Knut Hamsun - (norveçcə Knut Hamsun (əsl adı Knud Pedersen norveçcə Knud Pedersen) 4 avqust 1859 - 19 fevral 1952) - Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920) ("Əsrlərlə torpağa bağlılığını və patriarxal ənənəyə sadiqliyini qoruyub saxlayan Norveç kəndlilərinin həyatından bəhs edən möhtəşəm əsəri -"Torpağın şirələri"nə görə").