaycan, dünya ictimaiyyəti, həmçinin azsaylı xalqların nümayəndələri ölkəmizin həqiqətlərini özündə cəmləyən, milli-mənəvi, dini-etnik dəyərlərimizi təbliğ edən ədəbiyyat-folklor materiallarını əldə edə bilmirlər. Xüsusən də elektron və yazılı KİV, İnternet - virtual şəbəkə yazarları, blogerlər, kulturoloqlar, mətbuat nümayəndələri dövlətimizin mədəniyyət siyasəti, xüsusən də azsaylı xalqların ədəbiyyatı, folkloru, o dillərdə yazan yazarların əsərləri barədə məlumatları əldə etməkdə çətinlik çəkdiklərinə görə, bir çox hallarda dövlətimiz barədə yanlış məlumatlar yayır, hazırladıqları materiallar bəzi hallarda ölkəmiz haqqında müsbət olmayan qlobal ictimai fikir formalaşdırırlar. Layihəmiz bu istiqamətdəki kulturoloji boşluqları aradan qaldırmağa istiqamətlənib.
Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ölkəmizin tolerantlıq mərkəzi kimi yeni kreativ dəyərlərin dünyaya ixrac edilməsi ilə bağlı II Bakı Beynəlxalq Humanitar Forumundakı səslənməni rəhbər tutaraq layihə iştirakçıları dövlətimizin gənclər və mədəniyyət-ədəbiyyat siyasətinə dəstək vermək məqsədi ilə Аzərbaycan Рespublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gənclərin fəqrli etnik müəlliflərlə görüşlər, oxuculara fərqli dini, etnik-milli ədəbiyyatların təqdimatları, tələbə, gənclər və yeniyetmələrin arasında tolerantlığın, mədəniyyətlərarası dialoqun, sivilizasiyaların sintezi, multikulturallığın təbliği, virtual e-kitab sərgilərinin keçirilməsi, İnternet resurslarının yaradılması, mətbuat, yeni media, sosial şəbəkələr, televiziya və radio kanallarda çoxmədəniyyətliyinin tanıdılmasına, həmçinin müxtəlif xalqlara və etnik qruplara məxsüs gənc, orta nəsil yazarların yaradıcılıqlarının təşviq olunması, müəlliflərlə oxucuların canlı eləcə də şəbəkəüstü ünsiyyətinə imkan yaradacaq. Yeni - elektron mütaliə, e-oxiu və e-yazı bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı fəaliyyət, sosial şəbəkələrdə virtual kitabxanalar, rəqəmsal kitabların təbliğat aparmaqla yeni nəsil arasında Vətənimiz Azərbaycana sevgi hisslərinin artırılmasına çalışılacaq.
Bu problemləri öyrənmək, хalqımızın milli-mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, təhsilə, elmə, yeni texnologi biliklərə, gənc nəslin sivil inkişafına səy göstərməkdən, eləcə də qlobal, xalqların inteqrasiyyaya meylinin güclü olduğu bir çağda dünyada millətimizin başqa xalqlardan geri qalmamasından ötrü bir gün də vaxt itirmədən yuxarıda sadalanan problemlərin həlli istiqamətində ciddi addımlar atmaq lazımdır. Hər hansı bir dövlətin - millətin sivil inkişafının bir ölçüsü də onun ərazisində yaşayan insanların çağdaş dünya dəyərlərinə olan münasibətidir. Bu mənada biz Avropa ölkələrinə çatmaq istiqamətində çox işlər görməliyik. İlk addım olaraq gənc nəslin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən fəaliyyətlərin təşkilinə, dünya ədəbi-mədəni ictimaiyyəti arasında milli kitablarımızın tanıdılması istiqamətində fəaliyyəti genişləndirilməsinə səy göstəriləcək.

LAYİHƏNİN ÜNVANLANDIĞI GƏNCLƏR QRUPU

 

