Bu kitab əslən Qubadlıdan olan istedadlı şairin oxucularla dördüncü görüşüdür. Kitab “Zəfər duyğuları”, “İkinci Qarabağ müharibəsindən öncə yaızılanlar” və “Poemalar” başlıqları altında toplanan üç böləmədən ibarətdir.
Kitabxana.net portalı Aygün Əzizin dünya ədəbiyyatının klassiki, görkəmli Böyük Britaniya yazıçısı Uilyam Somerset Moemin ingilis dilindən tərcümə etdiyi hekayələrini yeni bir elektron kitab formasında oxucularına kreativ ərməğan edir.
Görkəmli filoloq alimin qardaş Türkiyədə işıq üzü görmüş bu monoqrafiya-kitabı klassik qazax şairi, nasiri Abay Kunanbayevın anadan olmasının 175 illiyi ilə əlaqədar TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) sifarişi ilə hazırlanmışdır.
İstedadlı gənc filoloq alimin bu monoqrafiyasında Azərbaycanın görkəmli Xalq Yazıçısı Mirzə İbrahimovun ədəbi-nəzəri görüşləri əsasında ədəbiyyatşünaslıq problemləri və onun təhlili məsələləri tədqiq olunur.
Məhsuldar şair, peşəkar hüquqşünas, tanınmış düşüncə adamı Ədalət Əroğlunun yaradıcılığında Qarabağ, vətən harayı poetik-bədii rənglərlə verilir. Qələmə aldığı lirik-poetik mövzular oxucu qəlbinə tez yol tapır. Bu topludada müəllifin vətənpərvərlik və lirik şeirləri toplanıb.
Azərbaycan alimlərinin müştərək qələmə aldıqları tarixi-filoloji kitab. "Böyük Azərbaycanın mütəffəkkiri Nizami" / "Büyük Azerbaycan mütefekkiri Nizami" monoqrafiyası qardaş Türkiyədə, türk və Azərbaycan dilində işıq üzü görüb.