30-cu illərdən başlayaraq Moskva ədəbiyyat adamları arasında özünə carçılar axtarmağa başladı. Bu ideyaya tabe olmayanların məhvi planını məharətlə hazırladı və həyata keçirdi. Ancaq heç bir zaman əsl ədəbiyyat zamana tabe olmayıb. Məgər ilahi dastan şairi, bədiyyat ustası dahi Nizaminin İsgəndəri tarixi reallıqdakı İsgəndərdirmi?