AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Kitab aləmi » "Ekologiyadan əvvəlki "ekologiya" adlı monoqrafiya işıq üzü görüb. Qara Mustafayev, Yusif Mahmudov və Аnar Məmmədovun müştərək kitabı.

"Ekologiyadan əvvəlki "ekologiya"


Ölkəmizdə ekologiyanın tarixi indiyədək əhatəli öyrənilməyib. Əhalinin ətraf mühitə münasibətinin tarixi kökü çox qədimlərə gedib çıxır və onu öyrənməyin ekoloji problemlərin həll edilməsində əhəmiyyəti vardır. İndiyədək bu sahədəki mövcud boşluğu aradan qaldıra biləcək yeni monoqrafiya işıq üzü görüb.

Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, "Şöhrət" ordenli professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Mustafayev, Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Аnar Məmmədov və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı Yusif Mahmudovun həmmüəllifliyi ilə "Ekologiyadan əvvəlki "ekologiya" adlı monoqrafiya işıq üzü görüb.
Məlum olduğu kimi, ekologiya - 1866-cı ildə E.Hekkel tərəfindən yaradılıb, canlıların öz aralarında və ətraf mühit komponentləri ilə qarşılıqlı əlaqələrini öyrənir. Müasir dövrdə ekologiya bütün elmlərə inteqrasiya olunur və sürətlə inkişaf edir. Lakin, əhalinin qədim dövrlərdən bəri ətraf mühitə pozitiv və ya neqativ təsirləri olub. Monoqrafiyada ekologiyanın mahiyyəti, elm kimi tarixi və müasir bölmələri, qədim zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir. Müəlliflər bu münasibətləri "Ekologiyadan əvvəlki "ekologiya"" adlandırıblar. Yaşamaq və özünü qorumaq üçün ətraf mühitdən istifadə edən əhalinin fəaliyyəti ekoloji baxımdan təhlil edilərək, bu uzun yolda nəyin inkişaf, nəyin gerilik olduğu nəzərə çatdırılır. Bu məqsədlə Azərbaycanın tarixi qaynaqlarında, tarixi - mədəniyyət abidələri və qədim sənət nümunələrində təbii sərvətlərə münasibət açıqlanır. Folklorumuzda, o cümlədən ağız ədəbiyyatı nümunələrində, şifahi xalq ədəbiyyatında, dastan və nağıllarda, atalar sözləri və el məsəllərində, bayatı, tapmaca və laylalarda, aşıq sənəti, xalq mahnıları və xalq rəqslərində ətraf mühitə münasibət araşdırılır. Qədim türk abidələri və şumernamələrdə, "Avesta" qanunlar toplusunda, "Kitabi - Dədə Qorqud" dastanında təbiətə münasibət, Novruz bayramının ekoloji aspektləri ön plana çəkilir. İslam dinində ətraf mühit komponentlərinə qayğıkeş münasibətin nümunəviliyi xüsusi vurğulanır. Monoqrafiyada həmçinin Azərbaycanın fəlsəfi fikir tarixində, eləcə də XI - XIX əsrlərdə yaşamış klassik şair və yazıçıların əsərlərində təbiətə münasibət geniş şərh edilir. Alimlərin, səyyahların və müxtəlif peşə sahiblərinin ölkə təbiəti haqqında qeydləri təqdim edilir. Azərbaycanda ətraf mühitn qorunması tədbirləri və respublikada ekologiyanın başqa elmlərə müasir inteqrasiyası sadalanır.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan bu monoqrafiyanın elmi redaktorları akademiklər Vasim Məmmədəliyev və Yaqub Mahmudov, rətçiləri akademik Urxan Ələkbərov, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, pedaqoji elmləri doktoru, professor Vidadi Xəlilov və filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.
"Elm və təhsil" nəşriyyatında çap olunan monoqrafiya ali və orta məktəb müəllimləri, tələbələr, magistrlər, doktorantlar, ümumiyyətlə ekologiya ilə maraqlanan müxtəlif peşə sahiblərinin istifadəsi üçün nəzərdə tutulub.

Tarix: 21.06.2017 22:56 | Baxış: 652 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2017. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner