"Aforizmlər. Seçilmişlərdən seçilmişlər". Səlahəddin Xəlilovun təqdimatında. Vətənə, millətə, xalqa, mənəvi dəyərlərə aid görkəmli şəxsiyyətlərin müdrik fikirlər toplusu.
"Əbu Turxanın hikmət dünyası". Kitabda "Əbu Turxanın hikmət dünyası" adı altında min illərin sınağından çıxmış və bu gün həqiqət yolunu nişan verən, düzü əyridən, haqqı nahaqdan seçməkdə bizə bələdçi olan müdrik fikirlər toplanmışdır.
Səlahəddin Xəlilov. "Elm haqqında elm". Kitabda elmin genezisi, məqsədi və funksiyaları, inkişaf qanunauyğunluğu haqqında müfəssəl məlumat verilir. Elm fəlsəfəsi, elmin tarixi və sosiologiyasına dair tədqiqatlara ümumi nəzər salınır, habelə "elm haqqında elm", "elmşünaslıq" adı altında yazılmış əsərlərin əsas istiqamətləri nəzərə alınmaqla, elmə yeni baxış bucağından qiymət verilir.
Aida İmanquliyevanın yaradıcılığını ona görə ərəbşünaslıq və ya şərqşünaslıq çərçivəsində nəzərdən keçirməklə məhdudlaşmaq olmaz ki, burada ümumiyyətlə ədəbiyyatşünaslıq, xüsusilə ədəbiyyat nəzəriyyəsi baxımından maraq doğuran çox ciddi məsələlər qaldırılır.
Söhbət XX əsrin iki görkəmli filosofundan, azərbaycanlı Heydər Hüseynovdan (1908-1950) və alman Martin Heydəgərdən, orijinalda - Heidegger (1889-1976) gedir.