Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsi haqqında geniş məlumatlar
Məhsuldar və istedadlı yazıçının bu yeni kitabına sənədli-realistik, bədii-xronoloji formada qələmə aldığı oxunaqlı və aktual əsəri daxil edilib. Bu araşdırma əsərində - sənədli-bədii kitabında intellektual müəllif fəaliyyətində qapalılığa üstünlük verən DTK ilə bağlı müxtəlif tarixi məsələlərə işıq salınır, sabiq SSRİ və müstəqil Azərbaycanın ilk illərində ermənilərin ölkəmizə, xalqımıza qarşı törətdikləri beynəlxalq terror hadisələrinə qiymət veriir, düşüncə adamının hiss və həyəcanları, cəmiyyəti dala atan problemlər ətrafında mövqeyi ortaya qoyulur, zəmanədaşlarının real obrazları, xarakterləri yaradılır. Kitabın Dövlət Təhlükəsizlik Komitasi haqqında yazılan azsaylı intellektual, sahəvi ədəbiyyat nümunəsi kimi ədəbiyyat tariximizdə özünəmüxsüs yer tutacağına inanırıq.
İstedadlı, məhsuldar gənc şairin oxunaqlı poetik nümunələrdən ibarət üçüncü kitabının elektron variantı. Bu lirik-ictimai poeziya nümunələrindən də göründüyü kimi, şair zəmanəsinin nəbzini tutmağa çalışır, zamandaşının duyğularını şeiriyyətə gətirir, yeni nəslin həyata baxışlarını, gənclər arasında sevgi, dostluq, vətənsevərlik, milli-mənəvi dəyərlərə sayğı kimi hissləri poetik dillə, fəlsəfi mühakimələrlə təbliğ etməyə çalışır...
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsərləri - hekayələr və romandan ibarət e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr", "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.
Dərslikdə - kitabda türk xalqları ədəbiyyatının (Türkiyə türk, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil olunmuşdur.
İstedadlı ədib, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı-publisist Dərya Qılıcın (Nailə Bahadır qızı Qılıcova) növbəti oxunaqlı bədii nəsr əsərləri - hekayələr və romandan ibarət e-kitabı. Tanınmış xanım nasir “Qəmli səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardan gələn səda”, “Tale yolları”, “İtkin arzular”, “Bir qapılı iki məhəllə”, “Daşa dönmüş ürək”, "Cinayət və məhəbbət", "Kəhrəba bıçaq”, “Povest və hekayələr" , "Uşaq hekayələri” və b. kitablarının müəllifidir. Müəllifin dörd romanı audiokitab formatında işıq üzü görüb. “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Dünya Şair və Yazıçılar İttifaqının keçirdiyi müsabiqənin qalibidir.