Kitab Ticarətçiləri Birliyinin İdarə Heyətinin sədri Marek Peçenka demişdir: "Biz "Google" ilə saziş bağlamağın əleyhinə deyilik, bu şərtlə ki, həmin saziş Avropada qüvvədə olan müəllif hüququ prinsiplərinə əsaslansın. Avropada hər hansı kitabın dərc edilməsindən və yayılmasından əvvəl lisenziya sazişi bağlanır. "Google" korporasiyasının barışıq sazişində isə bu barədə heç nə deyilmir. Ona görə də belə saziş bizim üçün məqbul deyildir".