"Çağdaş dünya ədəbiyyatı. Esselər". Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası. Birinci buraxılış - I cild. İlk buraxılışa - I cildə dünya ədəbiyyatında geniş yayılmış, amma Azərbaycanda az inkişaf etmiş bir ədəbi janr – esselər toplanıb. Elektron kitabda yaxın XX və XXI əsrin görkəmli mütəfəkkirləri – yazıçı və filosoflarının müxtəlif mövzulara həsr olunmuş bədii-fəlsəfi esselərinin azərbaycan dilinə nəşr olunmuş variantları daxil edilib. Əsasən gənc və orta nəsil mütərcimlər tərəfindən, orijinal, eləcə də rus və türkcədən tərcümə olunub.
“Дружба Народов”. № 3 2006 “Антология Aзербайджанской литературе”. Перед вами мартовский номер (1996) журнала “Дружба народов”. Он посвящен азербайджанской литературе. Мехрибан Алиева. Обращение к читателям Посла Доброй Воли ЮНЕСКО.
"Антология азербайджанской прозы" B 3-х томах. Тoм первый. Антология азербайджанской прозы охватывает лишь незначительную ее часть от момента ее возникновения и до нынешнего ее состояния. В основном она содержит «малые» ее жанры: рассказ или небольшую повесть что, разумеется, объяснимо объемом издания - всего 3 тома, за рамками которых остались многие авторы и произведения, почти весь романный фонд, созданный в течение веков.
"e-Dalğa".Şəbəkə Kulturoloji-Ədəbi Dərgi. N V. "Xarici ədəbiyyat - 2". (Tematik xüsusi buraxılış. Bədii və filoloji tərcümə əsərlərindən ibarət şəbəkə toplusu). "Xarici ədəbiyyat" bədii-filoloji tərcümə yazılarından - dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilinə çevrilmiş əsərlərindən ibarət toplu "e-Dalğa" Şəbəkə Kulturoloji-ədəbi Dərginin növbəti, V sayını təşkil edir.
"Ən yeni Azərbaycan bədii nəsri" roman və povestlərdən ibarət Şəbəkə Elektron Antologiysı milli ədəbiyyatımızın tanınmış nümayəndələrinin əsərlərindən ibarət toplu. "e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi dərginin dördüncü sayı..
"Xarici ədəbiyyat" bədii-filoloji tərcümə yazılarından -ş dünya ədəbiyyatının ən görkəmli nümayəndələrinin Azərbaycan dilinə çevrilmiş əsərlərindən ibarət toplu "e-Dalğa" Şəbəkə Kulturoloji-ədəbi Dərginin üçüncü sayını təşkil edir. Qloballaşan dünya bədii-kulturoloji düşüncəsinin çox maraqlı məhsulları - poeziya nümunələri, hekayə, fəlsəfi esse, kiçik roman, pyes və məqalələrdən ibarət bu əsərlərin böyük qismi orijinaldan, özü də ana dilimizə ilk dəfə, peşəkar mütərcimlər tərəfindən tərcümə edilib...
"e-Dalğa" Şəbəkə Dərgisinin ikinci sayını dünya humanitar-kulturoloji düşüncəsinin ən çox mübahisəli probleminə - postmodernizm məsələlərinə həsr etdik. Bu sayda azərbaycanca postmodern düşüncə texnologiyasına, sənət - bədii-fəlsəfi cərəyanına aid Azərbaycanın və dünyanın tanınmış imza sahiblərinin yazılarıyla tanışlıq imkanı yaratmışıq...
"e-Dalğa" Şəbəkə Dərgisinin ilk sayını ən yeni Azərbaycan ədəbiyyatı nümunələri yaradan gənc yazarlara həsr etdik. Burada onların nəsr, poeziya, publisistika, tərcümə və başqa yazılarıyla tanışlıq imkanı əldə edirsiniz. Eləcə də onların şəbəkə resurslarının keçidləri - İnternet ünvanlarını və şəkillərini təqdim edirik...