Dünyanın və Azərbaycanın müxtəlif dövri nəşrlərində, o cümlədən, «Azərbaycan» «Drujba narodov», «Novıy mir», «Yunost», «Roman - qazeta», «Literaturnı Azerbaydjan» jurnallarında və s. dərc olunmuş roman, povest və hekayələrin müəllifidir. Bu əsərlər sırasında: «Bütün yaxşılıqlara görə ölüm», «Truskavetsə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Axırı yaxşı qurtaran əhvalat» və başqaları ekranlaşdırılmışdır. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunmuşdur.