AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) » Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi. Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyindən növbəti kreativ layihə...

Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi


Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi. Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyindən növbəti kreativ layihə...


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi" yeni kreativ layihəsinin həyata keçirməyə başlayıb. Üç aylıq layihə haqqında YYSİB sədri, layihə rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov media üçün açıqlamasında bu barədə geniş məlumatlar vermişdir.

Yeni Ramanadakı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində istedadlı, fiziki məhdüdiyyətlilər üçün real kurs və respublikamızdakı - xaricdəki oxşar gənclərimizin yararlanacağı "Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi" yaratmaqla onlara yaradıcılıq, distant təhsil imkanları vermək, zehni qabiliyyətlərini biznesə çevirərək cəmiyyətdə tanıdılması, İnternet, sosial şəbəkələr vasitəsilə əngəllilərin yaradıcılıqlarının təbliği, cəmiyyətə inteqrasiyasına şərait yaratmaq, e-kitablarından ibarət resursun qurulması, Youtube.com kimi videopaylaşım platformalarında fəaliyyətlərin dəstəklənməsi vacibdir.

Bakının Sabunçu rayonu Yeni Ramana qəsəbəsidə yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə-Reabilitasiya Mərkəzində görüş zamanı xüsusi istedadlı fiziki məhdüdiyyətli gənclər üçün real, eyni zamanda respublikamızda, habelə xaricdə yaşayan soydaşlarımız - oxşar problemli yeniyetmə və gənclərin də virtual formada yararlanmağından ötrü xüsusi innovativ alətlərə - İnternetüstü fəaliyyət növlərinə böyük ehtiyac duyulduğunu gördük. Fiziki məhdüdiyyəti olan kreativ gənc insanlara yaradıcılıq, təhsil, məsafəli öyrətmə, eləcə də öz sənət qabiliyyətlərini kiçik kreativ biznesə çevirmək üçün imkanların yaradılmasına kömək lazımdır. Əngəlli kreativlərin yaradıcılıqlarının - sənət nümunələrinin cəmiyyətimizdə tanıdılmasına böyük ehtiyac var. İnternet və sosial şəbəkələr vasitəsilə, kreativ-innovativ, real formalarda əngəllilərin yaradıcılıqlarının təbliği, cəmiyyətə inteqrasiyasına şərait yaratmaq, onların e-kitabları, eləcə də bədii yaradıcılıq nümunələrinin elektron variantlarından ibarət xüsusi e-resursun yaradılması, Feysbuk, Tvviter, +Google və Youtube və başqa şəbəkə, habelə videoplatformalarda bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi belə gənclərin, yeniyetmələrin özlərinə olan inamını daha da yüksəldəcək. Yaradıcı əngəllilər üçün kreativ real kursların təşkili, tanınmış sənət, mədəniyyət, ədəbiyyat, elm adamlarının onlar üçün keçirəcəkləri master-klas tipli kursun yaradılması, onların əl işlərindən ibarət real və virtual sərgilərin təşkili, İnternet və sosial şəbəkələrdə təbliğatları, tanıdılması, yayılması həm də Azərbaycan kreativ biznesinin və art-sənayesinin inkişafına təkan verəcək, yeni peşə vərdişləri, məsafəli təhsil və öyrətmə formalarının zənginləşməsinə təkan verəcək.

"Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi" özündə fiziki məhdüdiyyətli uşaq, yeniyetmə və gənclər üçün xüsusi kreativ kurs, tanınmış elm, mədəniyyət, sənət və ədəbiyyat adamlarının iştirakıyla keçiriləcək master-klasslar, mini kitabxana, elektron resurslar, elektron kitab seriyası, internet və sosial şəbəkələrdə ayrıca qruplar, virtual resurs, habelə Youtube videoplatformada onlayn TV yaratmaqla fiziki məhdüdiyyətli kreativlərin yaradıcılıq. kulturoloji, intellektual və peşə imkanlarını genişləndirmək, art-biznes sahələrinin inkişafında onların rolunu artırmaq, yeni iş yerlərinin yaradılmasına motivə etmək, ədəbiyyat, mədəniyyət, sənət sahələrində bu tipli şəxslərin inkişafını stimullaşdırmağı qarşısına məqsəd qoyur. Eyni zamanda yeni İKT və innovativ təqdimatlara ehtiyac duyulduğundan, e-kitablar, multimedik imkanlar, İnternet, kompyüter texnikası alətləri, kreativ informasiya-intellektual məhsullar yaratmağı planlaşdırılır.

