Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Erməni-daşnak faşizmi və Azərbaycan". Kitabda erməni-daşnak faşistlərinin, silahlı birləşmələrinin, terror qruplarının, təxribatçı dəstələrinin XIX və XX əsrlərdə Azərbaycana qarşı apardıqları ardıcıl düşməm siyasəti barədə danışılır

Müəllif:

Əlisahib Əroğul


Kateqoriya:

Xarici müəlliflərin Azərbaycan və Qarabağa aid e-kitabları



Qısa Təsvir:

"Erməni-daşnak faşizmi və Azərbaycan". Kitabda erməni-daşnak faşistlərinin, silahlı birləşmələrinin, terror qruplarının, təxribatçı dəstələrinin XIX və XX əsrlərdə Azərbaycana  qarşı apardıqları ardıcıl düşməm siyasəti barədə danışılır


Baxış sayı: 3319
    
    


Əlisahib Əroğul


"Erməni-daşnak faşizmi və Azərbaycan"

(Bədii publisistika)


«Təhsil» nəşriyyatı

 

Bakı - 2007

 

Əlisahib Əroğul. «Erməni-daşnak faşizmi və Azərbaycan» (bədii publisistika). Bakı, «Təhsil», 2007, 412 səh.

Yazıçı-publisist Əlisahib Əroğul bu kitabında amansızlığı və xüsusi qəddarlığı ilə seçilən şovinist və militarist, Azərbaycan türkünün varlığına qənim kəsilmiş erməni-daşnak faşizminin, onun aparıcı siyasi qüvvəsi olan daşnak ideologiyasının qatı faşist mahiyyətindən bəhs edir. Qeyri-insani məziyyətlərini tam çılpaqlığı ilə açıb göstərir.
Erməni-daşnak faşistlərinin, onun silahlı birləşmələrinin, terror qruplarının, təxribatçı dəstələrinin XIX və XX əsrlərdə, xüsusilə son 100 ildə Azərbaycan türkünə qarşı apardıqları ardıcıl və məqsədyönlü soyqırımı və etnik təmizləmə siyasətinin vəhşiliyindən söz açır. Həmçinin müəllif ümid edir ki, gec-tez dünya birliyi haqq səsimizi eşidəcək, bəşəriyyət və insanlıq əleyhinə cinayət törədən, terroru və separatizmi təbliğ və təşviq edən erməni-daşnak faşizminə də yox deyəcəkdir. Nəhayət, dünya ictimai fikri xristian dünyasının qoltuğuna sığınıb, özünü məzlum, qarşı tərəfi zalım kimi qələmə verən erməni-daşnak faşistlərinin bədnam təbliğatının maskasını yırtmaqda, onu da tarixin zibilliyinə tullamaqda özündə güc-qüvvət tapacaqdır.


© «Təhsil», 2007