AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) » "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir... YYSQ-nin təklifləri daxil edilib!

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı

 

http://azertag.com/jsp/shownews.jsp?id=894&cdate=2011-07-07&lang=az

 

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 7 iyul tarixli Sərəncamı ilə
təsdiq edilmişdir


1. Giriş

Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır.
Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.
Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.
Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının (bundan sonra - Dövlət Proqramı) həyata keçirilməsi zərurəti yaranmışdır.


2. Dövlət Proqramının əsas məqsədi

Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

3. Dövlət Proqramının əsas vəzifələri

Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
- gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması;
- gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi;
- gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması;
- əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması;
- dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması;
- gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi;
- gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;
- gənc ailə institutunun möhkəmləndirilməsi;
- gənclərin məlumatlılığının artırılması;
- gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi;
- gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi;
- gənclərin regionların sosial-iqtisadi və mədəni inkişafından bəhrələnməsi üçün tədbirlərin həyata keçirilməsi;
- gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi;
- gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi;
- gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi;
- gənclərin inkişafında yerli icra strukturlarının və bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin gücləndirilməsi;
- gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi;
- gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;
- gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi;
- gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması.


4. Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsi

Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin icrasını Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi əlaqələndirir. Həmin məqsədlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri cəlb edilməklə Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurası yaradılır.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Dövlət Proqramının həyata keçirilməsinə aidiyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarının, elmi tədqiqat müəssisələrinin və yaradıcılıq ittifaqlarının cəlb olunmasını təmin edir.


5. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə mənbələri

Dövlət Proqramının həyata keçirilməsi üçün əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Dövlət Proqramının həyata keçirilməsinə büdcədənkənar dövlət fondlarının vəsaitləri, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr cəlb edilə bilər.

6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

6.1. Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və infrastrukturun inkişafı
Sıra
№-si
Tədbirin adı
Məqsəd
İcra müddəti
İcraçılar
6.1.1.
Normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
Gənclərlə bağlı hüquqi tənzimlənmənin təkmilləşdirilməsi
2011-2015
Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, aidiyyəti dövlət orqanları
6.1.2.
Gənclər üçün Prezident Mükafatının təsis olunması ilə bağlı təkliflərin təqdim edilməsi

Elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin stimullaşdırılması
2011-2012
Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
6.1.3.
Bakı şəhərində Azərbaycan Gənclər Mərkəzinin yaradılması
Gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclər və onların təşkilatları üçün müvafiq xidmətlərin göstərilməsi, müxtəlif tədbirlərin keçirilməsi
2011-2013
Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti
6.1.4.
Gənclər Fondunun yaradılması
Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılması, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi
2011-2012
Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi
6.1.5.
Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda "Gənclər evi"nin yaradılması
Gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə göstərilən xidmətlərin genişləndirilməsi, onların asudə vaxtlarının təşkili və ahəngdar inkişafına şərait yaradılması
2011-2015
Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyətləri
6.1.6.
Müvafiq ixtisaslar üzrə hazırlıq aparan ali təhsil müəssisələrində gənclər üçün biznes, infor­­ma­siya texnologiyaları inkubatorlarının yaradılması
Gənclərin innovativ potensialı və təşəbbüskarlığının dəstəklənməsi, onların ölkə iqtisadiyyatında daha səmərəli iştirakının təmin edilməsi
2012-2013
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi
6.1.7.
Gənclərlə bağlı statistik məlumatların hazırlanmasının təkmilləşdirilməsi və sosioloji tədqiqatların aparılması
Gənclərlə bağlı ünvanlı, məlumatlandırılmış və multisektoral siyasətin həyata keçirilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
6.1.8.
Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması
Gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi
2011-2012
Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank
6.1.9.
Dövlət uşaq evlərindən və internatlardan ayrılmış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin münasib işlə və yaşayış sahəsi ilə təmin edil­məsi mexa­niz­minin təkmilləşdirilməsi
Kimsəsiz gənclərə dövlət qayğısının artırılması
2012
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
6.1.10.
Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının yaradıcı gənclərin isti­fa­dəsinə güzəştli şərtlərlə veril­məsi ilə bağlı təkliflərin hazır­lan­ması
Yaradıcı gənclərə dövlət dəstəyinin gücləndirilməsi
2011-2012
Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.1.11.
Gənclər üçün mənzil kooperativlərinin yaradılmasının dəstəklənməsi
Gənclərin mənzil şəraitinin yaxşılaşdırılması
2011-2015
Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyətləri
6.2. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi
6.2.1.
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi
Gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti
6.2.2.
"Virtual Qarabağ" adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması
Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının yaradılması
2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.2.3.
Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi
Qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti
6.2.4.
Hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldil­məsinə və asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbir­lərin keçirilməsi
Ordu sıralarında xidmət edən gənclərin mənəvi-psixoloji durumunun daha da yüksəldilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi
6.2.5.
Ümumi təhsil müəssisələrində çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisinin təkmilləşdirilməsi, hərbi-idman oyunlarının keyfiyyəti və kütləviliyinin artırılması, onların keçirilməsi üçün şərait yaradılması
Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin artırılması, məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, ordu sıralarında hərbi xidmətə hazırlığının yüksəldilməsi

