AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər Qurumu » “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” (Ədəbi-estetik cərəyanlar). #YYSQ-nin kulturoloji-bədii layihəsi haqqında geniş məlumatlar

“Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı” (Ədəbi-estetik cərəyanlar). #YYSQ-nin kulturoloji-bədii layihəsi haqqında geniş məlumatlar. 


www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında

  

Bu layihə çərçivəsində elektron nəşrlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun (  #YYSQ ) - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı”  kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/ 


Yeni Yazarlar və Sənətçilər Qurumu - http://www.yysq.org

 

Ədəbi-estetik cərəyanlar. “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı”  #YYSQ-nin kulturoloji-bədii layihəsi haqqında geniş məlumatlar. Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı”  kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. Bölüm. 17. Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliğinə dair təşəbbüslər


Çağdaş Azərbaycan ədəbiyyatında baş verən ədəbi-estetik, kulturoloji-kreativ yaradıcılıq cərəyanlarının elmi-floloji təhlili, analizi, müsbət və mənfi tərəflərinin araşdırılması, İnternet, eləcə də sosial şəbəkələrdə, yazılı-elektron KİV-də onlar barədə geniş məlumatların yayılması, yeni e-antologiyaların rəqəmsal nəşrə hazırlanması, elektron kitabxanalarda ictimai-mədəni yayımını təşkil etmək. İndiyə qədər rəsmi şəkildə az araşdırılan, tədqiqata cəlb olunmayan, xaricdən gələn, müxtəlif mədəni-mənəvi təsirlər altında Azərbaycana "ixrac edilərək" milli-mənəvi dəyərlərimizi aşınmasına səbəb olan, əksər hallarda mənfi çalarlarıyla klassik ədəbi-mədəni düşüncəmizin gözəl tərəflərini təsirlərə məruz qoyan mövzu və problemlərə aid debat xarakterli virtual-kulturoloji e-akademiyanın
təşkili və onun müxtəlif sosial şəbəkələrdə fəaliyyətini təmin etmək. "Çağdaş Azərbaycan ədəbiyyatının estetik-kulturoloji cərəyanları" virtual-kulturoloji e-Akademiyanın İnternetdə fəaliyyətini genişləndirmək. IV İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmizin mədəni tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanıdılmasına yardımçı olmaq.


İnternet, eləcə də yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucular, müxtəlif nəsil yazıçılar, tədqiqatçı alimlər, filoloqlar, yaradıcı gənclər, həmçinin yeni nəsil intellektuallar və kreativlər çağdaş Azərbaycan ədəbiyyatında baş verən kulturoloji-estetik, ədəbi-poetik prosesləri davamlı olaraq izləyə bilmirlər.
Hansı ədəbi-estetik, kulturoloji-sənət cərəyanların təsiri ilə yaranan ədəbiyyat nümunələrimizlə tanış olmamaq isə yaranmaqda olan söz sənəti nümunələri ilə müasir dünya ədəbiyyatını, eləcə də elmi-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümunələrini müqayisə edə bilmir, lazımi nəticələr əldə olunmur.
Bu tanışlıq zamanı isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdüd kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyulur. Eləcə də oxucularımız və elə yazıçı-şairlərimiz də sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən estetik-kulturoloji proseslərin arxasındakı ədəbi-yaradıcılıq, intellektual-kreativ cərəyanları yaxından izləyə bilərlər.
Bədii yaradıcılıqla məşğul olan kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ e-kursa, virtual-kulturoloji e-akademiyaya da böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər. Müxtəlif ədəbi cərəyanlara aid yazıçılarımızın əsərlərindən ibarət silsilə e-kitabların rəqəmsal nəşrinə ehtiyac duyulur, belə bir fəaliyyəti isə dəstəkləməklə həm də gənc ədəbiyyatçıların, filoloqların, estetlərin, tənqidçi və ədəbiyyatşünasların yetişməsinə şərait yaratmış olarıq.
İnternet resurslarında, elektron kitabxana və sosial şəbəkələrdə ədəbiyyat və mədəniyyət sahələri barədə həqiqətləri əks etdirən, dünyanın tanınmış qələm sahibləri - yazıçı və alimlərin, publisist, araşdırmaçı və blogerlərin ənənəvi ədəbi texnologiyalarla deyil, dünyadan gələn kreativ-poetik düşüncə cərəyanlarının təsirindən əsərlər yazıb-yaradırlar: işıq üzü görmüş kitablarının elektron variantları isə məhdüd saydadır. Parəkəndə halda İnternetdə yerləşdirilən, yaxud elektron - rəqəmsal halda az təsadüf olunan bu cür intellektual-kulturoloji, tarixi-kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə ədəbi-mədəni, kultruroloji-kreativ texnologiya - insanları birləşdirən mənəvi-mədəni dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac var.
Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli disapora mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycanın müxtəlif sivilizasiyasların mövcud olduğu məkan kimi tanıdılması ilə bağlı dəyərli kitablara, elektron nəşrlərə böyük ehtiyac hiss edilir. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, dünya ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya yarışmasında cavab verməkdən ötrü samballı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə beynəlxalq elmi-filoloji ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə böyük ehtiyac duyulur. Müxtəlif ədəbi-mədəni, kreativ-kulturoloji bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış filoloqları, alimləri və yazarlarının əsərlərindən ibarət elektron kitabxananın hazırlanması, həm də yuxarıda sadalanan istiqamətlərdəki boşluqları, qismən də olsa, doldurmağa yönəlib.
İnternetdə yerli və xarici müəlliflərin dəyərli əsərləri barədə geniş məlumatların yayılması, ədəbi-kreativ cərəyanlar mövzusunda elmi əsərlər və məqalələrdən ibarət e- topluların rəqəmsal nəşrə hazırlanması və elektron kitabxanada, sosial şəbəkələrdə yayımını təşkil etmək, sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti gücləndirmək vacibdir ki, vətəndaşlarımız, o cümlədən gənclərimiz xaricdən gələn ziyanlı təsirlərə düşməsin, müxtəlif beyin mərkəzlərinin ədəbiyyat pərdəsi altında bizə yeritmək istədikləri mənfi düşüncə texnologiyalarına maraq göstərməsinlər. İndiyə qədər rəsmi şəkildə az araşdırılan, tədqiqata cəlb olunmayan, xaricdən gələn, müxtəlif mədəni-mənəvi təsirlər altında Azərbaycana "ixrac edilərək" milli-mənəvi dəyərlərimizi aşınmasına səbəb olan, əksər hallarda mənfi çalarlarıyla klassik ədəbi-mədəni düşüncəmizin gözəl tərəflərini təsirlərə məruz qoyan mövzu və problemlərə aid debat xarakterli virtual-kulturoloji e-akademiyanın
təşkili və onun müxtəlif sosial şəbəkələrdə fəaliyyətini təmin etmək lazımdır. "Çağdaş Azərbaycan ədəbiyyatının estetik-kulturoloji cərəyanları" virtual-kulturoloji e-Akademiyanın İnternetdə fəaliyyətini genişləndirməklə həm də IV İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmizin mədəni tolerantlıq, sivilizasiyalar və mədəniyyətlərarası məkan kimi tanıdılmasına yardımçı olmaq vacibdir.
Dünyanın müxtəlif ölkələrində yaşayan müəlliflərin aparıcı dillərdə hazırlanacaq e-nəşrləri, elektron kitablari və elektron mini-kitabxana resursunu İnternetdə yerləşdirilməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin dini-elmi, ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanıdılmasına, virtual təbliğinə xidmət etməyi nəzərdə tutmuşuq.


LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul edilmi. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"sından irəli gələn vəzifələrin həyata keçirilməsini dəstəkləmək məqsədilə layihədə strategiyanın bir çox bəndlərinə uyğyun fəaliyyət istiqamətləri əsas götürülüb.


Layihə müasir Azərbaycan ədəbiyyatında gedən estetik-kulturoloji prosesləri izləyərək analiz etmək, yaranan maraqlı ədəbi nümunələri elektron formatda nəşrə hazırlamaq, onları İnternetdəki milli resurslarda yerləşdirmək, gənclərə kreativ-estetik dəyərləri aşılamasına, virtual-kulturoloji - sosial şəbəkələrüstü e-akademik, məsafəli, e-kulturoloji laborotoriya təşkil etməklə yaradıcı istedadların kreativ biliklərini artırmaq, müxtəlif ədəbi-estetik cərəyanlara dair filoloq, araşdırmaçı, yazıçı və şairlərin yeni əsərlərindən ibarət e-kitabların hazırlamaq, bu rəqəmsal nəşrlərin İnternetdə virtual sərgisinin və tanıtımının aparmaq, yeni nəslin bədii yaradıcılığını inkişafına, eləcə də müxtəlif ali təhsil ocaqlarında, kitabxanalarda, qurumlarda real-virtual görüşlər vasitəsilə ədəbi-mədəni, elmi-kulturoloji dəyərlərin təbliğinə yönəldilib.
Layihə bu sahədəki boşluqları doldurmaqla, eyni zamanda gənclər üçün müasir Azərbaycan və dünya ədəbiyyatı sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisini təşkil etməyi qarşısına məqsəd qoyur. İnternet və sosial şəbəkələrüstü virtual-kulturoloji, e-akademiyada isə müxtəlif cərəyanlara aid qələm adamları öz təcrübələrini bölüşəcək, muasir dünya estetik-kulturoloji düşüncə texnolojiyalarını öyrənilməsinə, analizinə xüsusi önəm veriləcək, qələm adamlarının - düşüncə sahiblərinin öz həmkarları ilə şəbəkələşərək həm öyrənəcək, həm də öyrədəcəklər, istedadlarını inkişaf etdirəcək. Layihə nəticəsində yeni nəsil kreativlər layihəsonrakı bilgilərini oxucular arasında yaymaqla, ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə xidmət etmiş olacaqlar.
Bu intellektual-innovativ layihənin əsas məqsədi respublikamızın və dünyanın tanınmış qələm sahibləri - ədəbi-mədəni xadimləri, yazıçı və alimlərin, publisist, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, yerli və xarici müəlliflərin azərbaycanca, habelə müxtəlif dillərdəki kitablarının e-variantlarının hazırlanması, virtual resurslarda yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə onların geniş ədəbi-mədəni ictimaiyyətə çatdırılması, virtual təqdimatları, e-sərgilərini təşkili, eləcə də filoloji-mədəni sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlərin dəstəkləyir. Müxtəlif kreativ cərəyanlara həsr olunmuş əsərlərinin, kitablarının elektron variantları hazırlayıb İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirmək, mini-elektron kitabxana bölümünü yaratmaq, sosial şəbəkələrdə təbliğ etmək üçün fəaliyyətlərin həyata keçirməkdən əsas məqsəd ədəbiyyatı təbliğ etməkdir. İnternetdə, yaxud elektron - rəqəmsal halda sayı məhdud olan bu cür intellektual-kulturoloji, ədəbi -kreativ materialların toplanması, bəzilərini tərcümə edərək rəqəmsal formada nəşrə hazırlanması, bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə təbliğ olunması əsas vəzifələrdən biridir.
Ölkədə keçirilən, xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında ədəbiyyat, mədəniyyət və kreativ cərəyanlara aid, ölkəmizdəki ədəbi-mədəni dəyərlərlə bağlı dəyərli kitablara böyük ehtiyac hiss olunsa da, kağız formada onları tapmaq müşkül olduğundan, eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, elektoron kitablar, multimedik imkanlar, yeni İnternet və kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır. Azərbaycanlı nümayəndə heyəti qlobal tədbirlərdə intellektual-elmi mənbələrə müraciət etmək, xaricilərin öz qələmindən çıxan elmi araşdırmalarla əcnəbi mütəxəssislərinə, düna ictimaiyyətinə, KİV nümayəndələrinə informasiya savaşında cavab verməkdən ötrü samballı elektron nəşrlərin müxtəlif dillərdə şəbəkə üçün hazırlanmasına, virtual resurslarda yerləşdirməklə onların dünya ictimaiyyətinə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə yardım göstərməyə çalışılacaq. İnternet - yaratmış olduğumuz elektron resurslar və sosial şəbəkələrdəki 20-yə yaxın səhifə, qruplarda apardığımız kulturoloji araşırmalar zamanı, eləcə də www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxanaya gələn sorğular göstərir ki, oxucularımız, xüsusən də xaricdə yaşayan diaspor nümayəndələrimiz, beynəlxalq tədbirlərdə iştirak edənlər, eləcə də elmi-mədəni, ədəbi-estetik, estetik fikrin qabaqcıl nümayəndələri müzakirələr, debatlar, dinləmələr zamanı müqayisələr aparmaq üçün vacib ədəbiyyatlar, kitablar, materiallara ehtiyacları böyük olur. Bu zaman isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin 50 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Eləcə də oxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə baş verən ədəbi- kulturoloji proseslərin arxasındakı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilmirlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün kreativ-innovativ, virtual-kulturoloji e-resurslara böyük ehtiyac var, dünyanın aparıcı ölkələrində bu formata çoxdan keçiblər, layihəmizin əsas məqsdlərindən biri də bu istiqamətdə fəaliyyəti gücləndirməkdir.


