Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Mуьзеффер Меликмамедов. "Касар" (Поэмаяр). Müzəffər Məlikməmmədov. "Kasar" (Poemalar. Ləzgi dillində). Kitabda tanınmış şair-publisist, iki dildə - Azərbaycan və ləzgicə yazıb-yaradan Müzəffər Məlikməmmədovun poemaları toplanıb.

Müəllif:

Müzəffər Məlikməmmədov


Kateqoriya:

Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği



Qısa Təsvir:

Mуьзеффер Меликмамедов. "Касар" (Поэмаяр). Müzəffər Məlikməmmədov. "Kasar" (Poemalar. Ləzgi dillində). Kitabda tanınmış şair-publisist, iki dildə - Azərbaycan və ləzgicə yazıb-yaradan Müzəffər Məlikməmmədovun poemaları toplanıb. Azərbaycanın yerli xalqlarından sayılan ləzgilərin ana dilində qələmə alınan bu lirik-epik əsərlər dilçilər, etnoqraflar, kulturoloqlar, sivilizasiyaşünaslar, ədəbiyyatçılar üçün maraqlı kitab sayıla bilər. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.


Baxış sayı: 2640
    
    


www.kitabxana.net

 

Milli Virtual Kitabxananın təqdimatında

 

“Azərbaycan xalqlarının ədəbiyyatı” e-antologiyası: Ləzgi ədəbiyyatı və kitabı. 08-02 (128 – 2013)

 

Ləzgi ədəbiyyatı və kitabı: kreativ-elmi kitablar


Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun hazırladığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2013-cü ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş və bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-innovativ layihəsi çərçivəsində    http://www.kitabxana.net  - Milli Virtual Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.


Elektron Kitab N 08-02 (128 – 2013)


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib:


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası


http://cssn.gov.az/

 

Ləzgi ədəbiyyatı və kitabı

 

Mуьзеффер Меликмамедов


Касар


(Поэмаяр)


Müzəffər Məlikməmmədov


"Kasar"


(Poemalar)


Ləzgi dilində


Kitabda tanınmış şair-publisist, iki dildə - Azərbaycan və ləzgicə yazıb-yaradan Müzəffər Məlikməmmədovun poemaları toplanıb. Azərbaycanın yerli xalqlarından sayılan ləzgilərin ana dilində qələmə alınan bu lirik-epik əsərlər dilçilər, etnoqraflar, kulturoloqlar, sivilizasiyaşünaslar, ədəbiyyatçılar üçün maraqlı kitab sayıla bilər. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

 

                              YYSQ - Milli Virtual Kitabxananın e-nəşri 08-02 (128 – 2013).


Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq

 

Müəllifin başqa kitabı burada:

 

http://www.kitabxana.net/?oper=readBook&id=1851 

 

“Azərbaycan xalqlarının ədəbiyyatı” e-antologiyası silsiləsindən olan e-kitablarla buradan tanış olun:

 

http://www.kitabxana.net/?oper=e_kitabxana&cat=11

.



