AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Haqqımızda



Milli Virtual-Elektron Kitabxana -  Kulturoloji Layihə

www.kitabxana.net portalının yaraıcısı və rəhbəri
 
Milli Virtual-Elektron Kitabxananda 1-5 saniyə ərzində Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitabların elektron variantını əldə etmək mümkündür. Saytda dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələr, maraqlı, intellektual yazılar, bilginin əsas istiqamətlərini əhatə edən oxunaqlı materiallar, şəbəkə əsərləri, yazarların rəngarəng bloq - şəbəkə gündəlikləri, qeydlər, şərhlər, ən yeni ədəbiyyat nümunələri, İnternet əsərləri və b. mətnlər yer alıb. Şəbəkə resursunun əksər hissəsindən istifadə etmək pulsuzdur. Portalda, eləcə də, sizi maraqlandıran kitabların kağız və elektron daşıycılar formatında əldə etmək imkanı var, yenicə işıq üzü görmüş kitabların reklamı, PR-ı təşkil olunur. Ölkə və xarici yazılı, İnternet, on-layn KİV-dəki ən maraqlı yazıların cəmilə vaxtaşırı tanış olmaq mümkündür.
Milli və dünya Elektron Kitabxanaların ünvanları, yazarların saytları, yazılı, eləcə də elektron KİV-in şəbəkə ocaqları, daha başqa maraqlı keçidləri də məhz burada axtarıb tapmaq imkanı var...
Milli Virtual-Elektron Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...   Eyni zamanda onu da bildiririk ki, bu unikal Milli Virtual-Elektron Kitabxananın inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycanın gələcəyi baxımından inkişaf etdirmək vacibdir.
Başqa qurumlar - dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə, istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk.
www.KİTABXANA.NET portalı - şəbəkə resursu Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyinin (sədri: yazıçı-kulturoloq Aydın Xan) 2007-ci ildən həyata keçirtdiyi VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihənin bir hissəsidir. Portal YYS(Q)İB-nin Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla həyata keçirtdiyi "İnternetdə Milli Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması" Kulturoloji Layihəsi çərçivəsində yaradılıb. Milli Virtual-Elektron Kitabxananda Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitabların elektron variantını əldə etmək mümkündür.  

Yeni Yazarlar və Sənətçilər Qurumunun bank hesabı:

 

 

Yeni Yazarlar və Sənətçilər Qurumu

 

Hesab nömrəsi: (IBAN) AZ82TECI40060999442019022538
VÖEN: 1700430481

 

Bank Technique ASC

Kod: 506872

VÖEN: 9900000681

AR MB müxbir hesabı: AZ84NABZ01350100000000031944

Bankın SWIFT kodu: TECIAZ22


Əlaqə telefonları: (+99412) 418 93 58; 538 03 17; (0-50) 213 40 43; (070) 213 40 43


  Rəsmi səhifəmiz:  
 

e-mail ünvanlarımız:
 
Sosila şəbəkədə səhifələrimiz:


 Yeni Yazarlar və Sənətçilər Qurumunun Feysbuk səhifəsi:

"Yeni Yazarlar" Ədəbi-kulturoloji kursun Feysbuk səhifəsi:



   Rəsmi tərəfdaşlarımız:

 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (nazir: Azad Rəhimov)
 
 
 
 
 

Azərbaycan Yazıçılar Birliyi (Sədri: Anar)
 
 
 

 
Azərbaycan Respublikasının Prezidenti yanında 
 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Sədri: Azay Quliyev)

  http://www.cssn.gov.az 




    

  Azərbaycanlılar və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (Sədri: İlham İsmayılov)

 
 
 
 
 
Yeni Yazarar və Sənətçilər Qurumu (sədri: Aydın Xan (Əbilov))
 
 
 
 
 
 
 
Redaksiya-Ekspert Şurası: 

