İsa Muğanna (Hüseynov). “Məhşər”. Tarixi-fəlsəfi roman. XIV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, Şərqin böyük filosofu Fəzlullah Nəiminin və böyük hürufi şairi İmadəddin Nəsiminin insan və insanlıq uğrunda qeyri-adi mübarizələrindən bəhs edir. Əsərdə həmçinin maraqlı siyasi konfliktlər, siyasi maraqların toqquşması və bu maraqların insan mənəviyyatının məhvi məsələsi çox böyük ustalıqla təsvir edilir.
İsa Muğanna. "Söz yarası". Roman. Tanınmış Azərbaycan nasiri, ustad sənətkar, xalq yazıçısı İsa Muğannanın sonuncu bədii nəsr nümunəsini - povestini təqdim edirik... Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. “Çağdaş Azərbaycan romanı” Kulturoloji-bədii Layihəsi N 04 (111-2012)