Müzəffər Məlikməmmədov

Məşhur jurnalist, şair, tədqiqatçı Müzəffər Nizam oğlu Məlikməmmədov 1948-ci ilin iyulun 25- də Quba rayonunun Digah kəndində anadan olmuşdur. Quba şəhər 4 saylı internat məktəbini fərqlənmə ilə bitirib, “Qızıl Qusar” qəzeti redaksiyasında əmək fəaliyyətinə başlamışdır. Bir müddət burada işlədikdən sonra Sovet Ordusu sıralarında xidmət etmiş, Leninqrad hərbi müxbirlər məktəbinə oxumağa göndərilmişdir. 1968-1970-ci illərdə “Sovetskiy moryak”, “Krasnaya zvezda” və digər hərbi qəzetlərdə çoxlu sayda məqalələri dərc olunmuş M.Məlikməmmədov “Leninqrad hərbi dairəsinin ən yaxşı müxbiri” adına layiq görülmüşdür. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən əla təhsilinə görə C.Cabbarlı adına təqaüdə layiq görülmüş, universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində işə göndərilmişdir. Burada o, nəzmlə yazılmış felyetonları ilə tanınmışdır. M.Məlikməmmədov jumalistikada reyd janrını inkişaf etdirmişdir. 1983-cü ildə onun xalq nəzarəti məsələlərinə həsr olunmuş “Qəzet və xalq nəzarəti” kitabı 10 min nüsxə tirajla çap olunmuşdur.
M.Məlikməmmədov 1810-1840 və 1918-1930-cu illərdə Quba qəzasında baş vermiş hadisələri tədqiq edərək, rus müstəmləkəçilərinin və erməni daşnaklarının əleyhinə döyüşmüş neçə-neçə ləzgi qəhrəmanını üzə çıxarmışdır. Bu axtarışlarm nəticəsi olaraq o, ləzgi dilində “Quba iğtişaşı” və Azərbaycan dilində “Qanlı dərə” kitablarını oxuculara çatdırmışdır. M.Məlikməmmədovun “Qızıl Qusar”, “Sovetskiy moryak”, “Sovet kəndi”, “Həyat”, “Bərəkət”, “Alpan” qəzetlərində müxbir, baş müxbir, şöbə müdiri, redaktor müavini, redaktor, həmçinin “Samur” qəzetində redaktor müavini vəzifələrində çalışdığı illərdə ləzgi, Azərbaycan və rus dillərində 7500-dən çox məqalələri, oçerkləri, esseləri, reportajları, korrespondensiyaları, felyetonları, zarisovkaları, reydləri və informasiyaları dərc olunmuşdur. Jurnalistika sahəsində qazandığı uğurlara görə Müzəffər Məlikməmmədov 2 medala, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatına, Azərbaycan KİVHİ-nin “Araz” ali ədəbi mükafatına layiq görülmüşdür.
1999-2004-cü illərdə M.Məlikməmmədov Dağıstan Dövlət Universitetinin Bakı fılialında Dağıstan fılologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır. Müzəffər Məlikməmmədov Azərbaycan və ləzgi dillərində işıq üzü görmüş 14 kitabın müəllifıdir. Onun Azərbaycan dilində qələmə aldığı “İgid ömrü”, “Gecə işığı”, “Xaçmaz zəfər gözləyir”, “Polkovnikin andı”, “Qanlı dərə” və digər kitabları, həmçinin ləzgicə çıxmış “Bənövşə kimi bitərəm”, “Sevgilimə 200 mahnı”, “Quba iğtişaşı”, “Kasar” və başqa kitabları oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. “Adın ləzgidirsə...” kitabı ilə o, ləzgi ədəbiyyatında esse janrının əsasını qoymuşdur. M.Məlikməmmədov ləzgi dilçiliyi məsələləri ilə də yaxından məşğul olur. Onun bu sahəyə dair 140-dan çox məqaləsi işıq üzü görmüşdür. 2008-ci ildə çap etdirdiyi “Ləzgi dilləri” kitabında ləzgi, tabasaran, buduq, xınalıq və qrız dillərini müqayisəli tədqiq edən M.Məlikməmmədova Dağıstan Dövlət Universiteti tərəfmdən bu mövzuda dissertasiya müdafıə etmək təklif olunmuşdur.
M.Məlikməmmədovun şeir və poemaları Dağıstanda və Azərbaycanda bir neçə dilə tərcümə olunmuşdur. Azərbaycanın tanınmış şairi Kələntər Kələntərli onun “Arağıstan” poemasıın ləzgicədən azərbaycancaya çevirmişdir. Məşhur ləzgi yazıçısı Rasim Hacı “Dənizlərdəki ləzgilər” povestini Müzəffərə ithaf etmişdir. Gənc alim Gülbəs Aslanxanova 2008-ci ildə M.Məlikməmmədovun həyat və yaradıcılığına həsr etdiyi “Böyük ləzgi” kitabını çapdan buraxmışdır.