Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə Parisə, Versal sülh konfransına göndərilmiş Azərbaycan Nümayəndə heyətinin sədri Əlimərdanbəy Topçubaşovun hökumətə ünvanlanmış rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk dəfə çap olunur.