Layihənin reallaşmasında Azərbaycan Yazıçılar Birliyi, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi, "Avropa" Nəşriyyat-Poliqrafiya Birliyi və başqa qurumlar yaradıcı-texniki köməkliklər edirlər. Görüləcək fəaliyyət nəticəsində real olaraq Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təhsil və bacarıqlarını artıranlar, virtual olaraq İnternet və sosial şəbəkələr vasitəsilə bütün respublikanı, eləcə də dünyada yaşayan əngəlli soydaşlarımız, fiziki məhdüdiyyətli gənclər və tələbələri əhatələmək mümkündür.

Eləcə də Azərbaycanda və xaricdə yaşayan əngəlli məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ - elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və b. faydalanlardandır. Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsidə yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi əlillər üçün mərkəzləşdirilmiş xüsusi qurum sayılır. Bu Mərkəz həm də oxşar dövlət müəssisələri üçün standartların hazırlanması, təcrübələrin paylanması baxımından ixtisaslaşdırılıb.

Elektron təhsil Azərbaycan üçün yeni format sayılır, eksperiment kimi ilk əvvəl Bakı və Abşeronda (real), eləcə də İnternet - sosial şəbəkələrüstü virtual - elektron aləm vasitəsilə layihənin keçirilməsi nəzərdə tutulur. Uğurlu nəticələrinə görə gələcəkdə bölgələrdə də bunu davam etdirmək olar.

İlkin mərhələdə könüllü cəlb ediləcək şəxslərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, eləcə də peşəkar mütəxəssis, müxtəlif yaradıcı qrup nümayəndələri ilə münasibətlər qurulması, müəlliflərlə əlaqələrin yaradılması, eyni zamanda "Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi"nin yaradılması və fəaliyyətinin təşkili nəzərdə tutulur. Fiziki məhdüdiyyətli uşaq, yeniyetmə və gənclər üçün xüsusi kreativ kurs, tanınmış elm, mədəniyyət, sənət və ədəbiyyat adamlarının iştirakıyla keçiriləcək master-klasslarım təşkil ediləndən sonra fiziki məhdüdiyyətli uşaq, yeniyetmə və gənclər üçün kitabxananın təşkili və yeni kitablarla təminatı də nəzərdə tutulub.

Əngəlli istedadlı yaradıcı gənc imza sahiblərinin müxtəlif dillərdəki kitablarının e-variantlarının hazırlanması, İnternetdə - elektron kitabxanadakı xüsusi resursda yerləşdirilməsi, mini-elektron kitabxana bölümünü yaradılması, hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca intellektual resursunun - kitabxana.net portalının, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi də görüləcək işlər sırasındadır.

Rəqəmsal halda - elektron formada nəşrə hazırlanmaış e-kitabların bir elektron resursda cəmlənməsi, bu barədə İnternetdə, sosial şəbəkələrdə tanıtım kampaniyalarının təşkil edilməsi, videovasitələrin hazırlanması, İnternetdə yayılmasının təşkili gözlənilir.

İnternet və sosial şəbəkələrdə davamlı təbliğatların qurulması, mütəmadi olaraq kreativ kurs, master-klass və e-kitabların virtual sərgilərinin keçirilməsi, sosial şəbəkələrdə, o cümlədən Feysbukdakı ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği, sosial şəbəkələrdə hazırlanan, elektron kitabxanada yerləşdirilən e-kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması da planlaşdırılır.

İctimaiyyətin nümayəndələri, gənclər, məktəblilər və universitet tələbələrinin əngəlli kreativ gənclərlə real tanıtım görüşlərinin təşkili. Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin təqdimat mərasimlərinin keçirilməsi, eləcə də KİV-də, TV və radiokanallarda, İnternet saytlarında təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-nəşrə hazırlanan, e-kitabxanada yerləşdirilən rəqəmsal kitabların təbliğ etmək üçün fəaliyyətlərin qurulması, layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması, monitorinqini və nəticələrini qiymətləndirilməsi də nəzərə alınıb.

