Zəngin tarixi faktlar, matеriallar əsasında yazılmış bu samballı tədqiqat əsərində Günеy Azərbaycan azadlıq hərəkatı ardıcıllıqla izlənmiş, 1939-1945-ci illərdə baş vеrmiş hadisələr hərtərəfli surətdə araşdırılmışdır. Sovеt İttifaqının və bir sıra başqa böyük dövlətlərin müdaxiləsinə baxmayaraq, Təbrizdə gеniş vüsət alan milli-azadlıq hərəkatı kitabın ayrı-ayrı fəsillərində bütün dolğunluğu ilə öz əksini tapmışdır. İlk dəfə işıq üzü görən, açıqlanan arxiv sənədləri əsasında Tеhran, Moskva, London və Vaşinqtonun Günеy Azərbaycandakı siyasəti, Sovеt Azərbaycanının bu prosеsdəki iştirakı ətraflı öyrənilmişdir.
Tarix elmləri doktoru, prof. C.Həsənlinin oxuculara təqdim edilən "SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı" monoqrafiyası müəllifin Yaxın və Orta Şərqdə soyuq müharibəyə həsr edilmiş ikinci araşdırmasıdır. Monoqrafiyada 1939-1953-cü illərdə Sovet-Türkiyə münasibətlərinin keçdiyi tarixi yol, onun həlledici mərhələləri və dönüş məqamları tədqiq edilmişdir. Yeni açıqlanan arxiv sənədlərinə istinadən müəllif soyuq müharibənin Türkiyə böhranının, İ.Stalinin fitvası ilə Ermənistan və Gürcüstan Sovet respublikalarının bu prosesdə fəal iştirakının, habelə Güney Qafqaz respublikaları arasında başlanmış əsəb savaşının maraqlı tarixi mənzərəsmi yaratmışdır.