Bəzən belə bir sual yaranır ki, filan əşyanın adı niyə belədir, başqa cür deyil? Görəsən bir adın yerinə başqası olsaydı, nə olardı? Bu barədə çox mübahisələr olub. Lakin tam ortaq məxrəc yoxdur. Ümumiyyətlə, adların yaranmasını insan şüuruna, təfəkkürünə, düşüncəsinə, təsəvvürünə söykənən məntiqi proses hesab etmək olar. Güman etmək olar ki, ilk adlar yarananda, bir-iki səsdən ibarət olmaqla olduqca sadə olublar. Lakin, getdikcə isimlərin sayının artması onların yadda qalmasını çətinləşdirib...
Bir müəllifin iki məqaləsi. "Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan". Uşaq hüquqlarının qorunması balalarımızın işıqlı gələcəyi üçündür"
Ümumiyyətlə, niklərdən, əsasən, internet forumlarda, çatlarda, virtual tanışlıqda istifadə olunur. Bunun üçün isə həmin xidmətlərdə qeydiyyata düşmək lazımdır. Registrasiya zamanı hər istifadəçiyə özü haqqında minimal məlumat vermək üçün anket açılır və xidmətə giriş üçün iştirakçı özünə nik və parol seçir.
İnternetin yaranmasında əsas rolu ötən əsrin 60-cı illərində ABŞ-ın Müdafiə Nazirliyinin hərbi məqsədlər üçün etibarlı rabitə sistemi yaratmaq qərarı oynamışdır. Nazirlik bu qərarın ıcrasını tabeliyində olan Perspektiv Tədqiqat Layihələri Agentliyinə (ARPA - Advanced Research Projects Agency) həvalə etdikdən sonra 1969-cu ildə ARPA alimlərinin hazırladığı yeni texnologiya əsasında ABŞ-ın Yura Universiteti, SRİ (Stanford Research İnstitute - Stanford Elmi-Tədqiqat İnstitut), Los-Anceles və Santa-Barbarada yerləşən Kaliforniya Universitetləri arasında ARPANET adlanan kompyuter şəbəkəsi quruldu.
Araşdırmalar göstərir ki, istənilən fəaliyyətin uğurlu alınması çox vaxt operativ informasiyanın əldə edilməsi ilə bağlı olur. Həyatda bütün hökmlər, o cümlədən dövlət səviyyəsində və ya xırda bir ailə mühitində qəbul edilən qərarlar o vaxt düzgün və effektiv olur ki, onların kökündə vaxtında əldə olunmuş və hərtərəfli analiz edilmiş informasiya dursun.
Nağılçılar, dastançılar, aşıqlar, ağsaqqallar qədim biliklərin daşıyıcısı, qoruyucusu və yayan insanlar kimi hər zaman cəmiyyətdə böyük hörmətlə qarşılanıblar. Məhz onların sayəsində qorunub saxlanılmış Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələri - nağıllar, əfsanələr, dastanlar, bayatılar, atalar sözləri və s. bir-bir toplanaraq yazıya köçürülür ...