Türkiyənin tanınmış və nüfuzlu jurnallarından olan "First Business"in avqust nömrəsində millət vəkili Qənirə Paşayeva Azərbaycanın birinci xanımı, millət vəkili, Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş geniş məqaləsini türk və ingilis dillərində təqdim edib. Yüksək tirajla nəşr edilən "FirstBusiness" jurnalı təkcə Türkiyədə deyil, onun hüdudlarından kənarda da böyük nüfuza malikdir. Məqalədə Mehriban xanım Əliyevanın bütün istiqamətləri əhatə edən geniş fəaliyyətindən ətraflı bəhs olunub.