AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər Qurumu » Prezident İlham Əliyev hər günümüzü tarixə çevirməkdədir... Aydın Xan Əbilov, YYSQ sədri, İNK TV - inktv.az İnternet televisziyasının direktoru, Kitabxana.net - Milli Virtual Kitabxananın yaradıcısı, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru

Prezident İlham Əliyev hər günümüzü tarixə çevirməkdədir...

Modern Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Liderimiz Heydər Əliyev idisə, respublikamızı dünya səviyyəli çiçəklənən ölkəyə çevrilməsində əvəzsiz rolu olan şəxsiyyət Ulu Öndərimizin siyasi-fəlsəfi dövlətçilik məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyevdir. İlham Əliyev Baş nazir və sonralar Prezident kimi ölkəmizə rəhbərlik etdiyi hər gün Azərbaycan tarixinin əvəzsiz səhifələr formasında qızıl hərflərlə çağdaş milli sivillizasiya tariximizə həkk olunur. Sosial-mədəni yönumlu ultra-modern bir dövlətçilik islahatlarının başında durmaqla İlham Əliyev zəmanəmizin dünya siyasi elitasında özünəməxsüs yer tutur: görkəmli dövlət xadimi kimi o, intellektual-kreativ addımlarıyla bir çox ölkə siyasilərinə örnək olacaq qlobalmaştablı, planetar əhəmiyətli demokratik-siyasi modellər yaratmaqla tədqiqatçıların heyrətinə səbəb olur.
Bir milyonluq qaçqın, bir o qədər təqaüdçü, ondan da çox uşaq-yeniyetmə, əhalinin yarıdan çoxunu təşkil edən gənclər, yüzminlərlə əlil və xəstə vətəndaşlar, sosial durumu zəif olan onminlərlə ailələrin dayağı kimi çıxış edən Prezident İlham Əliyevin apardığı iqtisadi-siyasi, sosial-mədəni islahatların mahiyyətinə varanda, ilkin vaxtlarda bir çoxları tərəfindən anlaşılmayan proseslər illər keçdikcə, öz mənasını real nəticələrlə daha qabarıq, əyani surətdə sübut edir. Son 10-15 ildə salınan yeni yol infrastrukturu, körpülər, dəmir yolları, neft-qaz kəmərləri, geniş traslar, təzə tikilmiş gəmiqayırma zavodumuzda istehsal edilən gəmilər, milli əhəmiyyətli proqramların reallaşdırılması, cəmiyyətin müxtəlif sahələrini təmsil edən insanların sosial-məişət problemlərinin həlli ilə bağlı atılan ciddi, nəhəng addımlar, ipoteka proqramları, QHT-lərə, KİV-lərə, gənclər təşkilatlarına, dini qurumlara ayrılan milyonlarla vəsait, Elm fondu, Təhsil fondu, Sahibkarlar yardım fondu, İnternet fondu,Aqrolizinqlər və s. yeni formatlı fəaliyyət istiqamətləri dediklərimizə sübutdur...
Bu gün aparılan mədəni-sosial siyasətin növbəti əlamətdar hadisəsi ilə Prezident İlham Əliyev tariximizə qızıl səhifə yazdı. 22 iyul Milli Mətbuat günü münasibəti ilə 255 KİV nümayəndəsinə Prezidentimiz tərəfindən yeni tikilmiş hündürmərtəbəli yaşayış binasında fərdi mənzillər bağışlandı. 255 ailənin ocağını yenidən yandıran ölkə başçısı o evlərin ərməğan etdyi jurnalistlərin siyasi, dini, etnik, hətta müxalifdüşüncəli olmasının fərqinə varmadı, ehtiyacı olan layiqli namizədləri və onların çoxsaylı ailə üzvlərinin ürəklərin fərəhlə doldurdu.
Nədənsə jurnalistlərə mənzil bağışlananda bəzi gerizəkalılar o dəqiqə İnternet divlərinə çevrlərək düşürlər sosial şəbəkələrdə bəxti açılmış qələm sahiblərini qınamağa, ağzına, olmayan ağlına gələnləri yazmağa başlayırlar. Ölkə Prezidenti alimlərə, yazıçılara, sənətçilərə, incəsənət xadimlərinə, idmançılara, hərbiçilərə, qaçqınlara dövlət hesabına evlər ərməğan edir və vurğuladığımız kimi, bu sosial-mədəni siyasətimizin ayrılmaz hissəsidir. Fəqət növbə dördüncü hakimiyyət nümayəndələrinə, qələm əhlinə, söz azadlığı qəhrəmanlarına çatanda qaraniyyətlilərin bütün nifrəti üzə çıxır...
İstənilən halda cənab Prezidentimiz öz ədalətli, uğurlu, sosialyönümlü daxili siyasətini davam etdirməkdədir və jurnalistlər üçün üçüncü yaşayış binasının tikilməsinə başlamasını da məhz bu aktual sosial layihələrin davamlı olaraq aparılmasını göstərir.
İllərlə fərdi mənzilin növbəsinə duran 20 ilin KİV nümayəndəsi olaraq mənim də ailəmə sonsuz sevinc bəxş edən cənab Prezident İlham Əliyevə minnətdarlıq hisslərimi bir ifadəylə bildirmək istəyirəm: adi vaxtı tarixə, zamanı çevirən belə dövlət başçısıyla fəxr edirik! Yaşasın cənab Prezidentimiz İlham Əliyev, Azərbaycanımıza və xalqımıza eşq olsun...

Aydın Xan Əbilov,

İctimai Nəzarət Koalisiyasının sədr müavini, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, İNK TV - inktv.az İnternet televisziyasının direktoru, Kitabxana.net portalı - Milli Virtual Kitabxananın yaradıcısı-rəhbəri, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, yazıçı-kulturoloq

Tarix: 20.07.2017 22:18 | Baxış: 166 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner