Kitabda müəllifin o taylı - bu taylı Azərbaycanın milli dərdləri və insan haqları ilə bağlı müxtəlif illərdə yazdığı hekayə, esse, povest janrında bədii əsərləri toplanmışdır. Kitabı hamının oxumasını arzu edən müəllif, uşaqların və gənclərin oxumasını vacib bilir. Bununla da o istəyir ki, uşaqlar və yeniyetmələr Azərbaycanımızın düşdüyü durumdan çıxış yolunu axtarıb tapmaqda fəal olsunlar. Həm də o istəyir ki, Bütöv Azərbaycanın yaranmasının bu gün onların necə düşünüb, necə yaşamalarından asılı olduğunu unutmasınlar.