Layihəylə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. Azərbaycan Gənclər Fondu, Azərbaycan Yazıçılar Birliyi, aidiyyəti dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.

Layihə başa çatdıqdan sonra Azərbaycan Gənclər Fonduna və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Fondun mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək. Layihəyə ictimai nəzarət mexanizmi kimi istənilən qurum və şəxslər üçün monitornq edilməsinə açıqdır.

Layihə həyata keçriləndən sonra aşağıdakı nəticələr əldə ediləcək:

1. Fiziki imkanları məhdud olan kreativ yeniyetmə və gənclər üçün kurs təşkil olunacaq və master-klaslar keçiriləcək. 2. Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsidə yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi nin kitabxanası yaradılacaq və vaxtaşırı zənginləşdiriləcək. 3. İnternet və sosial şəbəkələr vasitəsilə əngəlli gənc kreativlərin yaradıcılığı cəmiyyətə tanıdılacaq, onların inteqrasiyasına nail olunacaq. 4. Sağlamlığı məhdud qələm sahiblərinin yeni e-kitabları hazırlanıb e-kitabxanada yerləşdiriləcək. 5. Yeni kreativ iş yerlərinin yaradılmasına şərait yaradıcılacaq. 6. Sağlamlığı məhdud gənclərin yaratmış olduqları sənət nümunələrinin satışına yardımçı olunacaq. 7. Sağlamlığı məhdud gənclərin sosial şəbəkələrdə şəbəkələşməsinə köməklik göstəriləcək. 8. Davamlı olaraq İnternetüstü bu fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək.

"Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi" İnternetdə, elektron kitabxanada, eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstərəcəkdir. Elektron kitablardan ibarət virtual sərgi təşkil olunacaqdır. Mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradacaq.Gələcəkdə elmin və intellektual ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq, Milli Virtual-Elektron Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir.

Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Fəaliyyətin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada əngəlli gənclərin kreativ-kulturoloji potensialının, ədəbi resurslarının geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («Dövlət və qanun», "Ədalət", "Bakı-xəbər" kimi ölkənin nüfuzlu mətbu orqanlarında, "Space" TV, İctimai Televiziyada, İNK TV və digər KİV-də, İnternet saytlarında) layihə, virtual mərkəz, e-kitab və rəqəmsal nəşrlər, elektron kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Həyata keçirilən fəaliyyətlər zamanı - layihə həyata keçirilərkən kiçik risklər ola bilər, bu yaradılan resursların dağıdılması, elektron kitabların pozulması və b. Buna görə də peşəkar İKT xidmətlərindən istifadə olunacaq. Eləcə də müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi lazım olacaq.

Yeri gəlmişkən YYSİB milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliği, təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və s. sahələrdə fəaliyyətini qurub.

Təşkilat 15 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı - illik Milli Kulturoloji layihə həyata keçirib, 10 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə "Virtual Azərbaycan" layihəsini gerçəkləşdirir. YYSİB-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual-Elektron Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs yaradıb və 300-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edilib. YYSİB-nin fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSİB fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, İnternet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (Qurumu) İnternet və sosial şəbəkə resursları


http://kitabxana.net

http://yysq.kitabxana.net

http://elmler.kitabxana.net

http://firuza.net

http://fikretsadiq.kitabxana.net

http://simuzer.kitabxana.net

http://evezsuleyman.kitabxana.net


https://plus.google.com/u/0/+Artyazar2012


http://www.youtube.com/user/Artyazar2012


https://twitter.com/Aydinkhan



Facebook.com social şəbəkə resurslarımız



https://www.facebook.com/Aydinxan.ebilli

https://www.facebook.com/groups/kitabxana/

https://www.facebook.com/kreativlayihe/?ref=bookmarks

https://www.facebook.com/YeniYazarlar

https://www.facebook.com/YYSQAX

https://www.facebook.com/groups/yenikreativ/

https://www.facebook.com/groups/VirtualAzerbaycan/


YYSİB İctimai Qurumlarla Əlaqə və Analitik İnformasiya Bölümü

Tarix: 20.10.2017 21:20 | Baxış: 134 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2017. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner