Xəbərlər » Yeni Yazarlar və Sənətçilər Qurumu » www.kitabxana.net İnternet ünvanlı Milli Virtual Kitabxanamız ilin ədəbi poralı elan edildi Milli Kulturoloji Mükafata layiq görüldü!
Bu yaxınlarda keçirilən Milli Kulturoloji Mükafatın təqdimat mərasimində bizim qlobal-kulturoloji şəbəkə zəhmətimiz də dəyərləndirildi: www.kitabxana.net İnternet ünvanlı Milli Virtual Kitabxanamız ilin ədəbi poralı elan edildi! Münsiflər heyətinin üzvlərinə, təşkilatçılara və ekspertlərə təşəkkürlərimizi bildiririk!!!
Nominasiya: "2009...-cu ilin ədəbi portalı".
Qalib: www.kitabxana.net İnternet ünvanlı Milli Virtual Kitabxana, layihə rəhbəri Aydın Xan (Əbilov)
Təqdimat: Azərbaycandilli İnternet - elektron şəbəkə resurslarının arasında xüsusi seçilərək humanitar-kulturoloji layihə kimi uğurla həyata keçirilən, www.kitabxana.net ünvanlı Milli Virtual Kitabxana olaraq yeni nəslin nümayəndələri və dünya Azərbaycanlıları arasında anadilli ədəbiyyat, milli e-kitabın təbliğindəki uğurlarına, yeni oxu, eyni zamanda yazı mədəniyyəti formalaşdırdığına görə layiq görülür.
Bütün kitabxana.net oxucularını və zəhməti olanları təbrik edirik!!!