İbn Ərəbi fəlsəfəsində Mütləq varlığın qadın gözəlliyi vasitəsilə dərki öz poetik təcəssümünü onun "Tərcümani Əşvaq" (Ehtirasların izahı) əsərində tapıb. Şərqin böyük mistiki bu əsəri Məkkədə rast gəldiyi fars gözəli Nizama həsr edib. İbn Ərəbi "Tərcümani Əşvaq"da dönə-dönə vəsf etdiyi Nizama həmin əsərin müqəddiməsində təriflər yağdırdıqdan sonra bildirir ki, bu əsərdə xatırladığım ad və üzərində göz yaşı axıtdığım oba ona (Nizama) aid olsa da, mən bununla sufilərin tutduğu yola müvafiq ilahi anlamları, ruha xas açıqlamaları, uca münasibətləri nəzərdə tutmuşam.
Sufizmin və irfani düşüncənin İmam Ğəzali, ibn (əl) Ərəbi, Cəlaləddin Rumi, Hafiz və Füzuli kimi nümayəndələrini yada salmağımız haqqında söhbət gedən istiqamətin möhtəşəmliyindən xəbər verir.İlk öncə qeyd etmək istərdik ki, islam daxilində cücərmiş hər bir təriqət kimi sufizm də ilk növbədə Qurani Kərimə əsaslanıb, öz əsas prinsiplərini müqəddəs ayə və hökmlərdən əxz etdiyini bildirib.