Azərbaycan Respublikasında, eləcə də xaricdə yaşayan uşaq, yeniyetmə, gənclər, yeni nəsil yazıçılar, şairlər, müxtəlif etnik dildə yazıb-yaradan qələm sahibləri, gənc və orta nəsil ədəbiyyatçıları, kulturoloqlar, mədəniyyət sahəsinin mütəxəsisləri, talış, tat, dağ yəhudiləri, avar, ləzgi, rus, xınalıq kürd icmalarının nümayəndələri, o dildə dərs keçən müəllimlər və şagirdlər, tələbələr, jurnalistlər, elekton və yazılı KİV, kitabxanaçılar, dilçilər, filoloqlar, etnoqrafiya mütəxəsisləri, konfiliktoloqlar, xalqşünaslar, sosioloqlar, siyasətçilər, blogerlər, dünyanın müxtəlif yerlərində yaşayan milli azlıqların nümayəndələri, İnternet istifadəçiləri, sosial şəbəkədəkilər. 
Monitorinqlər zamanı İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirilib ki, oxucular, xüsusən də müasir gənclik yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından - müxtəlif elektron kitabxanalardan almaq istəyir. Bir kitabın tirajı 1000 ədədi keçmədiyi bir vaxtda, saysız-hesabsız insanın yararlana biləcəyi e-kitablar məcmusu kimi gördüyümüz elektron mini-kitabxananın dəyərini izah etməyə ehtiyac yoxdur.

LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏ MÜDDƏTİ 
Əsas mərhələ: 5 ay (01.05.2017 - 01.10.2017 )

LAYİHƏNİN MƏQSƏDİ
Kreativ innovasiyalar, kulturoloji-mədəni tədbirlər, fəaliyyət növləri vasitəsilə yuxarıda sadalanan problemlərin həlli istiqamətində iş aparmaqla azsaylı xalqlar, milli-mədəni azlıqların etnik-mədəni imkanlarını üzə çıxarmaq, başqa soydaşlarımıza tanıtmaq, tolerantlığın genişlənməsinə təkan vermək məqsədilə hazırlanan layihənin əsas fəaliyyəti yeniyemə və gənclərə respublikamızda müxtəlif mədəniyyətləri tanıtmaq, milli-etnik mədəniyyəti, ədəbiyyatı, dini-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmaq, milli-mənəvi sərvətlərin tanıdılması, qorunması, inkişafı, təbliği istiqamətində gənclərinin imkanlarından yararlanmaq, tolerantlığın qlobal dəyərə çevrilməsi istiqamətində Azərbaycan modelinin formalaşmasında yeni nəsil düşüncə və kreativ istedadların iştirakını təmin etmək üçün fəaliyyətləri bir virtual mərkəzdə cəmləməklə İnternet və sosial şəbəkələr vasitəsilə ölkəmizin ümumi etnik-dini sərvətlərini dünyada tanıtmağa istiqamətlənib. Yeni nəslin ciddi əsərləri, elmi mətnləri mütaliə etmək, yazılı və elektron KİV-də, Feysbuk kimi sosial şəbəkələrdə, İnternetdə kitablarımızın təbliğinin təşkili, başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclərin, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşlarımızın yarısından çoxunda Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana və etnik dillərə, Azərbaycançılıq məfkürəsinə marağını artırmaq əsas məqsədlərdən biridir.
Azərbaycanda yaşayan etnik qrupların, milli azlıqların, müxtəlif xalqların, dini-inanc mətnləri həm öz dillərində, həm də bəziləri iki dildə - Azərbaycanca yeni ədəbiyyatlarını, folklor nümunələrini toplamaq və elektron kitab halında hazırlamağı, eyni zamanda elektron nəşr formasında İnternetdə yerləşdirməyi, yaradılacaq şəbəkə resursu - elektron mini-kitabxana vasitəsi ilə yayılması nəzərdə tutulur, həmçinin bunlarla bağlı İnternet və sosial şəbəkələrdə, elektron və yazılı KİV-də, yeni mediada, ictimai-mədəni düşüncədə kreativ-innovativ işlər qurulur və aparılır. Nümunə üçün göstərək: tatların (tat dilində) yaradılan folklor, poeziya və nəsr nümunələri azərbaycancaya tərcümə olunur , həm də Azərbaycan dilində yazılan yeni ədəbiyyatlar orijinal halda və kitab formasında rəqəmsal nəşr olunur. 
Etnik qrup, azsaylı millətlər və xalqlar üzrə aşağıdakı bölümlər ibarətdir (qismən dəyişdirilə bilər): 
1) Talış ədəbiyyyatı, poeziyası və folkloru: 
 a) orijinalda və talış dilindən Azərbaycan dilinə tərcümədə;
b) talışların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
2) Dağ yəhudilərinin ədəbiyyatı, poeziya və folkloru: 
 a) orijinalda və yəhudi dilindən Azərbaycan dilinə tərcümədə;
b) dağ yəhudilərin azərbaycan dilində yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
3) Kürd ədəbiyyatı, poeziyası və folkloru: 
 a) orijinalda və kürd dilindən Azərbaycan dilinə tərcümədə;
b) kürdlərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri
4) Tat ədəbiyyatı, poeziyası və folkloru: 
 a) orijinalda və tat dilindən Azərbaycan dilinə tərcümədə;
b) tatların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
5) Avar ədəbiyyatı, poeziyası və folkloru: 
 a) orijinalda və avar dilindən Azərbaycan dilinə tərcümədə;
b) avarların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
6) Azərbaycanda yaşayan rusların (eləcə də malakanların) ədəbiyyatı, poeziyası və folkloru:
a) orijinalda və rus dilindən azərbaycan dilinə tərcümədə;
b) ruslar;n azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
7) Ləzgi ədəbiyyatı, poeziyası və folkloru:
a) orijinalda və ləzgi dilindən azərbaycan dilinə tərcümədə;
b) ləzgilərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
8) Xınalıqlıların ədəbiyyatı, poeziyası və folkloru:
a) orijinalda və xınalıq dilindən azərbaycan dilinə tərcümədə;
b) Xınalıqların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.
9) Dini mətnlərin azərbaycanca elektron variantda hazırlanaraq e-kitabxana resursunda yerləşdirmək.
10) Layihənin nəticəsi olaraq İnternetüstü Gənclər üçün "Multikulturalizm" Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, Azərbaycanda yaşayan xalqların ədəbiyyatları Almanax formasında nəşri, yeni sayt yaradılması, bu əsərlərin rəqəmsal formatda - elektron kitablar şəkilində İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği, tanıdılması, ali və orta məktəblərdə, ictimai qurumlarda, mədəniyyət mərkəzlərində və kitabxanalarda təqdimatları nəzərdə tutulub.

