Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Sahilsiz dəniz". Cənubi Azərbaycanda Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olan, Edinburq Universitetinin Şərqşünaslıq İnstitutunda və dünyanın bir sıra ali məktəblərində məruzələr edən şairdən poetik kitab...

Müəllif:

Qulamrza Səbri Təbrizi


Kateqoriya:

Mühacir və diaspor



Qısa Təsvir:

 


Baxış sayı: 3758
    
    


Qulamrza Səbri Təbrizi


"Sahilsiz dəniz"



Səbri Təbrizi Qulamrza Hacı Məhəmmədəli oğlu - ədəbiyyatşünas
Cənubi Azərbaycanda anadan olub. 1953-1958-ci illərdə Təbriz Universitetinin fars, ingilis dili və pedaqogika fakültəsində təhsil alıb. Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olaraq, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Həmin müddətdə Edinburq Universitetinin Şərqşünaslıq İnstitutunda və dünyanın bir sıra ali məktəblərində məruzələr edib. İran İslam inqilabı dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirirb. 1978-1995-ci illərdə dindarların təqibinə məruz qalaraq, Böyük Britaniyaya qayıdıb və burada televiziya şirkətlərində icmalçı olub. 1989-1990-cı illərdə Məhəmmad Mahmudla türk və fars dillərində "Odlar ölkəsi" adlı aylıq qəzet nəşr etdirib. Edinburq Universitetində akademik məsləhətçi olub. Azərbaycan Dövlət Dillər İnstitutunun fəxri professoru seçilib.
2001-ci ildə Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış edərək, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilib.

Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də Cənubi Azərbaycanda Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Burada ibtidai dini məktəbi (1940-1944), sonra Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir (1944-1953). Təbriz Universitetinin fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir (1953-1958). Tələbəlik dövrü orta məktəblərdə müəllimliklə yanaşı, Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olmuşdur (1956-1958). İstanbul şəhərində Bayazid Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsinə magistr qəbul edilmişdir (1958). London Universitetinin Kinqs kollecində magistrliyi başa vurmuşdur (1959-1963). London BBC (Bi-Bi-Si) radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir (1960-1963). Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır (1963-1969). Bu müddətdə Edinburq Universitetinin Şərqşünaslıq İnstitutunda, eləcə də dünyanın bir sıra ali məktəblərində məruzələrlə çıxış etmişdir. İran İslam inqilabı dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirmişdir. Din xadimlərinin təqibinə məruz qaldığından Böyük Britaniyaya qayıtmış, burada televiziya şirkətlərində icmalçı olmuşdur (1978-1995). Məhəmmads Mahmudla türk və fars dillərində "Odlar ölkəsi" adlı aylıq qəzet nəşr etdirmişdir (1989-1990). Edinburq Universitetində akademik məsləhətçi olmuşdur (1995). Azərbaycan Dövlət Dillər İnstitutunun fəxri professoru seçilmişdir (1997). Azərbaycanın ali məktəblərində XIX-XX əsrlər ingilis ədəbiyyatı, Şekspir və Bleykin yaradıcılığı mövzusunda mühazirələr oxumuşdur (1997-2003). Bədii yaradıcılığa tələbəlik dövründən başlamışdır. Elmi-kütləvi məqalələri, şeirləri, müsahibələri ingilis, türk, rumın dillərində də çap olunmuşdur. London və Nyu-Yorkda "Vilyam Bleyk cənnəti və cəhənnəmi" (1973) monoqrafiyası, burda və Nyu-Yorkda "İran: bir uşağın xatirəsi, böyüyün xatirəsi" (1989) kitabı ingilis dilində çap olunmuşdur. Dünya Azərbaycanlıları Konqresinin Malmo şəhərində keçirilən V qurultayının iştirakçısıdır (2001). Həmin il Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış etmiş, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilmişdir. Kipr, Balkanlar və Avrasiya Türk Ədəbiyyat Qurumunun Türk dilinə xidmət ödülünə layiq görülmüşdür (2003).

Əsərləri

•Vətən həsrəti. Bakı: BDU nəşri, 1993, 39 səh.
•Mənim iki dünyam. Bakı: Səda, 1997, 110 səh.
•Fikir dalğaları. Bakı: Şirvannəşr, 1997, 109 səh.
•Həyat fəlsəfəsi. Bakı: Şirvannəşr, 1997,108 səh.
•Baxışlar, düşüncələr, arzular. Bakı: Şirvannəşr, 212 səh.
•Sönməz ocaq. Bakı: Şirvannəşr, 2001, 172 səh.
•Seçmə şerlər. Bakı: Şirvannəşr, 2002, 252 səh.
•Ümid çırağı. Bakı: Şirvannəşr, 2002,160 səh.
•Qürbət harayı. Bakı: Azərnəşr, 2003, 220 səh.