Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan" (İnsan hüquqları sahəsində Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi...)

Müəllif:

Ataxan Əbilov


Kateqoriya:

Hüqüq ədəbiyyatı və demokratiya



Qısa Təsvir:

İnsan hüquqları sahəsində Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi barədə maraqlı nəşr. Azərbaycan dilində


Baxış sayı: 4029
    
    


Hazırlayanı: Ataxan Abilov

"Cəmiyyət və Hüquq" İctimai Birliyi

E-maıl: ataxanabilov@mail.com

Kitab Avrasiya Fondu Yardımı ilə Hazırlanıb

 


İçindəkilər:

Ön söz


I fəsil

Azərbaycan Respublikası Avropa Şurasının tam və bərabər-hüquqlu üzvüdür

II fəsil

İnsan hüquqları sahəsində Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının Azərbaycan Respublikasının qanunvericilik sistemində yeri
2.2. Şəxsi hüquq və azadlıqlar
2.2.1. Yaşamaq hüququ
2.2.2. Köləliyin və məcburi əməyin qadağan edilməsi
2.2.3. Şəxsi və ailə həyatına hörmət hüququ
2.2.4. Nigaha daxil olmaq hüququ və tərəflərin hüquq bərabərliyi
2.2.5. Fikir, vicdan və din azadlığı
2.2.6. Təhsil hüququ
2.2.7. Mülkiyyətin müdafiəsi
2.2.8. Avropa Məhkəməsinə fərdi şikayətin verilməsinə mane olmanın qadağan edilməsi
2.3. Vətəndaşlıq və siyasi hüquq və azadlıqlar
2.3.1. Söz azadlığı (ifadə etmək hüququ)
2.3.2. Dinc yığıncaqlar və nümayiş azadlığı
2.3.3. Assosiasiyalar azadlığı və ya birləşmək hüququ
2.3.4. Azad seçki hüququ
2.3.5. Hərəkət azadlığı
2.3.6. Xaricilərin hüquqları
2.4. Ədalətli Məhkəmə təhqiqatı ilə bağlı hüquqlar
2.4.1. Azadlıq və toxunulmazlıq hüququ
2.4.2. Ədalətli məhkəmə hüququ
2.4.3. İşgəncələrin qadağan edilməsi

III fəsil

Avropa İnsan Hüquqları Məhkəməsi İnsan Hüquqları haqqında Avropa Konvensiyasının müdafiə mexanizmidir

3.1. Avropa İnsan Hüquqları Məhkəməsi daim təkmilləşən mexanizmdir (tarixi aspektlər)
3.2. Məhkəmənin tərkibi və quruluşu
3.3. Məhkəmənin yirisdiksiyası
3.3.1. Məsləhətçi rəylər
3.3.2. Dövlətlərarası işlər
3.3.3. Fərdi şikayətlər
İstifadə olunmuş ədəbiyyat

 

 

ÖN SÖZ

 

Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra konvensiyalarına, o cümlədən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulmuşdur. Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində - 25 yanvar 2001-ci ildə Strasburqda imzalanmış və 25 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Ratifikasiya haqqında Qanun dövlət başçısı tərəfindən imzalandıqdan sonra, 10 mart 2002-ci ildə Milli Məclisin rəsmi orqanı olan "Azərbaycan" qəzetində çap olunmuşdur. Azərbaycan Respublikası tərəfindən İnsan Hüquqları haqqında Konvensiyanın ratifikasiya edilməsilə bağlı sənəd Avropa Şurasının Baş Katibinə təqdim edilmiş və 15 aprel 2002-ci ildə depozitə edilmişdir. Həmin tarixdən etibarən respublikamızın yurisdiksiyası altında olan hər bir şəxsin Avropa İnsan Hüquqları Məhkəməsinə Konvensiya ilə müəyyən edilmiş şərtlər daxilində müraciət etmək hüququ yaranmışdır.
Bununla əlaqədar olaraq ölkə ictimaiyyətinin Strasburq məhkəməsinə marağı artmışdır. Lakin cəmiyyətimizdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və ona müraciət etməklə bağlı hüquqi maarifləndirmə günün tələbləri səviyyəsindən geri qalır. Mövcud şəraitdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzinin təşəbbüsü ilə hüquqşunas Ataxan Əbilov tərəfindən hazırlanan və oxucuların ixtiyarına verilən "Avropa Məhkəməsi və Azərbaycan" kitabı hüquqşunaslarla yanaşı, sıravi vətəndaşlarımıza da bu işdə yardımcı olacaqdır.
Ümid edirik ki, "Avropa Məhkəməsi və Azərbaycan" kitabı Avropa Məhkəməsi, onun fəaliyyət mexanizmi, Məhkəməyə müraciətetmə qaydaları haqqında, Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq Avropa standartları ilə müqayisəli analizi, Azərbaycan Respublikasının Avropa Şurasına üzv olarkən öz üzərinə götürdüyü öhdəliklərini təhlili və s. bu kimi məsələlərlə ətraflı tanış olmaqda oxucuların köməyinə gələcək, bu istiqamətdə mövcud olan hüquqi informasiya boşluğunu az-çox aradan qaldıracaqdır.
Kitabda yuxarıda qeyd etdiyimiz məsələlərin hüquqi təhlili və təfsiri ilə yanaşı, bir sıra mühüm sənədlərlə, o cümlədən Avropa Şurasının Nizamnaməsilə (ixtisarla), İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya və ona əlavə edilən 1, 4, 6, 7 saylı Protokollarla, Avropa Məhkəməsinə müraciət etmək üçün ərizə blankı və onun doldurma qaydası haqqında Təlimatla, Konvensiyanın ratifikasiyası zamanı Azərbaycan Respublikasının etdiyi qeyd-şərt və verdiyi Bəyanatların mətnlərilə də tanış ola bilərsiniz.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzi kitabın işıq üzü görməsinə görə maliyyə yardımı ayıran ABŞ-ın Avrasiya fonduna dərin minnətdarlığını bildirir. Bu təşkilat və Mərkəzimiz haqqında qısa məlumatla kitabın sonunda tanış ola bilərsiniz.

Natiq Abdullayev