GÖZLƏNİLƏN NƏTİCƏLƏR
Layihə yeni nəsil kreativ və intellektullar üçün böyük kulturolojiimkanlar açır: Azərbaycanda yaşayan xalqlarının milli mədəniyyətlərini - ədəbiyyatını, estetik-kreativ, folklor-kulturoloji, mental-dini sərvətlərini, milli azlıqların dilində yazıb-yaradan gənc, ortanəsil yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq. Etnik dillərdə yeni ədəbiyyatın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, tolerantlığın, muktikulturallığın yayılması, gənc nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq. Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial ünsiyyətinə təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə ədəbiyyatı nümunələri yaranmasına şərait yaradacaq, müxtəlif etnik dillərdə yazıb yazıçıların dəyərli ədəbiyyat, poeziya, elmi-publisistik, kulturoloji əsərlər yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyəti formalaşdıracaq, təzə elektron nəşrlər, e-kitablar və İnternet resursları hazırlanacaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq. Bu istiqamətdə həm e-kitab, həm elektron nəşrlər, həm də şəbəkə resursu, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə davamlı işlər görüləcək. Eyni zamanda bu layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan, müxtəlif xalqların nümayəndələrindən ibarət azərbaycanlı oxucuları kreativ-ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir.

FƏALİYYƏT NÖVLƏRİ
1) Layihədə çalışanların müsabiqə yolu ilə seçilməsi. 
2) Bəzi texniki avadanlıqların əldə edilməsi.
3) Milli azlıqlar, azsaylı xalqlar və etnik-mədəni qrupların mədəniyyətyönümlü QHT-lərin, gənclər təşkilatlarının, ali təhsil ocaqlarının tələbələrinin iştirakıyla Dəyirmi masa, konfrans, müzakirə bə b. tədbirlərini, görüşlərini təşkil etmək; 
4) Tərcüməçi, redaktor, tədqiqatçı, nəşriyyat və poliqrafiya müəssisələrinin mütəxəssisləri, İKT və kompyüter dizaynçıları, proqramçılarının, müəlliflərin birbaşa iştirakıyla təlimlərin təşkili; 
5) Layihə çərçivəsində real və İnternetüstü Gənclər üçün "Multikulturalizm" Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, respublikada yaşayan müxtəlif xalqların, etnik qrupların gəncləri, yazarları, folklorşünasları, bloggerləri, düşüncə adamları və intelektuallarını bir araya gətirərək həyata keçirilməsi nəzərdə tutulan kreativ məsələlərlə bağlı fəaliyyətin qurulması; 
6) Bakıdakı və respublikada, eləcə də İnternetüstü sosial şəbəkələrdə etnik-milli ədəbiyyat yaradan gənc və orta nəsil yazarların , oxucularla canlı və virtual görüşünün təşkili, onların yaradıcılıqlarının təhlil və təbliği; 
7) Milli-etnik, dini-kulturoloji nəşr və kitab sənətini mətbuatda, elektron KİV-də, sosial şəbəkələrdə, yeni mediada və İnternetdə təbliğini təşkil etmək; 
8) Azərbaycandilli və müxtəlif etnik dillərdə yaradılan kitab və ədəbiyyatın inkişafına, zənginləşməsinə stimul vermək; 
9) Azərbaycanda yaşayan talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudilərinin ədəbiyyat antologiyalarının elektron variantının hazırlanması. 
10) Müxtəlif xalqların dillərində yazan müəlliflərin əsərlərinin, eləcə də folklor nümunələrinin, kitabların toplanması, tədqiqi, qismən Azərbaycan və aparıcı dünya dillərinə tərcüməsi, redaktəsi, İnternet şəbəkə üçün hazırlanması.
11) Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudi dillərində yazan müəlliflərin əsərlərinin, eləcə müxtəlidf dini ədəbiyyat nümunələrinin, milli mədəniyyətlərə aid kulturoloji-publisitik yazı məhsullarının azərbaycanca və dünya xalqlarının dilinə (qismən, bir hissəsi) çevirərək, onlardan ibarət e-kitabların və kitab formasında rəqəmsal nəşr formasında hazırlanması.
12). Hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün yeni ədəbiyyat - kreativ İnternet resursunun, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi. 
13). Ayrıca şəbəkə resursunun genişləndirilməsi üçün əlavə proqramlarının yazılması, yeni materialların elektron variantlarının hazırlanması, kitabların rəqəmsal formatda şəbəkə üçün seçilməsi, davamlı zənginləşdirilməsi. Portalın davamlı zənginləşdirilməsi
14) Müxtəlif dildə yazan yazarların əsərlərindən ibarət yeni resursun - elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirilməsi. 
15) Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımının təşkili. Layihənin nəticəsi olaraq İnternetüstü Gənclər üçün "Multikulturalizm" Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, Azərbaycanda yaşayan xalqların ədəbiyyatları Almanax formasında nəşri, yeni sayt yaradılması, bu əsərlərin rəqəmsal formatda - elektron kitablar şəkilində İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği, tanıdılması, ali və orta məktəblərdə, ictimai qurumlarda, mədəniyyət mərkəzlərində və kitabxanalarda təqdimatları nəzərdə tutulub.
16) 
ayihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması.

17) Layihənin monitorinqini və nəticələrini qiymətləndirilməsi.

 

