Bu kitabda Azərbaycanın xalq şairi Məmməd Arazın bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən əsərlərindən seçmələr toplanmışdır. Canlı müşahidələrin təsiri ilə qəlbin yaddaşına yazılan bu əsərlərin iki təməl daşı var: doğma təbiətə vaqiflik və ana dilinin bütün incəliklərinə bələdlik.
Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri toplanmışdır. Yüksək poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək - Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır.