Fəxrəddin Ziya. "Şeiriyyətim, şeirim". Poetik toplu. Altımış illik ömrünün, qırx illik yaradıcılıq yolunun bir hissəsini işıqlandıran bu kitabda Fəxrəddin Ziyanın müxtəlif illərdə və son zamanlar yazdığı şeirlər, qəzəllər və mahnı mətnləri toplanılıb.
"Bu da bir istəkdi" şeirlər toplusu mövzu dairəsi yetərincə geniş olan Fəxrəddin Ziyanın sayca altıncı kitabıdır. Şeirlərindəki məna dəqiqliyi, deyim sərrastlığı və fikir aydınlığı toxunulan mövzuların marağını artırır, şairin oxucu əhatəsini daha da böyüdür. F.Ziya ilk öncə vətəndaş şairidir, namuslu sözün övladıdır, xalqın ağrı-acısını yazır, düşündürən poeziya yaradır.