Görüləcək işlər: 
1Layihədə çalışanların müsabiqə yolu ilə seçilməsi. Bəzi texniki avadanlıqların əldə edilməsi.1-3 gün
1) Milli azlıqlar, azsaylı xalqlar və etnik-mədəni qrupların mədəniyyətyönümlü QHT-lərin, gənclər təşkilatlarının, ali təhsil ocaqlarının tələbələrinin iştirakıyla Dəyirmi masa, konfrans, müzakirə bə b. tədbirlərini, görüşlərini təşkil etmək; 
2) Tərcüməçi, redaktor, tədqiqatçı, nəşriyyat və poliqrafiya müəssisələrinin mütəxəssisləri, İKT və kompyüter dizaynçıları, proqramçılarının, müəlliflərin birbaşa iştirakıyla təlimlərin təşkili; 1 ay
Aydın Xan (Əbilov), Günay Şıxəliyeva
31) Layihə çərçivəsində real və İnternetüstü İnternetüstü Gənclər üçün "Multikulturalizm" Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, respublikada yaşayan müxtəlif xalqların, etnik qrupların gəncləri, yazarları, folklorşünasları, bloggerləri, düşüncə adamları və intelektuallarını bir araya gətirərək həyata keçirilməsi nəzərdə tutulan kreativ məsələlərlə bağlı fəaliyyətin qurulması; 
2) Bakıdakı və respublikada, eləcə də İnternet üstü sosial şəbəkələrdə etnik-milli ədəbiyyat yaradan gənc və orta nəsil yazarların , oxucularla canlı və virtual görüşünün təşkili, onların yaradıcılıqlarının təhlil və təbliği; 
3) Milli-etnik, dini-kulturoloji nəşr və kitab sənətini mətbuatda, elektron KİV-də, sosial şəbəkələrdə, yeni mediada və İnternetdə təbliğini təşkil etmək; 1 ay
Mirzə İskəndərov, Aydın Xan (Əbilov), Günay Şıxəliyeva, Orxan Ramazanov
41) Azərbaycandilli və müxtəlif etnik dillərdə yaradılan kitab və ədəbiyyatın inkişafına, zənginləşməsinə stimul vermək; 
2) Azərbaycanda yaşayan talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudilərinin ədəbiyyat antologiyalarının elektron variantının hazırlanması. 
3) Müxtəlif xalqların dillərində yazan müəlliflərin əsərlərinin, eləcə də folklor nümunələrinin, kitabların toplanması, tədqiqi, qismən Azərbaycan və aparıcı dünya dillərinə tərcüməsi, redaktəsi, İnternet şəbəkə üçün hazırlanması.2 ay
Aydın Xan (Əbilov), Mirzə İskəndərov, Orxan Ramazanov
51) Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudi dillərində yazan müəlliflərin əsərlərinin, eləcə müxtəlif dini ədəbiyyat nümunələrinin, milli mədəniyyətlərə aid kulturoloji-publisitik yazı məhsullarının azərbaycanca və dünya xalqlarının dilinə (qismən, bir hissəsi) çevirərək, onlardan ibarət e-kitabların və kitab (Almanax) formasında rəqəmsal nəşr formasında hazırlanması.
2) Hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca İnternetdə ədəbiyyat - kreativ İnternet resursunun, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi. 1 ay
Mirzə İskəndərov, Orxan Ramazanov, Aydın Xan (Əbilov)
6 Ayrıca şəbəkə resursunun genişləndirilməsi üçün əlavə proqramlarının yazılması, yeni materialların elektron variantlarının hazırlanması, kitabların rəqəmsal formatda şəbəkə üçün seçilməsi, davamlı zənginləşdirilməsi. Portalın davamlı zənginləşdirilməsi1 ay
Mirzə İskəndərov, Orxan Ramazanov, Aydın Xan (Əbilov), 
72) Müxtəlif dildə yazan yazarların əsərlərindən ibarət yeni resursun - elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirilməsi. 
1 həftə
Aydın Xan (Əbilov), Mirzə İskəndərov, Orxan Ramazanov
8Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımının təşkili. Layihənin nəticəsi olaraq İnternetüstü Gənclər üçün "Multikulturalizm" Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, Azərbaycanda yaşayan xalqların ədəbiyyatları Almanax formasında nəşri, yeni sayt yaradılması, bu əsərlərin rəqəmsal formatda - elektron kitablar şəkilində İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği, tanıdılması, ali və orta məktəblərdə, ictimai qurumlarda, mədəniyyət mərkəzlərində və kitabxanalarda təqdimatları nəzərdə tutulub.15 gün
Mirzə İskəndərov, Aydın Xan (Əbilov), Günay Şıxəliyeva, 
9Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması3 gün
Aydın Xan (Əbilov), Günay Şıxəliyeva, 
10Layihənin monitorinqini və nəticələrini qiymətləndirilməsi2 gün
Xüsusi ekspertlər qrupu, Aydın Xan (Əbilov).

Kulturoloji layihə İnternet və sosial şəbəkələrdə mütəmadi olaraq davam etdiriləcək, Azərbaycan xalqlarının milli mədəniyyətlərini - ədəbiyyatını, estetik-kreativ, folklor-kulturoloji sərvətlərini, milli azlıqların dilində yazıb-yaradan yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də yeniyetmə, gənclər, tələbələr, dünyada yaşayan soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq. Etnik dillərdə yeni ədəbiyyatın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, gənc nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq. Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial ünsiyyətinə təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə ədəbiyyatı nümunələri yaranmasına şərait yaradacaq, müxtəlif etnik dillərdə yazıb yazıçıların dəyərli ədəbiyyat, poeziya əsərləri yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyəti formalaşdıracaq, təzə elektron nəşrlər, e-kitablar və resurslar hazırlanacaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq. Bu istiqamətdə həm e-kitab, həm elektron nəşrlər, həm də şəbəkə resursu, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə davamlı işlər görüləcək. Layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan, müxtəlif xalqların nümayəndələrindən ibarət azərbaycanlı oxucuları kreativ-ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir. 

