Hüseyn Cavid. "Seçilmiş əsərləri". Beş cilddə. Beşinci Kitab. "Əsərləri"nin bu son cildinə sənətkarın "Xəyyam" (1935) və "İblisin intiqamı" (1936-1937) dramları daxil edilmişdir. Bəlkə də ən poetik, ən şairanə pyesi olan "Xəyyam"da Cavid Şərqin qədim və ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm edir. Bu cilddə mütəfəkkir sənətkarın eləcə də məqalə və məktubları toplanmışdır.
Hüseyn Cavid. "Seçilmiş əsərləri". Beş cilddə. Dördüncü Kitab. Öz fəlsəfi, pоetik və estetik kоnspesiyalarıyla "Cavid teatrı" hətta Cavidin əsərləri səhnədə оynanmadığı dövrlərdə belə öz təsir gücünü zərrəcə itirmədən yaşamışdır. Mütəfəkkir sənətkarın "Əsərləri"nin bu cildinə "Knyaz" (1928-1929) və "Səyavüş" (1933) mənzum faciələri daхil edilmişdir.
Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə pyeslər müəllifi Hüseyn Cavidin "Əsərləri"nin bu cildinə müqtədir sənətkarın, səhnəmizin şah əsərlərindən olub, dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırıldığı "İblis" faciəsi, mövzusu İstanbul həyatından alınmış "Afət"i, Peyğəmbərin dahiyanə obrazının öz parlaq əksini tapdığı "Peyğəmbər"i və hərb demonunun surətinin yaradıldığı "Topal Teymur" dramı daxil edilmişdir.
ƏBöyük Hüseyn Cavidin "Əsərləri"nin II cildinə "Ana", "Maral" və "Şeyda" pyesləri ilə yanaşı, Azərbaycan ədəbiyyatının ilk mənzum dramlarından "Şeyx Sənan", "Uçurum" faciələri daxil edilmişdir. Böyük sənətkarın öz əsərlərinin sonunda etdiyi "İmlasına toxunmamalı!" qeydinə əməl olunmuş, mətnlərin dil və üslubunun qorunulmasına çalışılmışdır.