Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"A­zər və Ai­da ada­sı". Roman (Hol­lan­di­ya kral­lı­ğın­ın tər­cü­mə­çisindən maraqlı əsər)

Müəllif:

Gülşən Lətifxan


Kateqoriya:

Mühacir və diaspor



Qısa Təsvir:

Hol­lan­di­ya­da Azər­bay­can Qa­dın­lar Av­ro­pa Şu­ra­sı­nın səd­ri, Hol­lan­di­ya kral­lı­ğın­da tər­cü­mə­çi ki­mi ça­lı­şan Azər­bay­can ya­zı­çı­sı Gül­şən Lə­tif­xa­nın Ba­kı­da son il­lər iki ro­ma­ni ki­tab ha­lın­da çap olu­nub. "Do­se­ri ro­da moe­qo" ("Nəs­li­min qız­la­rı") və "Ost­rov Aze­rai­di" ("A­zər və Ai­da ada­sı"). Bu bə­dii ör­nək­lə­ri ey­ni qa­yə bir­ləş­di­rir: mil­li mü­na­qi­şə və mə­həb­bət.


Baxış sayı: 4910
    
    


   Hollandiya, 2006.
                                              Rus dilindən tərcümə edən:
                                                        Məmməd ORUC


   

 FİK­RƏT QO­CA                 

 

  YER KÜRƏSİ - MƏHƏBBƏT ADASI



Hol­lan­di­ya­da Azər­bay­can Qa­dın­lar Av­ro­pa Şu­ra­sı­nın səd­ri, Hol­lan­di­ya kral­lı­ğın­da tər­cü­mə­çi ki­mi ça­lı­şan Azər­bay­can ya­zı­çı­sı Gül­şən Lə­tif­xa­nın Ba­kı­da son il­lər iki ro­ma­ni ki­tab ha­lın­da çap olu­nub. "Do­se­ri ro­da moe­qo" ("Nəs­li­min qız­la­rı") və "Ost­rov Aze­rai­di" ("A­zər və Ai­da ada­sı"). Bu bə­dii ör­nək­lə­ri ey­ni qa­yə bir­ləş­di­rir: mil­li mü­na­qi­şə və mə­həb­bət. Uşaq­lıq il­lə­ri Şu­şa şə­hə­rin­də ke­çən Gül­şən xa­nım hər iki ro­ma­nın­da So­vet­lə­rin da­ğıl­ma­sı ərə­fə­sin­də So­vet İt­ti­fa­qı if­la­sa uğ­ra­yan­dan son­ra si­ya­sət­çi­lə­rin "Qa­ra­bağ kar­tı" ilə iş­ğa­la mə­ruz qal­mış Azər­bay­ca­nın,­qaç­qın­lıq­la üz­lə­şən Azər­bay­can in­sa­nı­nın çağ­daş dün­ya­mız­da­kı acı­la­rı­nı qə­lə­mə al­mış­dır.
"Do­çe­ri ro­da moe­qo" əsə­ri haq­qın­da xalq ya­zı­çı­sı Çin­giz Ab­dul­la­yev, "Ost­rov Aze­rai­di" ro­ma­nı ba­rə­sin­də isə Çin­giz Hü­sey­nov söz de­yib­lər; bu nəşr nü­mu­nə­lə­ri­ni ət­raf­lı təh­lil edib­lər, də­yər­lən­di­rib­lər. Mə­ni da­ha çox "Ost­rov Aze­rai­di" ro­ma­nı dü­şün­dü­rür. Bu əsə­ri oxu­yan­da mə­ni "Əs­li və Kə­rəm", "A­şıq Qə­rib" das­tan­la­rı­nın,­ha­be­lə "Ba­ha­dır və So­na" ro­ma­nı­nın (N.Nə­ri­ma­nov), "Şeyx Sə­nan" (H.Ca­vid), ən nə­ha­yət, "Ə­li və Ni­no" ro­ma­nı­nın (Qur­ban Sə­id) ha­va­sı vur­sa da, bu əsər Azər­bay­can ədə­biy­ya­tın­da ta­ma­mi­lə ye­ni nəşr nü­mu­nə­si­dir.
Ha­di­sə­lər Ai­da­nın di­lin­dən nəql olu­nur. Ai­da­nın ana­sı er­mə­ni­dir və möv­cud ha­di­sə­lər za­ma­nı doğ­ma­la­rı­nın - nə­nə­si Qre­ta­nın, ba­ba­sı Xris­to­fo­run,­da­yı­sı Ru­be­nin it­gi­si ilə üz­lə­şir, son nə­ha­yət­də isə ana­sı da qə­fil­dən ev­dən qa­çır və on bir yaş­lı qız­cı­ğa­zın iz­ti­rab­la­rı baş­la­yır. Ai­da­nın gün­dən-gü­nə qa­ran­lıq­la­şan dün­ya­sın­da ye­ga­nə işıq Azər­dir; son də­rə­cə həs­sas,­duy­ğu­lu qız­cı­ğa­zın sev­gi­si­ni qa­zan­mış Azər. Na­ğıl ki­mi şi­rin təh­ki­yə ilə qə­lə­mə alın­mış bu sev­gi das­ta­nı Ai­da­nın "A­zə­rai­di" ada­sın­dan Azə­rə xi­ta­bıy­la baş­la­yır.­Bu ada­nı han­sı də­niz­də­sə,­han­sı okean­da­sa ax­tar­maq la­zım de­yil,­bu ada bü­tün də­niz­lə­ri­,o­kean­la­rı qar­şı­lıq­lı sev­gi­lər­lə özün­də bir­ləş­di­rən Yer kü­rə­si­dir.­Gül­şən Lə­tif­xan bu mə­kan­da son də­rə­cə mü­rək­kəb su­rət­lər ya­ra­da bi­lib: Mu­rad,­ Ka­ri­na­, A­zər­, Ai­da və s. Ya­zı­çı­nın bir söz us­ta­sı ki­mi qüd­rə­ti məhz bu ob­raz­la­rın təq­di­ma­tın­da üzə çı­xır.
Mən şa­dam ki, Azər­bay­can oxu­cu­su XX əs­rin so­nu, XXI yü­zil­li­yin əv­vəl­lə­rin­də ya­şan­mış Azər­bay­can ger­çək­lik­lə­ri­ni, adət və ənə­nə­lə­ri­ni, həm­çi­nin,­folk­lor nü­mu­nə­lə­ri­nin -rə­va­yət­lə­rin­,əf­sa­nə­lə­rin­,a­ta­lar söz­lə­ri­nin ma­ya­sı ilə yoğ­rul­muş "A­zər və Ai­da" ro­ma­nı­nı ana di­lin­də oxu­ya­caq.