Anar,
Azərbaycan Yazıçılar Birliyi sədri, xalq yazıçısı
 
Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik  
 
Azay Quliyev,
Azərbaycan Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili   
 
Rasim Əliquliyev,
Azərbaycan Milli Elmlər Akademiyası İnfomasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor 


Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Ədəbiyyat üzrə Beynəlxalq Nobel mükafatı laureatı
 
Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi, YUNESKO-da rəsmi nümayəndə
 
Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru, professor, şair
 
Kamal Abdulla,
Bakı Slavyan Universitetinin rektoru, yazıçı, professor
 
Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru
 
Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü, AYB katibi, xalq yazıçısı
 
Çingiz Əlioğlu,
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, şair-tərcüməçi  

Aydın Xan (Əbilov),

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzinin rəhbəri, Kulturoloji layihənin baş əlaqələndiricisi, yazıçı-kulturoloq  

 
 Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti, İKT mütəxəssisi  
 
 Rizvan Əbilov,
YYSQ-nin Rusiya Federasiyası nümayəndəliyinin rəhbəri, iş adamı
 
Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi, şair, araşdırmaçı

 
Milli Virtual Kitabxananın Redaksiya Heyəti 


 1) Aydın Xan (Əbilov) - Layihə rəhbəri və baş əlaqələndiricisi, YYSQ sədri, Milli Virtual Kitabxananın direktoru.

2) Nurlan Quliyeva - Layihənin katibi, YYSQ İH-nin üzvü.

3) Fərhad Allahverdizadə - Layihə əlaqələndiricisi, Türkiyə və Qüzey Kıbrıs üzrə nümayəndə, YYSQ İH-nin üzvü.



 WWW.KİTABXANA.NET


 Milli Virtual Kitabxana Kulturoloji Layihənin əsas icraçıları


 1) Aydın Xan (Əbilov- Layihə rəhbəri və baş əlaqələndiricisi, YYSQ sədri, Milli Virtual Kitabxananın direktoru.

2) Zaur Qəriboğlu - Layihənin katibi, YYSQ İH-nin üzvü.

3) Fərid Hüseynov - Layihə əlaqələndiricisi və yaradıcı işlər üzrə məsul katib, YYSQ İH-nin üzvü.

4) Günay Şıxəliyeva - Layihənin texniki işlər üzrə məsul katib, KİV üzrə əlaqələndirici, YYSQ İH-nin katibi.

5) Nicat Ramazanov - İnternet və kompyuter texnologiyaları üzrə məsul şəxs, YYSQ İH-nin üzvü.

6) Fərhad Allahverdizadə - Layihə əlaqələndiricisi, Türkiyə və Qüzey Kıbrıs üzrə nümayəndə, YYSQ İH-nin üzvü.

7) Kamran Qasımov - Milli Virtual Kitabxananın Bloqlar üzrə əlaqələndiricisi, YYSQ üzvü.

8) Anar Məmmədov - İnternet və kompyuter texnologiyaları üzrə ekspert, proqramçı. 

9) Samir Cəfərov - Milli Virtual Kitabxananın texniki əlaqələndiricisi, YYSQ üzvü.

10) Orxan Ramazanov - Milli Virtual Kitabxananın assisenti, YYSQ üzvü.


Beynəlxalq nümayəndəlikləri:


1) Rusiya - Rizvan Əbilov

2) Almaniya - Kamal Bayramov

3) Türkiyə və Şimalı Kipr - Fərhad Allahverdizadə

4) ABŞ - Roman Yusifov


 Milli Virtual Kitabxana Kulturoloji  LAYİHƏNİN NÖVBƏTİ MƏRHƏLƏSİ


1. Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual  Kitabxanasının, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması” Kulturoloji - Mədəniyyət Layihəsi

 

2. “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual  Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə 


3. Portalın xüsusi yeni bölümü:  “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq..." adlı kulturoloji-innovativ layihə çərçivəsində elektron nəşrlər hazırlanır və şəbəkədə yayımlanır. Çıxışçı xüsusi vurğuladı ki, kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır... 


