Qabriel Qarsia Markes. "Yüz ilin tənhalığı". Dünya ədəbiyyatının görkəmli nümayəndəsindən türk dilinə tərcümə olunmuş ən oxunaqlı romanlardan - şah əsərlərdən biri. Nobel mükafatı yazıçılarının yaradıcılığı seriyasından...
Tarixinin müxtəlif dönəmlərində Yer üzünə sınaq kimi göndərilən bu oxşar taleli insanların gizli mahiyyətini mahir yazıçı qələmiylə ümumiləşdirməyə nail olmuş Markes, insanlıq üçün xüsusi təhlükə olan «ölməz diktator» obrazını yaratmaqla, insanlıq və vətəndaşlıq hüquqları əsrlər boyu tapdanan, zülm və haqsızlıq üzərində qurulmuş hakim rejimlərin basqısı altında inləyən dünya xalqları qarşısında öz haqq səsini ucaldaraq, müqəddəs yazıçılıq missiyasını yerinə yetirmiş olur.