“Kabuldan əsən külək” romanı, çətin və məşəqqətli yolun başlanğıcında olan gənc bir əfqan qadının mübarizəsindən bəhs edir. Berfada, yeganə övladını qorumaq naminə doğrulub böyüdüyü doğma kəndini tərk etməyə məcbur qalır. Heç vaxt kəndindən kənara çıxmayan gənc ananı böyük şəhərdə gözlənilməz sınaqlar qarşılayır. Berfadanın hekayəsi təkcə əfqan qadınlarının deyil, müharibə və qarşıdurmaların kölgəsində qalan bütün dünya qadınlarının mübarizəsinin rəmzidir.
YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanan rəqəmsal nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan müdrik kəlamları, aforizmləri, tarixi fikirləri verilib, eləcə də Ulu Öndərin ömür yoluna, siyasi-dövlətçilik fəaliyyətinə dair məqalələr toplanıb. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.
Hazırda qardaş Türkiyədə yaşayan, çağdaş Azərbaycan ədəbi-poetik düşüncəsinin istedadlı nümayəndəsinin yeni poeziya kitabı. Bu maraqlı kitаbdа istedadlı xanım şairənin müxtəlif illərdə qələmə aldığı lirik-fəlsəfi, ictimai məzmunlu şeirləri toplanıb.Kitabdakı şeirlərin mərkəzində insan, onun yaradanı və dünyanı dərk etməsi məsələsi durur. Mövcudluq, həyatın mənası, ədalətsizlik, müharibə, ayrılıq, həmçinin eşq, sevgi, iç dünyasına yolçuluq kimi düşüncələr fəlsəfi-poetik dillə ifadə olunur. Kitab boyu müəllif poetik düşüncələrinin Füzuli–Bakı–İstanbul dövrlərinin təzahürünü ya şayır. Oxucular bu topluda empatiya və həssaslıq duyğusunun poetik əksini görəcəklər.
YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanmış kitabın elektron variantında Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna işıq salınır.Təqdim olunan elektron nəşr Azərbaycan Respublikasının Gənclər Fondununqrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.
İstedadlı müəllifin bu yeni kitabı Lənkəranın mətbuatının yaranma tarixi və inkişaf mərhələləri, media nümayəndələri, çap edilmiş qəzetlər haqqında müfəssəl məlumatlarla zəngindir. Kitabda "Leninçi", "Lənkəranın səsi", "Aşkarlıq", "Söz", "Məşəl" kimi qəzet və dərgilər haqqında maraqlı faktlar verilir.
YYSİB-nin layihə fəaliyyətləri çərçivəsində hazırlanan rəqəmsal nəşrlərdə Ümummilli Lider Heydər Əliyevin gənc nəsillərə örnək olan ömür yoluna, siyasi-dövlətçilik fəaliyyətinə işıq salınır. Təqdim olunan silsilə elektron nəşrlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” adlı növbəti üçaylıq kulturoloji layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.