LAYİHƏDƏN FAYDALANANLAR


Çağdaş Azərbaycan ədəbiyyatı və kreativ-mədəni cərəyanlarla maraqlananlar: ölkəmizdə yaşayan, eləcə də dünyanın hər yerinə səpələnmiş 50 milyonluq soydaşımız, oxucular, müxtəlif nəsil və ədəbi-estetik cərəyanlara aid edilən yazıçılar, şairlər, tənqidçilər, esseistlər, filoloqlar, ədəbiyyatşünaslar, tərcüməçilər, İnternetüstü e-mütaliəçilər, tələbə-gənclər, yeni nəsil kreativlər, blogerlər, sosial şəbəkə istifadəçiləri, KİV nümayəndələri, İKT və nəşriyyat işçiləri, təşkilat üzvləri.


LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ


Azərbaycanda, Bakı şəhərində, eləcə də yazılı və elektron KİV, İnternet və sosial şəbəkələr, elektron kitabxanalar vasitəsilə virtual aləmdə.


LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR


1. Könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması.
2. "Çağdaş Azərbaycan ədəbiyyatı elektron antologiyası"nı rəqəmsal nəşrə hazırlamaq: e-kitab aşağıdakı ədəbi-estetik cərəyan nümayəndələrinin əsərlərindən ibarət ədəbi-bədii, elmi-filoloji nümunələrdən ibarət olacaq:
a) Çağdaş Azərbaycan realist, lirik, modern, postmodern, şəbəkə poeziyası;
b) Çağdaş Azərbaycan realist, lirik, modern, postmodern, şəbəkə bədii nəsri;
c) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə dramaturgiyası;
d) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə essesi;
z) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə publisistikası;
q) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə elmi-filoloji düşüncəsi;
y) Çağdaş Azərbaycan realist, romantik, modern, postmodern, şəbəkə ədəbi cərəyanına aid imza sahiblərinin ədəbi söhbətləri;
f) Kulturoloji-estetik e-akademiya materialları: virtual ədəbiyyat e-antologiyası.
3. İnternet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə müasir Azərbaycan ədəbiyyatının müxtəlif kreativ cərəyanlarını geniş ictimaiyyətə və oxuculara tanıtmaq məqsədilə "Virtual-kulturoloji e-Akademiya"nın (innovativ kurs, sosial şəbəkələrdə qrup və ayrıca mini e-kitabxana) yaratmaq və fəaliyyətinin təşkili.
4. www.kitabxana.net - Milli Virtual-elektron Kitabxanada ayrıca "Müasir Azərbaycan ədəbiyyatı" alt-bölümünü yaratmaq, orada yeni ədəbi e-antologiyaların virtual sərgisini təşkil etmək və oxucuların sərbəst istifadəsinə buraxmaq.
5. Sosial şəbəkələrdə çağdaş Azərbaycan və dünya ədəbiyyatı və mədəniyyətindəki əsas aparıcı estetik-ədəbi cərəyanları tanıtmaq və təbliğ etmək.
6. Oxucular, xüsusən də yeniyetmə və gənclər arasında yeni e-oxu və e-yazı vərdişlərini aşılamaq. Real və virtual tədbirlər silsiləsi vasitəsilə layihənin və kreativliyin təbliğini aparmaq, çağdaş Azərbaycan ədəbiyyatını, yüksək estetik dəyərləri tanıtmaq.
7. E-kitabların virtual sərgisinin təşkili: sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliğini keçirmək. Sosial şəbəkələrdə kreativ-kulturoloji cərəyanlarla bağlı e-kitabların təbliği üçün müxtəlif fəaliyyətlərin qurulması. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği və genişləndirilməsinin davamı.
8. KİV-də, TV və radiolarda, İnternetdə təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün kreativ-innovativ fəaliyyətlərin qurulması.
9. Layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi.