Bu hissələrini maliyyələşdirən dövlət qurumu:


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 


4) “Yeniyetmə və gənclər üçün Virtual İnternet Kitabxanasının yaradılması” Kulturoloji - İnnovativ Layihə...

5) “Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyəti” adlı layihə.


Bu hissələrini maliyyələşdirən dövlət qurumu:


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 


5)  "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin inkişafı" altbölümü) kulturoloji-innovativ layihə 



Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

Azərbaycan Respublikası Prezidenti  (layihə başlayanda isə Gənclər və İdman Nazirliyi) yanında 
Azərbaycan Gənclər Fondu

http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər Qurumu barədə geniş məlumatlar


1.1.

QHT-nin adı

Yeni Yazarlar və Sənətçilər Qurumu

1.2.

Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi

N1086 (AR Ədliyyə Nazirliyi, 24.02.1999)

1.3.

VÖEN

1700430481

1.4.

Bank rekvizitləri

 Yeni Yazarlar və Sənətçilər Qurumunun bank hesabı:

 Yeni Yazarlar və Sənətçilər Qurumu

 Hesab nömrəsi: (IBAN) AZ82TECI40060999442019022538

VÖEN: 1700430481

 

Bank Technique ASC

Kod: 506872

VÖEN: 9900000681

AR MB müxbir hesabı: AZ84NABZ01350100000000031944

Bankın SWIFT kodu: TECIAZ22

1.5.

QHT-nin faktiki poçt ünvanı və indeksi

331-ci otaq, 9 mərtəbə, Mətbuat pr., 529-cu məhəllə, Bakı şəhəri, Az 1073, Azərbaycan Respublikası

1.6.

QHT rəhbərinin soyadı, adı və atasının adı

Əbilov Aydın Əhməd oğlu (Aydın Xan)

 

·      QHT rəhbərinin iş telefonu / faks

(+99412) 418 93 58, (+99412) 538 03 17

 

·      QHT rəhbərinin telefonu

(+99412) 418 93 58

 

·      QHT rəhbərinin mobil telefonu

(+99450) 213 40 43, (+99470) 213 40 43

 

·      QHT rəhbərinin elektron poçt ünvanı

xanaydin@gmail.com aydinxan@mail.ru   

1.



 

2.     QHT haqqında məlumat

2.1.

QHT-nin yaranma tarixi

YYSQ 1998-ci ildə yaradılıb, həmin il təsis qurultayını keçirib.

2.2.

QHT-nin dövlət qeydiyyatı tarixi

AR Ədliyyə Nazirliyi, 24.02.1999 (N1086)

2.3.

QHT-nin hüquqi ünvanı

4 mərtəbə, Xaqani küçəsi 25, Bakı şəhəri, Az 1073, Azərbaycan Respublikası

2.4.

QHT-nin təsisçiləri (Soyadı, adı və atasının adını, işlədiyi yeri göstərin)

 Əbilov Aydın Əhməd oğlu, Yeni Yazarlar və Sənətçilər Qurumunu sədri, yazıçı-kulturoloq

2.5.

QHT-nin əsas fəaliyyət istiqaməti (missiyası)

Mədəniyyət və ədəbiyyat hadisələrinin təşkili, Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b. 

Təşkilat 11 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. Səkkiz dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirmiş, 5 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” Layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı “Virtual Hiper Elektron Kitabxana - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi” İnternet portalı yaradılıb və fəaliyyət göstərir.

2.6.

QHT-nin məqsədi

YYSQ-nin əsas fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSQ fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir,  hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyatla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.    

2.7.

QHT-nin əsas tərəfdaşları

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, AR Gənclər Təşkilatları Milli Şurası, M.F.Axundov adına Milli Kitabxana, ARGİN yanında İctimai Şura və b.