2011-2015
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd Xidməti, yerli icra hakimiyyətləri
6.2.6.
Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması
Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, animasiya filmləri vasitəsi ilə yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinə mənəvi və psixoloji təsirin göstərilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Televiziya və Radio Şurası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyətləri
6.2.7.
Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi
Gənclərin Azərbaycanın
milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması

2011-2015
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnforma­siya Texnologiyaları Nazirliyi
6.2.8.
"Vətəni tanı" ümumrespublika intellektual interaktiv oyunlarının keçirilməsi
Gənclərin Azərbaycan haqqında geniş məlumat əldə etməyə həvəsləndirilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnforma­siya Texnologiyaları Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası
6.2.9.
Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi
Vətənpərvərlik tərbiyəsi sahəsində yeni layihənin tətbiq edilməsi
Mütəmadi
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
6.2.10.
Yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yolasalma mərasimlərinin təşkili məqsədi ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi
Çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyətləri
6.2.11.
Azərbaycan tarixini əks etdirən kompyuter oyunlarının hazırlanması
Müasir texnologiyalar vasitəsi ilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsinə virtual imkanların yaradılması
2012-2015
Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbay­can Milli Elmlər Akademiyası
6.2.12.
Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması
Vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması
2011-2015
Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyət­ləri

6.3. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı
6.3.1.
İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının yaradılması
Ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində potensialı haqqında dolğun məlumat­ın formalaşdırıl­ması, dövlət dəstəyinin ünvanlılığı və səmərəliliyinin təmin edilməsi
2011-2012
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası

6.3.2.
Gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili
Gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

6.3.3.
Regionlarda gənclərin intellektual klublarının yaradılması
Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması
2012-2015
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyətləri
6.3.4.
İstedadlı və yaradıcı gənclərin II respublika toplantısının keçirilməsi
Yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi
2012
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
6.3.5.
Beynəlxalq və respublika səviyyəli olimpiada, festival, müsabiqə və yarışlarda xüsusi nailiyyətlər əldə etmiş gənclərin mükafatlandırılması
Gənclərin təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalara marağının artırılması, istedadlı gənclərin stimullaşdırılması
Hər il
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
6.3.6.
"İstedadların hazırlığı laboratoriyası"nın təşkili və fəaliyyətinin təmin edilməsi
Gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılması
2012-2015
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
6.3.7.
Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması
Əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin edilməsi, fasiləsiz təhsil sisteminin inkişafı, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi
2012-2013
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, aidiyyəti dövlət qurumları

6.3.8.
Azərbaycanın "online fikir bankı"nın yaradılması

İnformasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi
2012-2013
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

6.3.9.
Mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, yay məktəbi, ustad dərsləri, sənətə baxış və digər tədbirlərin təşkili
Yaradıcı gənclərin təcrübə, bilik və bacarıqlarının artırılması
2011-2015
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.3.10.
Gənclərlə bağlı daha dolğun məlumatların yayılması, müasir teleradio layihələrinin hazırlanması, internet resurslarının inkişafı
Gənclərə ünvanlanmış informasiyanın müasir mövzu və formalar üzrə hazırlanması
2011-2013
Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti
6.3.11.
İnternet jurnalistikası üzrə təlimlərin təşkili
İnformasiya cəmiyyətində vacib yer tutan sahədə gənclərin bilik və bacarıqlarının artırılması, ölkə ilə bağlı zəruri məlumatların çatdırılması
2011-2015
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4. Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi
6.4.1.
Gənclər üçün əmək yarmarkalarının təşkil edilməsi
Gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsi
2012-2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4.2.
Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi
Beynəlxalq təcrübənin tətbiq edilməsi yolu ilə gənclərin məşğulluğunun təmin edilməsi
2011-2015
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4.3.
Gənclər arasın­da sahibkarlı­ğın inkişaf etdiril­­məsi, daimi yaşamaq üçün sərhəd­yanı və dağlıq ərazilərə köçən, fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə dəs­tək verilməsi ilə bağlı təkliflərin hazırlanması
Gənclərin iqtisadi fəallığının artırılması, qeyri-neft sektorunda inkişafın dəstəklənməsi və sahibkarlığın inkişaf etdirilməsi
2012-2013
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
6.4.4.
Biznes fəaliyyətinə dair intellektual yarışların və kompyuter oyunlarının keçirilməsi, yeniyetmə və gənclər arasında sahibkarlıq fəaliyyətinin nəzəri və praktiki əsasları ilə bağlı olimpiadaların və müsabiqələrin təşkil edilməsi
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün gənclərin stimullaşdırılması, onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi
2011-2015
Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4.5.
Gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların sərgilərinin keçirilməsi
Gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların və xidmətlərin geniş ictimaiyyətin diqqətinə çatdırılması
2012-2015
İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4.6.
İnternat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna kömək göstərilməsi
İnternat və uşaq evlərində yaşayan gənclərə peşə sənətlərinin öyrədilməsi, biznesin başlanğıcına dair biliklərin verilməsi və əl işlərinin satış auksionların təşkili
2012-2015
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
6.5. Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması
6.5.1.
Xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclər barəsində məlumat toplanılması və onların işlə təmin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində müvafiq bölmənin yaradılması
Xaricdə təhsil almış azərbaycanlı gənclərin potensialından səmərəli istifadə edilməsi
2011-2012
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi
6.5.2.
Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması ilə bağlı təkliflərin hazırlanması
Ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsi
2011
Nazirlər Kabineti
6.5.3.
Azərbaycan Gənclərinin VII Forumunun keçirilməsi
Forumlararası görülən işlər haqqında hesabatların ictimaiyyətə çatdırılması, dövlət gənclər siyasəti sahəsində yeni vəzifələrin müəyyən edilməsi və gənclərin onlara yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi
2014
Gənclər və İdman Nazirliyi
6.5.4.
Xarici ölkələrdə təhsil alan və işləyən gənclər haqqında məlumat bazasının yaradılması ilə bağlı təkliflərin hazırlanması
Xarici ölkələrdə olan azərbaycanlı gənclərin real potensialının müəyyən edilməsi
2011
Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi
6.5.5.
Hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi
Yerlərdə gənclərlə işin daha da canlandırılması
2012-2015
Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyətləri
6.5.6.
Dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi
Müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşması

2011-2015
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, digər aidiyyəti dövlət orqanları
6.5.7.
İlk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili
Gənclərin seçkilərdə fəal iştirakının təmin edilməsi
2013-2015
Gənclər və İdman Nazirliyi, Mərkəzi Seçki Komissiyası
6.5.8.
Gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgilərin təşkil edilməsi
Gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması
2012-2015
Gənclər və İdman Nazirliyi, digər aidiyyəti qurumlar
6.5.9.
Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi
Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramlarının imkanlarından istifadə edilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi
6.6. Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi
6.6.1.
Rayon və şəhərlərdə zərərli vərdişlərin profilaktikası ilə bağlı seminar, konfrans, treninq, sərgi, festival, müsabiqə, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsi, sosial reklam çarxlarının hazırlanması və televiziya kanallarında işıqlandırılması, teatr tamaşalarının hazırlanması, onların rayon və şəhərlərdə nümayişinin təşkil olunması
Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması
2011-2015
Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Televiziya və Radio Şurası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyəti orqanları
6.6.2.
Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi
Gənclərin sağlamlığının qorunması
Mütəmadi
Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi
6.6.3.
Sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi
Gənclərin sağlamlığının qorunmasına xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsi
Mütəmadi
Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
6.6.4.
Gənclər üçün ümumi "Qaynar xətt"in yaradılması və yüksək riskli qruplardan olan gənclərin psixoloji reabilitasiyasının təşkil edilməsi
Gənclər üçün psixoloji xidmətin təkmilləşdirilməsi, yeniyetmələrin psixoloji durumunun yaxşılaşdırılmasının təmin edilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
6.6.5.
Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması
Gənclərin hüquqlarının müdafiəsi və ailə institutunun gücləndirilməsi
2011 -2015

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.6.6.
Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi
Əvvəllər məhkum olunmuş gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi
Mütəmadi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.7. Tələbələrin elmi, mədəni fəaliyyətinin dəstəklənməsi və sosial müdafiəsi
6.7.1.
"Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması
Təhsil alan gənclərə sosial dəstəyin artırılması
2011-2012
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi
6.7.2.
Tələbə yataqxanaları sisteminin təkmilləşdirilməsi

Tələbələrin sosial-məişət problemlərinin həll edilməsi

2012-2015

Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları

6.7.3.
Ali və orta ixtisas təhsili müəssisələrində tələbə-gənclər təşkilatlarının layihə və proqramlarının dəstəklənməsi
Tələbə özünüidarəetməsinin gücləndirilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi
6.7.4.
Təhsildə və ictimai həyatda xüsusi fərqlənən tələbə gənclərə adlı təqaüdlərin verilməsi sisteminin təkmilləşdirilməsi

Təhsil alan gənclərin fəaliyyətinin stimullaşdırılması, onların təhsilə və ictimai işlərə həvəsləndirilməsi
2011-2012
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi

6.7.5.
Yay tətili müddətində ali təhsil müəssisələri tərəfindən ixtisaslar üzrə tədqiqat qruplarının yaradılması
Tələbələrin nəzəri biliklərinin praktikada tətbiq edilməsi, onların ixtisasları ilə bağlı olan sahələrlə yaxından tanış olması
2012-2015
Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
6.8. Gənclərin beynəlxalq sahədə əməkdaşlığı
6.8.1.
Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi
Beynəlxalq təşkilatların gənclər proqramlarında Azərbaycan gənclərinin təmsil olunması, həmin proqramların imkanlarından istifadə edilməsi
2011-2015
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi
6.8.2.
"Azərbaycanın Gənc Dostları" mübadilə proqramının həyata keçirilməsi
Xarici ölkələrin gənclərinə Azərbaycan həqiqətlərinin çatdırılması
2011-2015
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi
6.8.3.
Dünya Azərbaycanlı Gənclərinin II Konqresinin keçirilməsi

Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin fəaliyyətinin əlaqələndirilməsi

2013
Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi
6.8.4.
2015-ci ildə Bakının "Avropa Gənclər Paytaxtı" elan olunması məqsədilə təbliğat işinin aparılması
Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmləndirilməsi

2012-2014
Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti
6.8.5.
Xarici ölkələrin gəncləri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda müsabiqələrin keçirilməsi
Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ edilməsi

2012-2015
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi
6.8.6.
Xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumlarının keçirilməsi
Diaspor və lobbiçilik işinin təşkilində gənclərin iştirakının artırılması
2012-2015
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Neft Fondu
6.8.7.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi
Gənclərlə iş sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması
2011-2015
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi


© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

 

http://azertag.com/jsp/shownews.jsp?id=894&cdate=2011-07-07&lang=az

Tarix: 08.07.2011 14:51 | Baxış: 2276 | Müəllif: Aydın Xan ƏBİLOV | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2017. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner