Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətləri ümumiləşdirilib elmi nəticələr çıxarılır. Burada kitabxanaların xalqımızın mədəni-mənəvi tərəqqisində və cəmiyyətdəki rolu haqqında Heydər Əliyevin fikirləri şərh olunmuş, həmçinin onun XX əsrin II yarısında respublikada kitabxana şəbəkələrinin inkişafı, kitabxanaların mərkəzləşdirilməsi, kitabxana fondlarının inkişafı, əhaliyə kitabxana xidmətinin yaxşılaşdırılması, kitabxanaların maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti konkret faktlar əsasında təhlil edilmişdir.