2.8.

QHT-nin üzv olduğu yerli koalisiyalar

Milli QHT Forumu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində fəaliyyət göstərən İctimai Şura.

2.9.

QHT-nin üzv olduğu beynəlxalq qurumlar

“GUAM-PEN” GUAM Ölkələri Yazıçıları Şəbəkəsi, Türk Dünyası Gənclər Təşkilatları Birliyi, İslam Ölkələri Təşkilatının Gənclər Platforması.

2.10.

QHT-nin üzvlərinin sayı

175 (aktiv 40 nəfər)   

2.11.

QHT-nin ofis imkanları (şəxsi mənzildə, özəl və ya icarə olmasını göstərin)

(şəxsi mənzildə və qismən iş yerində, AYB-də)

2.12.

QHT-nin texniki imkanları

(ofis və kompüter texnikasının sayını göstərin)

Kompyuter dəsti (2 ədəd), noutbuk (2 ədəd), şəhər telefonu (1 ədəd), faks (1 ədəd), printer (2 ədəd), mobil telefon (2 ədəd), İnternet bağlantısı və b.

2.13.

QHT-nin strukturu

Təşkilatın üzvləri yaradıcı insanlar – yazıçılar, şairlər, jurnalistlər, publisistlər, tənqidçilər, tərcüməçilər, filoloqlar, sənətin müxtəlif sahələrinin adamları və sadə ədəbiyyatsevər şəxslərdən ibarətdir. 

YYSQ-nin icraedici orqanı: sədr və 7 nəfərlik İdarə Heyəti, qanunverici orqan: 9 nəfərlik Məclis, nəzarətedici orqan: 3 nəfərlik Mərkəzi Nəzarət-Təftiş Komissiyası

2.14.

QHT-nin regional şöbələri, beynəlxalq əlaqələri

Respublikanın əsas 6 bölgəsində (Sumqayıt, Quba, Cəlilabad, Lənkəran, Gəncə, Naxçıvan), habelə Rusiya, Almaniya, Türkiyə və Şimalı Kipr, ABŞ üzrə nümayəndəlikləri fəaliyyət göstərir. Daha geniş məlumatlar bu saytlarda: www.kitabxana.net,

Yeni Yazarlar və Sənətçilər Qurumunun Feysbuk səhifəsi: https://www.facebook.com/YYSQAX

"Yeni Yazarlar" Ədəbi-kulturoloji kursun Feysbuk səhifəsi: https://www.facebook.com/YeniYazarlar

https://www.facebook.com/groups/120978471181

https://www.facebook.com/groups/422287561144095


  YYSQ-nin SON İLLƏRDƏ HƏYATA KEÇİRDİYİ LAYİHƏLƏR

    

Layihənin adı

Həyata keçirilmə müddəti

Donoru

1 - 4

www.kitabxana.net 

 

Milli Virtual Kitabxana

 

Bakı şəhəri 2010-2012 (II, III və V mərhələ)

 

Bakı şəhəri 2012 (IV mərhələ)

 

 

6 ay

 

6 ay

 

 

6 ay

 

Bakı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (I , II, III və V mərhələ).

AR Gənclər və İdman Nazirliyi (IV mərhələ).

AR Mədəniyyət və Turizm Nazirliyi, AYB.

5

“Azərbaycan – Ümumi Evimiz və İrsimiz” ədəbi layihə

1 il

Bakı

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu. “Sənət və mədəniyyət” Şəbəkə proqramı, Budapeşt

6

XII Bakı Kitab Bayramı,

Bakı şəhəri 01 mart- 31 iyul 2012

(Hər il keçirilən Ümumrespublika Kulturoloji tədbirlər silsiləsi)

5 ay

Bakı

AR Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, AYB, “Təhsil” nəşriyyatı və b.

