Rey Bredberi çox maraqlı fantast yazıçıdır. 1920-ci il avqustun 22-də Amerikanın İllinoys ştatının Uokiqan şəhərində dünyaya gəlib. Unikal yaddaş sahibi olub. Fantastık əsərləri səbəbsiz yaranmayıb. Özünün dediyinə görə, cadugərlər üzərində qətli reallaşdıran 1692-ci ilin məşhur Seylem prosesində yandırılan cadugərlərin arasında onun xalası Meri Bredberi də olub.