4 ay (01-04.2017 - 01.08.2017)


1. "Çağdaş Azərbaycan ədəbiyyatı elektron antologiyası"nı rəqəmsal nəşrə hazırlnır: elektron antologiya ədəbi-estetik cərəyan nümayəndələrinin əsərlərindən ibarət cürbəcür ədəbi-bədii, elmi-filoloji nümunələri əhatə edən, yüzlərlə ədəbi nümunələrdən, çağdaş Azərbaycan realist, lirik, romantik, modern, postmodern, şəbəkə ədəbiyyatı kimi ədəbi-estetik cərəyanlarının nümayəndələrinin əsərlərindən ibarət 8-10 cild elektron nəşrlər oxucuların ixtiyarına veriləcək.
2. İnternet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə Azərbaycan ədəbiyyatının müxtəlif estetik-kulturoloji - yaradıcılıq cərəyanlarını geniş ictimaiyyətə və oxuculara tanıdılması məqsədilə "Virtual kreativ-estetik e-Akademiya" (innovativ kurs, sosial şəbəkələrdə qrup və ayrıca mini e-kitabxana) yaradılacaq və fəaliyyət göstərəcək.
3. www.kitabxana.net - Milli Virtual-elektron Kitabxanada ayrıca "Çağdaş Azərbaycan ədəbiyyatı" alt-bölümünü yaradılacaq, orada yeni ədəbi e-antologiyaların virtual sərgisini təşkil ediləcək və oxucuların sərbəst istifadəsinə veriləcək, davamlı olaraq zənginləşdiriləcək.
4. Sosial şəbəkələrdə çağdaş Azərbaycan və dünya ədəbiyyatı və mədəniyyətindəki əsas aparıcı estetik-ədəbi cərəyanları tanıdılacaq və təbliğ ediləcək, müxtəlif polemika və müzakirələr açılacaq.
5. Oxucular, xüsusən də yeniyetmə və gənclər arasında yeni e-oxu və e-yazı vərdişlərini aşılanacaq. Real və virtual tədbirlər silsiləsi vasitəsilə layihənin və kreativliyin təbliğini aparmaq, çağdaş Azərbaycan ədəbiyyatını, yüksək estetik dəyərləri tanıdılacaq.
7. Ədəbi cərəyanların elmi-filoloji tədqiqi, analizi və təbliği-tanıdılması genişləndiriləcək.
8. KİV-də, TV və radiolarda, İnternetdə təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün kreativ-innovativ fəaliyyətlər qurulacaq.


Gənclər, yeniyetmələr, sosial şəbəkə istifadəçiləri, ədəbiyyatçılar, araşdırmaçılar, filoloqlaroxucular, xarici tədqiqatçılar sosial şəbəkələr, İnternet resursları vasitəsilə ölkəmizdəki ədəbi-mədəni məkanda baş verən mədəni-ədəbi, kulturoloji-sosial proseslərin arxasında hansı intellektual-kreativ cərəyanların durduğunu yaxından izləyə bilərlər. Kreativ insanlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün ədəbi-kreativ cərəyanlarla bağlı intellektual-innovativ, virtual-kulturoloji e-resurs yaranacaq, dünyanın aparıcı ölkələrində qəbul olunmuş formatda milli elektron-intellektual resurslarımız zənginləşəcək, filologiya sahəsi və elmləri üzrə yeni elektron kitablar hazırlanaraq istifadəçilərə təqdim olunacaq.
Respublikamızın və dünyanın tanınmış qələm sahibləri - yazıçı və alimlərin, publisist, araşdırmaçı və blogerlərin müxtəlif dillərdə işıq üzü görmüş, yerli və xarici müəlliflərin azərbaycanca, habelə qismən müxtəlif dillərdəki kitablarının elektron variantları hazırlanacaq, virtual resurslarda yerləşdiriləcək, sosial şəbəkələr vasitəsilə onların geniş ictimaiyyətə çatdırılacaq, virtual təqdimatları, e-sərgilərini təşkil ediləcək, eləcə də ədəbiyyat sahələr üzrə elmi ədəbiyyatların populyarlaşdırılması istiqamətində fəaliyyyətlər dəstəklənəcək.