Layihə istənilən mərhələdə monitorinq üçün açıq olacaq və müxtəlif qurumların nəzarəti altında reallaşdırılacaq. Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm, , Təhsil Nazirlikləri, ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, Milli QHT Forumu, Azərbaycan Gənclər Fondu AMEA-nın humanitar yönümlü institutları, AR Diaspora Komitəsi, AYB, ölkəmizdə rəsmi fəaliyyət göstərən xalqların, milli azlıqların mədəniyyət qurumları və kitabxana.net - Virtual Milli Kitabxananın əməkdaşları, mütəxəsisləri üçün şərait yaradılacaq ki, layihə, hazırlanacaq ədəbi materiallar və İnternet resursunu ardıcıl olaraq yoxlanılsın, ekspert rəyi verilsin.
Nəzərdə tutulan elektron antologiyalar, e-kitablar və e-nəşrlər, İnternetdə yerləşdiriləcək elektron mini-kitabxana hazır olandan sonra Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə kitab üzərində zəhməti olan tərcüməçilər qrupunun, tənqidçi və ədəbiyyatşünasların, kitabхana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunduğu mətbuat konfransı və təqdimat mərasimi keçiriləcək. Elektron nəşrlər, e-kitablar M.F.Aхundov adına Milli Kitabхananın (ölkənin ən böyük kitab saхlanğıcısına) İnternet portalına, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin şəbəkələrində, eləcə də sosial şəbəkələrdə yaradılacaq ayrıca səhifələrdə yerləşdiriləcək. Layihəyə daхil edilmiş xalqalrın dillərinə aid etnik qrpuları təmsil edən mədəniyyət mərkəzləri və icma quruluşlarına (misal üçün Ləzgi Mədəniyyət Mərkəzi Bakı ofisinin əməkdaşına, yaхud avar icmasının nümayəndəsinə, bütövlükdə 8 təşkilata), həmçinin qlobal mədəniyyət qurumlarına layihə çərçivəsində hazırlanacaq materialar, e-nəşrlər təqdim ediləcəkdir. Eyni zamanda layihə, e-kitab və elektron resurs haqqında Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat institutlarının, Azərbaycan Pedaqoji Universitetinin kitabхanalarında, xarici ölkələrin Bakıdakı səfirliklərinə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarında, Azərbaycanın xarici ölkələrdəki elçiliklərində, diaspora qurumlarında real və virtual təqdimatlar təşkil olunacaq. Məlumatlar mətbuat işçilərinə və ədəbiyyat mütəхəssislərinə paylanacaqdır ki, bu da layihənin həm peşəkar ədəbiyyat, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılsın.
Gələcəkdə müxtəlif xalqların ədəbiyyatına, folkloruna, mədəniyyətinə aid xüsusi elektron kitabxanaların, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək yeni saytların yaradılmasına çalışılacaq. Elektron kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Layihənin sonrakı mərhələsində şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələri portalda xüsusi yer ayrlacaq. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Gənclər sektoru, müxtəlif nəsil oxucu və yazarlar, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq. Eyni zamanda mətbuat işçilərinə və ədəbiyyat mütəхəssislərinə elektron resurs barədə informasiya paylanacaqdır ki, bu da layihənin həm peşəkarlar tərəfindən həm ədəbi-kulturoloji, həm ictimai-mədəni dəyəri haqqında müzakirələr aparılacaq, mətbuatda işıqlandırılmasına şərait yaradacaq, gənclərin intellektual səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Layihənin sonrakı mərhələsində müxtəlif milli azlıqların gənclərinə aid şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələrinin təbliğinə xüsusi önəm veriləcək. Gənclər sektoru, müxtəlif nəsil gəncləri, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, kitab, ədəbiyyat sahəsində intellektual əlaqələr yaradılacaq, Azərbaycanda tolerantlıq haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.

Həyata keçiriləcək layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də YYSQ-nin saytında yerləşdiriləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli QHT Forumu, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, AYB, kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multimədəniyyəti geniş yayılmasına səbəb olacaq.
Televiziyada və mətbuatda («525-ci qəzet», "Ədalət" və «Ədəbiyyat qəzeti» kimi ölkənin ən böyük mətbu orqanlarında, "Space" TV, İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında, Feysbuk səhifələrində) Kulturoloji layihə və kitablar haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır. Layihə başa çatdıqdan sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektoruna layihənin nəticələri haqqında ətraflı arayış təqdim ediləcək, Nazirliyin Mühasibatlıq uçotu sektoruna isə maliyyə hesabatı təqdim ediləcək.
Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, Ədliyyə Nazirliyinə (məlumatlandırıcı hesabat), KİV və geniş ictimaiyyətin nümayəndələrinə geniş hesabatlar təqdim ediləcək.

Tarix: 16.05.2017 09:31 | Baxış: 79 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner