Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Etibar Həsənzadə (Salmanov). "Duyğular dinsin". Kreativ əngəlli gənc istedadlı qələm sahibinin müxtəlif illərdə qələmə aldığı şeirlərdən ibarət poetik toplu.

Müəllif:

Etibar Həsənzadə (Salmanov )


Kateqoriya:

Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi



Qısa Təsvir:

Etibar Həsənzadə (Salmanov). "Duyğular dinsin". Kreativ əngəlli gənc istedadlı qələm sahibinin müxtəlif illərdə qələmə aldığı şeirlər və hekayələrdən ibarət toplu.


Baxış sayı: 1633
    
    


www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi”. Elektron Kitab N 03  (18 -  2018)

 

 Bu elektron kitab Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə (2017-ci ildə maliyyə yardımı müsabiqəsi), AGF tərəfindən bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) tərəfindən həyata keçirilən, http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın  “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır. 


Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:

Azərbaycan Respublikası Prezidenti  yanında  Azərbaycan Gənclər Fondu

http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu):

 http://www.yysq.kitabxana.net 


Bu silsilədən olan digər  digər e-kitablarını buradan oxuyun:


http://kitabxana.net/?oper=e_kitabxana&cat=179



   “Sağlamlığı məhdud gənclər üçün kreativ-virtual sənət mərkəzi” kreativ-bədii layihə çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: 

 https://www.facebook.com/YeniYazarlar/


Etibar Salmanov (Həsənzadə)


"Duyğular dinsin"


Şeirlər və bədii nəsr əsərləri


YYSİB - 2018


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


GƏNC YAZAR ETİBAR HƏSƏNZADƏ

Etibar Oktay oğlu Salmanov - Həsənzadə 07 iyun 1992-ci ildə Azərbaycan Respublikasının Daşkəsən şəhərində anadan olub.
2010-cu ildə Daşkəsən şəhər Anar Mursəlov adına 2 saylı orta məktəbi bitirib.
2014-cü ilın sentyabr ayından etibarən Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin məzunudur.
"Könlümlə söhbət" adlı ilk şeirlər kitabı 2014-cü ilın yanvar ayında "Parlaq imzalar" nəşriyyatında çapdan çıxıb.
"Duyğular dinsin" adlı ikinci kitabı 2015-ci ilin may ayında "Parlaq imzalar" nəşriyyatında işıq üzü görüb.
"Gecikmiş etiraf" adlı üçüncü kitabı 2015-ci ilin sentyabr ayında Az. Res. Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən "İstedad sorağında" layihəsi çərçivəsində seçilmiş əsərlərim qalib olduğuna görə mükafat olaraq nəşr edilib.
"Bir həyat romanı" adlı dördüncü kitabı 2016-cı ilin aprel ayında "Elgün" nəşriyyatında işıq üzü görüb.
"Avrasiya Şairleri Antolojisi"-ndə, "Qarabağnamə" 1 və 2, "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də", "Ziya" və "Bölgələrdən səslər" antologiyalarında şeirləri və hekayələri dərc olunub.
2015-ci ilin fevral və may aylarında İstanbulda dərc olunan "Yeni Dönem Sanat və Ədəbiyyat Dergisi"ndə şeirləri, 2016-cı ilin may ayında hekayəsi dərc olunub.
Etibar "Zaman24.net" və "Duygularım.biz" saytlarının baş redaktorudur.
2014-cü ilin sentyabr ayından Dünya Gənc Türk Yazarlar Birliyinin, 2015-ci ilin sentyabr ayından İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvüdür.
2016-cı ilin may ayından Avrasya Sanat Kültür və Edebi-yat Derneginin, 2016-cı ilin iyul ayından Türkmen Edebiyatçı və Yazarlar Birliyinin üzvüdür.
2015-ci il iyunun 4-də Daşkəsən şəhər Mədəniyyət evində Daşkəsən rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə kitablarının təqdimatı keçirilib.
2015-ci il sentyabrın 19-da Bakıda AAAF park yaşayış və istirahət mərkəzində İstedadlı Əlillər İctimai Birliyinin təşkilatı dəstəyi ilə kitablarının təqdimatı keçirilib.
Göründüyü kimi yazar Etibar Həsənzadə gənc olmasına baxmayaraq zəngin yaradıcılıq bioqrafiyasına malikdir. Etibar növbəti povest, şeir və hekayələrdən ibarət kitabını rəy üçün mənə göndərib. Çox böyük həvəslə bu istedadlı gəncin kitabına "Müqəddimə"-"on söz" yazıram. Mən gənc yazar Etibarla sosial şəbəkədə -facebookda tanış olub dostlaşmışam. Çox mədəni, vətənsevər bir Azərbaycan ziyalısıdır.


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.