İnternetdə - elektron kitabxanadakı xüsusi resursun - mini-elektron kitabxana bölümünü yaradılacaq, hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca ədəbiyyat - intellektual resursunun - kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi davamlı olaraq aparılacaq, müəllifləri bu işə həvəsləndirəcəyik.
Mütəmadi olaraq İnternetdə, elektron kitabxanada, real tədbirlərdə sosial şəbəkələrdə, KİV-də, e-kitabların virtual sərgisi təşkil olunacaq. Populyar sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği ardıcıl aparılacaq.
Müxtəlif müəlliflərin əsərlərindən ibarət yeni resursun - elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirməklə ədəbiyyatçıların intellektual səviyyəsini qaldırılmasına səbə olacaq.
İctimaiyyətin nümayəndələri, gənclər və universitet tələbələri, müxtəlif qurumlarda real tanıtımı, yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımına xüsusi önəm verəcəyik.
Yazılı və elektron KİV-də, TV və radiolarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlər qurulacaq. Layihə bu sahədəki boşluqları doldurmaqla, eyni zamanda gənclər üçün müasir Azərbaycan və dünya ədəbiyyatı sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisi təşkil edəcək. İnternet və sosial şəbəkələrüstü intellektual-innovativ, virtual-kulturoloji fəaliyyət isə yerli və əcnəbi müəlliflərin qələm təcrübələrinin bölüşməsinə, muasir dünya estetik-kulturoloji düşüncə texnolojiyalarını öyrənməsinə təkan verəcək.


Reallaşdırılacaq layihə istənilən vaxt geniş ictimai-mədəni monitorinq üçün açıq olacaq. AMEA elmi-tədqiqat institutları, yaradıcı qurumlar, ali təhsil ocaqlarında çalışan filoloq alimlər və mütəxəsislər monitorinqin işinə cəlb olunması nəzərdə tutulur. AMEA elmi-tədqiqat institutları, yaradıcı qurumlar, ali təhsil ocaqlarında çalışan filoloq alimlər və mütəxəsislər monitorinqin işinə cəlb olunması nəzərdə tutulur.
Gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə, problemə aid xüsusi elektron kitabxananın, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək yeni saytların yaradılmasına çalışılacaq. Elektron kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Gənclər sektoru, müxtəlif nəsil oxucu və yazarlar, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq. Azərbaycanda dini tolerantlıq, ənnəvi dinlər haqqında, onların milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.


Bu layihə ilə bağlı aralıq və yekun hesabatlar həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. Yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun öz saytında yerləşdiriləcək. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, AR Mədəniyyət və Turizm, Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, AR Diaspor Komitəsi kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multi-mədəniyyəti geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və mətbuatda - «525-ci qəzet», "Ədalət", "Kredo", "Ədəbiyyat qəzeti" kimi ölkəmizin nüfuzlu mətbu orqanlarında, "Space" TV, İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında, İnternet Tv və radiolarda, Fesybuk, Tvviter, +Google kimi sosial şəbəkələrdə həyata keçiriləcək kulturoloji layihə, e-nəşrlər, elektron şəbəkə resursu - mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.
Layihə başa çatdıqdan sonra ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası və əlaqədar qurumlara layihənin nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Şuranın mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və geniş ictimaiyyətin nümayəndələrinə geniş məlumatlar, hesabatlar təqdim ediləcək.
Kitabxana.net - Virtual Milli Kitabxana kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın həqiqətlərinin geniş yayılmasına səbəb olacaq.
http://kitabxana.net/?oper=e_kitabxana&cat=177 -

Ədəbi-estetik cərəyanlar. "Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı" - #YYSQ-nin kulturoloji-bədii layihəsi haqqında geniş məlumatlar.

Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun - http://www.kitabxana.net/ - Milli Virtual-Elektron Kitabxananın "Ədəbiyyatda çağdaş kreativ cərəyanların analizi və virtual təbliğatı" kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.


YYSQ Analitik-İnformasiya Bölümü

Tarix: 16.05.2017 09:44 | Baxış: 612 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner