Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Demokratiya: gediləsi uzun bir yol... Demokratiya və antidemokratiya antologiyası e.ə.430 - b.e.1998. Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil: o, hər hansı uydurma dramdan qat-qat dramatikdir.

Müəllif:

Bələdçi


Kateqoriya:

Hüqüq ədəbiyyatı və demokratiya



Qısa Təsvir:

Demokratiya: gediləsi uzun bir yol... Demokratiya və antidemokratiya antologiyası e.ə.430 - b.e.1998. Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir. Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.


Baxış sayı: 2962
    
    



Demokratiya: gediləsi uzun bir yol...


Demokratiya və antidemokratiya antologiyası e.ə.430 - b.e.1998


Tərtib edəni: Hikmət Hacızadə


Ədəbi redaktor: Ədalət Tahirzadə;

Azərbaycan türkcəsinə çevirənlər: Akif Nağı, Natiq Səfərov,

Vaqif Əlixanlı, Nəsir Əhmədli, Ədalət Tahirzadə, Arif Tağıyev, Rəsat Həsənov

Bilqisayar təminatı: Vəfadar Farizoğlu, Etibar Axundov

Bilgisayar operatoru: Nəzakət Muradova; Rəssamı: Ədnan Hacızadə

Korrektoru: Kəmalə Cəfərova


İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (FAR CENTRE), Bakı, 2001, ©2001 Hikmət Hacızadə


Biz bu kitabda iki min ildən də çox müddət ərzində ədalətli dövlət quruluşu və dövlətin insanla qarşılıqlı münasibətləri haqqında gedən mübahisələrdən qopmuş başlıca ideya­ları təqdim etməyə çalışmışıq. Antologiyada bəşər tari­xi­nin ən böyük simaları demok­ratiyanın lehinə və əleyhinə səmimi-qəlbdən (mən bu ifadəni təsadüfi və gəli­şi­gözəl söz kimi işlətmirəm) fikirlər söyləyirlər. Buradaca həmçinin tarixi inkişafın ayrı-ayrı mərhələlərini, bir növ, tamamlamış və tarixin neçə yüzillik axarını irəlicədən müəyyən etmiş qanunlar, saziş və bəyannamələr də özünə yer tutub. Topluda demokratiyanın ən bö­yük sirri və onun uğurunun rəhni olan demokratik insan xüsusi yer tutur. Bu in­san ədalətli, xoşməramlı və fəal insandır; hər şeyə hörmətlə yanaşan, ancaq heç nəyə böyük hörmət bəsləməyən insandır; elə bir insan ki, onun üçün qurub-yaratmaq qələbədən yüksəkdir.

Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir. Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verirBiz bu kitabda iki min ildən də çox müddət ərzində ədalətli dövlət quruluşu və dövlətin insanla qarşılıqlı münasibətləri haqqında gedən mübahisələrdən qopmuş başlıca ideya¬ları təqdim etməyə çalışmışıq. Antologiyada bəşər tari¬xi¬nin ən böyük simaları demok¬ratiyanın lehinə və əleyhinə səmimi-qəlbdən (mən bu ifadəni təsadüfi və gəli¬şi¬gözəl söz kimi işlətmirəm) fikirlər söyləyirlər. Buradaca həmçinin tarixi inkişafın ayrı-ayrı mərhələlərini, bir növ, tamamlamış və tarixin neçə yüzillik axarını irəlicədən müəyyən etmiş qanunlar, saziş və bəyannamələr də özünə yer tutub. Topluda demokratiyanın ən bö¬yük sirri və onun uğurunun rəhni olan demokratik insan xüsusi yer tutur. Bu in¬san ədalətli, xoşməramlı və fəal insandır; hər şeyə hörmətlə yanaşan, ancaq heç nəyə böyük hörmət bəsləməyən insandır; elə bir insan ki, onun üçün qurub-yaratmaq qələbədən yüksəkdir.

Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hər hansı uydurma dramdan qat-qat dramatikdir. Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrindəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.


P.S. Kitabdakı fikirlər müəlliflərin mövqeyini əks etdirir və portal bunlara görə məsuliyyət daşımır...