 

7

“Azərbaycan: müxtəlif mədəniyyətlərin birləşdiyi Ümumi Evimiz” Kulturoloji Layihə

4 ay

 

Bakı və bölgələr

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

8

Azərbaycan Yazıçılar Birliyi ilə birgə 3 yazarın kitablarının nəşri

6 ay

Bakı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

9-11

I- IX, X və XI Bakı Kitab Bayramları,

Bakı şəhəri 01 mart- 31 avqust 2011

(Hər il keçirilən Ümumrespublika Kulturoloji tədbirlər silsiləsi)

 

 

5 ay

 

5 ay

 

4 ay

 

Bakı, Sumqayıt, bölgələr,

Rusiya

Türkiyə

Şimali Kipr

AR Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, AYB, “Təhsil” nəşriyyatı və b.

12

“Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual  Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə. Bakı şəhəri - 2011

5 ay

 

Bakı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

13-15

Ədəbi saytların yaradılması:

1)      www.firuza.net  və www.firuza.az 

2)      www.fikretsadıq.az

3)      www.simuzer.az

Bakı şəhəri,  2011 - 2012

12 il

4 ay

4 ay

 

Bakı

AYB,

YYSQ

Milli Virtual Kitabxana

16

“Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq. Kulturoloji-şəbəkə Layihəsi. Bakı şəhəri - 2012

6 ay

 

Bakı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası


2. PROBLEMİN TƏSVİRİ

Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində ədəbiyyat və intellektual sərvətlər – kitab və əsərlərin rəqəmsal formata salınaraq qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Respublikamızda bu sahədə işlər aparılsa da, zamanın tələbləri səviyyəsində hələ də bir sıra problemlər öz həllini tapmamışdır. Yaşlı və yeni nəslin yaratdığı estetik-intellektul əsərlər İnternetdə yerləşdirilsə də, orta nəslə mənsub milli yazıçı və şairlər bu məsələdə böyük çətinliklərlə qarşılaşıblar. Orta ədəbi nəsilin nümayəndələrinin çoxu hələ də kompyuter və yeni İKT vasitələrindən yaralana bilmir. Eləcə də Azərbaycan daxilində və xaricdə yaşayanoxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq, fərqli – yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər. Araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qism gənclər kompyuter və İnternet bilgilərinə yiyələnsə də, milli İnternet – qlobal və lokal informasiya-şəbəkə resurslarımızın azlığı, Azərbaycan dilində gənclərə, yeniyetmələrə ünvanlanmış İnternet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi və zəif inkişaf etməsi, eləcə də elektron – Virtual Kitabxanaların, pulsuz bloq – sayt imkanlarının yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, yeni nəslin nümayəndələri İnternetdən yalnız əyləncə vasitəsi, çox hallarda isə erotik, bəzən isə pornoqrafiya, zorrakılığı təbliğ edən materialları asanca əldə etmək imkanı kimi yararlanırlar.


2. LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Respublikamızda “Elektron hökümət”, “Elektron məktəb”, “Elektron Kitabxana” kimi innovativ proqramlar həyata keçirilməsiylə bağlı dövlət proqramları, genişmiqyaslı planlar isə hələ ki, lazımi səviyyədə həyata keçirilməmiş olaraq qalır. Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti arzuolunan səviyyəyə çatmayıb, elektron kitablar, yeni nəslə ünvanlanmış saytları, şəbəkə resursları, İnternetdə milli və bilgili resurslar, həmçinin  təhsil və təlimin səmərəliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. İnternet istifadəçilərimizin elektron poçt, elektron gündəlik – bloq, Virtual Kitabxana, Şəbəkə etikası, İnternet mədəniyyəti, yeni e-oxu və e-yazı vərdişləri, şəbəkə ədəbiyyatı, elektron və audio (səsli) kitablar, televiziya və radio verilişləri, gənclərə ünvanlanmış xəbər və əyləncə - İnternet sayt və mətbuat sahələrindəki boşluqlar isə artıq böyük problemə çevrilmiş, çağdaş humanitar-mədəni düşüncəmizdə - təhsil və yeni nəslin formalaşmasında qlobal böhran səviyyəsinə çatmışdır. Hələ üstəlik də Azərbaycanın daxilində və xaricdə yaşayan gənclər arasında asan, ucuz başa gələn yeni ünsiyyət vasitəsi kimi İnternet – yeni informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifçiliyə kəskin ehtiyac duyulmaqdadır.    

Azərbaycan Respublikasında, eləcə də xaricdə yaşayan azərbaycanlı uşaq və yeniyetmələr üçün www.kitabxana.net şəbəkə ünvanlı Elektron İnternet Portalı – Milli Virtual Kitabxana yaratsaq da, onun durmadan zənginləşdirilməsi, inkişaf etdirilməsinə, yeni ədəbiyyat və kitabların rəqəmsal formatlara salınıb orada yerləşdirilməsinə böyük zərurət duyulmaqdadır. Yeniyetmə və gənclərin mənəvi-estetik dünyagörüşlərini formalaşmasından ötrü İnternetdə e-kitablar hazırlanmalı, xüsusən də nisbətən qayğıdan uzaq düşmüş yorta nəsil yazarlar və şairlərin yaratmış olduğu yeni əsərlərin e-variantı hazırlanmalı, qlobal informasiya şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilməlidir. 

Bu məqsədlə çağdaş oxuculara – ölkəmizdə və ə dünyada yaşayan soydaşlarımıza ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat və kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri İnternet resursları vasitəsilə çatdırılmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarımızı zənginləşdirmək, oraya girişlərin sayını artırmaq fikrindəyik. 

İnternet resursunda – Milli Virtual Kitabxanada orta nəsil yazarların dəyərli ədəbiyyat nümunələrini yerləşdirilir; bu yaradıcı nəslin nümayəndləri üçün bloq sistemi hazırlanır, onları anadilli İnternet resurslarını zənginləşdirməyə həvəsləndirilir, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmağı öyrədilir; yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılanır; milli, anadilli İnternet – şəbəkə resurslarımızın zənginləşdirilir;  orta nəsil, eləcə də yeniyetmə və gənclərin yazdıqları əsərləri İnternet səhifələr – bloqlar formasında nəşrə hazırlanır və şəbəkər resursunda yerləşdirilir; milli-mənəvi dəyərlərinin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gəncləri həvəsləndirilir, bir araya gəlməsinə çalışılır, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verilir və b. 

Yeni kompyuter texnologiyalarla işləmək, fərqli – İnternetdəki şəbəkə resurslarından oxumaq, elektron yazı mədəniyyətinə yiyələnmək, ana dilimizdə gənclərəyönəli milli internet resursları ilə təmin etmək, dünya Azərbaycan İnternet-şəbəkə istifadəçiləri üçün Milli Virtual Kitabxananı zənginləşdirmək, onların elektron gündəliklərini – bloq portalını yaratmaq, elektron rəqəmsal kitabları nəşrə hazırlamaq, mobil rabitə vasitələrindən – e-kağız və e-kitablardan yararlanaraq ciddi əsərləri, elmi mətnləri mütaliə etmək, İnternet yazı müsabiqələrinin təşkili və başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclərin, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşlarımızın yarısından çoxunda Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, Azərbaycançılıq məfkürəsinə marağı gücləndirmək, eyni zamanda, gənc nəslin Qlobal İnformasiya Şəbəkəsində “Virtual Azərbaycan”ı qurmaqda iştirakını təmin etməkdir.      

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bütün bu ağrılı problemləri nəzərə alıb ölkəmizdə İnternetləşməklə bağlı çoxsaylı sənədlərə imza atıb.  Bu problemləri öyrənmək, хalqımızın milli-mədəni dəyərlərinin  geniş ictimai sferada təbliği, təhsilə, elmə, yeni texnologi biliklərə, gənc nəslin sivil inkişafına səy göstərməkdən, eləcə də qlobal, xalqların inteqrasiyyaya meylinin güclü olduğu bir çağda dünyada millətimizin başqa xalqlardan geri qalmamasından ötrü bir gün də vaxt itirmədən yuxarıda sadalanan problemlərin həlli istiqamətində ciddi addımlar atmaq lazımdır. Hər hansı bir dövlətin – millətin sivilinkişafının bir ölçüsü də onun ərazisində yaşayan insanların çağdaş dünya dəyərlərinə olan münasibətidir. Bu mənada biz Avropa ölkələrinə çatmaq istiqamətində çox işlər görməliyik. İlk addımlardan biri kimi isə cəmiyyətimizin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən, dünya gəncləri arasında innovativ-şəbəkə rabitə vasitəsinə çevirilə biləcək milli İnternet resursunu yaratmaq və zənginləşdirmək sadalanan problemin həllində ciddi addımlardan biri olacaq.  


3. LAYİHƏDƏN FAYDALANANLAR 

Azərbaycan Respublikasında, eləcə də xaricdə yaşayan internet istifadəçiləri, müxtəlif nəsil, xüsusən də orta nəsil yazıçı və şairlər, ədəbiyyatçılar, kulturoloqlar, mədəniyyət sahəsinin mütəxəsisləri, İnternet istifadəçiləri, jurnalistlər, tələbələr, KİV, kitabxanaçılar, dilçilər, filoloqlar, uşaq ədəbiyyatı mütəxəsisləri, xalqşünaslar, sosioloqlar, siyasətçilər və b.

YYSQ-nin mədəniyyət, ədəbiyyat və kitabla, Internet texnologiyaları, şəbəkə resursları, elektron kitabxanalarla bağlı apardığı illik sorğu və monitorinqlərin nəticələrindən, eləcə də saytımıza və elektron ünvanlarımıza gələn müraciət, istək və təkliflərdən, təşkilatımız tərəfindən hazırlanaraq ictimai müzakirə və istifadəyə verdiyimiz  www.kitabxana.net ünvanlı Virtual Elektron Kitabxanadan 6 ay ərzində 300 000 yaxın İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirmişik ki, oxucular, xüsusən də müasir gənclik yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından – Elektron Kitabxanadan almaq istəyir. Bir kitabın tirajı 1000 ədədi keçmədiyi bir zəmanədə saysız-hesabsız insanın yararlana biləcəyi e-kitablar məcmusu kimi gördüyümüz İnternetdə Milli Virtual Kitabxananın dəyərini izah etməyə ehtiyac yoxdur.


4. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ 

Azərbaycanın hər yerində, Bakı şəhəri, eləcə də İnternet vasitəsi ilə soydaşlarımızın yaşadığı əksər dünya ölkələri.


6. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR


1) Layihədə çalışanların müsabiqə yolu ilə seçilməsi. 

2) Bəzi yeni texniki avadanlıqların əldə edilməsi;

3) Əsərlərin toplanması, tədqiqi, tərcüməsi, redaktəsi, nəşrə hazırlanması.

4) Azərbaycandilli  ədəbiyyat - intellektual resursunun - portalın, Elektron Kitabxananın, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi və əlavə bölmələrinin hazırlanması, genişləndirilməsi.

5) İnternet portalının genişləndirilməsi, əlavə proqramının yazılması, materialların elektron variantlarının hazırlanması, kitabların rəqəmsal formatda şəbəkə üçün hazırlanması, davamlı zənginləşdirilməsi.

6) Orta nəsil yazarların əsərlərindən ibarət yeni resursun yaradılması, elektron kitabların hazırlanması.

7) Kitabxananın və başqa elektron daşıyıcıların təqdimat mərasiminin təşkili, Virtual Kitabxananın ölkə daxilində və xaricdə təbliği.

8) Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması.

9) Layihənin monitorinqini və nəticələrini qiymətləndirilməsi.

Sonuncu mərhələ kimi  kitablarınn elektron versiyası hazırlanır ki, bu layihə bitdikdən sonra gerçəkləşdirilir və saytın hazırlanması yerli resurslar hesabına gerçəkləkləşdiriləcəkdir.  


5. LAYİHƏNİN İCRA MÜDDƏTİ VƏ İCRA PLANI  

Əsas mərhələ:  5 ay (ayrıca səhifədə əlavə edilir)


8. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Layihə orta nəsil yazıçı və şairlərin yaradıcılığının geniş cəmiyyətə tanıdılması, ölkə daxilində və xaricdə təbliği,  Azərbaycan ictimaiyyətinin, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, Virtual Kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, şəbəkədən istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq. Yeni ədəbiyyatın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, yeni nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq, Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial elektron şəbəkəsinin yaradılmasına təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə ədəbiyyatı nümunələri yaranmasına şərait yaradacaq, yazıçılarımızı dəyərli ədəbiyyat, poeziya, bilgili əsərlərin yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyətini formalaşdıracaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq, bunu həm kitab, həm həm də veb-sayt vasitəsilə ediləcəkdir. Eyni zamanda bu Kulturoloji Layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlı oxucuları  bir ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir. 


9. LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI

Nəzərdə tutulan İnternet portalı – Virtual Kitabxana genişləndiriləndən sonra Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə layihədə yaradıcı-texniki əməyi olan şəxsləri, tənqidçi və ədəbiyyatşünasların, kitabхana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunduğu mətbuat konfransı və təqdimat mərasimi keçiriləcək, ədəbi resurs geniş ictimaiyyətə təqdim olunacaq, M.F.Aхundov  adına Milli Kitabхanaya (ölkənin ən böyük kitab saхlanğıcısına), Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin şəbəkələrində yaymadan ötrü, həmçinin Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat institutlarının, Azərbaycan Pedaqoji Universitetinin kitabхanalarına, xarici ölkələrin Bakıdakı səfirliklərinə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarına, Azərbaycanın xarici ölkələrdəki elçiliklərinə, diaspora qurumlarına layihə barədə geniş elektron məlumatlar veriləcəkdir. Eyni zamanda mətbuat işçilərinə və ədəbiyyat mütəхəssislərə paylanacaqdır ki, bu da layihənin həm peşəkar ədəbi, həm ictimai tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradacaqdır.

Gələcəkdə elmin və ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək Portallar yaradılacaq, Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Layihənin sonrakı mərhələsində şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələri portalda xüsusi yer ayrlacaq. Sonuncu mərhələ kimi  kitablarınn elektron versiyası hazırlanır ki, bu layihə bitdikdən sonra gerçəkləşdirilir və saytın hazırlanması yerli resurslar hesabına gerçəkləkləşdirilir. Gənclər sektoru, müxtəlif nəsil gəncləri, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq, Azərbaycan haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.


10. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLIĞI

Layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də YYSQ-nin saytında yerləşdiriləcək. Milli QHT Forumu, ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, AR Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil Nazirliyi, AR Diaspora Komitəsi, AYB kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.

Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multimədəniyyəti geniş yayılmasına səbəb olacaq.

Televiziyada və mətbuatda («525-ci qəzet», “Alma”, “Proloq”, “Yazar” və «Eхo» kimi ölkənin ən böyük mətbu orqanlarında, “Space” TV,  İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında) Kulturoloji layihə, Elektron Şəbəkə Resursu, Virtual Kİtabxana haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

Faydalı məlumat, bildirişlər 

 

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi Kulturoloji layihə: Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-Akademiya


www.Facebook.com sosial şəbəkəsində qrupumuzu bəyənib izləyin:

© 2009-2017. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner