Ömər Xəyyam (1048-1131). "Rübailər". Tərcümə: Mirmehdi Seyidzadə. Kitaba dünya və Şərq ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir filosofu, dövrünün tanınmış sufi şairi Ömər Xəyyamın lirik-fəlsəfi rübailərinin azərbaycanca poetik tərcümələrindən nümunələr daxil edilib. İranın XI əsrdə yaşamış görkəmli filosof şairi Ömər Xəyyam Azərbaycanın oxucuları arasında geniş şöhrət tapmış, rübailəri Nizami dövründən bu günə qədər xalqımız tərəfindən sevilə – sevilə oxunmuş və əzbərlənmişdir. Təkcə XX əsrdə şairin lirik – fəlsəfi rübailəri Mikayıl Müşfiq, Mir Mehdi Seyidzadə, Əkrəm Cəfər kimi nüfuzlu qələm ustaları tərəfindən doğma dilimizə tərcümə edilmişdir...
Ömər Xəyyam. Rübailər (farscadan poetik tərcümələr). Bu rübailər təxminən 55 il bundan əvvəl tərcümə olunub. Tərcüməçinin dediyinə görə, bu zəhmətli işi 30 ilə tamamlayıb. İlk dəfə yayınlanır...