Soydaşlarımız Azərbaycanın televiziya kanallarında"Qatır Məmməd" filminə baxmaqdadır... GÜLƏKMİ, AĞLAYAQMI?! Bugünkü Azərbaycan vətəndaşı istər-istəməz bu yeganə məntiqi nəticəni çıxarır: doğma yurdu, ana vətəni qorumaq üçün yadelli işğalçılara qarşı vuruşmuş Qatır Məmməd gerçəkdən də milli qəhrəman olubmuş, onun yıxmağa çalışdığı Azərbaycan Cümhuriyyəti (1918-1920) dövlətisə xalqımızın düşməniymiş!..