Təyyar Salamoğlu (Cavadov). "Mir Cəlal nəsri və müasirlik" (metodoloji münasibət kontekstində). Elmi-filoloji monoqrafiya. Tədqiqatçı Mir Cəlal nəsrinin müasirliyini müəllifin milli tarixi varlığa söykənən xarakterində, sovet siyasi rejiminə müqavimət ruhunda axtarır və bunu “Bir gəncin manifesti”ni pritçalar romanı kimi təhlil edərək, “Açıq kitab”ın şərti-metaforik məzmununu açaraq, “Dirilən adam”ı Mirzə Cəlil və Balzak realizmləri ilə bir müstəviyə çıxararaq gerçəkləşdirir.